ŞİMALİ AFRİKANIN MAVİ İNCİSİ - MƏRAKEŞƏ SƏYAHƏT VİZASI

Yeniləndi: 28 aprel 2025 8367 baxış 3 dəq. oxu

Afrika qitəsinin şimalında yerləşən, coğrafiyası və şəhərlərinin unikal memarlıq stili ilə, qızmar çimərlikləri ilə məşhur Kasablanka şəhəri, “Mavi Şəhər” kimi tanınan Şefşauen bölgəsi, abidələri ilə dünyada məşhur olan Mərakeşin il ərzində 10 milyondan çox turistə ev sahibliyi etməsi təsadüfi deyil. Siz də özünüzü həmin milyonların arasında görmək istəyirsinizsə, sizə gərəkli olacaq Mərakeş səyahət vizası haqqında ətraflı məlumatı bu məqalədən əldə edəcəksiniz.

Mərakeş Turizm Vizası

Mərakeşə planladığınız səyahətinizi Mərakeş turizm vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər.

Mərakeş vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, Mərakeş vizası əksər hallarda müraciətçinin viza müraciəti əsnasında ərizə formasında və digər sənədlərində göstərdiyi səyahət müddətindən başlayaraq 30 günlük müddətə verilir.

Mərakeş Vizası Müraciəti üçün Sənədlər Toplusu

Mərakeş vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər ailə üzvünüzlə birlikdə müraciət edirsinizsə, mülki vəziyyətinizin sübutu* (Yoldaşınızla edirsinizsə, nikah haqqında şəhadətnamənizin, Övladınızla edirsinizsə, doğum haqqında şəhadətnaməsinin surəti)
  7. 2 ədəd 3x4 ölçüdə, ağ fonda şəkliniz
  8. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  9. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  10. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Mərakeşdə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 2.500-4.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 dollar gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Viza müraciəti Mərakeşin Bakıdakı səfirliyinə edilir. Viza rüsumu 43 USD-dir və sənədləri təhvil verən zaman nağd şəkildə ödənilir. Sənədləri təhvil vermək üçün müraciətçinin şəxsi iştirakı mütləqdir. Viza nəticəsi, adətən, 5 iş günü ərzində bəlli olur.

Mərakeş Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Mərakeşdə də sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Mərakeş vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Mərakeş səfirliyi riskli səfirlik hesab olunmur. Təcrübəmizdə ilk vizalarını məhz bu səfirlikdən almış çox sayda müraciətçi olmuşdur. Əlbəttə, bunun üçün sizin digər bütün sənədləriniz qaydasında olmalıdır. Həmçinin, hər bir halda sizin daha öncə vizalarınızın olması Mərakeş vizası alma ehtimalınızı yüksəldən faktorlardan biridir.

Mərakeşə Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Mərakeş vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Əlavə xidmət olaraq biz sizə viza intervyusunda sizinlə birlikdə iştirak etmək kimi bir xidmət də təklif edə bilərik. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Mərakeş səyahət vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 125 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Mərakeş və Azərbaycan arasında vizadan azad edilməsi haqqında saziş 28 avqust 2024-cü il tarixindən etibarən qüvvədədir.

Mərakeşə vizasız səyahət haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, buraya klik edərək mərakeşə vizasız səyahət blogumuza keçid edə bilərsiniz.

Xoş səyahətlər!

Yeniləndi: 22.01.2025

Oxşar yazılar:

Serbiyaya Viza Lazimdir?

Serbiyaya Viza Lazimdir?

Serbiya, zəngin tarixi, gözəl təbiəti və mədəni irsi ilə turistlərin diqqətini çəkən ölkələrdən biridir. Əgər siz də Serbiyaya səfər etməyi planlaşdırırsınızsa, ilk bilməli olduğunuz məsələ Serbiyaya viza tələb olunub-olunmamasıdır. Azərbaycan vətəndaşları üçün Serbiya viza qaydaları, müraciət proseduru və lazımi sənədlər haqqında məlumat önəmlidir. Serbiya vizası ilə bağlı əsas mövzulara baxdıqda, insanlar tez-tez soruşur: “Serbiyaya vizasız […]

Vizam.az 13 fevral 2026
Misir vizası ilə Misirə səyahət

Misir vizası ilə Misirə səyahət

Misir vizası ilə Misirə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün 2026-cı ildə tətbiq olunan qaydaları əvvəlcədən bilmək vacibdir. “Misirə viza lazımdırmı?”, “Azərbaycandan Misirə viza necə alınır?”, “Misir vizası almaq prosesi necədir?” kimi suallar ən çox axtarılan mövzular arasındadır. Bu yazıda Misir vizası haqqında bütün əsas məlumatları müraciət üsulları, tələb olunan sənədlər, qiymətlər və səyahət zamanı […]

Vizam.az 13 fevral 2026
İtaliya Vizası Almaq üçün Lazım Sənədlər Hansılardır?

İtaliya Vizası Almaq üçün Lazım Sənədlər Hansılardır?

İtaliya səfəri planlaşdırırsınızsa, İtaliya vizası almaq üçün hansı sənədlərin tələb olunduğunu bilmək vacibdir. İtaliya səfirliyi viza görüşü üçün hazırlıqlı olmaq, müraciət prosesini daha sürətli və rahat edir. Azərbaycandan İtaliya vizası almaq istəyən şəxslər üçün əsas sənədlər, prosedurlar və İtaliya səfirliyi Baku ilə əlaqə məlumatları haqqında ətraflı məlumat təqdim edirik. İtaliya vizası sənədləri turizm, təhsil və […]

Vizam.az 12 fevral 2026
2026-cı İldə Azərbaycan Vətəndaşlarının ən çox getdiyi  Vizasız Ölkələr

2026-cı İldə Azərbaycan Vətəndaşlarının ən çox getdiyi Vizasız Ölkələr

2026-cı ildə Azərbaycan vətəndaşlarının ən çox üstünlük verdiyi vizasız ölkələr səyahət planlayanlar üçün ən aktual mövzulardan biridir. Xarici pasportla vizasız gedilə bilən ölkələr həm əlavə sənəd yükünü azaldır, həm də daha sərfəli və rahat səyahət imkanı yaradır. Xüsusilə qısa müddətli istirahət, turistik səfər və ya spontan səyahət planlaşdıranlar üçün vizasız ölkələr 2026-cı ildə də ən […]

Vizam.az 12 fevral 2026
Şengen Vizası Dəstəyi üçün Sponsorluq Məktubu nədir?

Şengen Vizası Dəstəyi üçün Sponsorluq Məktubu nədir?

Şengen vizası üçün sponsorluq məktubu, viza müraciəti edən şəxsin Avropa Şengen ölkələrinə planlaşdırdığı səfər zamanı bütün və ya qismən maliyyə xərclərinin başqa bir şəxs (sponsor) tərəfindən qarşılanacağını rəsmi şəkildə təsdiq edən sənəddir. Bu məktub səfirlik və ya viza mərkəzi üçün müraciətçinin maddi baxımdan təmin olunduğunu göstərən əsas sübutlardan biridir. Sponsorluq məktubu xüsusilə Şengen turist vizası, […]

Vizam.az 10 fevral 2026
Sponsorluq məktubu nədir?

Sponsorluq məktubu nədir?

Sponsorluq məktubu viza müraciəti zamanı müraciətçinin səyahət xərclərinin tam və ya qismən başqa bir şəxs tərəfindən qarşılanacağını rəsmi şəkildə təsdiq edən sənəddir. Ən çox Şengen vizası, Böyük Britaniya vizası, ABŞ vizası və digər ölkələrə səfər zamanı tələb olunur. Sponsor adətən ailə üzvü, yaxın qohum və ya işəgötürən olur. Bu məktub səfirlik və ya viza mərkəzinə […]

Vizam.az 09 fevral 2026
2026-ci ildə Amerika Vizası Necə Ala Bilərəm?

2026-ci ildə Amerika Vizası Necə Ala Bilərəm?

Amerika vizası 2026-cı ildə də minlərlə insan üçün sadəcə bir sənəd deyil, “Amerika xəyalı”na açılan əsas qapıdır. ABŞ – Nyu-York, Vaşinqton, Los-Anceles, Mayami, San-Fransisko kimi şəhərləri, Azadlıq Heykəli, Central Park, Ağ Ev, Golden Gate körpüsü, Las Veqas, Böyük Kanyon və saysız-hesabsız görməli yerləri ilə dünyanın ən çox səyahət edilən ölkələrindən biridir. Məhz buna görə Amerika […]

Vizam.az 04 fevral 2026
VisaMetric Baku Üzərindən Viza Müraciəti Necə Edilir?

VisaMetric Baku Üzərindən Viza Müraciəti Necə Edilir?

Avropaya səyahət planlayan Azərbaycan vətəndaşları üçün viza müraciət prosesi əksər hallarda VisaMetric Baku vasitəsilə həyata keçirilir. VisaMetric, bir sıra Avropa ölkələrinin viza müraciətlərini qəbul edən rəsmi vasitəçi mərkəzdir və müraciətçilər üçün randevu, sənəd qəbulu və biometrik məlumatların toplanması mərhələlərini icra edir. Lakin VisaMetric viza qərarı verən qurum deyil və prosesin düzgün aparılması müraciətçinin məsuliyyətindədir. VisaMetric […]

Vizam.az 03 fevral 2026
Viza üçün Sponsorluq Məktubu

Viza üçün Sponsorluq Məktubu

Viza müraciəti zamanı təqdim edilən sənədlər arasında sponsorluq məktubu xüsusilə maddi vəziyyəti kifayət etməyən müraciətçilər üçün vacib rol oynayır. Bir çox ölkələrin səfirlikləri viza müraciətini dəyərləndirərkən səyahət xərclərinin kim tərəfindən və necə qarşılanacağını aydın şəkildə görmək istəyir. Məhz bu nöqtədə viza üçün sponsorluq məktubu əsas sübut sənədlərindən biri hesab olunur. Sponsorluq məktubu, müraciətçinin səyahət, yaşayış […]

Vizam.az 02 fevral 2026
Brazilya Vizası Necə Əldə Edə Bilərəm?

Brazilya Vizası Necə Əldə Edə Bilərəm?

Brazilya Cənubi Amerikanın ən rəngarəng və enerjili ölkələrindən biridir. Rio de Janeyroda Karnaval, Amazon meşələri, Copacabana sahili və unudulmaz mədəniyyət bütün bunlar Brazilyanı səyahət üçün cəlbedici edən əsas səbəblərdir. Lakin bu ölkəyə səyahət etməzdən əvvəl Azərbaycan vətəndaşları üçün vacib mərhələ Brazilya vizası almaq prosesidir. Brazilya vizası müraciəti digər ölkələrlə müqayisədə daha fərqli prosedurlara malik ola […]

Vizam.az 30 yanvar 2026