Vizam.az ilə Ispaniya Viza Müraciəti Prosesi

Yeniləndi: 17 mart 2026 271 baxış 7 dəq. oxu

İspaniyaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Şengen vizası əldə etmək bu prosesin ən vacib mərhələsidir. “Vizam.az ilə İspaniya Viza Müraciəti” xidməti isə bu prosesi sizin üçün daha sadə, sürətli və risksiz hala gətirir. Sənədlərin düzgün hazırlanması, müraciət formasının peşəkar şəkildə doldurulması və səfirlik tələblərinə uyğun təqdim olunması viza alma ehtimalını birbaşa artıran əsas amillərdəndir.

Vizam.az komandası illərin təcrübəsinə əsaslanaraq İspaniya vizası üçün müraciət edən şəxslərə tam dəstək göstərir. İstər turistik səfər, istər ailə ziyarəti, istərsə də qısa müddətli işgüzar səfərlər üçün müraciət edənlər bütün mərhələlərdə peşəkar yönləndirmə əldə edirlər. Məqsəd yalnız müraciəti göndərmək deyil, eyni zamanda sizin profilinizə uyğun ən düzgün strategiyanı quraraq müsbət nəticə əldə etməkdir.

Əgər siz də İspaniya vizasını problemsiz və vaxt itirmədən almaq istəyirsinizsə, Vizam.az ilə müraciət edərək bütün prosesi etibarlı şəkildə həyata keçirə bilərsiniz. Bu yazıda İspaniya vizası üçün tələb olunan sənədlər, müraciət mərhələləri və viza alma şansını artıran vacib məqamlar haqqında ətraflı məlumat əldə edəcəksiniz.

İspaniya Viza Növləri

İspaniyaya səyahət planlayan Azərbaycan vətəndaşları üçün İspaniya vizası əsas tələbdir. İspaniya, Şengen zonasına daxil olduğu üçün qısamüddətli səfərlər üçün İspaniya Şengen vizası (C tipi) əldə etmək lazımdır. Bu viza ilə siz yalnız İspaniyaya deyil, eyni zamanda digər Şengen ölkələrinə də səyahət edə bilərsiniz.

İspaniya viza müraciəti zamanı seçilən viza növü səfərin məqsədindən asılıdır. Ən çox müraciət edilən İspaniya turist vizası istirahət və səyahət üçün nəzərdə tutulub. Bununla yanaşı, ailə və dost ziyarəti, işgüzar səfərlər, tibbi müalicə, qısamüddətli kurslar və mübadilə proqramları üçün də İspaniya üçün viza almaq mümkündür. Bu kateqoriyaların hamısı qısa müddətli (90 günədək) qalma icazəsi verir.

Əgər siz İspaniyada daha uzun müddət qalmağı planlaşdırırsınızsa, məsələn ali təhsil almaq və ya işləmək istəyirsinizsə, bu zaman İspaniya təhsil vizası və ya iş məqsədli milli viza (D tipi) üçün müraciət etməlisiniz. Bu tip vizalar üçün İspaniya səfirliyi viza prosedurları daha geniş sənəd paketi və rəsmi qəbul və ya iş dəvəti tələb edir.

Azərbaycan İspaniya viza müraciətləri adətən rəsmi İspaniya viza mərkəzi vasitəsilə qəbul olunur və sənədlərin düzgün hazırlanması İspaniya vizası almaq şansını artırır. Müraciət edən şəxslər üçün ən vacib məqamlardan biri düzgün kateqoriya seçmək və İspaniya viza qiyməti, sənəd tələbləri və baxılma müddəti kimi detalları əvvəlcədən dəqiqləşdirməkdir.

İspaniya Şengen Vizası

İspaniya Şengen vizası, İspaniyaya və digər Şengen ölkələrinə qısamüddətli səyahət etmək istəyənlər üçün ən çox müraciət edilən İspaniya vizası növlərindən biridir. Bu viza həm təkgirişli, həm də çoxgirişli formada təqdim olunur və 3 ay, 6 ay, 1 il, 2 il və ya 5 ilə qədər etibarlılıq müddəti ilə verilə bilər.

İspaniya viza müraciəti zamanı əldə etdiyiniz Şengen vizası ilə siz yalnız İspaniyaya deyil, eyni zamanda Fransa, İtaliya, Portuqaliya və digər Avropa ölkələrinə də sərbəst səyahət edə bilərsiniz. Bu səbəbdən İspaniya turist vizası, Avropa turu planlayanlar üçün ən optimal seçimlərdən biri hesab olunur.

İspaniya vizası almaq istəyən şəxslər üçün vacib məqamlardan biri Şengen ərazisinə ilk giriş qaydasıdır. Tövsiyə olunur ki, vizanı hansı ölkədən almısınızsa, ilk olaraq həmin ölkədən – yəni İspaniyadan giriş edəsiniz. Əks halda, bəzi hallarda digər ölkələrin sərhəd xidməti sizin girişinizə icazə verməyə bilər. Bu hal nadir yaşansa da, İspaniyaya viza almaq prosesində riskləri minimuma endirmək üçün nəzərə alınmalıdır.

Digər mühüm məqam isə səyahət planlamasıdır. İspaniya üçün viza müraciəti edərkən ümumi səfər müddətində ən çox qalacağınız ölkə kimi İspaniyanı göstərməlisiniz. Məsələn, səyahət planınıza bir neçə ölkə daxil etsəniz belə, gün sayına görə əsas qalacağınız ölkə İspaniya olmalıdır. Bu qayda İspaniya viza mərkəzi və İspaniya səfirliyi viza tələblərinə uyğun şəkildə düzgün müraciət etməyiniz üçün vacibdir.

İspaniya Şengen Vizası üçün Tələb Olunan Sənədlər

İspaniya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  • Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  • Şəxsiyyət vəsiqənizin surəti
  • İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  • Adınıza olan bank hesabından arayış* və çıxarış (məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  • Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texniki pasportunun surəti
  • Mülki vəziyyətinizin sübutu* (ailəlisinizsə nikah haqqında şəhadətnamə, 18 yaşdan aşağı uşaqlarınız varsa doğum haqqında şəhadətnamələri və ya nikahınız pozulubsa nikahın pozulmasına dair sənədin surəti)
  • 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  • Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  • Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  • Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  • İngilis dilində doldurulmuş ərizə forması
  • Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  • Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

İspaniya Vizası üçün Sənədlər və Maliyyə Tələbləri

İspaniya vizası almaq istəyən Azərbaycan vətəndaşları üçün sənədlərin düzgün hazırlanması və maliyyə vəziyyətinin əsaslandırılması İspaniya viza müraciəti prosesində həlledici rol oynayır. Təcrübəyə əsasən, Azərbaycan İspaniya viza müraciətlərində bəzi əlavə tələblər də ortaya çıxa bilər.

Bəzi hallarda İspaniya səfirliyi viza prosedurları çərçivəsində müraciətçilərdən standart sənədlərlə yanaşı əlavə olaraq e-gov platformasından çıxarış təqdim etmələri tələb olunur. Həmçinin, sənədlər təqdim edildikdən sonra səfirlik tərəfindən zəng edilərək əlavə sənədlər istənilə bilər. Nadir hallarda isə göstərilən otel bronlarının tam ödənişinin edilməsi və bunu təsdiq edən sənədlərin təqdim olunması tələb oluna bilər. Bu səbəbdən İspaniya vizası almaq üçün təqdim etdiyiniz bütün məlumatların real və təsdiqlənə bilən olması vacibdir.

İspaniya viza qiyməti və ümumi xərclərdən əlavə, bank hesabınızda göstərdiyiniz məbləğ də xüsusi önəm daşıyır. Ümumilikdə, İspaniyaya viza almaq üçün bir həftəlik səyahət planında minimum 3.000–5.000 AZN (və ya avro/dollar ekvivalenti) məbləğ göstərilməsi tövsiyə olunur. Bu məbləğ hesablanarkən uçuş biletləri, otel bronları və Şengen ərazisində qalacağınız hər gün üçün orta hesabla 70–80 avro gündəlik xərc nəzərə alınmalıdır. Bu yanaşma İspaniya vizasını almaq şansınızı artıran əsas faktorlardandır.

Əgər siz sahibkarsınızsa, İspaniya üçün viza müraciəti zamanı iş yerindən arayış əvəzinə VÖEN sənədi, vergi dövriyyəsi haqqında arayış və şirkətin reyestr çıxarışını təqdim edə bilərsiniz. Əgər işləmirsinizsə və ya tələbəsinizsə, bu halda sponsor təqdim etmək mümkündür. Sponsor olduqda onun şəxsiyyət vəsiqəsi, iş yerindən arayış (və ya sahibkar sənədləri), bank çıxarışları və sizinlə olan ailəvi bağı təsdiqləyən sənədlər təqdim olunmalıdır.

İspaniya turist vizası və digər qısamüddətli vizalar üçün 18 yaşdan aşağı şəxslər əlavə olaraq valideyn icazə sənədi təqdim etməlidir. Bu sənəd tək və ya valideynlərdən biri ilə səyahət zamanı digər valideyn tərəfindən verilməlidir.

Qeyd edilməlidir ki, təqdim olunan rəsmi sənədlər VÖEN, vergi arayışı, reyestr çıxarışı, sponsorluq məktubu və icazə sənədləri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilməlidir. Bu tələb İspaniya viza mərkəzi və səfirlik prosedurlarına tam uyğun müraciət etməyiniz üçün vacibdir.

İspaniya Viza Proseduru

İspaniya vizası almaq istəyən Azərbaycan vətəndaşları üçün İspaniya viza müraciəti prosesi ölkəmizdə birbaşa İspaniya konsulluğu olmadığı üçün fərqli şəkildə həyata keçirilir. Azərbaycan İspaniya viza müraciətləri Fransa Səfirliyinin rəsmi tərəfdaşı olan İspaniya viza mərkəzi (Capago) vasitəsilə qəbul edilir və yekun qərar İspaniya səfirliyi viza prosedurları çərçivəsində Fransa Səfirliyinin konsulluq şöbəsi tərəfindən verilir.

İspaniya viza müraciəti etmək üçün ilk addım onlayn şəkildə görüş təyin etməkdir. Görüş olmadan sənəd təqdim etmək mümkün deyil. Müraciət ən tez səyahət tarixindən 6 ay əvvəl edilə bilər. Əksər hallarda müraciət zamanı şəxsi iştirak mütləqdir və biometrik məlumatlar (barmaq izi) təqdim olunur.

Barmaq izindən azad olan şəxslər:

  • Son 3 ildə Şengen vizası almış və sistemdə biometrik məlumatı olan şəxslər
  • 12 yaşdan aşağı uşaqlar
  • Fiziki olaraq barmaq izi verə bilməyən şəxslər
  • Diplomatik və xüsusi pasport sahibləri
  • İspaniyada diplomatik və ya beynəlxalq təşkilatlarda fəaliyyət göstərəcək şəxslər və onların ailə üzvləri

İspaniya vizası almaq üçün müraciət etdikdən sonra baxılma müddəti adətən 3–5 iş günü çəkir. Lakin təcrübədə görünür ki, nəticənin çıxma müddəti səyahət tarixinə və müraciətin mürəkkəbliyinə görə dəyişə bilər. Səyahət tarixi yaxın olan müraciətçilərin nəticələri daha tez açıqlana bilər.

İspaniya viza qiyməti isə iki hissədən ibarətdir:

  • Viza rüsumu: 35 avro
  • İspaniya viza mərkəzi xidmət haqqı: 26 avro

Ödənişlər manatla nağd və ya kartla edilə bilər və məbləğ günün məzənnəsinə uyğun hesablanır. Bu xərclər İspaniya vizasını almaq üçün standart ödənişlər hesab olunur.

İspaniya Şengen Vizası Alma Ehtimalı

İspaniya Şengen vizası alma ehtimalı birbaşa müraciətçinin profilindən asılıdır. İspaniya vizası üçün müraciət edən şəxsin maliyyə vəziyyəti, iş statusu və səyahət tarixçəsi İspaniya viza müraciəti zamanı əsas qiymətləndirmə meyarları hesab olunur.

İspaniya vizası almaq şansını artıran əsas faktorlar bunlardır: sabit iş yerinin və vəzifənin olması, aylıq gəlirin kifayət qədər olması (təcrübədə 400–500 AZN aralığında gəliri olan şəxslərin də İspaniya vizası aldığı hallar mövcuddur), bank hesabında səyahəti tam qarşılayacaq məbləğin göstərilməsi və müraciətçinin ölkəyə geri qayıdacağını sübut edən bağların (mülk, ailə, uşaqlar və s.) olması. Eyni zamanda güclü səyahət tarixçəsi də İspaniya vizasını almaq ehtimalını əhəmiyyətli dərəcədə artırır.

Azərbaycan İspaniya viza müraciətlərində nəzərə alınmalı digər vacib məqam isə ilk viza seçimidir. Təcrübəyə əsasən, İspaniya səfirliyi viza müraciətləri Fransa Səfirliyi vasitəsilə qəbul edildiyi üçün ilk dəfə Şengen vizasına müraciət edən şəxslər üçün bu istiqamət bəzən daha riskli hesab oluna bilər. Lakin profil göstəriciləri yüksək olan şəxslər üçün bu risk minimuma enir.

Daha əvvəl bir və ya bir neçə Şengen vizası almış şəxslərin İspaniyaya viza almaq ehtimalı isə xeyli yüksək olur. Bu, sizin əvvəlki səyahətlərinizin qaydalara uyğun həyata keçirildiyini göstərir və İspaniya viza mərkəzi və konsulluq üçün müsbət siqnal hesab edilir.

Ümumilikdə, İspaniya üçün viza müraciətində düzgün strategiya seçmək vacibdir. Fransa Səfirliyi bəzi hallarda ilk müraciətlər üçün digər Qərbi Avropa ölkələri (Almaniya, İtaliya, Skandinaviya ölkələri və s.) ilə müqayisədə daha uyğun seçim ola bilər. Lakin bu, tam şəkildə müraciətçinin profilindən və təqdim etdiyi sənədlərin keyfiyyətindən asılıdır.

Tez-tez Verilən Suallar (FAQ)

  1. İspaniya vizası üçün müraciəti necə edə bilərəm?
    Azərbaycandan müraciət edənlər üçün İspaniya Şengen vizası proseduru Fransa Səfirliyinin İspaniya viza mərkəzi vasitəsilə həyata keçirilir. İlk addım onlayn görüş təyin etməkdir.
  2. İspaniya vizası almaq üçün hansı sənədlər tələb olunur?
    Əsas sənədlər: xarici pasport, şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və ya sahibkar sənədləri, bank çıxarışı, səyahət planı, otel və uçuş bronları, səyahət sığortası. Sponsorlu müraciətlərdə əlavə sənədlər tələb oluna bilər.
  3. İspaniya vizasının qiyməti nə qədərdir?
    Viza rüsumu 35 avro, İspaniya viza mərkəzi xidmət haqqı isə 26 avro təşkil edir. Ödəniş manatla nağd və ya kartla edilə bilər.
  4. Şengen vizası ilə digər Avropa ölkələrinə səyahət etmək mümkündürmü?
    Bəli, İspaniya Şengen vizası ilə Fransa, İtaliya, Portuqaliya və digər Şengen ölkələrinə də səyahət edə bilərsiniz.
  5. İspaniya vizası alma ehtimalımı necə artırmaq olar?
    İş və maliyyə vəziyyətinizi göstərən sənədləri düzgün təqdim etmək, bank hesabında səyahəti tam əhatə edəcək məbləğ göstərmək, ölkəyə bağlılığınızı (mülk, ailə, uşaqlar) sübut etmək və əvvəlki Şengen vizalarınız varsa bunu göstərmək şansınızı artırır.
  6. Vizam.az ilə İspaniya vizasına müraciət etmək nəyi əhatə edir?
    Viza dəstəyi xidmətinə onlayn görüş təyin edilməsi, ərizə formalarının doldurulması, sənədlərin hazırlanması, uçuş və otel rezervasiyaları, səyahət sığortası, konsultasiya və prosedurun izlənilməsi daxildir. Hər bir sənəd üçün notarial tərcümə əlavə ödənişlidir.

İspaniyaya Viza Dəstəyi

İspaniya vizası almaq istəyənlər üçün İspaniya viza müraciəti prosesini sadələşdirmək və uğur şansını artırmaq üçün Vizam.az sizə peşəkar dəstək təqdim edir. Azərbaycan İspaniya viza müraciətlərində düzgün sənəd hazırlığı və planlama ən vacib mərhələlərdəndir və biz bu prosesi sizin üçün tam şəkildə idarə edirik.

Vizam.az vasitəsilə İspaniya Şengen vizası üçün müraciət etdikdə aşağıdakı xidmətlər təqdim olunur:

İspaniya viza mərkəzi üçün onlayn görüşün təyin edilməsi, rizə formasının düzgün və peşəkar şəkildə doldurulması

  • Sənədlərin İspaniya səfirliyi viza tələblərinə uyğun hazırlanması
  • Uçuş biletlərinin rezervasiyası
  • Otel bronlarının təşkili və ya istəyə uyğun alınması
  • Səyahət planına uyğun səyahət sığortasının təşkili
  • Konsultasiya və İspaniya viza müraciəti prosesinin izlənilməsi

Qeyd edək ki, səyahət sığortası xidmət haqqına daxil deyil və əlavə hesablanır. Orta hesabla 1 həftəlik sığorta 16–18 AZN aralığında dəyişir. İstəsəniz bu sığortanı özünüz də əldə edə bilərsiniz.

Bundan əlavə, İspaniya üçün viza müraciəti zamanı tələb olunan sənədlərin notarial qaydada ingilis dilinə tərcümə və təsdiqi ilə bağlı da sizə dəstək göstəririk. Hər bir sənəd üçün bu xidmətin rüsumu 16 AZN təşkil edir.

Ümumi olaraq, İspaniya vizası almaq üçün Vizam.az-da təqdim olunan viza dəstəyi xidmətinin qiyməti bir nəfər üçün cəmi 79 AZN təşkil edir. Bu xidmət, xüsusilə ilk dəfə İspaniyaya viza almaq istəyənlər üçün prosesi daha rahat və risksiz edir.

Əgər siz də İspaniya vizasını almaq istəyirsinizsə, Vizam.az ilə müraciət edərək bütün prosesi peşəkarlara həvalə edə bilərsiniz. Əlavə məlumat və sifariş üçün bizimlə əlaqə saxlayaraq İspaniya viza mərkəzi vasitəsilə müraciətinizi dərhal başlada bilərsiniz.

İspaniyanın rəngarəng şəhərləri, mədəniyyəti və bitməyən əyləncələri sizi gözləyir – səyahətinizə ilk addımı bu gün atın!

Oxşar yazılar:

Niderland üçün vizanız hazırdır?

Niderland üçün vizanız hazırdır?

Niderland Avropanın ən çox ziyarət edilən Şengen ölkələrindən biridir və həm turizm, həm də işgüzar səfərlər üçün böyük maraq doğurur. Amsterdamın kanalları, tarixi şəhərləri və inkişaf etmiş infrastrukturu bu ölkəni səyahət planlarında xüsusi yerə çevirir. Lakin Niderlanda səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əsas şərt Şengen vizasının alınmasıdır. Viza prosesi bəzən mürəkkəb və suallar yaradan […]

Vizam.az 18 may 2026
Litva Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Litva Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Litva Şengen zonasında yerləşən Avropa İttifaqı ölkələrindən biridir və bu ölkəyə səyahət etmək üçün əsasən qısa müddətli C tipi Şengen vizası tələb olunur. Litva vizası turizm, işgüzar səfər, ailə ziyarəti və ya tranzit məqsədləri üçün istifadə edilir və sahibinə təkcə Litvaya deyil, bütün Şengen ölkələrinə sərbəst səyahət imkanı verir. Son illərdə Litva həm biznes imkanları, […]

Vizam.az 18 may 2026
Litvaya Necə Getmək Olar?

Litvaya Necə Getmək Olar?

Son illərdə azərbaycanlı turistlər, tələbələr və iş axtaran şəxslər üçün maraq göstərilən Avropa ölkələrindən birinə çevrilib. Baltik regionunda yerləşən Litva həm münasib yaşayış xərcləri, həm təhlükəsiz şəhər həyatı, həm də Şengen zonasına daxil olması ilə diqqət çəkir. Xüsusilə paytaxt Vilnius tarixi memarlığı, sakit atmosferi və Avropa şəhər həyatını daha rahat büdcə ilə yaşamaq imkanı təqdim […]

Vizam.az 14 may 2026
Avstriya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Avstriya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Avstriya vizası üçün viza müraciəti edən şəxslər ən çox sənədlər, prosedur və qəbul şərtləri ilə bağlı suallar verir. Avstriya Şengen zonasında yerləşdiyi üçün bu ölkəyə səyahət üçün əsasən qısa müddətli C tipi Şengen vizası tələb olunur. Turizm, işgüzar səfər və ya ailə ziyarəti kimi məqsədlərlə müraciət etmək mümkündür. Viza prosesi düzgün sənəd hazırlığı və real […]

Vizam.az 14 may 2026
Oktoberfest Festivalı üçün Almaniya Vizası

Oktoberfest Festivalı üçün Almaniya Vizası

Dünyanın ən məşhur festivallarından biri hesab olunur və hər il milyonlarla turist bu tədbirdə iştirak etmək üçün Almaniyanın Munich şəhərinə səyahət edir. Bavariya mədəniyyəti, ənənəvi musiqilər, məşhur pivə çadırları və festival atmosferi Oktoberfesti Avropanın ən böyük tədbirlərindən birinə çevirib. Xüsusilə sentyabr ayının sonu və oktyabr ayının əvvəlində keçirilən festival dövründə Almaniyaya turist axını ciddi şəkildə […]

Vizam.az 14 may 2026
Tomorrowland Festivalı üçün Belçika Vizası

Tomorrowland Festivalı üçün Belçika Vizası

Tomorrowland dünyanın ən məşhur elektron musiqi festivallarından biri kimi hər il minlərlə insanı Belçikaya cəlb edir. Musiqi, səhnə şouları və unikal atmosferi ilə fərqlənən bu festival xüsusilə yay aylarında Avropaya səyahət planlayanlar üçün ən populyar seçimlərdən biridir. Festival Boom, Belgium şəhərində keçirilir və qısa müddətdə biletləri tükəndiyi üçün əvvəlcədən planlama böyük əhəmiyyət daşıyır. Azərbaycan vətəndaşları […]

Vizam.az 05 may 2026
Avstraliya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Avstraliya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Avstraliya, yüksək həyat standartları, inkişaf etmiş şəhərləri və unikal təbiəti ilə dünyanın ən çox maraq göstərilən ölkələrindən biridir. Sidney və Melburn kimi məşhur şəhərlər, Böyük Sədd Rifi kimi təbii möcüzələr və geniş səyahət imkanları Avstraliyanı həm turizm, həm də işgüzar səfərlər üçün cəlbedici edir. Avstraliyaya səyahət etmək üçün Azərbaycan vətəndaşları əvvəlcədən viza əldə etməlidirlər. Avstraliya […]

Vizam.az 04 may 2026
Şengen Vizası ilə Monteneqroya Daxil Olmaq Olar?

Şengen Vizası ilə Monteneqroya Daxil Olmaq Olar?

Şengen vizası ilə Monteneqroya səyahət etmək məsələsi ən çox qarışdırılan mövzulardan biridir. Bir çox səyahətçi Monteneqronun Şengen zonasına daxil olduğunu düşünür və bu səbəbdən vizanın avtomatik keçərli olub- araşdırır. Əslində isə Monteneqro Avropa ölkəsi olsa da, Şengen sazişinə daxil deyil və öz sərhəd giriş qaydalarına malikdir. Bu səbəbdən Şengen vizası ilə Monteneqroya giriş məsələsi konkret […]

Vizam.az 01 may 2026
Avstraliya Vizası ilə Şengen Vizası Arasındakı Fərqlər Nələrdir?

Avstraliya Vizası ilə Şengen Vizası Arasındakı Fərqlər Nələrdir?

Səyahət planlayan insanların ən çox qarşılaşdığı suallardan biri Avstraliya vizası ilə Şengen vizası arasındakı fərqlərdir. Hər iki viza fərqli coğrafiyaları, fərqli qaydaları və müraciət proseslərini əhatə edir, buna görə də seçim etmək bəzən çətin ola bilir. Şengen vizası Avropanın bir çox ölkəsinə sərbəst səyahət imkanı yaratdığı halda, Avstraliya vizası daha uzaq regiona Avstraliya qitəsinə giriş […]

Vizam.az 01 may 2026
Polşa Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Polşa Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Polşa vizası Avropaya səyahət etmək və ya qısa müddətli işgüzar səfərlər planlayanlar üçün ən çox müraciət edilən vizalardan biridir. Polşa həm iqtisadi imkanları, həm də Şengen zonası daxilində yerləşməsi səbəbilə turistlər və iş məqsədli səfər edənlər üçün cəlbedici istiqamətlərdən hesab olunur. Bu viza vasitəsilə siz yalnız Polşaya deyil, digər Şengen ölkələrinə də sərbəst şəkildə səyahət […]

Vizam.az 29 aprel 2026