GÜNƏŞDƏN QORXAN DİV

Yeniləndi: 11 avqust 2026 4277 baxış 6 dəq. oxu

Div Dili (Trolltunqa), Norveçin Ordeland bölgəsində, Oddaya bağlı olan bir dağın qeyri-adi, görünüşə görə dili xatırladan qayasının adıdır. Bəs niyə Div Dili? Bunun cavabı Norveç əfsanələrinə əsaslanır. Belə ki, Norveçdə yaşayan Troll adlı əfsanəvi divlər burada yaşayıb. Norveçin simvollarından sayılan bu əfsanəvi varlığın adı ilə bağlı olaraq, bu qayanı “Trolltunqa”, yəni “Div Dili” adlandırıblar. Digər bir əfsanəyə görə isə bu yer “Günəşdən qorxan div dili” adlandırılır. Belə adlandırılmasının kökü də qədim rəvayətlərə dayanır. Belə ki, mağaralarda yaşayan divlər günəşin onlara ölüm gətirdiyinə inanırdı. Hətta nəhəng divlərdən biri o qədər axmaq olur ki, bu şayiəni yoxlamaq qərarına gəlir. O, səhər açılanda dilini mağaradan çölə çıxarır və İlahi nur bu cəsarətini qiymətləndirmir və onun dili həmin yerdə donub qalır.

Necə getmək olar?

Tranzit yolla getmək üçün ən asan yol Norveçin Berqen bölgəsindən Teysedala (Tyssedal), oradan da dar döngələrlə Trolltunga-ya gəlmək mümkündür. Yerimə məsafəsinin başladığı yerdə insanların maşınlarını saxlaması üçün günlük 30-35 AZN qarşılığında dayanacaq var.

Bundan başqa Berqen qatarı ilə Voss-a, oradan da Odd avtobuslarına minərək Teysedala gəlmək mümkündür, lakin bu 7 saata başa gəlir. Yəni, maşınla 3 saat olan məsafəni 7 saata çıxarmaq sizin öz əlinizdədir. Oradan da gəzintinin başladığı nöqtəyə isə ayrı ödənişli avtobuslarla gedilir. Ümumi xərc 2016-cı ilin qiymətlərinə əsasən 200 AZN təşkil edir.

Buradan Trolltunqaya olan məsafə də 11 km-dir. Bələdçi olmadan rahat şəkildə iləriləmək mümkündür. 11 km-lik məsafədə qayaların üstündə qırmızı rəngdə “T” işərələri var ki, bunları izləyərək Trolltunqaya çatmaq olur.

Hər an dağılma təhlükəsi ilə üz-üzə olan “Div Dili”-də dayanmaq xeyli riskli olsa da, bu Dil Divini “Div Dili” edən əsas nüanslardandır. Yəni xülasə etsək, Div yoxdur, amma əməlləri hələ də yaşayır.

Norveçə Səyahət

Bütün səyahətçilərin xəyallarını bəzəyən, şəkillərdə qarlı, şaxtalı, sakit təbiətinin və coğrafiyasının gözəlliyi ilə hər kəsi özünə aşiq edən Norveç. Artıq Norveçi şəkillərdən yox, öz gözlərinizlə görməyin vaxtının gəldiyini düşünürsünüzsə, sadəcə bir Norveç Turizm vizası bu arzunuzu reallığa çevirə bilər. Norveç vizası haqda bütün məlumatları bu məqalədə oxuyacaqsınız.

Norveç Viza Növləri

Norveç Şengen ölkələri siyahısına aid olduğuna görə siz müvəqqəti səyahətinizi reallaşdırmaq üçün Norveç Turizm vizasına müraciət edərək bu vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Norveçdə müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Norveç milli vizasına da müraciət edə bilərsiniz.

Qısamüddətli ziyarətinizi reallaşdırmaq üçün siz Norveç Turizm vizasının “qonaq vizası” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli qonaq vizası sizə Norveçdə daimi yaşamaq hüququ vermir, viza sizə qısamüddətli ziyarətinizi reallaşdırmağınız üçün verilir.

Norveç Turizm Vizası: Necə Əldə Etmək Olar?

Norveç Turizm vizası digər Turizm vizaları kimi təkgirişli və çoxgirişli ola bilir. Eyni zamanda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Siz Norveç Turizm vizasını əldə etdikdən sonra səyahətiniz ərzində istənilən Turizm ölkəsinə daxil ola bilərsiniz. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Turizm ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Norveçdən edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Norveç vizası ilə Turizm ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Norveç Turizm vizasına müraciət etdiyiniz təqdirdə səyahət müddətiniz ərzində ən çox qalacağınız ölkə kimi Norveçi göstərməlisiniz. Əksər hallarda Norveçə səyahət planlayan şəxslər öz tur planlarına digər Avropa ölkələrini, xüsusən də Finlandiya, İsveç kimi Skandinav ölkələrini də əlavə edirlər. Səyahət tur planınızda Norveçdən əlavə bu ölkələrin də yer alması viza müraciətinizdə sizə problem yaratmır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni Norveç göstərməyiniz viza üçün məhz Norveç vizasına müraciət edə bilməyiniz üçün yetərli olacaqdır.

Norveç Turizm Viza Müraciəti üçün Sənədlər Toplusu

Norveç Turizm vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  • Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinin surətləri
  • Şəxsiyyət vəsiqənizin surəti
  • İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  • Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  • Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  • Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  • 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  • Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Turizm-də qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.500-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Turizm ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Norveç Turizm vizası üçün müraciət Ankarada yerləşən Norveç Səfirliyinin Azərbaycandakı VFS Global adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Ankaradakı Norveç səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi iş saatları ərzində Norveç VFS Global viza müraciət mərkəzinin +994 12 310 57 03 telefon nömrəsi ilə əlaqə saxlamaqla təyin etmək mümkündür. Lakin siz öncədən görüş təyin etmədən VFS Global şirkətinə yaxınlaşaraq sənədlərinizi təqdim edə bilərsiniz.

Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. Barmaq izindən azad olan müraciətçilərin isə sənədləri təqdim etmək üçün başqa bir şəxsə notarial qaydada etibarnamə verdikləri halda şəxsən iştirakları mütləq deyil.

Turizm viza proseduru müraciət tarixindən etibarən, adətən, 4 həftə (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir. Bu müddətə sənədlərin Azərbaycandakı viza mərkəzindən Ankaradakı səfirliyə çatdırılması və geri qaytarılması və eyni zamanda müraciət Ankaradakı səfirlik tərəfindən qəbul edildikdən sonra qərarın verilməsi üçün tələb olunan 20-25 günü əhatə edir.

Viza rüsumu 35 avro ərizə formasını doldurduqdan və təsdiqlədikdən sonra onlayn şəkildə ödənilir. Sənədləri təqdim edərkən isə viza mərkəzinin xidmət haqqı olan 55 AZN, ikitərəfli kuryer xidmət haqqı 74 AZN və viza prosedurunun başa çatdığı və pasportun hazır olduğu barədə məlumat verməsi üçün SMS xidmət haqqı 3 AZN ödənilir. Bu ödənişlər nəğd şəkildə və yalnız manatla qəbul olunur.

Qeyd edək ki, əgər müraciətçi viza nəticəsinin 4 həftədən daha tez bəlli olmasını istəyirsə, sənədlərinin Ankaraya daha tez gedib-qayıtması üçün Premium Təcili çatdırılma xidmətindən istifadə edə bilər. Bu zaman kuryer xidmət haqqını 74 AZN deyil, 208 AZN ödəməlidir. Premium Təcili çatdırılma prosesini tezləşdirmək olar. Bu halda, sənədlərin Ankaraya çatdırılması və geri qaytarılması 2 həftə deyil, 5 iş günü çəkir. Bu xidmətin səfirlikdə olan viza prosedurunun müddətinə heç bir təsiri yoxdur. Lakin, təcrübəmiz göstərir ki, təcili biznes səfərlərində və ya konfrans iştiraklarında dəvət edən qurum Ankaradakı səfirliklə əlaqə saxlayıb, qəararın 15 gündən daha tez, hətta bir iş gününə verilə bilər.

Norveç Turizm Vizası Alma Ehtimalı

Hər bir ölkənin viza müraciətində olduğu kimi Norveçdə də sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal və yaxşı olması, aylıq gəlirinizin standart maaş aralığından biraz yüksək olması (təcrübədə 450-600 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Norveç Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə heç bir Şengen vizası olmayan şəxslər üçün Norveç səfirliyi ilk viza müraciəti seçimi olaraq nisbətən riskli görülə bilər. Təcrübəmizdə ilk Şengen vizasını Norveç səfirliyindən almış bir çox müraciətçi olmasına baxmayaraq, profilinizdəki digər nüansların (yuxarıda sadalanan) yüksək vəziyyətdə olduğu hallar istisna olmaqla, Norveç səfirliyi ilk Şengen vizanızı almaq üçün riskli səfirlikdir. Hər bir halda daha öncə Şengen vizalarınızın olması sizin Norveç səfirliyindən viza alma ehtimalınızı yüksəldən faktordur.

Norveçə Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Norveç Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin və otellərinizin alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Norveç Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Nağıllar aləmi Norveçə xoş gəlmisiniz! Xoş səyahətlər!

Ələkbər Kərbəlaye

Yeniləndi: 06.02.2025

Oxşar yazılar:

Azərbaycan Pasportu ilə Gedilən Vizasız Ölkələr

Azərbaycan Pasportu ilə Gedilən Vizasız Ölkələr

Azərbaycan pasportu ilə səyahət edənlər üçün viza tələb etməyən ölkələrin sayı son illərdə dəyişib. Bəzi istiqamətlərdə vizasız qalma müddəti 90 gün olduğu halda, bəzi ölkələrdə daha qısa müddət tətbiq edilir. Əgər səyahətinizi viza müraciəti olmadan planlaşdırırsınızsa, Azərbaycan pasportu ilə vizasız gedilən ölkələri əvvəlcədən bilmək səfər planınızı daha rahat qurmağa kömək edə bilər. Bu siyahını Azərbaycan […]

Vizam.az 14 avqust 2026
2026-cı ildə İspaniya Vizası üçün Hansı Sənədlər Lazımdır?

2026-cı ildə İspaniya Vizası üçün Hansı Sənədlər Lazımdır?

İspaniyaya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün viza müraciətində sənədlərin düzgün hazırlanması ən vacib mərhələlərdən biridir. İspaniya vizası üçün hansı sənədlər lazımdır? sualının cavabı səfərin məqsədindən asılı olaraq dəyişə bilər. Turistik səfər üçün müraciət edən şəxslər əsasən qısamüddətli Şengen vizasına müraciət edirlər. İspaniyanın Şengen vizası turizm, biznes, ailə ziyarəti və digər qısamüddətli səfərlər üçün istifadə […]

Vizam.az 14 avqust 2026
Almaniya Vizası üçün Bank Hesabında Nə qədər Pul Olmalıdır?

Almaniya Vizası üçün Bank Hesabında Nə qədər Pul Olmalıdır?

Almaniya vizasına müraciət edən şəxslər üçün ən çox maraq doğuran məsələlərdən biri maliyyə təminatıdır. Almaniya vizası üçün bank hesabında nə qədər pul olmalıdır? sualının cavabı isə səfərin müddətindən, məqsədindən və müraciət edən şəxsin fərdi maliyyə vəziyyətindən asılıdır. Almaniya vizası üçün müraciət zamanı əsas məqsəd səfər müddətində xərclərinizi qarşılaya biləcəyinizi və Almaniyadan geri qayıtmağınızı maliyyə baxımından […]

Vizam.az 11 avqust 2026
Portuqaliya Vizası Haqqında Ən Çox Verilən Suallar

Portuqaliya Vizası Haqqında Ən Çox Verilən Suallar

Portuqaliyaya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının ən çox maraqlandığı mövzulardan biri viza müraciəti ilə bağlı suallardır. Müraciət prosesi, tələb olunan sənədlər, vizanın nəticələnmə müddəti, bank hesabında olmalı vəsait və Şengen vizası ilə bağlı digər qaydalar barədə hər gün yüzlərlə axtarış edilir. Bu yazıda Portuqaliya vizası haqqında ən çox verilən sualları bir araya toplamış və hər […]

Vizam.az 04 avqust 2026
Çin Təhsil Vizası Necə Alınır?

Çin Təhsil Vizası Necə Alınır?

Çində təhsil almaq son illərdə Azərbaycanlı tələbələr arasında ən çox seçilən istiqamətlərdən birinə çevrilib. Dünyanın nüfuzlu universitetləri, münasib təhsil haqları və beynəlxalq diplom imkanları Çini xaricdə təhsil almaq istəyən tələbələr üçün cəlbedici edir. Lakin Çində təhsil almaq üçün universitetdən qəbul məktubu əldə etmək kifayət deyil. Ölkəyə qanuni şəkildə daxil olmaq və təhsil almaq üçün Çin […]

Vizam.az 03 avqust 2026
Azərbaycan Vətəndaşları üçün Monteneqro Vizası 2026

Azərbaycan Vətəndaşları üçün Monteneqro Vizası 2026

Monteneqro son illərdə Adriatik sahilləri, tarixi şəhərləri, dağ mənzərələri və münasib qiymətləri ilə azərbaycanlı turistlərin ən çox üstünlük verdiyi Avropa istiqamətlərindən birinə çevrilib. Lakin 15 yanvar 2026-cı il tarixindən etibarən Azərbaycan vətəndaşları üçün Monteneqroya vizasız giriş rejimi ləğv edilib və ölkəyə səfər etmək istəyən şəxslər əvvəlcədən viza almalıdırlar. Bu yazıda Azərbaycan vətəndaşları üçün Monteneqro vizası […]

Vizam.az 28 iyul 2026
İtaliya Viza Dəstəyi Xidməti: Müraciət Prosesi, Sənədlər

İtaliya Viza Dəstəyi Xidməti: Müraciət Prosesi, Sənədlər

İtaliyaya səyahət etməyi planlaşdırırsınızsa, səfərinizin ən vacib mərhələlərindən biri viza müraciətidir. İtaliya vizası üçün tələb olunan sənədlərin düzgün hazırlanması, müraciət formasının doğru doldurulması və səfər məqsədinin əsaslandırılması viza müraciətinin uğurlu nəticələnməsi baxımından mühüm əhəmiyyət daşıyır. İtaliya viza dəstəyi xidməti müraciət prosesində sənədlərin hazırlanması və yoxlanılması, viza ərizəsinin doldurulması və digər vacib mərhələlərdə peşəkar dəstək almağa […]

Vizam.az 22 iyul 2026
Danimarka Vizası Haqqında Ən Çox Verilən Suallar

Danimarka Vizası Haqqında Ən Çox Verilən Suallar

Danimarka Avropanın ən çox səyahət edilən ölkələrindən biri olmaqla yanaşı, Şengen zonasına daxil olan ölkələrdəndir. Danimarkaya turizm, dost və qohum ziyarəti və ya işgüzar səfər məqsədilə getmək istəyən Azərbaycan vətəndaşları səfərin məqsədinə uyğun viza üçün müraciət etməlidirlər. Danimarka vizası üçün müraciət zamanı səfərin məqsədi, maliyyə imkanları, yaşayış yeri və səfərdən sonra Azərbaycana qayıtmaq niyyəti əsas […]

Vizam.az 21 iyul 2026
2026-cı ildə Amerikaya Necə Getmək Olar?

2026-cı ildə Amerikaya Necə Getmək Olar?

ABŞ hər il milyonlarla insanın səyahət, təhsil, iş və yeni həyat qurmaq məqsədilə üz tutduğu ölkələrdən biridir. Dünyanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan Amerika Birləşmiş Ştatları həm məşhur şəhərləri, həm yüksək təhsil imkanları, həm də geniş karyera perspektivləri ilə fərqlənir. Bəs 2026-cı ildə Amerikaya necə getmək olar? Azərbaycan vətəndaşları üçün hansı yollar mövcuddur? ABŞ […]

Vizam.az 16 iyul 2026
Slovakiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Slovakiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Slovakiya son illərdə həm tarixi şəhərləri, təbii gözəllikləri, həm də digər Şengen ölkələrinə rahat keçid imkanı sayəsində Azərbaycan vətəndaşlarının maraq göstərdiyi Avropa istiqamətlərindən birinə çevrilib. Slovakiyaya səyahət planlaşdıran şəxslərin isə ən çox maraqlandığı mövzular viza prosesi, tələb olunan sənədlər, müraciət müddəti və Şengen vizası ilə bağlı qaydalardır. Bu məqalədə Slovakiya vizası haqqında ən çox verilən […]

Vizam.az 08 iyul 2026