ALMANİYA ŞENGEN VİZASINI NECƏ ƏLDƏ ETMƏK OLAR?

Yeniləndi: 25 noyabr 2025 61015 baxış 6 dəq. oxu

Avropanın ən görkəmli və əzəmətli ölkələrindən biri, özünəxas memarlıq üslubları ilə seçilən, Berlin, Münhen, Frankfurt, Köln, Hamburq və daha bir çox turistik şəhərə sahib Almaniya hər il milyonlarla turistə ev sahibliyi edir. Əgər siz də o turistlərdən biri olmaq istəyir, ancaq qarşınızda “Berlin divarı” kimi duran viza əngəlini necə aşmalı olduğunuzu bilmirsinizsə, suallarınızın cavabını bu məqalədə tapa bilərsiniz. Almaniya Şengen vizasını necə əldə etmək olar?

Almaniya Viza Növləri

Almaniya Şengen ölkələri siyahısında yer aldığına görə siz müvəqqəti səyahətinizi reallaşdırmaq üçün Almaniya Şengen vizasına müraciət edərək bu vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, maşın satın almaq, tibbi müayinə və ya müalicə, hospitasiya, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Almaniyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya Almaniyada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Almaniya milli vizasına da müraciət edə bilərsiniz. Bu məqalədə isə biz sizə Almaniya Şengen vizası barədə ətraflı məlumat verəcəyik.

Almaniya Şengen Vizası

Almaniya Şengen vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Həmçinin, siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Siz Almaniya Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə daxil ola bilərsiniz. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Almaniyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Almaniya vizası ilə Şengen ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Almaniya Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox Almaniyada qalacağınızı göstərməlisiniz. Bəzən Almaniyaya səyahət planlayan müraciətçilər öz səfər planlarına Fransa, Çexiya, İtaliya, Polşa, Avstriya və digər Avropa ölkələrini də əlavə edirlər. Bu kimi hallar sizin viza müraciətinizdə heç bir problem yaratmayacaq nüanslardır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni Almaniya göstərməyiniz viza üçün məhz Almaniya səfirliyinə müraciət edə bilməyiniz üçün yetərli olacaqdır. Almaniyada şəhərlərarası qatar, avtobus və təyyarə biletlərini ən sərfəli qiymətlərlə buradan müqayisə edib onlayn əldə edə bilərsiniz.

Almaniya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Almaniya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Elektron hökümət portalından iş yeri ilə bağlı arayış*
  6. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  9. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  12. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  13. İngilis dilində doldurulmuş ərizə forması
  14. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  15. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri ingilis dilinə tərcümə edilərək səfirliyə təqdim olunmalıdır. Tərcümənin notarial qaydada təsdiq olunmasına isə ehtiyac yoxdur, sadəcə tərcümənin olması Almaniya səfirliyi üçün yetərlidir.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Nadir hallarda da olsa, Almaniya səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi hallar yaşanmışdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini ingilis dilinə tərcümə etdirməlisiniz.

Viza Proseduru

Almaniya Şengen vizası üçün müraciət Almaniya Səfirliyinin Visametric adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Bakıdakı Almaniya səfirliyinin konsulluq şöbəsində, konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün yalnız 8:30-12:00 aralığında müraciət edilirsə əvvəlcədən görüş təyini tələb olunmur, müraciətçi canlı növbədə dayanmaqla sənədlərini viza müraciəti üçün təqdim edə bilir. Saat 12:00-dan sonrakı müraciətlər üçün isə əvvəlcədən onlayn sistemdən viza görüşü təyin edilməlidir.

Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. Barmaq izindən azad olan müraciətçilərin isə sənədləri təqdim etmək üçün başqa bir şəxsə etibarnamə verməlidir və bu etibarnamə formasını Visametric saytından əldə etmək mümkündür.

Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:

  • Son 5 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər;
  • Diplomatik və ya xüsusi pasport sahibi olan və Belçikada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
  • Almaniya mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)

Almaniya Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 10-15 iş günü (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir.

Sənədləri təqdim edərkən 35 avro viza rüsumu, 25 avro (45 AZN) viza mərkəzinin xidmət haqqı ödənilir. Bu ödənişi həm nəğd şəkildə yalnız manatla, həm də kartla ödəmək mümkündür. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir. 

Almaniya Şengen Vizası Alma Ehtimalı

Hər bir ölkənin viza müraciətində olduğu kimi Almaniyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və ya daha yüksək olması (təcrübədə 500-600 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin yaxşı olması sizin Almaniya Şengen vizası alma şansınızı artıran faktorlardır. İlk Şengen vizasını məhz Almaniya səfirliyindən almış şəxslərin mövcudluğuna baxmayaraq, biz əksər hallarda müraciətçilərə profil göstəriciləri yüksək səviyyədə (yuxarıda sadalanan nüansların hər birinin qaydasında və standartlardan yuxarı olması) olduğu hallar xaricində ilk Şengen viza müraciətlərini Almaniya səfirliyinə etməkdən qaçınmalarını tövsiyə edirik. Bu, profili standart və ya standartdan aşağı göstəricilərə sahib olan müraciətçilər üçün riskli seçim kimi gözə çarpır. Daha öncə bir və ya bir neçə Şengen vizanızın olması sizin Almaniya səfirliyindən viza alma ehtimalınızı əhəmiyyətli dərəcədə yüksəldə bilir.

Almaniyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Almaniya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin ingilis dilinə tərcümə olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənədin ingilis dilinə tərcüməsi üçün əlavə rüsum 5 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Almaniya Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 115 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Almaniya üçün həm önünüzdəki viza əngəlini, həm də “Berlin divarını” aşmağa dəyər! Xoş səyahətlər!

Yeniləndi: 22.01.2025

Oxşar yazılar:

Litvaya Necə Getmək Olar?

Litvaya Necə Getmək Olar?

Son illərdə azərbaycanlı turistlər, tələbələr və iş axtaran şəxslər üçün maraq göstərilən Avropa ölkələrindən birinə çevrilib. Baltik regionunda yerləşən Litva həm münasib yaşayış xərcləri, həm təhlükəsiz şəhər həyatı, həm də Şengen zonasına daxil olması ilə diqqət çəkir. Xüsusilə paytaxt Vilnius tarixi memarlığı, sakit atmosferi və Avropa şəhər həyatını daha rahat büdcə ilə yaşamaq imkanı təqdim […]

Vizam.az 14 may 2026
Avstriya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Avstriya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Avstriya vizası üçün viza müraciəti edən şəxslər ən çox sənədlər, prosedur və qəbul şərtləri ilə bağlı suallar verir. Avstriya Şengen zonasında yerləşdiyi üçün bu ölkəyə səyahət üçün əsasən qısa müddətli C tipi Şengen vizası tələb olunur. Turizm, işgüzar səfər və ya ailə ziyarəti kimi məqsədlərlə müraciət etmək mümkündür. Viza prosesi düzgün sənəd hazırlığı və real […]

Vizam.az 14 may 2026
Oktoberfest Festivalı üçün Almaniya Vizası

Oktoberfest Festivalı üçün Almaniya Vizası

Dünyanın ən məşhur festivallarından biri hesab olunur və hər il milyonlarla turist bu tədbirdə iştirak etmək üçün Almaniyanın Munich şəhərinə səyahət edir. Bavariya mədəniyyəti, ənənəvi musiqilər, məşhur pivə çadırları və festival atmosferi Oktoberfesti Avropanın ən böyük tədbirlərindən birinə çevirib. Xüsusilə sentyabr ayının sonu və oktyabr ayının əvvəlində keçirilən festival dövründə Almaniyaya turist axını ciddi şəkildə […]

Vizam.az 14 may 2026
Tomorrowland Festivalı üçün Belçika Vizası

Tomorrowland Festivalı üçün Belçika Vizası

Tomorrowland dünyanın ən məşhur elektron musiqi festivallarından biri kimi hər il minlərlə insanı Belçikaya cəlb edir. Musiqi, səhnə şouları və unikal atmosferi ilə fərqlənən bu festival xüsusilə yay aylarında Avropaya səyahət planlayanlar üçün ən populyar seçimlərdən biridir. Festival Boom, Belgium şəhərində keçirilir və qısa müddətdə biletləri tükəndiyi üçün əvvəlcədən planlama böyük əhəmiyyət daşıyır. Azərbaycan vətəndaşları […]

Vizam.az 05 may 2026
Avstraliya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Avstraliya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Avstraliya, yüksək həyat standartları, inkişaf etmiş şəhərləri və unikal təbiəti ilə dünyanın ən çox maraq göstərilən ölkələrindən biridir. Sidney və Melburn kimi məşhur şəhərlər, Böyük Sədd Rifi kimi təbii möcüzələr və geniş səyahət imkanları Avstraliyanı həm turizm, həm də işgüzar səfərlər üçün cəlbedici edir. Avstraliyaya səyahət etmək üçün Azərbaycan vətəndaşları əvvəlcədən viza əldə etməlidirlər. Avstraliya […]

Vizam.az 04 may 2026
Şengen Vizası ilə Monteneqroya Daxil Olmaq Olar?

Şengen Vizası ilə Monteneqroya Daxil Olmaq Olar?

Şengen vizası ilə Monteneqroya səyahət etmək məsələsi ən çox qarışdırılan mövzulardan biridir. Bir çox səyahətçi Monteneqronun Şengen zonasına daxil olduğunu düşünür və bu səbəbdən vizanın avtomatik keçərli olub- araşdırır. Əslində isə Monteneqro Avropa ölkəsi olsa da, Şengen sazişinə daxil deyil və öz sərhəd giriş qaydalarına malikdir. Bu səbəbdən Şengen vizası ilə Monteneqroya giriş məsələsi konkret […]

Vizam.az 01 may 2026
Avstraliya Vizası ilə Şengen Vizası Arasındakı Fərqlər Nələrdir?

Avstraliya Vizası ilə Şengen Vizası Arasındakı Fərqlər Nələrdir?

Səyahət planlayan insanların ən çox qarşılaşdığı suallardan biri Avstraliya vizası ilə Şengen vizası arasındakı fərqlərdir. Hər iki viza fərqli coğrafiyaları, fərqli qaydaları və müraciət proseslərini əhatə edir, buna görə də seçim etmək bəzən çətin ola bilir. Şengen vizası Avropanın bir çox ölkəsinə sərbəst səyahət imkanı yaratdığı halda, Avstraliya vizası daha uzaq regiona Avstraliya qitəsinə giriş […]

Vizam.az 01 may 2026
Polşa Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Polşa Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Polşa vizası Avropaya səyahət etmək və ya qısa müddətli işgüzar səfərlər planlayanlar üçün ən çox müraciət edilən vizalardan biridir. Polşa həm iqtisadi imkanları, həm də Şengen zonası daxilində yerləşməsi səbəbilə turistlər və iş məqsədli səfər edənlər üçün cəlbedici istiqamətlərdən hesab olunur. Bu viza vasitəsilə siz yalnız Polşaya deyil, digər Şengen ölkələrinə də sərbəst şəkildə səyahət […]

Vizam.az 29 aprel 2026
Kanada Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Kanada Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Kanada vizası almaq bir çox səyahətçi üçün həm yeni imkanlar, həm də ciddi planlaşdırma tələb edən bir prosesdir. Kanada yüksək həyat standartları, təhsil imkanları, iş perspektivləri və təbiəti ilə dünyanın ən çox maraq doğuran ölkələrindən biridir. Buna görə də ölkəyə səyahət etmək istəyən şəxslər ilk mərhələdə viza prosedurları ilə yaxından tanış olmalıdırlar. Kanada vizası üçün […]

Vizam.az 28 aprel 2026
İspaniya Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

İspaniya Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

İspaniya Şengen vizası Avropaya səyahət etmək istəyənlər üçün ən çox seçilən vizalardan biridir. İspaniya həm turizm baxımından populyar ölkə olduğu, həm də Şengen zonası daxilində yerləşdiyi üçün bu viza ilə təkcə İspaniyaya deyil, digər Avropa ölkələrinə də sərbəst səyahət imkanı əldə edilir. Bu viza xüsusilə səyahət, işgüzar görüşlər və ya qısa müddətli Avropa səfərləri planlayan […]

Vizam.az 28 aprel 2026