PARAQVAY VİZASI HAQQINDA BİLMƏDİKLƏRİNİZ

Yeniləndi: 13 fevral 2025 2372 baxış 4 dəq. oxu

Cənubi Amerikanı sevən, bu qitəyə səyahət planlayan bir çox şəxsin turistik məqsədlərlə üz tutduğu ölkələrdən biri də Paraqvaydır. Ölkənin coğrafiyası və təbiəti, turizm obyektləri hər il milyonlarla turistin marağını cəlb edir. Siz də bu ölkəni səyahət edib kəşf etməyi arzulayırsınızsa, Paraqvay vizası haqqında hər bir məlumatı bu məqalədə tapa bilərsiniz.

Paraqvay Viza Növləri

paraguay flag on world map

Paraqvaya səyahət planlayırsınızsa, Paraqvay səyahət vizası əldə edərək bu planınızı reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər.

Paraqvay Turizm Vizası

apply for paraguay visa

Paraqvay vizasının təkgirişli və çoxgirişli növlərinə müraciət edə bilərsiniz. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, Paraqvay vizası əksər hallarda müraciətçinin viza müraciəti əsnasında ərizə formasında və digər sənədlərində göstərdiyi səyahət müddətinə tam uyğun şəkildə verilir.

Paraqvay Vizası Müraciəti üçün Sənədlər Toplusu

visa application form

Paraqvay vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. 2 ədəd 5x5 ölçüdə, ağ fonda şəkliniz
  8. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  9. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  10. İngilis dilində doldurulmuş ərizə forması
  11. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ispan dilində təqdim olunmalıdır. Sənədləri azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ispan dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Paraqvayda qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.500-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 dollar gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

paraguay consulate

Azərbaycan vətəndaşları Paraqvay viza müraciətini Ankarada yerləşən Paraqvay səfirliyində edirlər.

Viza müraciəti üçün səfirliklə əvvəlcədən əlaqə saxlanılıb görüş vaxtı təyin edilməlidir. Müraciətçi sənədləri təqdim etmək üçün şəxsən gəlməlidir. Bəzi xüsusi hallarda öncədən səfirliklə əlaqə saxlanılaraq şəxsi iştirakı ləğv etmək və sənədləri kuryer vasitəsilə göndərmək mümkün ola bilər. Sənədləri təqdim edən zaman konsulun sizlə müsahibə keçirməyi mümkündür. Sənədlərin həm orijinalı, həm də dijital forması təqdim edilməlidir.

Viza proseduru, adətən, 5-10 iş günü çəkir. Nəticə bəlli olduqdan sonra pasportu təhvil almaq üçün də müraciətçinin şəxsi iştirakı vacibdir.

Səfirliyə viza rüsumu olaraq ödəyəcəyiniz məbləğ isə 65 USD-dir.

Paraqvay Vizası Alma Ehtimalı

paraguay flag

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Paraqvayda da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Paraqvay vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Paraqvay səfirliyi riskli səfirlik hesab olunmur. Təcrübəmizdə ilk vizalarını məhz bu səfirlikdən almış çox sayda müraciətçi olmuşdur. Əlbəttə, bunun üçün sizin digər bütün sənədləriniz qaydasında olmalıdır. Həmçinin, hər bir halda sizin daha öncə vizalarınızın olması Paraqvay vizası alma ehtimalınızı yüksəldən faktorlardan biridir.

Paraqvaya Viza Dəstəyi

shaking hands

Biz Vizam.az şirkəti olaraq sizə Paraqvay vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə sizin adınıza səfirlikdə görüş təyin edilməsi, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Bunlardan əlavə, biz sizə səfirliyin qəbul etdiyi təqdirdə sənədlərinizin Ankaradakı səfirliyə kuryerlə çatdırılması və pasportunuzun geri qaytarılması, həmçinin viza ödənişinin edilməsi ilə bağlı da yardımçı ola bilərik. Bu əlavə xidmətin dəyəri 215 AZN təşkil edir. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ispan dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum tələb olunacaq. Ümumi olaraq isə bizim şirkətimizdə Paraqvay vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 125 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Yeniləndi: 25.01.2025

Oxşar yazılar:

Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

Honq Konqa səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əvvəlcədən viza almaq tələb olunur. Asiyanın ən məşhur turizm və biznes mərkəzlərindən biri olan Honq Konq müasir memarlığı, möhtəşəm şəhər mənzərələri, alış-veriş imkanları və zəngin mədəniyyəti ilə turistlərin diqqətini cəlb edir. Honq Konq səyahətinizi planlaşdırırsınızsa, viza müraciətinizi son ana saxlamayın. Vizam.az vasitəsilə müraciət prosesində peşəkar dəstək əldə […]

Vizam.az 05 noyabr 2026
Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Hindistan qədim tarixi, rəngarəng mədəniyyəti, möhtəşəm məbədləri və fərqli təbiəti ilə turistlərin maraq göstərdiyi ölkələrdən biridir. Hindistana səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları səfərdən əvvəl viza almalıdırlar. Hindistan vizası ilə bağlı ən çox verilən 10 sualın cavabını aşağıda tapa bilərsiniz. Azərbaycan vətəndaşları Hindistan vizasını onlayn ala bilərmi? Bəli. Azərbaycan vətəndaşları Hindistanın elektron viza (e-Visa) müraciəti üçün […]

Vizam.az 05 noyabr 2026
Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Polşa zəngin tarixi, möhtəşəm memarlığı, qədim şəhərləri və özünəməxsus mədəniyyəti ilə Avropanın maraqlı səyahət istiqamətlərindən biridir. Varşavanın müasir küçələrindən Krakovun tarixi meydanlarına qədər ölkənin hər bölgəsində kəşf etməyə dəyər fərqli məkanlar var. Polşaya səyahət etməyi planlaşdırırsınızsa, yola çıxmazdan əvvəl bilməli olduğunuz 10 maraqlı faktla tanış olun. Polşanın paytaxtı Varşavadır, lakin Krakov da turistlərin sevimli şəhərlərindən […]

Vizam.az 05 noyabr 2026
İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərəyə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza əvvəlcədən alınmalıdır. Turizm, ailə və dost ziyarəti, işgüzar səfər və digər qısamüddətli səfərlər üçün müraciət zamanı uyğun viza növü seçilməli və tələb olunan sənədlər hazırlanmalıdır. İngiltərə vizası ilə bağlı ən çox verilən sualların cavablarını aşağıda tapa bilərsiniz. İngiltərə vizası almaq üçün hansı sənədlər tələb olunur? Əsas sənədlərə […]

Vizam.az 04 noyabr 2026
Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviya Baltikyanı ölkələr arasında yerləşən, tarixi şəhərləri, sakit təbiəti, geniş meşələri və Baltik dənizinin gözəl sahilləri ilə seçilən Avropa ölkəsidir. Xüsusilə paytaxt Riqa özünəməxsus memarlığı, rəngarəng küçələri və tarixi İçərişəhəri ilə turistlərin diqqətini çəkir. Latviyaya səyahət etməyi planlaşdırırsınızsa, ölkənin mədəniyyəti, gündəlik həyat tərzi və turistlər üçün maraqlı xüsusiyyətləri haqqında əvvəlcədən məlumat əldə etmək faydalıdır. Səfərdən […]

Vizam.az 04 noyabr 2026
Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026
Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstana səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alınması vacib şərtlərdən biridir. Bolqarıstan 1 yanvar 2025-ci ildən etibarən Şengen zonasına tamhüquqlu üzv olduğu üçün ölkəyə turistik, işgüzar və digər qısamüddətli səfərlər üçün Şengen vizası tələb olunur. Bolqarıstan vizası ilə yalnız bu ölkəyə deyil, Şengen zonasına daxil olan digər ölkələrə də səyahət etmək mümkündür. Bunun üçün […]

Vizam.az 28 oktyabr 2026