Azərbaycan Vətəndaşları üçün Portuqaliya Vizası Necə Alınır?

Yeniləndi: 31 iyul 2026 1405 baxış 7 dəq. oxu

Portuqaliyaya səyahət planlayırsınızsa, ilk addım vizanı düzgün və vaxtında əldə etməkdir. Azərbaycan vətəndaşları üçün Portuqaliya Şengen vizası, ölkəyə giriş üçün vacib sənəddir və həm turizm, həm işgüzar, həm də qısamüddətli təhsil məqsədləri üçün müraciət edilə bilər. 2026-cı ildə Portuqaliya vizası üçün müraciət prosesində tələb olunan sənədlər, rüsumlar və müraciət qaydaları əvvəlki illərə nisbətən müəyyən qədər yenilənib, buna görə də hər bir müraciətçi prosedurları diqqətlə izləməlidir.

Portuqaliya vizasına müraciət edərkən şəxsi və maliyyə vəziyyətiniz, səyahət tarixçəniz və təqdim etdiyiniz sənədlərin düzgünlüyü vizanın alınma ehtimalını birbaşa təsir edir. Bu blogda siz Azərbaycan vətəndaşları üçün Portuqaliya vizası növləri, müraciət prosesi, tələb olunan sənədlər və viza rüsumları haqqında ətraflı məlumat əldə edəcəksiniz. Həmçinin, müraciət zamanı diqqət etməli olduğunuz nüansları və viza alma ehtimalınızı artıracaq tövsiyələri də paylaşacağıq.

Portuqaliya Şengen Vizası Növləri

Portuqaliya Şengen ölkələri sırasına daxil olduğundan, Azərbaycan vətəndaşları müvəqqəti səyahətlərini həyata keçirmək üçün Portuqaliya Şengen vizasına müraciət etməlidirlər. Bu viza növü ilə siz turizm, ailə və ya dost ziyarətləri, işgüzar səfərlər, tibbi müayinələr və müalicə, qısamüddətli təhsil və mübadilə proqramları kimi müvəqqəti məqsədlərlə Portuqaliyaya səyahət edə bilərsiniz.

Əgər məqsədiniz 90 gündən uzun müddətli təhsil almaq (bakalavr, magistr, doktorantura və s.) və ya Portuqaliyada daimi işləməkdirsə, siz Portuqaliya milli vizasına müraciət etməlisiniz. Bu halda müraciət üçün təhsil və ya iş qurumlarından rəsmi qəbul və ya dəvət məktubu tələb olunur.

Hazırda isə, bu blogda sizə Portuqaliya Şengen vizası növləri, müraciət qaydaları, tələb olunan sənədlər və viza rüsumları barədə ətraflı və praktik məlumatlar təqdim edəcəyik. Beləliklə, səyahət planınızı düzgün quraraq, viza alma ehtimalınızı maksimum artırmaq mümkündür.

Portuqaliya Şengen Vizası

Portuqaliya Şengen vizası digər Şengen ölkələrinin vizaları kimi həm təkgirişli, həm də çoxgirişli şəkildə verilə bilər. Bundan əlavə, siz uzunmüddətli vizalara da müraciət edə bilərsiniz – məsələn, üç ay, altı ay, bir il, iki il və ya beş il müddətinə. Portuqaliya Şengen vizası sahibinə Şengen ərazisində sərbəst səyahət imkanı təqdim edir və bir vizayla bir çox Avropa ölkəsini ziyarət etmək mümkündür.

Lakin burada vacib bir məqam var: Şengen ərazisinə ilk girişinizi həmişə vizanı aldığınız ölkədən, yəni Portuqaliyadan etməlisiniz. Əgər vizada göstərilməyən başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu səbəbdən ilk girişinizi Portuqaliyadan etməyiniz tövsiyə olunur və səyahət planınızın düzgün qurulması viza prosedurunun uğurla tamamlanmasına kömək edir.

Portuqaliya Şengen vizasına müraciət edərkən səyahət planınızı və ölkədə qalacağınız gün sayını düzgün göstərmək vacibdir. Ümumiyyətlə, müraciətçilər Portuqaliyada ən çox qalacaqlarını göstərməli, digər Avropa ölkələrinə planladığı qısa səfərləri isə əlavə məlumat kimi təqdim edə bilərlər. Məsələn, Fransa, İspaniya, Hollandiya və digər ölkələr tur planınıza daxil olarsa belə, bu viza müraciətinizdə problem yaratmaz. Əsas odur ki, səyahətiniz boyunca ən uzun qalacağınız ölkə Portuqaliya kimi göstərilsin.

Bu yanaşma həm viza qəbul şansınızı artırır, həm də sərhəd xidmətində qarşılaşa biləcəyiniz problemlərin qarşısını alır. Xüsusilə ilk dəfə Şengen vizası almaq istəyən Azərbaycan vətəndaşları üçün bu qaydalara riayət etmək önəmlidir. Portuqaliya Şengen vizası uzunmüddətli səyahətlər, işgüzar səfərlər və turizm planları üçün ideal seçimdir və düzgün müraciət edildiyi halda viza alma ehtimalı yüksəkdir.

Portuqaliya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Portuqaliya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  • Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  • Şəxsiyyət vəsiqənizin surəti
  • İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  • Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  • Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  • Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  • 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  • Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  • Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  • Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  • İngilis dilində doldurulmuş ərizə forması
  • Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  • Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Portuqaliya Şengen Vizası üçün Sənəd Tələbləri və Maliyyə Şərtləri

Portuqaliya Şengen vizasına müraciət edən şəxslərin təcrübəsi göstərir ki, xüsusilə ilk dəfə viza alan müraciətçilərdən bəzi əlavə sənədlər tələb edilə bilər. Məsələn, Fransa səfirliyi və ya Portuqaliya səfirliyi ilk müraciət zamanı iş yerindən arayışdan əlavə, e-gov.az portalından çıxarış təqdim etməyinizi tələb edə bilər. Sənədlər qəbul edildikdən sonra isə səfirlikdən sizinlə əlaqə saxlanaraq əlavə sənədlərin təqdim olunması istənilə bilər. Nadir hallarda səfirlik, bron göstərdiyiniz otellərin ödənişinin və ya təsdiq məktubunun təqdim olunmasını tələb edə bilər.

Bank hesabında göstərilən məbləğ səyahət müddətinizdən, uçuş və otel rezervasiyalarından, eləcə də gündəlik xərclərinizdən asılıdır. Ümumilikdə bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN və ya avro/ABŞ dolları ekvivalentində vəsait göstərilməsi tövsiyə olunur. Bu məbləğ səyahətinizin bütün xərclərini, o cümlədən uçuş, otel və Portuqaliyada gündəlik ortalama 70-80 avro xərcləri əhatə etməlidir. Daha etibarlı olmaq üçün nəzərdə tutduğunuz məbləği bir qədər yüksək göstərmək məsləhətdir.

Əgər siz sahibkarsınızsa, iş yerindən arayış təqdim etmək əvəzinə aşağıdakı sənədləri səfirliyə təqdim edə bilərsiniz: VÖEN surəti, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış və şirkətinizin reyestr çıxarışı.

Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya səyahət xərclərinizi qarşılayacaq sponsorunuz varsa, o halda səfirliyə təqdim olunacaq sənədlər bunlardır: sponsorun şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (sahibkardırsa qeyd olunan sənədlər), bank hesabından arayış və çıxarış. Bank hesabı həm sizin, həm də sponsorun adına ola bilər. Əgər sponsorla ailəvi bağlılığınız varsa, bunu təsdiq edən sənəd (məsələn, valideyninizdirsə doğum haqqında şəhadətnamə, qardaş/bacı varsa hər ikinizin doğum şəhadətnaməsi və s.) və sponsorluq məktubu təqdim edilməlidir.

18 yaşdan aşağı şəxslər üçün isə tək səyahət ediləcəksə hər iki valideynin icazə məktubu, valideynlərdən biri ilə səyahət ediləcəksə isə digər valideyndən ölkədən çıxma icazəsi təqdim olunmalıdır.

Unutmayın ki, VÖEN, Vergilər Nazirliyindən alınmış arayış, şirkət reyestr çıxarışı, sponsorluq məktubu və icazə sənədləri səfirliyə təqdim edilməzdən əvvəl notarial qaydada ingilis dilinə tərcümə edilməli və təsdiqlənməlidir. Bu, Portuqaliya səfirliyi tərəfindən tələb olunan rəsmi prosedurdur və viza müraciətinizin uğurlu olma şansını artırır.

Portuqaliya Şengen Vizası üçün Müraciət Necə Edilir?

Portuqaliya Şengen vizasına müraciət prosesi Azərbaycanda Fransa Səfirliyinin Capago viza müraciət mərkəzi vasitəsilə həyata keçirilir. Bunun əsas səbəbi Portuqaliyanın ölkəmizdə fəaliyyət göstərən konsulluğunun olmamasıdır. Bu səbəbdən Portuqaliya vizası ilə bağlı bütün qərarlar Fransa səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Portuqaliya vizasına müraciət etmək üçün ilk mərhələdə onlayn viza görüşü (appointment) əldə edilməlidir. Sənədlərin təqdim edilməsi yalnız əvvəlcədən təyin olunmuş görüş əsasında mümkündür və görüşsüz müraciətlər qəbul edilmir. Viza müraciəti səyahət tarixindən maksimum 6 ay əvvəl edilə bilər.

Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, Portuqaliya Şengen vizası üçün müraciət edən bütün şəxslərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. Bu mərhələdə biometrik məlumatlar (barmaq izi və foto) götürülür.

Barmaq izindən azad olunan şəxslər kimlərdir?

Aşağıdakı kateqoriyalara daxil olan şəxslər Portuqaliya Şengen vizası üçün müraciət zamanı barmaq izi verməkdən azad oluna bilərlər:

  • Son 3 il ərzində Şengen vizası almış və biometrik məlumatları sistemdə olan şəxslər (Çexiya vizası istisna olmaqla)
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki olaraq mümkün olmayan şəxslər
  • Diplomatik və ya xüsusi pasport sahibi olub Portuqaliyada diplomatik və ya konsulluq vəzifəsinə akkreditə olunmuş şəxslər
  • Portuqaliyada mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq təşkilatlarda çalışacaq diplomatik və konsulluq heyəti və onların ailə üzvləri (həyat yoldaşı və asılı uşaqları)

Portuqaliya Şengen vizası proseduru adətən müraciət tarixindən etibarən 3–5 iş günü ərzində yekunlaşa bilər. Lakin praktikada Fransa səfirliyi viza prosesinin müddətini müraciətçinin səyahət tarixlərinə uyğun şəkildə planlaşdırır. Yəni səfər tarixi daha yaxın olan müraciətçilərin viza nəticəsi də adətən daha tez açıqlanır. Bununla yanaşı, viza dosyesinin mürəkkəbliyi, təqdim olunan sənədlərin tamlığı və səfirliyin əlavə yoxlamaları prosedurun müddətinə təsir göstərə bilər.

Portuqaliya Şengen Vizası Rüsumu və Ödənişlər

Portuqaliya Şengen vizası üçün viza rüsumu 35 avro təşkil edir. Bu məbləğ müraciət zamanı manatla nağd şəkildə və ya bank kartı ilə istənilən valyutada ödənilə bilər.

Sənədlər Capago viza mərkəzinə təqdim edilərkən viza rüsumuna əlavə olaraq 26 avro viza mərkəzinin xidmət haqqı da ödənilir. Bu ödəniş də nağd şəkildə yalnız manatla və ya kart vasitəsilə istənilən valyutada həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, viza rüsumunun manat ekvivalenti Fransa səfirliyi tərəfindən günün rəsmi məzənnəsinə əsasən müəyyən edilir.

Tez-tez Verilən Suallar (FAQ)

Portuqaliya Vizası Necə Alınır?

Portuqaliya vizası almaq üçün müraciət prosesi Fransa Səfirliyinin rəsmi tərəfdaşı olan Capago viza müraciət mərkəzi vasitəsilə həyata keçirilir. İlk olaraq onlayn viza görüşü alınır, daha sonra tələb olunan sənədlər toplanaraq görüş günü təqdim edilir. Sənədlər Fransa səfirliyinin konsulluq şöbəsi tərəfindən dəyərləndirilir və qərar verilir.

Portuqaliya Şengen Vizası neçə günə çıxır?

Portuqaliya Şengen vizası adətən 3–5 iş günü ərzində nəticələnir. Lakin müraciətçinin səyahət tarixi yaxın olduqda və ya əlavə sənədlər tələb edildikdə bu müddət uzana və ya qısala bilər.

Portuqaliya Vizası üçün müraciət nə vaxt edilməlidir?

Viza müraciəti səyahət tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Tövsiyə olunur ki, səfərdən ən azı 3–4 həftə əvvəl müraciət prosesi başlansın.

Portuqaliya Şengen Vizası ilə digər ölkələrə getmək mümkündürmü?

Bəli. Portuqaliya Şengen vizası sizə bütün Şengen ölkələrində sərbəst hərəkət imkanı verir. Lakin ilk girişin və səyahət müddətində ən çox qalacağınız ölkənin Portuqaliya olması tövsiyə olunur.

Portuqaliya Vizası üçün bank hesabında nə qədər pul olmalıdır?

Ümumilikdə, bir həftəlik səyahət üçün bank hesabında minimum 3.000–5.000 AZN (və ya avro / ABŞ dolları ekvivalenti) məbləğ göstərilməsi məsləhətdir. Məbləğ səyahət müddətinə, uçuş və otel bronlarının dəyərinə uyğun olmalıdır.

İlk dəfə Şengen vizasına müraciət edənlər Portuqaliya vizası ala bilərmi?

Bəli. Portuqaliya Şengen vizası ilk dəfə müraciət edən şəxslər üçün də uyğundur. Əsas şərt sənədlərin düzgün və tam şəkildə hazırlanmasıdır.

Portuqaliya Vizası üçün barmaq izi vermək məcburidirmi?

Son 3 il ərzində Şengen vizası almış və sistemdə barmaq izi olan şəxslər (Çexiya vizası istisna olmaqla), 12 yaşdan aşağı uşaqlar və bəzi xüsusi kateqoriyalar barmaq izindən azad olunur. Digər müraciətçilər üçün barmaq izi təqdim edilməsi mütləqdir.

Portuqaliya Vizası rədd oluna bilərmi?

Bəli. Yanlış və ya natamam sənədlər, zəif maliyyə göstəriciləri, səyahət məqsədinin qeyri-dəqiq göstərilməsi və əvvəlki viza pozuntuları Portuqaliya vizasının rədd edilməsinə səbəb ola bilər.

Portuqaliya Vizası üçün sığorta məcburidirmi?

Bəli. Şengen tələblərinə uyğun olaraq minimum 30.000 avro təminatlı səyahət sığortası mütləq təqdim edilməlidir və sığorta bütün səyahət müddətini əhatə etməlidir.

Portuqaliya Vizası neçə illik verilə bilər?

Müraciətçinin əvvəlki viza tarixçəsindən asılı olaraq Portuqaliya Şengen vizası 3 ay, 6 ay, 1 il, 2 il və ya 5 il müddətinə verilə bilər. İlk müraciətlərdə adətən qısamüddətli viza təqdim olunur.

Portuqaliyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Portuqaliya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Portuqaliya Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Oxşar yazılar:

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026
Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstana səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alınması vacib şərtlərdən biridir. Bolqarıstan 1 yanvar 2025-ci ildən etibarən Şengen zonasına tamhüquqlu üzv olduğu üçün ölkəyə turistik, işgüzar və digər qısamüddətli səfərlər üçün Şengen vizası tələb olunur. Bolqarıstan vizası ilə yalnız bu ölkəyə deyil, Şengen zonasına daxil olan digər ölkələrə də səyahət etmək mümkündür. Bunun üçün […]

Vizam.az 28 oktyabr 2026
Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya vizası üçün müraciət edərkən maliyyə vəziyyətinizi təsdiq edən sənədlərdən biri tələb olunur. Azərbaycan vətəndaşları üçün bu məqsədlə bank arayışı təqdim edilməlidir. Bank hesabından çıxarış tələb olunmur. Sənədləri hazırlayarkən bank arayışı ilə bank çıxarışının fərqini bilmək vacibdir. Aşağıda Yaponiya vizası müraciətində bu sənədlə bağlı əsas məqamları izah edirik. Yaponiya Vizası üçün Hansı Bank Sənədi Lazımdır? […]

Vizam.az 27 oktyabr 2026
Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Birləşmiş Ştatlarına səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza müraciəti səfər hazırlığının vacib mərhələsidir. ABŞ-a turizm, ailə və dost ziyarəti və ya işgüzar səfər məqsədilə getməyi planlaşdırırsınızsa, səfər məqsədinizə uyğun viza kateqoriyasını müəyyənləşdirməlisiniz. Vizam.az-da Amerika vizası dəstəyi xidmət haqqı 31 oktyabr 2026-cı il tarixinədək cəmi 100 AZN-dir! Kampaniyadan yararlanaraq viza müraciətiniz üçün dəstək ala […]

Vizam.az 22 oktyabr 2026
Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanadaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Kanada vizası əvvəlcədən hazırlanmalı olan əsas sənədlərdən biridir. Turizm, ailə ziyarəti və ya işgüzar səfər məqsədilə Kanadaya getməyi planlaşdırırsınızsa, viza növünü düzgün seçmək və tələb olunan sənədləri hazırlamaq vacibdir. Bu məqalədə Kanada vizası üçün müraciət qaydası, tələb olunan sənədlər, rüsumlar və müraciət zamanı diqqət edilməli məqamlarla tanış ola […]

Vizam.az 21 oktyabr 2026
Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026