Şengen Vizası Üçün Ən Rahat Ölkələr Hansılardır?

Yeniləndi: 02 dekabr 2025 1592 baxış 5 dəq. oxu

Şengen vizası almaq bir çox səyahətçi üçün həm həyəcanlı, həm də çətin görünən bir prosesdir. Lakin hər ölkənin viza siyasəti eyni deyil bəzi ölkələr müraciətləri daha çevik şəkildə qəbul edir və sənəd tələbləri daha yüngüldür. Buna görə də “Şengen vizası üçün ən rahat ölkə hansıdır?” sualı Azərbaycanlı səyahətçilərin Google-da ən çox axtardığı mövzulardan biridir.

2025-ci il üçün təqdim olunan rəqəmlər və real müraciət təcrübələri göstərir ki, Polşa, Fransa və İtaliya Azərbaycandan edilən müraciətlərin həm təsdiq faizi, həm də tələb olunan sənədlərin çevikliyi baxımından ən əlçatan üç ölkə hesab olunur. Bu ölkələr həm turistik populyarlığı, həm də səfirlik və viza mərkəzlərinin müraciətləri stabil şəkildə qəbul etməsi ilə seçilir.

Bu bloqda Polşa, Fransa və İtaliyanın viza proseslərini, hansı ölkənin daha rahat olduğunu və müraciət edərkən diqqət edilməli məqamları ətraflı izah edirik. Əgər Şengen vizasını ilk dəfə alırsınızsa və ən az risklə, ən yüksək təsdiq şansı ilə müraciət etmək istəyirsinizsə, bu məqalə sizin üçün mükəmməl başlanğıcdır.

Şengen Vizası Nədir?

Şengen vizası, Avropa ölkələrinin daxil olduğu Şengen zonasına səyahət etməyə imkan verən rəsmi səyahət icazəsidir. Bu viza ilə sərhəd nəzarəti olmadan bir ölkədən digərinə keçmək mümkündür. Bu viza ilə siz viza verən ölkəyə daxil olmaqla yanaşı, digər Şengen ölkələrinə də sərbəst şəkildə səyahət edə bilərsiniz. Şengen vizası əsasən qısa müddətli (C tipi) və uzun müddətli (D tipi) olmaqla iki əsas kateqoriyada verilir.

Şengen Vizası üçün Tələb Olunan Sənədlər

  • Pasport: Viza başa çatdıqdan sonra ən azı 3 ay etibarlı olmalıdır. Son 10 il ərzində verilməlidir və ən azı 2 boş səhifəsi olmalıdır.
  • Viza ərizə forması: Rəsmi viza forması doldurulmalı və imzalanmalıdır.
  • Fotoşəkil: 3.5x4.5 sm ölçüdə, son 6 ayda çəkilmiş, fonu açıq rəngli, biometrik qaydalara uyğun.
  • Səyahət sığortası: Şengen zonasında minimum 30.000 avro məbləğində tibbi sığorta təmin edilməlidir.
  • Aviabilet və otel bronları: Gediş-dönüş uçuş bileti və yaşayış yeri ilə bağlı təsdiqedici sənədlər təqdim olunmalıdır.
  • Maddi vəsait sübutları: Son 3 ayın bank çıxarışı, maaş arayışı və ya sponsorluq məktubu təqdim olunmalıdır.
  • Dəvət məktubu: Əgər kimsə tərəfindən dəvət almısınızsa, bu məktub rəsmi formada olmalı və əlavə sənədlərlə (şəxsiyyət vəsiqəsi, yaşayış yerinin sənədi) təsdiqlənməlidir.
  • Əlavə sənədlər:
    • Məşğulluq sənədi (iş yerindən arayış)
    • Tələbə bileti və ya universitetdən arayış
    • Sahibkarlıq sənədi (VÖEN, vergi hesabatı və s.)

Polşa Vizası

Polşa Şengen vizası (polşa vizası) almaq üçün ilk addım Polşa səfirliyi müraciət etməkdir. Azərbaycanda Polşa səfirliyi Bakı şəhərində yerləşir və polşa səfirliyi iş saatları ərzində sənəd qəbulu həyata keçirilir. Müraciət etmək üçün əvvəlcə Polşa səfirliyi viza qeydiyyat sistemi vasitəsilə onlayn anket doldurulur və randevu götürülür. Daha sonra şengen vizası üçün tələb olunan sənədlər hazırlanır: xarici pasportun orijinalı və surəti, şəxsiyyət vəsiqəsi surəti, biometrik foto, bank arayışı və hesab çıxarışı, iş yerindən arayış, əgər varsa, dəvət məktubu, səyahət tibbi sığortası və uçuş, hotel bronları.

Polşa səfirliyi viza üçün sənədlər təqdim olunduqdan sonra müraciət şengen bölgesi qaydalarına uyğun olaraq araşdırılır. Şengen vizası neçə günə verilir sualı çox verilir, adətən cavab 15 gün ərzində olur, amma mövsümə və müraciət sayına görə bu müddət uzana bilər. Şengen viza rüsumu ödənildikdən sonra sənədlər qəbul edilir. Polşaya viza almaq prosesi şəffafdır, lakin şengen vizası necə alınır sualının cavabı əsasən ərizəçinin profilindən, təqdim etdiyi sənədlərin tamlığından və məqsədindən asılıdır.

Polşada viza üçün tətbiq olunan “püşk atma” sistemi isə müəyyən dövrlərdə çox sayda müraciət olduğu zaman tətbiq olunur. Buna lotereya prinsipi də deyilir. Ərizəçilər əvvəlcədən sistemə qeydiyyatdan keçirlər və sistem təsadüfi şəkildə bəzi müraciətçilərə görüş tarixi (randevu) ayırır. Bu üsulun məqsədi müraciətlərin ədalətli bölgüsünü təmin etməkdir və hər kəsə bərabər şans yaradılır. Püşk atma zamanı seçilməyən şəxslər bir müddət sonra yenidən müraciət etməli olurlar.

Fransa Şengen Vizası

Fransa Şengen vizası təkgirişli və çoxgirişli ola bilər. Həmçinin, siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Siz Fransa Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə daxil ola bilərsiniz. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Fransadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Fransa vizası ilə Şengen ərazisinə başqa bir giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Fransa Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı olaraq ən çox Fransada qalacağınızı göstərməlisiniz. Əksər hallarda Fransaya səyahət planlayan şəxslərin bu planlarına İspaniya, bəzi hallarda Portuqaliya, İtaliya və ya Almaniya kimi ölkələri də daxil etdiyi görünür. Bu kimi hallar sizin viza müraciətinizdə heç bir problem yaratmayacaq nüanslardır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni Fransa göstərməyiniz yetərli olacaqdır.

İtaliya Şengen Vizası

Digər Şengen ölkələrinə oxşar olaraq İtaliya Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Hər bir halda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. İtaliya Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə giriş edə bilmək mümkündür. Ancaq hər bir halda biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni İtaliyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə İtaliya vizası ilə Şengen ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, bu sizin üçün problemə çevrilə, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Tez-Tez Verilən Suallar (FAQs)

1. Şengen vizası üçün ən rahat ölkə hansıdır?

2025-ci il üçün Azərbaycan vətəndaşları arasında ən rahat hesab edilən ölkələr Polşa, Fransa və İtaliyadır. Bu ölkələr müraciətləri daha stabil qiymətləndirir və sənədlər tam olduqda təsdiq faizi yüksəkdir.

2. İlk dəfə Şengen vizası almaq istəyənlər üçün hansı ölkə daha uyğundur?

İlk dəfə müraciət edənlər üçün ən rahat seçim Polşadır. Sənədlərin tamlığı ön plandadır və təsdiq ehtimalı digər ölkələrə nisbətən daha yüksəkdir.

3. Multi Şengen vizası almaq üçün ən yaxşı ölkə hansıdır?

Fransa çox zaman 6 ay, 1 il və daha uzunmüddətli multi viza verməsi ilə tanınır. Xüsusilə əvvəlki səyahət tarixçəsi yaxşı olanlara daha uzunmüddətli vizalar verilir.

4. Hansi ölkənin sənəd tələbləri daha yüngüldür?

İtaliya və Polşa sənədlərə daha çevik yanaşır. Sənədlər ümumiyyətlə digər ölkələrdəki kimi olsa da, müraciət prosesi daha rahat və standart şəkildə həyata keçirilir.

5. Bank hesabında nə qədər məbləğ olmalıdır?

Orta hesabla 7–10 günlük Avropa səyahəti üçün minimum 1500–3000 AZN arası vəsait göstərmək tövsiyə edilir. Kassadan böyük məbləğ çıxışı olmamalı, müntəzəm gəlir görünməlidir.

6. Şengen vizası almaq nə qədər çəkir?

Orta emal müddəti 7–15 iş günüdür. Mövsümə görə dəyişə bilər. Fransa və Polşa daha stabil işləyir, pik aylarda belə gecikmə nisbətən azdır.

7. Şengen vizası üçün ən vacib sənədlər hansılardır?

Pasport, bank çıxarışı, iş yerindən arayış, əmək müqaviləsi, sığorta, avia və otel rezervasiyası, səyahət planı və viza anketi əsas sənədlərdir.

6. Eyni anda bir neçə Şengen ölkəsinə müraciət etmək olarmı?

Xeyr. Eyni dövr üçün bir neçə səfirliyə müraciət etmək olmaz və bu, sistemdə görünür. Bu halda müraciətləriniz rədd edilə bilər. Səyahətin əsas istiqamətinə uyğun olaraq yalnız bir ölkəyə müraciət etmək lazımdır.

9. Şengen vizası üçün neçə günlük marşrut hazırlamaq daha uyğundur?

Adətən 5–8 günlük səyahət planı daha real və qəbulolunan sayılır. Həddindən artıq uzun və ya qeyri-müəyyən marşrut viza məmurunda sual yarada bilər. Hər gün üçün şəhər və fəaliyyət planının göstərilməsi təsdiq şansını artırır.

10. Vizam.az Şengen vizası üçün nə dəstək göstərir?

Vizam.az təcrübəli komanda olaraq sənədlərin hazırlanması, rezervasiyalar, səyahət planı, forma doldurulması və müraciət üzrə tam bələdçilik xidməti təqdim edir. Bu, təsdiq şansını xeyli artırır.

Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. İtaliya , Almaniya 115 AZN və digər şengen ölkələri üçün 79 AZN təşkil edir.
.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Oxşar yazılar:

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026
Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstana səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alınması vacib şərtlərdən biridir. Bolqarıstan 1 yanvar 2025-ci ildən etibarən Şengen zonasına tamhüquqlu üzv olduğu üçün ölkəyə turistik, işgüzar və digər qısamüddətli səfərlər üçün Şengen vizası tələb olunur. Bolqarıstan vizası ilə yalnız bu ölkəyə deyil, Şengen zonasına daxil olan digər ölkələrə də səyahət etmək mümkündür. Bunun üçün […]

Vizam.az 28 oktyabr 2026
Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya vizası üçün müraciət edərkən maliyyə vəziyyətinizi təsdiq edən sənədlərdən biri tələb olunur. Azərbaycan vətəndaşları üçün bu məqsədlə bank arayışı təqdim edilməlidir. Bank hesabından çıxarış tələb olunmur. Sənədləri hazırlayarkən bank arayışı ilə bank çıxarışının fərqini bilmək vacibdir. Aşağıda Yaponiya vizası müraciətində bu sənədlə bağlı əsas məqamları izah edirik. Yaponiya Vizası üçün Hansı Bank Sənədi Lazımdır? […]

Vizam.az 27 oktyabr 2026
Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Birləşmiş Ştatlarına səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza müraciəti səfər hazırlığının vacib mərhələsidir. ABŞ-a turizm, ailə və dost ziyarəti və ya işgüzar səfər məqsədilə getməyi planlaşdırırsınızsa, səfər məqsədinizə uyğun viza kateqoriyasını müəyyənləşdirməlisiniz. Vizam.az-da Amerika vizası dəstəyi xidmət haqqı 31 oktyabr 2026-cı il tarixinədək cəmi 100 AZN-dir! Kampaniyadan yararlanaraq viza müraciətiniz üçün dəstək ala […]

Vizam.az 22 oktyabr 2026
Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanadaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Kanada vizası əvvəlcədən hazırlanmalı olan əsas sənədlərdən biridir. Turizm, ailə ziyarəti və ya işgüzar səfər məqsədilə Kanadaya getməyi planlaşdırırsınızsa, viza növünü düzgün seçmək və tələb olunan sənədləri hazırlamaq vacibdir. Bu məqalədə Kanada vizası üçün müraciət qaydası, tələb olunan sənədlər, rüsumlar və müraciət zamanı diqqət edilməli məqamlarla tanış ola […]

Vizam.az 21 oktyabr 2026
Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026