“Səyahətə başlamağın yaşı yoxdur” deyə düşünən Rasim, səyahətə gec yaşlarında (ilk səyahətini 2015 ci ildə, 29 yaşında reallaşdırıb) başlamağına baxmayaraq, 2020-ci il etibarı ilə 33 ölkədə 5 qitədə olmuşdur. Eyni zamanda, həvəskar alpinistdir. Kilimancaro, Elbrus, Dəmavənd, Kostyuşka, Akonkaqua, La Malinçe, Orisaba, Şahdağ zirvələrində olmuşdur. Olduğu 33 ölkə siyahısından ən çox sevdiyi ölkə Yeni Zelandiya, ən çox sevdiyi şəhər kimi isə Peruda Kusko şəhərini göstərmək olar. Səyahətləri arasında ən yaddaqalanı, səyahət etmək o qədər də asan olmayan Karib dənizində yerləşən Kiçik Antil adalarına dəniz səyahətidir. Onun üçün səyahət düzgün planlamadan başlayır. Səyahətlərinə ən az 1 il öncədən hazırlaşır. Bu platformada bölüşəcəyi məqalələrlə hər kəsə planlamada, görüləcək yerlərin düzgün seçilməsində, bir çox regionlar haqqında yaranan yanlış stereotiplərin (Latın və Cənubi Amerika, Afrika) aradan qalxması üçün yardımçı olmağı hədəfləyir.
Cənub Şərq yarım kürəsinin ən cənub ölkəsindən – Yeni Zelandiyadan yəqinki hələ məqalə yazan olmayıb. Siftə. Bu ölkə mənə görə dünyanın təbiət baxımından ən gözəl ölkəsidir. İqlim, landşaft, relyef hər addım başı dəyişir. Amma gəl ki qiymətlər… Gəlin lap əvvəldən başlayım…Bu ilin fevral ayında olan səyahətin marşrutu Bakı – Doha – Kuala Lumpur – Qızıl Sahil – […]
Bir gün “Karib adaları” filminə baxmaqdan bezib “Mən gedirəm” dedim. Mən Cek Sərçə qədər ola bilmərəm ki?! Fevral. 2016. Bu adalara səyahəti planlaşdırmazdan öncə, “Səyahət Menyu”mda Karibdən başqa Venesuela da var idi. Lakin ürəyimin istədiyi vaxt Karib adasını gəzə bilməyəcəyimi nəzərə alaraq bu səyahət planını seçdim. Bu adaların təbiətini Rorayma və ya Anhelden daha gözəl olduğunu deyə […]