ARGENTİNA TURİZM VİZASINI NECƏ ALMAQ OLAR?

Yeniləndi: 13 fevral 2025 5007 baxış 4 dəq. oxu

Cənubi Amerikanın okeansahili çimərlikləri, coğrafiyası və təbiəti, mədəniyyəti və incəsənəti, tanqosu, əyləncəli həyatı ilə tanınan ölkəsi – Argentina. Hər il 10 milyona yaxın turistin üz tutduğu bu ölkəyə gedən hər bir səyahətçi hər zaman gözlədiyindən də artığını tapır. Siz də bu səyahətçilərdən biri olmaq istəyirsinizsə, biz bu məqalədə sizə Argentina turist vizasını necə ala biləcəyinizi göstərəcəyik.

Argentina Viza Növləri

Argentinaya planladığınız səyahətinizi Argentina turizm vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Argentinada uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Argentina milli vizasına da müraciət edə bilərsiniz. 

Argentina Turizm Vizası

Argentina vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Argentina Vizası Müraciəti üçün Sənədlər Toplusu

Argentina vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Adınıza olan bank hesabından ən azı son 3 ayın çıxarışı
  7. 2 ədəd 4x4 ölçüdə, ağ fonda şəkliniz
  8. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  9. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  10. İngilis dilində doldurulmuş ərizə forması
  11. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Qeyd edək ki, Argentina səfirliyi üçün təqdim olunacaq iş yerindən və bank hesabından arayışlarda mütləq şəkildə müraciətçinin adı, soyadı və pasport nömrəsi qeyd olunmalıdır. Əks halda sənədlər səfirlik tərəfindən qəbul edilməyəcəkdir.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Argentinada qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 4.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 dollar gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti yetərlidir) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Azərbaycan vətəndaşları viza müraciətini Bakıdakı Argentina səfirliyinə edirlər.

Viza rüsumu 150 USD-dir. Müraciətçi səfirliyə sənədlərini təqdim etdikdən sonra ona viza rüsumunun ödənişi üçün müvafiq çek verilir. Bu çek əsasənda müraciətçi ödənişi Azərbaycan Beynəlxalq Bankının əsas binasında (Nizami küç. 67) həyata keçirməli və ödənişin həyata keçirildiyinə dair qəbzi konsulluğa həmin gün təqdim etməlidir. 

Sənədlər təqdim olunduqdan 7-10 gün sonra müraciətçi ilə əlaqə saxlanılır və konsulluq şöbəsində müsahibə üçün görüş təyin edilir. Müsahibədən daha 7-10 gün sonra sənədlər nəzərdən keçirilir, prosedur tamamlandıqda isə müraciətçi ilə əlaqə saxlanılır, viza nəticəsi müsbətdirsə viza ektiketini yapışdırmaq üçün pasport tələb edilir. Viza etiketinin pasporta yapışdırılması da daha 2-3 iş günü çəkir. Buna görə də viza müraciəti səyahət tarixinə ən az 45 gün qalmış edilməlidir. Əgər, səyahət tarixini 45 gündən az qalıbsa, Argentina səfirliyi sənədləri qəbul etməyəcək. 

Viza proseduru adətən 20-30 iş günü ərzində çəkir.

Argentina Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Argentinada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Argentina vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Argentina səfirliyi riskli səfirlik hesab olunmur. Təcrübəmizdə ilk vizalarını məhz bu səfirlikdən almış çox sayda müraciətçi olmuşdur. Əlbəttə, bunun üçün sizin digər bütün sənədləriniz qaydasında olmalıdır. Həmçinin, hər bir halda sizin daha öncə vizalarınızın olması Argentina vizası alma ehtimalınızı yüksəldən faktorlardan biridir.

Argentinaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Argentina vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Argentina səyahət vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 170 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Argentinanı görmək və yaşamaq lazımdır! Xoş səyahətlər!

Yeniləndi: 22.01.2025

Oxşar yazılar:

Slovakiyaya Səyahət: Slovakiya Viza Müraciəti

Slovakiyaya Səyahət: Slovakiya Viza Müraciəti

Slovakiya səyahətçilər üçün Avropanın gözəl və unikal ölkələrindən biridir. Tarixi şəhərləri, dağ mənzərələri, mədəni irsi və müasir turizm imkanları ilə Slovakiya həm istirahət, həm də işgüzar səfərlər üçün cəlbedici seçimdir. Bratislava, Košitse, və Tatralar kimi məşhur yerlər ölkəyə səfəri planlaşdıran hər kəsin diqqətini çəkir. Slovakiyaya səyahət etməzdən əvvəl ən vacib addımlardan biri vizanın düzgün və […]

Vizam.az 13 mart 2026
Səyahətdə Airbnb və Otel Qalmasının Fərqləri

Səyahətdə Airbnb və Otel Qalmasının Fərqləri

Səyahət planlaşdırarkən ən vacib qərarlardan biri qalacaq yerin seçilməsidir. Bu seçim həm səyahətin rahatlığına, həm də büdcəyə birbaşa təsir edir. Son illərdə səyahətçilər arasında iki əsas qalma seçimi daha çox istifadə olunur: Airbnb və otellər. Hər iki variant fərqli üstünlüklər təqdim edir və səyahətin məqsədinə görə daha uyğun ola bilər. Airbnb platforması daha çox ev […]

Vizam.az 13 mart 2026
Polşa Səfirliyi Viza Üçün Lazım Olan Sənədlər

Polşa Səfirliyi Viza Üçün Lazım Olan Sənədlər

Polşaya səyahət etmək, işləmək və ya təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün Polşa səfirliyi viza müraciət prosesi müəyyən sənədlərin hazırlanmasını tələb edir. Polşa səfirliyi viza üçün sənədlər düzgün və tam təqdim olunmadıqda müraciət gecikə və ya imtina ilə nəticələnə bilər. Buna görə də Polşa səfirliyi viza müraciəti zamanı tələb olunan sənədləri əvvəlcədən bilmək və hazırlamaq […]

Vizam.az 12 mart 2026
İspaniya Viza Müraciəti Prosesi Necə Gedir?

İspaniya Viza Müraciəti Prosesi Necə Gedir?

İspaniyaya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün ilk addımlardan biri İspaniya vizası üçün düzgün və tam şəkildə müraciət etməkdir. Turizm, iş və ya təhsil məqsədilə İspaniyaya viza almaq istəyən şəxslər müəyyən sənədləri hazırlamalı və rəsmi İspaniya viza müraciəti proseduruna uyğun şəkildə müraciət etməlidirlər. Azərbaycan vətəndaşları üçün Spain visa Azerbaijan müraciətləri adətən İspaniya viza mərkəzi vasitəsilə […]

Vizam.az 11 mart 2026
TLS Contact Baku Viza Müraciət Prosesi

TLS Contact Baku Viza Müraciət Prosesi

TLScontact viza müraciət prosesində bir çox ölkənin səfirlikləri ilə əməkdaşlıq edən rəsmi viza müraciət mərkəzlərindən biridir. Azərbaycanda da fəaliyyət göstərən TLSContact Baku mərkəzi vasitəsilə xüsusilə Şengen ölkələrinə viza müraciətləri qəbul edilir və müraciət edən şəxslərə görüş təyini, sənədlərin təqdim edilməsi və biometrik məlumatların toplanması kimi xidmətlər göstərilir. Bu səbəbdən internetdə istifadəçilər tez-tez tlscontact baku, tls […]

Vizam.az 10 mart 2026
Yeni Zelandiya Viza Müraciəti Prosesi

Yeni Zelandiya Viza Müraciəti Prosesi

Yeni Zelandiya Viza Müraciəti Prosesi xaricə səyahət planlaşdıran şəxslər üçün vacib mərhələlərdən biridir. Turizm, təhsil və ya iş məqsədilə Yeni Zelandiyaya getmək istəyən şəxslər əvvəlcədən uyğun viza növünü seçərək müraciət etməlidirlər. Viza müraciəti zamanı sənədlərin düzgün hazırlanması, müraciət formunun tam doldurulması və bütün tələblərin yerinə yetirilməsi müsbət nəticə almaq üçün böyük əhəmiyyət daşıyır. Yeni Zelandiya […]

Vizam.az 06 mart 2026
Almaniya Vizası Almaq: Almaniya Şengen Vizası

Almaniya Vizası Almaq: Almaniya Şengen Vizası

Almaniya Avropada ən çox ziyarət edilən və işləmək, təhsil almaq və yaşamaq üçün seçilən ölkələrdən biridir. Hər il minlərlə Azərbaycan vətəndaşı almaniyaya getmək üçün almaniya vizası müraciəti edir. Səyahət, ailə ziyarəti, təhsil və ya karyera məqsədilə plan qurursunuzsa, ilk addım doğru almaniya viza almaq prosesini bilməkdir. Qısamüddətli səfərlər üçün ən çox müraciət edilən növ almaniya […]

Vizam.az 05 mart 2026
Sinqapur Vizası üçün Müraciət Prosesi

Sinqapur Vizası üçün Müraciət Prosesi

Sinqapur vizası almaq istəyən Azərbaycan vətəndaşları üçün müraciət prosesi olduqca sistemli və aydın qaydalarla tənzimlənir. Sinqapur Cənub-Şərqi Asiyada yerləşən, yüksək həyat səviyyəsi, güclü iqtisadiyyatı və müasir infrastrukturu ilə seçilən bir dövlətdir. Sinqapura viza almaq üçün tələb olunan sənədlər, sinqapur viza rüsumu, müraciət forması və baxılma müddəti səfərin məqsədindən (turistik, işgüzar, təhsil və s.) asılı olaraq […]

Vizam.az 02 mart 2026
Hollandiya Viza Almaq Prosesi Necə Gedir?

Hollandiya Viza Almaq Prosesi Necə Gedir?

Avropada həm təhsil, həm karyera, həm də yüksək həyat standartları ilə seçilən ölkələrdən biri olan Niderland son illər azərbaycanlıların ən çox maraq göstərdiyi istiqamətlər sırasındadır. İstər hollandiyada tehsil, istər hollandiyada islemek, istərsə də hollandiyada yasamaq planınız olsun, ilk addım düzgün və rəsmi şəkildə hollandiya viza almaq prosesini başa düşməkdir. Bir çox insan “hollandiyaya nece getmek […]

Vizam.az 25 fevral 2026
Sponsorluq Haqqında Arayış Nədir və Necə Hazırlanır?

Sponsorluq Haqqında Arayış Nədir və Necə Hazırlanır?

Sponsorluq haqqında arayış bir şəxsin və ya qurumun digər şəxsin xərclərini könüllü şəkildə üzərinə götürdüyünü rəsmi şəkildə təsdiq edən sənəddir. Bu sənəd ən çox viza müraciətlərində, təhsil prosesində, tədbir və layihələrdə, eləcə də müxtəlif rəsmi prosedurlarda tələb olunur. Sadə dildə desək, “sponsor nədir?” sualına cavab olaraq sponsor maliyyə və ya maddi dəstək göstərən tərəfdir, sponsorluq […]

Vizam.az 24 fevral 2026