2026-cı İldə Azərbaycan Vətəndaşlarının ən çox getdiyi Vizasız Ölkələr

Yeniləndi: 13 iyul 2026 3570 baxış 5 dəq. oxu

2026-cı ildə Azərbaycan vətəndaşlarının ən çox üstünlük verdiyi vizasız ölkələr səyahət planlayanlar üçün ən aktual mövzulardan biridir. Xarici pasportla vizasız gedilə bilən ölkələr həm əlavə sənəd yükünü azaldır, həm də daha sərfəli və rahat səyahət imkanı yaradır. Xüsusilə qısa müddətli istirahət, turistik səfər və ya spontan səyahət planlaşdıranlar üçün vizasız ölkələr 2026-cı ildə də ən populyar seçimlər sırasında qalır.

Azərbaycan vətəndaşları üçün vizasız ölkələr dedikdə, əvvəlcədən səfirliyə müraciət etmədən, elektron viza almadan və ya sərhəddə sadələşdirilmiş prosedurla daxil olmaq mümkün olan istiqamətlər nəzərdə tutulur. 2026-cı ildə bu ölkələr həm Avropa, həm Asiya, həm də digər regionlarda yerləşir və turizm, alış-veriş, mədəniyyət, dəniz istirahəti və təbiət turları baxımından geniş seçim təqdim edir.

Bu yazıda 2026-cı ildə Azərbaycan vətəndaşlarının ən çox getdiyi vizasız ölkələr, həmin ölkələrə giriş qaydaları və onları populyar edən əsas səbəblər ətraflı şəkildə izah olunacaq. Əgər siz də viza prosedurları ilə vaxt itirmədən xaricə səyahət etmək istəyirsinizsə, bu siyahı 2026-cı il üçün ən uyğun istiqaməti seçməyə kömək edəcək.

Albaniya

Albaniya 2026-cı ildə Azərbaycan vətəndaşlarının vizasız səyahət edə bildiyi Avropa ölkələrindən biridir və xüsusilə yay mövsümündə dəniz turizmi üçün populyardır. Adriatik və İon dənizi sahilləri, Ksamil və Saranda kimi kurort şəhərləri, həmçinin Tirana və Berat kimi tarixi məkanlar Albaniyanı cəlbedici edir.

Albaniyaya vizasız giriş qaydaları (2026):
Azərbaycan vətəndaşları qısa müddətli turistik səfərlər üçün Albaniyaya vizasız daxil ola bilirlər. Sərhəddə ən azı 6 ay etibarlılıq müddəti olan xarici pasport tələb olunur. Bundan əlavə, geri dönüş bileti, otel bronu və ya qalacaq ünvan barədə məlumat, həmçinin kifayət qədər maliyyə vəsaiti soruşula bilər. Qalmaq icazəsi adətən müəyyən olunmuş gün limiti çərçivəsindədir və bu müddət aşılmamalıdır. Albaniyaya 1 il ərzində 90 günədək vizasız səyahət edə bilərlər. Bu o deməkdir ki, istənilən vaxt Albaniyaya turist, işgüzar və ya ailəvi ziyarət məqsədilə gedə bilərsiniz.

Əsas tələblər:

  • Səyahət zamanı geri dönüş bileti və maliyyə imkanlarınızı təsdiq edən sənədlər tələb oluna bilər.
  • Pasportun etibarlılığı səyahət tarixindən etibarən ən azı 3 ay olmalıdır.
  • Qalma müddəti 90 günü keçməməlidir.

Albaniya haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə klik edərək bloga keçid edə bilərsiniz.

Çin

Çin 2026-cı ildə Azərbaycan vətəndaşlarının maraq göstərdiyi əsas Asiya ölkələrindən biridir. Pekin, Şanxay və Quançjou kimi şəhərlər turizm, sərgi və biznes səfərləri üçün ön plana çıxır. Tarixi abidələr, Böyük Çin Səddi və müasir texnologiya mərkəzləri ölkəyə marağı artırır. 16 iyul 2025 tarixindən etibarən Azərbaycan vətəndaşları üçün Çin Xalq Respublikasına vizasız səyahət mümkün oldu. Bu yenilik azerbaijan china visa-free razılaşmasının nəticəsidir və ikitərəfli diplomatik münasibətlərin güclənməsi fonunda həyata keçirilmişdir. Artıq səyahət planlarınızı qurarkən Çin səfirliyi viza üçün müraciət etməyə ehtiyac qalmır. Azərbaycan vətəndaşları üçün Çinə keçid zamanı viza tələb olunmur

Çinə vizasız giriş qaydaları (2026):
Çinə vizasız giriş müəyyən razılaşmalar və səfər məqsədindən asılı olaraq tətbiq edilir. Qısa müddətli səfərlərdə sərhəddə biometrik pasport (minimum 6 ay etibarlı), geri dönüş bileti və qalacaq ünvan tələb olunur. Sərhəd nəzarəti zamanı səfərin məqsədi ilə bağlı suallar verilə bilər. Qalmaq müddəti və şərtlər rəsmi qaydalara uyğun olaraq müəyyən edilir və müddətin aşılması cərimə ilə nəticələnə bilər.

Əgər siz vizasız səyahət edə biləcəyimiz ölkələr axtarırsınızsa, Çin bu siyahıya rəsmi olaraq əlavə olunub. Bununla belə, uzunmüddətli təhsil, iş və ya yaşayış məqsədli səfərlər üçün hələ də viza tələb olunur və bu halda Çin səfirliyi viza prosedurlarına müraciət etmək lazımdır. Çin haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə klik edərək bloga keçid edə bilərsiniz.

Gürcüstan

2026-cı ildə Azərbaycan vətəndaşları üçün vizasız səyahət edilə bilən ölkələr arasında coğrafi yaxınlığı, mədəni və turistik zənginliyi ilə Gürcüstan xüsusi yer tutur. Tbilisi, Batumi, Kutaisi və digər şəhərlər həm qısa istirahət, həm də işgüzar səfərlər üçün ideal seçimdir.

Gürcüstana giriş və vizasız rejim:
Azərbaycan vətəndaşları Gürcüstana 90 günə qədər turizm, biznes və ya ailəvi səfərlər üçün vizasız daxil ola bilirlər. Ən azı 6 ay etibarlı xarici pasport və geri dönüş bileti kimi ümumi səyahət sənədləri ilə sərhədə müraciət etmək kifayətdir.

2026-cı ildən etibarən tibbi sığorta tələbi

1 yanvar 2026-cı il tarixindən qüvvəyə minən yeni qaydaya görə, Gürcüstana daxil olan bütün xarici vətəndaşlar, o cümlədən Azərbaycan vətəndaşları, ölkədə olduqları müddət boyunca dərişli tibbi və bədbəxt hadisələrdən sığorta polisinə malik olmalıdırlar. Bu sığorta səfərin başlanğıcından sonuna qədər etibarlı olmalı və minimum 30 000 Gürcü Larisi (GEL) məbləğində tibbi xərclər üzrə əhatə təmin etməlidir. Sığorta Gürcüstan və ya xarici sığorta şirkətləri tərəfindən verə bilər və sənəd gürcü və ya ingilis dilində, elektron və ya kağız formada sərhəddə təqdim edilməlidir.

Serbiya

Serbiya 2026-cı ildə Azərbaycan vətəndaşlarının vizasız səfər edə bildiyi Avropa ölkələri sırasındadır. Xüsusilə Belqrad şəhəri tarixi məkanları, Dunay çayı sahili və aktiv gecə həyatı ilə turistlərin diqqətini çəkir. Serbiya həm turistik, həm də qısa işgüzar səfərlər üçün əlverişlidir.

Serbiyaya vizasız giriş qaydaları (2026):
Azərbaycan vətəndaşları Serbiyaya qısa müddətli səfərlər üçün vizasız daxil ola bilirlər. Sərhəddə minimum 6 ay etibarlı xarici pasport, geri dönüş bileti və yaşayış yerini təsdiq edən sənəd tələb oluna bilər. Bəzi hallarda maliyyə təminatı barədə sübut istənilə bilər. Qalmaq müddəti qanunvericiliklə müəyyən olunmuş limit çərçivəsindədir.

Səyahətə başlamazdan əvvəl, Serbiyaya gedən turistlərdən aşağıdakılar tələb oluna bilər:

  • Geri dönmə bileti: Səyahətə başladığınız ölkəyə geri dönüşünüzü təmin edən bilet.
  • Maliyyə dayanıqlığı: Səyahət müddətiniz ərzində maliyyə vəziyyətinizi göstərən sənədlər, bank hesabı balansı və ya nağd pul.
  • Otellə əlaqədar məlumatlar: Səyahət müddətində qalacağınız yerin (otel, qonaq evi) rezervasiyasını təsdiq edən sənəd.

Serbiyaya vizasız gediş bu qədər sadə olsa da, səyahətinizin problemsiz və rahat keçməsi üçün bu sənədləri öncədən hazırlamaq faydalıdır. Serbiya haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə klik edərək bloga keçid edə bilərsiniz.

Türkiyə

Türkiyə 2026-cı ildə Azərbaycan vətəndaşlarının ən çox getdiyi vizasız ölkə olaraq lider mövqedədir. Dil və mədəniyyət yaxınlığı, geniş uçuş imkanları və dörd fəsil turizm potensialı Türkiyəni ən populyar istiqamətə çevirir. İstanbul, Antalya, Trabzon və İzmir ən çox seçilən şəhərlər arasındadır.

Türkiyəyə vizasız giriş qaydaları (2026):
Azərbaycan vətəndaşları Türkiyəyə vizasız daxil ola bilirlər. Hava yolu ilə səfərlərdə etibarlı xarici pasport, quru sərhəddə isə müəyyən hallarda şəxsiyyət vəsiqəsi kifayət edir. Sərhəddə geri dönüş bileti və qalacaq ünvan barədə məlumat soruşula bilər. Müəyyən edilmiş qalma müddətini aşmamaq vacibdir.

Birləşmiş Ərəb Əmirlikləri

Birləşmiş Ərəb Əmirlikləri, xüsusilə Dubay və Əbu-Dabi, 2026-cı ildə Azərbaycan vətəndaşlarının ən çox seçdiyi vizasız istiqamətlərdəndir. Lüks turizm, alış-veriş festivalları, səhrada safari və müasir memarlıq bu ölkəni cəlbedici edir.

BƏƏ-yə vizasız giriş qaydaları (2026):
Azərbaycan vətəndaşları Birləşmiş Ərəb Əmirliklərinə vizasız daxil ola bilirlər. Sərhəddə ən azı 6 ay etibarlı biometrik pasport tələb olunur. Bundan əlavə, geri dönüş bileti, otel rezervasiyası və ya dəvət məktubu təqdim edilə bilər. Qalmaq müddəti rəsmi qaydalara uyğun olaraq müəyyən edilir və həmin müddətə riayət olunmalıdır.

Qeyd etmək lazımdır ki, bu imkan istisna hallarda verilir və hər zaman zəmanətli deyil. Səyahət planınızı 30 günə uyğun qurmağınız daha məntiqlidir. BƏƏ haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə klik edərək bloga keçid edə bilərsiniz.

Tez-tez verilən suallar (FAQ)

1. 2026-cı ildə Azərbaycan vətəndaşları hansı ölkələrə vizasız gedə bilər?

2026-cı ildə Azərbaycan vətəndaşları Albaniya, Çin (müəyyən şərtlərlə), Gürcüstan, Serbiya, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrə vizasız səfər edə bilirlər. Qalmaq müddəti və giriş qaydaları ölkəyə görə dəyişir.

2. Vizasız ölkəyə getmək üçün minimum hansı sənədlər tələb olunur?

Əksər hallarda aşağıdakı sənədlər tələb olunur:

  • Minimum 6 ay etibarlı xarici pasport
  • Geri dönüş bileti
  • Otel bronu və ya qalacaq ünvan
  • Kifayət qədər maliyyə vəsaiti

Bəzi ölkələr əlavə sənəd və ya sığorta tələb edə bilər.

3. Gürcüstana vizasız giriş üçün tibbi sığorta lazımdır?

Bəli. 2026-cı ildən etibarən Gürcüstana daxil olan xarici vətəndaşlar üçün tibbi sığorta polisi tələb olunur. Sığorta səfər müddətini əhatə etməli və müəyyən minimum məbləğdə tibbi xərcləri qarşılamalıdır. Sərhəddə sığorta sənədi tələb oluna bilər.

4. Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə getmək mümkündür?

Bəli. Azərbaycan vətəndaşları Türkiyəyə quru sərhədindən şəxsiyyət vəsiqəsi ilə daxil ola bilirlər. Hava yolu ilə səfərlərdə isə adətən xarici pasport tələb olunur.

5. Vizasız qalma müddəti neçə gündür?

Qalmaq müddəti ölkəyə görə dəyişir. Əksər vizasız ölkələr 30 gün, 60 gün və ya 90 günədək qalmağa icazə verir. Müddətin aşılması cərimə və ya gələcək giriş qadağası ilə nəticələnə bilər.

6. Vizasız giriş ölkədə işləmək hüququ verir?

Xeyr. Vizasız rejim əsasən turizm, qısa biznes görüşləri və ailəvi səfərlər üçün nəzərdə tutulur. İşləmək və ya uzunmüddətli qalmaq üçün müvafiq viza və icazə tələb olunur.

Oxşar yazılar:

Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Bəli, Sinqapur vizası üçün bank çıxarışı maliyyə vəziyyətinizi göstərən dəstəkləyici sənəd kimi tələb oluna bilər. Lakin bank çıxarışı bütün müraciətlər üçün rəsmi şəkildə məcburi əsas sənəd kimi göstərilmir. Sinqapurun İmmiqrasiya və Nəzarət Məntəqələri İdarəsi (ICA) müraciət zamanı əlavə sənədlər tələb edə bilər və Sinqapura səfər edən şəxsin qalma müddəti ərzində özünü təmin etmək üçün kifayət […]

Vizam.az 24 sentyabr 2026
Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

İlk dəfə Şengen sərhədindən keçirsinizsə, pasportunuz, Şengen vizanız, uçuş və yaşayış məlumatlarınız, səfər planınız və lazım olduqda maliyyə imkanınızı göstərən sənədlər hazır olmalıdır. Sərhəd nəzarətində əməkdaş səfərin məqsədi, qalacağınız yer və geri dönüş planınız barədə qısa suallar verə bilər. Etibarlı Şengen vizasının olması girişə avtomatik zəmanət vermir. Xarici sərhəddə səyahətçinin giriş şərtlərinə uyğunluğu ayrıca yoxlanılır. […]

Vizam.az 24 sentyabr 2026
Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcunun olması təkbaşına viza almağa avtomatik maneə deyil. Viza müraciətində əsas məsələ kredit borcunun mövcudluğu deyil, müraciət edən şəxsin ümumi maliyyə vəziyyəti, sabit gəliri, bank hesabındakı vəsaitin mənbəyi və səfərin xərclərini qarşılamaq imkanının inandırıcı şəkildə göstərilməsidir. Məsələn, şəxsin aktiv istehlak krediti və ya ipoteka ödənişi ola bilər. Əgər onun sabit gəliri, normal bank hesabı […]

Vizam.az 23 sentyabr 2026
Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

ABŞ vizasının olması avtomatik olaraq Kanada və Meksikaya giriş hüququ vermir. Kanada və Meksikanın viza və giriş qaydaları bir-birindən fərqlidir. Azərbaycan pasportu ilə səyahət edirsinizsə, Kanadaya getmək üçün ümumiyyətlə Kanada vizası tələb olunur. ABŞ vizasının olması Kanada vizasını avtomatik əvəz etmir. Meksikada isə fərqli qayda tətbiq olunur: etibarlı ABŞ vizası olan şəxslər müəyyən şərtlərlə ayrıca […]

Vizam.az 21 sentyabr 2026
Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Xeyr. Şengen vizası aldığınız ölkədən Şengen zonasına ilk giriş etmək ümumi qayda olaraq məcburi deyil. Məsələn, Fransadan Şengen vizası almısınızsa, müəyyən hallarda Şengen zonasına İtaliya, Almaniya, Niderland və ya başqa Şengen ölkəsindən daxil ola bilərsiniz. Avropa Komissiyasının rəsmi məlumatına görə, bir Şengen ölkəsi tərəfindən verilmiş viza ilə başqa Şengen ölkəsinin xarici sərhədindən də giriş mümkündür. […]

Vizam.az 18 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edərkən ən vacib məsələlərdən biri hansı ölkənin konsulluğuna müraciət etməli olduğunuzu düzgün müəyyən etməkdir. Əgər səfəriniz zamanı yalnız bir Şengen ölkəsinə gedirsinizsə, müraciəti həmin ölkənin səlahiyyətli konsulluğuna təqdim etməlisiniz. Bir neçə Şengen ölkəsinə səfər edirsinizsə, əsas qayda əsas təyinat ölkəsini (main destination) müəyyən etməkdir. Əsas təyinat ölkəsi, ümumiyyətlə, səfər zamanı ən […]

Vizam.az 17 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edən şəxslərin ən çox qarışdırdığı məsələlərdən biri müraciətin hansı ölkəyə edilməli olmasıdır. Bir neçə Şengen ölkəsini əhatə edən səyahət planınız varsa, vizaya istənilən Şengen ölkəsinin konsulluğuna müraciət etmək düzgün deyil. Əsas qayda budur: Şengen vizası üçün müraciət səfərin əsas təyinat ölkəsinə edilməlidir. Əgər səfər zamanı bir neçə ölkədə qalacaqsınızsa, əsas təyinat […]

Vizam.az 15 sentyabr 2026
Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır, Slovakiya vizanızı almağın vaxtıdır!

Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır, Slovakiya vizanızı almağın vaxtıdır!

Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır! 27 oktyabr 2026-cı il tarixindən etibarən Wizz Air ilə Bakıdan Bratislavaya birbaşa uçuşlar 56 dollardan başlayan qiymətlərlə təklif olunur. Bratislavaya səyahət planlayan Azərbaycan vətəndaşlarının isə səfərdən əvvəl Slovakiya vizası üçün müraciət etməsi tələb olunur. Uçuşların qiymətini və mövcud tarixləri Wizz Air-in rəsmi saytından yoxlaya bilərsiniz: Wizz Air – Bratislava–Bakı uçuşları […]

Vizam.az 14 sentyabr 2026
DV-2028 Green Card Qeydiyyatı Haqqında Ən Çox Verilən Suallar

DV-2028 Green Card Qeydiyyatı Haqqında Ən Çox Verilən Suallar

DV-2028 Green Card lotereyası ABŞ-da daimi yaşamaq imkanı əldə etmək istəyən şəxslərin ən çox maraq göstərdiyi proqramlardan biridir. Qeydiyyat prosesi onlayn həyata keçirilir və müraciət edən şəxslər müəyyən uyğunluq şərtlərinə cavab verməlidirlər. Aşağıda DV-2028 Green Card qeydiyyatı ilə bağlı istifadəçilərin ən çox axtardığı 10 əsas sualın cavabını təqdim edirik. DV-2028 Green Card qeydiyyatı nə vaxt […]

Vizam.az 09 sentyabr 2026
Vyetnam vizası müraciəti nə qədər vaxta təsdiqlənir?

Vyetnam vizası müraciəti nə qədər vaxta təsdiqlənir?

Vyetnam vizası müraciəti, e-viza üçün bütün məlumatlar düzgün təqdim edildikdə və ödəniş tamamlandıqda, rəsmi olaraq 3 iş günü ərzində emal olunur. Vyetnam İmmiqrasiya Departamentinin məlumatına əsasən, e-viza müraciətinin nəticəsi onlayn sistem üzərindən yoxlanıla bilər. Azərbaycan vətəndaşları da Vyetnam e-vizası üçün müraciət edə bilərlər. Vyetnamın rəsmi e-viza portalında Azərbaycan e-viza almaq hüququ olan ölkələr siyahısında göstərilir. […]

Vizam.az 08 sentyabr 2026