ALMANİYA QONAQ VİZASINI ALMAĞIN YOLU

Yeniləndi: 13 fevral 2025 10952 baxış 6 dəq. oxu

Avropanın ən görkəmli və əzəmətli ölkələrindən biri, özünəxas memarlıq üslubları ilə seçilən, Berlin, Münhen, Frankfurt, Köln, Hamburq və daha bir çox turistik şəhərə sahib Almaniya hər il milyonlarla turistə ev sahibliyi edir. Əgər sizin Almaniyada yaşayan ailə üzvünüz və ya dostunuz varsa və siz onu ziyarət etmək istəyirsinizsə, Almaniya Şengen vizasına müraciət edə bilərsiniz.

Almaniya Viza Növləri

flag of the federal republic of germany

Almaniya Şengen ölkələri siyahısında yer aldığına görə siz müvəqqəti səyahətinizi reallaşdırmaq üçün Almaniya Şengen vizasına müraciət edərək bu vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, maşın satın almaq, tibbi müayinə və ya müalicə, hospitasiya, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Almaniyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya Almaniyada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Almaniya milli vizasına da müraciət edə bilərsiniz.

Qısamüddətli ziyarətinizi reallaşdırmaq üçün siz Almaniya Şengen vizasının “qonaq vizası” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli qonaq vizası sizə Almaniyada daimi yaşamaq hüququ vermir, viza sizə qısamüddətli ziyarətinizi reallaşdırmağınız üçün verilir.

Almaniya Şengen Vizası

schengen visa

Almaniya Şengen vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Həmçinin, siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Siz Almaniya Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə daxil ola bilərsiniz. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Almaniyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Almaniya vizası ilə Şengen ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Almaniya Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox Almaniyada qalacağınızı göstərməlisiniz.

Almaniya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

visa application for germany

Almaniya Şengen qonaq vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Elektron hökümət portalından iş yeri ilə bağlı arayış*
  6. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  9. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  12. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  13. İngilis dilində doldurulmuş ərizə forması
  14. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  15. Ziyarət edəcəyiniz şəxs tərəfindən sizə göndərilmiş dəvət məktubu (Ətraflı şəkildə aşağıda qeyd olunub)
  16. Sizi dəvət edən şəxsin Almaniyada yaşama hüququnu bildirən sənəd (oturum izni, milli vizası və s.)
  17. Əgər sizi dəvət edən şəxslə ailəvi bağınız varsa, bunu təsdiq edən sənəd (məsələn, övladınızdırsa, doğum haqqında şəhadətnaməsi, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.)

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri ingilis dilinə tərcümə edilərək səfirliyə təqdim olunmalıdır. Tərcümənin notarial qaydada təsdiq olunmasına isə ehtiyac yoxdur, sadəcə tərcümənin olması Almaniya səfirliyi üçün yetərlidir.

two passports

Dəvət məktubu rəsmi(§§66-68 maddələrinə uyğun olaraq rəsmi “Öhdəlik haqqında bəyanat” adlanır)və ya qeyri-rəsmi ola bilər. Əgər dəvət məktubunun əslinin müraciətçiyə gəlib çatması onun viza prosedurunu gecikdirirsə, həmin dəvət məktubunun skan versiyası ilə müraciət etmək olar. Lakin, əgər dəvət məktubu rəsmidirsə, viza müraciəti zamanı həmin məktubun skan versiyası təqdim olunduğu halda belə, viza müraciət mərkəzi səyahət tarixinədək həmin məktubun əslinin müraciətçiyə poçt vasitəsilə çatdırılmasını məsləhət görür, çünki səfər zamanı Almaniya sərhəd işçisi tərəfindən bu sənədin əsli tələb oluna bilər. Dəvət məktubunun etibarlılıq müddəti imzalandığı tarixdən 6 ay olur.Rəsmi dəvət məktubunun standart formasında olduğu kimi, qeyri-rəsmi dəvət məktubunda da dəvət edən şəxsin adı, soyadı, yaşadığı ünvan, əlaqə vasitələri, dəvət olunan şəxsin detalları və qalacağı müddət və s. ətraflı şəkildə bildirilməlidir.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Nadir hallarda da olsa, Almaniya səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi hallar yaşanmışdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən şəxs tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda həmin şəxsin maddi vəziyyətini təsdiq edən sənədlər (iş yerindən arayış, bank hesabından son 3-6 aylıq çıxarış və s.) təqdim olunmalıdır.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini ingilis dilinə tərcümə etdirməlisiniz.

Viza Proseduru

german embassy

Almaniya Şengen vizası üçün müraciət Almaniya Səfirliyinin Visametric adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Bakıdakı Almaniya səfirliyinin konsulluq şöbəsində, konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün yalnız 8:30-12:00 aralığında müraciət edilirsə əvvəlcədən görüş təyini tələb olunmur, müraciətçi canlı növbədə dayanmaqla sənədlərini viza müraciəti üçün təqdim edə bilir. Saat 12:00-dan sonrakı müraciətlər üçün isə əvvəlcədən onlayn sistemdən viza görüşü təyin edilməlidir.

Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. Barmaq izindən azad olan müraciətçilərin isə sənədləri təqdim etmək üçün başqa bir şəxsə etibarnamə verməlidir və bu etibarnamə formasını Visametric saytından əldə etmək mümkündür.

Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:

  • Son 5 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər;
  • Diplomatik və ya xüsusi pasport sahibi olan və Belçikada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
  • Almaniya mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)

Almaniya Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 10-15 iş günü (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir.

Sənədləri təqdim edərkən 35 avro viza rüsumu, 25 avro (45 AZN) viza mərkəzinin xidmət haqqı ödənilir. Bu ödənişi həm nəğd şəkildə yalnız manatla, həm də kartla ödəmək mümkündür. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.

Almaniya Şengen Vizası Alma Ehtimalı

german visitor visa

Hər bir ölkənin viza müraciətində olduğu kimi Almaniyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və ya daha yüksək olması (təcrübədə 500-600 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin yaxşı olması sizin Almaniya Şengen vizası alma şansınızı artıran faktorlardır. İlk Şengen vizasını məhz Almaniya səfirliyindən almış şəxslərin mövcudluğuna baxmayaraq, biz əksər hallarda müraciətçilərə profil göstəriciləri yüksək səviyyədə (yuxarıda sadalanan nüansların hər birinin qaydasında və standartlardan yuxarı olması) olduğu hallar xaricində ilk Şengen viza müraciətlərini Almaniya səfirliyinə etməkdən qaçınmalarını tövsiyə edirik. Bu, profili standart və ya standartdan aşağı göstəricilərə sahib olan müraciətçilər üçün riskli seçim kimi gözə çarpır. Daha öncə bir və ya bir neçə Şengen vizanızın olması sizin Almaniya səfirliyindən viza alma ehtimalınızı əhəmiyyətli dərəcədə yüksəldə bilir.

Qonaq vizası zamanı sizi dəvət edən şəxslə yaxın qohumluğunuzun olması və bunu təsdiq edən sənədləri səfirliyə təqdim etməyiniz, həmçinin özünüz və sizi dəvət edən şəxslə bağlı verdiyiniz sənədlərin düzgünlüyü və dolğunluğu sizin viza alma şansınıza müsbət təsir göstərir.

Almaniyaya Viza Dəstəyi

 brandenburger tor

Biz Vizam.az şirkəti olaraq sizə Almaniya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik.Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin ingilis dilinə tərcümə olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənədin ingilis dilinə tərcüməsi üçün əlavə rüsum 5 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Almaniya Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 115 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Almaniya üçün həm önünüzdəki viza əngəlini, həm də “Berlin divarını” aşmağa dəyər! Xoş səyahətlər!

Yeniləndi: 22.01.2025

Oxşar yazılar:

Yunanıstan Şengen Vizası ilə Santorini və Mikonosa  Səyahət

Yunanıstan Şengen Vizası ilə Santorini və Mikonosa Səyahət

Yunanıstan dəniz mənzərələri, ağ rəngli evləri və unudulmaz gün batımı ilə məşhur olan adaları ilə turistlərin sevimli məkanlarından biridir. Xüsusilə Santorini və Mykonos, həm tətil etmək, həm də Yunanıstanın unikal atmosferini hiss etmək üçün ən yaxşı seçimlərdəndir. Əgər bu adalara səyahət etməyi planlaşdırırsınızsa, sizi gözləyən maraqlı təcrübələrlə tanış olun! Santorini – Gün Batımı və Tarixi […]

Vizam.az 02 aprel 2025
KLASSİK MUSİQİNİN BEŞİYİ: VYANAYA SƏFƏR ET

KLASSİK MUSİQİNİN BEŞİYİ: VYANAYA SƏFƏR ET

Dünyada bəzi şəhərlər var ki, onların adı çəkiləndə müəyyən sənət növləri və mədəniyyətlər dərhal ağla gəlir. Paris modanın, Roma incəsənətin, London teatrın mərkəzi olduğu kimi, Vyana da klassik musiqinin beşiyi sayılır. Avstriyanın paytaxtı əsrlərdir ki, dahi bəstəkarların ilham mənbəyi olub. Burada Wolfgang Amadeus Mozart, Ludwig van Beethoven, Johann Strauss kimi incəsənət dahiləri öz əsərlərini yaratmış […]

Vizam.az 02 aprel 2025
Albaniyaya Vizasız Səyahət

Albaniyaya Vizasız Səyahət

Albaniya, Balkan yarımadasının ən gözəl ölkələrindən biridir və Azərbaycan vətəndaşları üçün vizasız səyahət imkanı təklif edir. Arnavut qayalıqları, Adriatik dənizinin şəffaf suları və qədim şəhərləri ilə tanınan bu ölkə, həm təbiətsevərlər, həm də tarix həvəskarları üçün unudulmaz bir təcrübə vəd edir. Bu bloqda, Albaniyaya səyahət etməzdən əvvəl bilməli olduğunuz vacib məqamları ətraflı izah edəcəyik. Albaniyaya […]

Vizam.az 02 aprel 2025
Makedoniyaya Səyahət

Makedoniyaya Səyahət

Makedoniya, Cənub-Şərqi Avropanın ən gözəl və tarixə dərin izlər buraxmış ölkələrindən biridir. Yunanıstan, Albaniya, Kosova və Serbiya ilə sərhədləri olan Makedoniya, həm təbii gözəllikləri, həm də zəngin tarixi ilə turistləri özünə cəlb edir. Bu ölkə, müxtəlif mədəniyyətlərin və millətlərin qovuşduğu bir nöqtə kimi, həm qədim tarixi abidələri, həm də müasir həyat tərzini təklif edir. Makedoniya, […]

Vizam.az 28 mart 2025
Monteneqroya Vizasız Səyahət

Monteneqroya Vizasız Səyahət

Monteneqro, Cənub-Şərqi Avropada yerləşən və təbii gözəllikləri ilə məşhur olan bir ölkədir. Dəniz kənarında yerləşən bu kiçik amma möhtəşəm ölkə, hər il minlərlə turistin maraq mərkəzinə çevrilir. Azərbaycanlılar üçün Montenegroya vizasız səyahət imkanı isə bu ölkəni daha da əlçatan edir. Bu bloqda, Monteneqroya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün vizasız gediş-gəlişin şərtlərini, səyahətə hazırlıq prosesini […]

Vizam.az 28 mart 2025
Dubaya Vizasız Səyahət: Azərbaycanlı Turistlər üçün Bələdçi

Dubaya Vizasız Səyahət: Azərbaycanlı Turistlər üçün Bələdçi

Azərbaycan vətəndaşları üçün Dubaya vizasız səyahət imkanı, son dövrlərdə turizm və işgüzar əlaqələr baxımından böyük əhəmiyyət kəsb edir. Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər etmək artıq çox asanlaşmışdır. Dubay, qlobal ticarət, turizm və mədəniyyət mərkəzi kimi tanınır, və bu şəhər, hər il minlərlə Azərbaycanlı turistin üz tutduğu bir yerə çevrilib. Bu bloqda, Azərbaycan vətəndaşları üçün Dubaya […]

Vizam.az 28 mart 2025
Misir Vizası ilə Piramidaların Sirrini Kəşf Edin

Misir Vizası ilə Piramidaların Sirrini Kəşf Edin

Misir, min illərlə tarixin izlərini daşıyan, mədəni irsi və unikal abidələri ilə məşhur olan bir ölkədir. Qədim Misir sivilizasiyasının beşiyi olan bu torpaq, həm turistlər, həm də tarix həvəskarları üçün cəlbedici bir məkandır. Misirə səyahət edənlər üçün ən məşhur yerlər arasında Giza Piramidaları, Böyük Sfenks, Luksor Məbədi və Qədim İsgəndəriyyə Kitabxanası kimi tarixi abidələr yer […]

Vizam.az 14 mart 2025
Sinqapur Vizası ilə Universal Studios Macərasına Hazır Olun

Sinqapur Vizası ilə Universal Studios Macərasına Hazır Olun

Sinqapur səyahəti planlayırsınızsa, Universal Studios bu unikal şəhərin görüməli yerləri siyahınızda mütləq olmalıdır. Həm ailələr, həm dostlarla səyahət edənlər, həm də tək səyahət sevənlər üçün ideal olan bu park, unudulmaz macəralarla doludur. Universal Studios-da Sizi Nələr Gözləyir? Universal Studios Singapore, Sentosa Adasında yerləşir və 7 fərqli tematik zonadan ibarətdir: Hollywood – Məşhur filmlərə əsaslanan səhnələr […]

Vizam.az 14 mart 2025
Çinə Səyahət: Çin Turist Vizasını Necə Almalı?

Çinə Səyahət: Çin Turist Vizasını Necə Almalı?

Çinə səyahət etmək istəyirsinizsə, öncə ölkənin zəngin tarixi və mədəniyyəti ilə tanış olmağa hazır olun. Çin, hər bir səfərdən unudulmaz təcrübələr qazanacağınız bir yerdir. Çinə səyahət etməzdən əvvəl, məqsədinizə uyğun viza növünü seçmək çox vacibdir. Çinin viza siyasəti genişdir və fərqli məqsədlər üçün müxtəlif viza növləri mövcuddur. Turizm, iş, təhsil və ailə ziyarəti bu məqsədlərdən […]

Vizam.az 13 mart 2025
Liverpuldan Edinburqa: Birləşmiş Krallığa  Viza

Liverpuldan Edinburqa: Birləşmiş Krallığa Viza

Birləşmiş Krallığa səyahət edərkən, bir çox fərqli mədəniyyət və tarixi təcrübə ilə qarşılaşacaqsınız. Liverpool’un musiqi və sənət şəhərindən, Loch Ness-in əfsanəvi sirrinə qədər hər bir məkan özünəməxsus xüsusiyyətlərə malikdir. Səyahətinizin sonunda isə Edinburgh’un tarixi küçələri və qədim qalaları, sizi digər mədəniyyətlərə, dövrlərə və hekayələrə apardığına inanacaqsınız. Bu şəhərləri və turistik məkanları ziyarət etmək üçün viza […]

Vizam.az 13 mart 2025