Monteneqro Səyahəti üçün Viza Lazımdır?

Yeniləndi: 13 iyul 2026 13565 baxış 4 dəq. oxu

Yay gəlib, istirahət planları qurulmağa başlanıb. Amma bir çox insanın qarşılaşdığı ortaq problem yenə eynidir: viza. Formlar, sənədlər, görüş tapmaq, təsdiq gözləmək… Hər kəs bu proseduralara vaxt sərf etmək istəmir Xüsusilə də, son anda səyahət planlayanlar üçün.

Hazırda Azərbaycan pasportunun sahibləri Monteneqroya 15 yanvar 2026-cı il tarixinədək vizasız səyahət edə bilirlər. Bu tarixədək ölkəyə turistik məqsədlə vizasız giriş mümkündür. 15 yanvar 2026-cı il tarixindən etibarən isə Monteneqro Azərbaycan vətəndaşları üçün viza tətbiq edəcək. Yəni bu tarixdən sonra Monteneqroya səyahət planlaşdıran şəxslər öncədən viza müraciəti etməlidirlər. Əgər Monteneqroya səyahətinizi 15 yanvaradək planlaşdırırsınızsa, vizasız girişdən yararlana bilərsiniz.

Monteneqro isə bu siyahının tam ortasında yer alır, həm gözəlliyi, həm də sadəliyi ilə.Bu da deməkdir ki, çantanı yığıb, birbaşa bu Balkan gözəlliyinə yollana bilərsiniz!

Bu, xüsusilə də son anda qərar verən səyahətçilər üçün əla fürsətdir. Həm vaxt itirmirsiniz, həm də əlavə viza xərclərindən azad olursunuz. Üstəlik, Monteneqro həm təbiət gözəllikləri, həm də Avropa keyfiyyətli istirahət imkanları ilə seçilir.

Sərhəddə Hansı Sənədlər Tələb Olunur?

Monteneqroya vizasız səyahət etsəniz belə, sərhəd keçid məntəqəsində bəzi sənədləri təqdim etməyə hazır olmalısınız. Bu sənədlərə etibarlı xarici pasport, qayıdış biletiniz və otel bronu daxildir. Bəzən polis əməkdaşları sizdən maliyyə imkanınızı sübut edən sənəd də tələb edə bilər. Bu səbəbdən səyahətə çıxmamışdan əvvəl bank çıxarışı və ya pul vəsaitinizi göstərən sənədi çap edib özünüzlə götürməyiniz faydalıdır.

Monteneqronun Görməli Yerləri

Monteneqro kiçik ölçüsünə baxmayaraq zəngin təbiəti və mədəni irsi ilə heyranedicidir. Budva şəhəri ölkənin turizm mərkəzidir – burada həm dəniz, həm gecə həyatı, həm də tarixi abidələr mövcuddur. Kotor şəhəri UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir və burada orta əsrlərdən qalma küçələrdə gəzmək çox maraqlıdır. Lovćen dağı, Durmitor Milli Parkı, Sveti Stefan adası və Skadar gölü isə ölkənin digər təbii və mədəni sərvətləridir. Səfər planlaşdıranlar üçün bunlar mütləq görülməli məkanlardır.

Monteneqronun Yay Üçün Ən Turistik Şəhərləri

Monteneqro yay aylarında səyahət üçün əsl cənnətdir. Kiçik olmasına baxmayaraq bu ölkə sahil, dağ, göl və tarixi şəhərlərlə zəngindir. Əgər “vizasız ölkələr 2025” siyahısında həm Avropa gözəlliyi, həm dincəlmək, həm də gəzmək istəyirsinizsə, Monteneqro doğru seçimdir. İndi isə gəlin Monteneqronun şəhərlərini və hər birində yayda nələr etmək olar, birlikdə nəzərdən keçirək.

Budva

Monteneqronun ən məşhur turizm şəhərlərindən biridir. Yayda Budva sahillərində günəşlənmək, Aralıq dənizi sahilində yerləşən çimərlik klublarında dincəlmək və səs-küylü gecə həyatını yaşamaq mümkündür. Budva həm də tarixi şəhər divarları, kilsələri və daş döşəməli küçələri ilə maraqlıdır. Yayda burada qayıq turları, su idmanları və açıq hava festivalları da keçirilir.

Kotor

UNESCO tərəfindən qorunan Kotor Körfəzi həm təbiət, həm tarix baxımından unikal yerdir. Dağların əhatəsində yerləşən bu liman şəhərində yayda gəmi turları, liman boyu gəzintilər və qala divarlarına qalxaraq mənzərədən zövq almaq mümkündür. Kotor həm romantik, həm sakit səyahət sevənlər üçün idealdır.

Tivat

Tivat daha müasir, zəngin turistlər üçün nəzərdə tutulmuş şəhər kimi tanınır. Porto Montenegro limanı burada yerləşir və lüks yaxtalarla doludur. Yay aylarında burda dəniz idmanları, sualtı dalış və açıq hava konsertləri təşkil olunur. Əgər sakit və prestijli istirahət istəyirsinizsə, Tivat sizi məyus etməyəcək.

Herceg Novi

Monteneqronun Qərb hissəsində, Xorvatiya sərhədinə yaxın yerləşir. Qədim qalaları, termal suları və gül bağları ilə məşhurdur. Yayda burada ailəvi istirahət üçün sakit çimərliklər və gəzinti yolları var. Herceg Novi həmçinin mədəni tədbirləri və incəsənət festivalları ilə fərqlənir.

Ulcinj

Ölkənin cənubunda yerləşən Ulcinj daha çox müsəlman əhalisi ilə tanınır və Aralıq dənizinin ən uzun qumlu çimərliyi olan “Velika Plaza” (Böyük Çimərlik) ilə məşhurdur. Yayda günəşlənmək, kite-surfing və ailəvi istirahət üçün ideal məkandır. Şəhərdə osmanlı dövrünə aid məscidlər və qala da maraq doğurur.

Bar

Monteneqronun əsas liman şəhərlərindən olan Bar həm sahil turizmi, həm də tarixi yerləri ilə zəngindir. Burada qədim “Stari Bar” (köhnə şəhər) dağı ətəyində yerləşir və gəzməyə dəyər. Yayda həmçinin Bar limanından bərə ilə İtaliyaya keçmək mümkündür – bu da səyahətə əlavə rəng qatır.

Cetinje

Monteneqronun tarixi paytaxtı olan Cetinje dağlıq ərazidə yerləşir. Burada yayda hava daha sərin və təmizdir. Tarixi muzeylər, saraylar və dini abidələr mədəniyyət sevərlər üçün əla seçimdir. Cetinje, Lovćen Milli Parkına yaxınlığı ilə də fərqlənir – bu park yay aylarında yürüş və dağ turizmi üçün mükəmməldir.

Zabljak və Durmitor Milli Parkı

Aktiv istirahət sevənlər üçün yay aylarında ən gözəl təbiət marşrutlarından biri Zabljak şəhərində yerləşən Durmitor Milli Parkıdır. Dağ yürüşləri, zipline, kanoyla göl üzərində gəzinti və kampinq imkanları burada sizi gözləyir. Durmitor həm də UNESCO tərəfindən qorunan ərazidir.

Skadar Gölü

Monteneqro və Albaniya arasında yerləşən Skadar Gölü Balkanların ən böyük təbii gölüdür. Yayda burada qayıq turları, quş müşahidəsi, balıqçılıq və foto safari təşkil olunur. Təmiz hava, sükut və təbiət dincəlmək üçün əla şərait yaradır.

Hava Şəraiti və İdeal Səyahət Zamanı

Monteneqroda Aralıq dənizi iqlimi hakimdir. Yay ayları (iyun-avqust) isti və günəşli keçir, bu dövr dəniz sezonunun ən aktiv vaxtıdır. Əgər daha sakit və sərin hava arzulayırsınızsa, yaz (aprel-may) və payız (sentyabr-oktyabr) ayları idealdır. Qışda isə əsasən dağlıq ərazilərdə qar yağır və xizək mərkəzləri fəaliyyət göstərir. Yəni Monteneqroya istər yay istirahəti, istərsə də aktiv qış tətili üçün səfər edə bilərsiniz.

Təhlükəsizlik və Səyahət Məsləhətləri

Monteneqro ümumilikdə təhlükəsiz ölkə hesab olunur. Xüsusilə turistik bölgələrdə ciddi cinayət halları çox nadir rast gəlinir. Amma yenə də şəxsi əşyalarınıza diqqətli olmağınız məsləhətdir – xüsusilə ictimai nəqliyyatda və izdihamlı yerlərdə. Yol hərəkət qaydalarına əməl edilməsinə nəzarət ciddi olduğuna görə, avtomobil icarə edəcəksinizsə, qaydalara diqqətlə yanaşın.

Pul və Maliyyə Məsələləri

Monteneqronun rəsmi pul vahidi avrodur (EUR). Ölkədə bankomatlar kifayət qədər yayılıb və beynəlxalq kartlarla ödəmələr geniş qəbul olunur. Turistlər üçün gündəlik xərclər ortalama belədir: yemək 10-15 avro, otel gecəsi 30-70 avro arası, avtomobil icarəsi isə 25-50 avro təşkil edə bilər. Təbii ki, bu qiymətlər səyahət zamanı seçdiyiniz komfort səviyyəsindən asılı olaraq dəyişə bilər. Əgər “vizasız ölkələr 2025” siyahısında həm gözəl təbiət, həm münasib qiymət axtarırsınızsa, Monteneqro ideal variantdır.

Monteneqroya Səyahət Üçün Hazırsınız!

Hazırda Azərbaycan pasportunun sahibləri Monteneqroya 15 yanvar 2026-cı il tarixinədək vizasız səyahət edə bilirlər. Bu tarixədək ölkəyə turistik məqsədlə vizasız giriş mümkündür. 15 yanvar 2026-cı il tarixindən etibarən isə Monteneqro Azərbaycan vətəndaşları üçün viza tətbiq edəcək. Yəni bu tarixdən sonra Monteneqroya səyahət planlaşdıran şəxslər öncədən viza müraciəti etməlidirlər. Əgər Monteneqroya səyahətinizi 15 yanvaradək planlaşdırırsınızsa, vizasız girişdən yararlana bilərsiniz.

Əgər siz də “viza necə alınır” sualına cavab axtarmaq istəmədən rahat şəkildə Avropanı kəşf etmək istəyirsinizsə, Monteneqro mükəmməl seçimdir. Gözəl sahillər, zəngin mətbəx, sakitlik və sərbəstlik axtarırsınızsa, bu ölkə sizə bütün bunları təqdim edir. Vizasız rejim sayəsində planlama daha sadə və əlçatandır. Səyahətinizi daha peşəkar və təhlükəsiz şəkildə təşkil etmək üçün vizam.az komandası yanınızdadır. Gəlin, Monteneqroya olan növbəti biletinizi birlikdə planlayaq!

Oxşar yazılar:

Hindistana Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Hindistana Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Hindistan rəngarəng mədəniyyəti, qədim məbədləri, möhtəşəm sarayları və fərqli mətbəxi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tac Mahaldan Mumbayın canlı küçələrinə, Himalay dağlarından Qoa çimərliklərinə qədər ölkə hər səyahətçiyə fərqli təcrübələr təqdim edir. Hindistana səyahət etməyi planlaşdırırsınızsa, yola çıxmazdan əvvəl bilməli olduğunuz 10 maraqlı faktla tanış olun. Hindistanda 22 rəsmi dil tanınır Hindistan dil […]

Vizam.az 06 noyabr 2026
Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

Honq Konqa səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əvvəlcədən viza almaq tələb olunur. Asiyanın ən məşhur turizm və biznes mərkəzlərindən biri olan Honq Konq müasir memarlığı, möhtəşəm şəhər mənzərələri, alış-veriş imkanları və zəngin mədəniyyəti ilə turistlərin diqqətini cəlb edir. Honq Konq səyahətinizi planlaşdırırsınızsa, viza müraciətinizi son ana saxlamayın. Vizam.az vasitəsilə müraciət prosesində peşəkar dəstək əldə […]

Vizam.az 05 noyabr 2026
Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Hindistan qədim tarixi, rəngarəng mədəniyyəti, möhtəşəm məbədləri və fərqli təbiəti ilə turistlərin maraq göstərdiyi ölkələrdən biridir. Hindistana səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları səfərdən əvvəl viza almalıdırlar. Hindistan vizası ilə bağlı ən çox verilən 10 sualın cavabını aşağıda tapa bilərsiniz. Azərbaycan vətəndaşları Hindistan vizasını onlayn ala bilərmi? Bəli. Azərbaycan vətəndaşları Hindistanın elektron viza (e-Visa) müraciəti üçün […]

Vizam.az 05 noyabr 2026
Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Polşa zəngin tarixi, möhtəşəm memarlığı, qədim şəhərləri və özünəməxsus mədəniyyəti ilə Avropanın maraqlı səyahət istiqamətlərindən biridir. Varşavanın müasir küçələrindən Krakovun tarixi meydanlarına qədər ölkənin hər bölgəsində kəşf etməyə dəyər fərqli məkanlar var. Polşaya səyahət etməyi planlaşdırırsınızsa, yola çıxmazdan əvvəl bilməli olduğunuz 10 maraqlı faktla tanış olun. Polşanın paytaxtı Varşavadır, lakin Krakov da turistlərin sevimli şəhərlərindən […]

Vizam.az 05 noyabr 2026
İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərəyə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza əvvəlcədən alınmalıdır. Turizm, ailə və dost ziyarəti, işgüzar səfər və digər qısamüddətli səfərlər üçün müraciət zamanı uyğun viza növü seçilməli və tələb olunan sənədlər hazırlanmalıdır. İngiltərə vizası ilə bağlı ən çox verilən sualların cavablarını aşağıda tapa bilərsiniz. İngiltərə vizası almaq üçün hansı sənədlər tələb olunur? Əsas sənədlərə […]

Vizam.az 04 noyabr 2026
Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviya Baltikyanı ölkələr arasında yerləşən, tarixi şəhərləri, sakit təbiəti, geniş meşələri və Baltik dənizinin gözəl sahilləri ilə seçilən Avropa ölkəsidir. Xüsusilə paytaxt Riqa özünəməxsus memarlığı, rəngarəng küçələri və tarixi İçərişəhəri ilə turistlərin diqqətini çəkir. Latviyaya səyahət etməyi planlaşdırırsınızsa, ölkənin mədəniyyəti, gündəlik həyat tərzi və turistlər üçün maraqlı xüsusiyyətləri haqqında əvvəlcədən məlumat əldə etmək faydalıdır. Səfərdən […]

Vizam.az 04 noyabr 2026
Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026