DƏLİ SƏYAHƏTÇİLƏRİN HƏDƏFİ – MEKSİKA! MEKSİKA SƏYAHƏT VİZASI

Yeniləndi: 13 fevral 2025 15409 baxış 5 dəq. oxu

Şimali Amerikanın bu unikal ölkəsi, istər yerdə qalan bütün dünyadan onu fərqləndirən mədəniyyəti, mətbəxi, əyləncələri, istər coğrafiyasının üstünlükləri, Atlantik və Sakit Okean sahillərinin qızmar çimərlikləri, istərsə də təbiəti, dünyanın yeddi möcüzəsindən biri sayılan Çiçen İtsaya ev sahibliyi etməsi kimi saymaqla bitməyəcək nüanslarıyla hər zaman unikal ölkələrə unikal səyahətlər etməyi sevən səyahətçilərin hədəfində olub. Əgər siz də o səyahətçilərdən birisinizsə, hədəfinizi vurmağınız üçün sizə gərəkli olan Meksika vizası haqda sizə lazım olan bütün məlumatları ətraflı şəkildə bu məqalədə oxuyacaqsınız.

Meksika Viza Növləri

Meksikaya planladığınız səyahətinizi Meksika turizm vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Meksikada uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Meksika milli vizasına da müraciət edə bilərsiniz. 

Meksika Turizm Vizası

Meksika vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, Meksika vizası əksər hallarda müraciətçilərə 6 aylıq period üçün və çoxgirişli statusla verilir.

Hansı ölkə vətəndaşı olmağından asılı olmayaraq, etibarlı və çoxgirişli Şengen, ABŞ, Kanada, Yaponiya və ya Birləşmiş Krallıq vizası olan hər bir şəxs Meksika vizasına sahib olmadan Meksikaya daxil ola bilər. Ancaq bu vizalar mütləq şəkildə aktiv və çoxgirişli olmalıdırlar. Bu şərtlər ödənilmədiyi təqdirdə Azərbaycan vətəndaşları Meksikaya daxil olmaq üçün Meksika vizası üçün müraciət etməlidirlər. 

Meksika Vizası Müraciəti üçün Sənədlər Toplusu

Meksika vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Adınıza olan bank hesabından ən azı son 3 ayın çıxarışı
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  9. 2 ədəd 3.5x4.5 ölçüdə, ağ fonda şəkliniz
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Qeyd edək ki, Meksika səfirliyi üçün adınıza mülkün olması və bu barədə səfirliyə lazımi sənədləri təqdim etməyiniz, həmçinin maaş kartınızdan və bank hesabınızdan ən azı son 3 ayın çıxarışını təqdim etməyiniz mühüm rol oynayır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Meksikada qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 4.500-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 dollar gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Azərbaycan vətəndaşları üçün viza müraciətlərinin baxılmasında Meksikanın Bakıdakı Səfirliyinin konsulluq şöbəsi məsuliyyət daşıyır.

Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi 10:00-dan 19:00-dək (səhər saatlarında əlaqə saxlamaq məsləhətdir) Meksika səfirliyinin telefon nömrələri ilə əlaqə saxlamaqla təyin etmək mümkündür. Görüşlər, adətən, səhər saatlarına (təqribən, 10:00-11:00-a) təyin olunur. 

Qeyd edək ki, ərizə forması səfirlikdə müraciətçi tərəfindən doldurulmalıdır. Həmçinin viza müraciəti zamanı konsulluqda qısa bir müsahibə baş tutur. Müsahibə əsnasında sizə səyahətiniz, səyahət tarixləri və məqsədiniz, iş yerinizlə bağlı və şəxsi suallar verilə bilər.

Viza rüsumu 48 USD-dir. Müraciətçi konsulluğa sənədlərini təqdim etdikdən sonra ona viza rüsumunun ödənişi üçün müvafiq çek verilir. Bu çek əsasənda müraciətçi ödənişi Azərbaycan Beynəlxalq Bankının Əsas binasında (Nizami küç. 67) həyata keçirməli və ödənişin həyata keçirildiyinə dair qəbzi konsulluğa həmin gün təqdim etməlidir. 

Viza nəticəsi isə profildən və təqdim olunan sənədlərdən asılı olaraq dəyişir. Əgər bütün sənədlər qaydasındadırsa, o zaman viza nəticəsi həmin gün ərzində bəlli olur. Əgər, əksik sənədlər varsa, o zaman həmin sənədləri təqdim etmək üçün zaman verilir. Müraciətçi həmin sənədləri təqdim edə bilməsə, viza müraciəti mənfi nəticələnir. 

Turist vizası proseduru isə ümumilikdə, adətən, 3-10 iş günü çəkir. 

Meksika Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Meksikada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və daha yüksək olması (təcrübədə 400-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Meksika vizası alma şansınızı artıran faktorlardır. Həmçinin, daha öncə də bildirdiyimiz kimi adınıza olan mülklərin, maaş kartınızdan və bank hesabınızdan çıxarışlarınızın təqdim olunması, həmçinin müsahibədə verilən düzgün cavablar sizin Meksika viza alma şansınızı əhəmiyyətli dərəcədə artırır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Meksika səfirliyi riskli səfirlik hesab olunmur. Təcrübəmizdə ilk vizalarını məhz bu səfirlikdən almış çox sayda müraciətçi olmuşdur. Əlbəttə, bunun üçün sizin digər bütün sənədləriniz qaydasında olmalıdır. Həmçinin, hər bir halda sizin daha öncə vizalarınızın olması Meksika vizası alma ehtimalınızı yüksəldən faktorlardan biridir.

Meksikaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Meksika vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, konsultasiya, müsahibəyə hazırlıq, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Meksika səyahət vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 125 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Bu dəli ölkə əsl dəli səyahətçilər üçündür! Xoş səyahətlər!

Yeniləndi: 22.01.2025

Oxşar yazılar:

İngiltərə (Birləşmiş Krallıq) Vizası

İngiltərə (Birləşmiş Krallıq) Vizası

Birləşmiş Krallıq dünyanın ən çox ziyarət edilən ölkələrindən biri olmaqla yanaşı, təhsil, iş və daimi yaşayış imkanları ilə də Azərbaycan vətəndaşları üçün cəlbedici istiqamətlərdən biridir. Xüsusilə London kimi qlobal şəhərləri, nüfuzlu universitetləri və inkişaf etmiş iqtisadiyyatı bu ölkəyə marağı ildən-ilə artırır. İstər turist kimi səyahət etmək, istər ali təhsil almaq, istərsə də işləmək və ya […]

Vizam.az 19 mart 2026
Vizam.az ilə Ispaniya Viza Müraciəti Prosesi

Vizam.az ilə Ispaniya Viza Müraciəti Prosesi

İspaniyaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Şengen vizası əldə etmək bu prosesin ən vacib mərhələsidir. “Vizam.az ilə İspaniya Viza Müraciəti” xidməti isə bu prosesi sizin üçün daha sadə, sürətli və risksiz hala gətirir. Sənədlərin düzgün hazırlanması, müraciət formasının peşəkar şəkildə doldurulması və səfirlik tələblərinə uyğun təqdim olunması viza alma ehtimalını birbaşa artıran əsas amillərdəndir. […]

Vizam.az 17 mart 2026
Yunanıstan Vizası ilə Şengen Bölgəsinə Səyahət

Yunanıstan Vizası ilə Şengen Bölgəsinə Səyahət

Yunanıstan vizası alan şəxslər üçün ən böyük üstünlüklərdən biri bu viza ilə digər Şengen ölkələrinə də səyahət edə bilmələridir. Yunanıstan Şengen zonasına daxil olan ölkələrdən biri olduğu üçün bu ölkədən alınan qısamüddətli turist vizası sizə Şengen bölgəsində yerləşən bir çox Avropa ölkəsinə səfər etmək imkanı yaradır. Bu səbəbdən bir çox səyahətçi Avropaya ilk səfəri üçün […]

Vizam.az 16 mart 2026
Şengen Vizası Rədd Edilərsə Nə Etmək Lazımdır?

Şengen Vizası Rədd Edilərsə Nə Etmək Lazımdır?

Şengen vizası üçün müraciət edən bəzi şəxslər müxtəlif səbəblərə görə viza rəddi ilə qarşılaşa bilirlər. Viza rəddi ilk baxışdan səyahət planlarının pozulması kimi görünsə də, bu vəziyyət gələcəkdə viza almağın mümkün olmadığı anlamına gəlmir. Əksər hallarda rədd qərarı müraciət zamanı təqdim olunan sənədlərin kifayət qədər güclü olmaması, səfər məqsədinin aydın göstərilməməsi və ya maliyyə vəziyyəti […]

Vizam.az 16 mart 2026
Slovakiyaya Səyahət: Slovakiya Viza Müraciəti

Slovakiyaya Səyahət: Slovakiya Viza Müraciəti

Slovakiya səyahətçilər üçün Avropanın gözəl və unikal ölkələrindən biridir. Tarixi şəhərləri, dağ mənzərələri, mədəni irsi və müasir turizm imkanları ilə Slovakiya həm istirahət, həm də işgüzar səfərlər üçün cəlbedici seçimdir. Bratislava, Košitse, və Tatralar kimi məşhur yerlər ölkəyə səfəri planlaşdıran hər kəsin diqqətini çəkir. Slovakiyaya səyahət etməzdən əvvəl ən vacib addımlardan biri vizanın düzgün və […]

Vizam.az 13 mart 2026
Səyahətdə Airbnb və Otel Qalmasının Fərqləri

Səyahətdə Airbnb və Otel Qalmasının Fərqləri

Səyahət planlaşdırarkən ən vacib qərarlardan biri qalacaq yerin seçilməsidir. Bu seçim həm səyahətin rahatlığına, həm də büdcəyə birbaşa təsir edir. Son illərdə səyahətçilər arasında iki əsas qalma seçimi daha çox istifadə olunur: Airbnb və otellər. Hər iki variant fərqli üstünlüklər təqdim edir və səyahətin məqsədinə görə daha uyğun ola bilər. Airbnb platforması daha çox ev […]

Vizam.az 13 mart 2026
Polşa Səfirliyi Viza Üçün Lazım Olan Sənədlər

Polşa Səfirliyi Viza Üçün Lazım Olan Sənədlər

Polşaya səyahət etmək, işləmək və ya təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün Polşa səfirliyi viza müraciət prosesi müəyyən sənədlərin hazırlanmasını tələb edir. Polşa səfirliyi viza üçün sənədlər düzgün və tam təqdim olunmadıqda müraciət gecikə və ya imtina ilə nəticələnə bilər. Buna görə də Polşa səfirliyi viza müraciəti zamanı tələb olunan sənədləri əvvəlcədən bilmək və hazırlamaq […]

Vizam.az 12 mart 2026
İspaniya Viza Müraciəti Prosesi Necə Gedir?

İspaniya Viza Müraciəti Prosesi Necə Gedir?

İspaniyaya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün ilk addımlardan biri İspaniya vizası üçün düzgün və tam şəkildə müraciət etməkdir. Turizm, iş və ya təhsil məqsədilə İspaniyaya viza almaq istəyən şəxslər müəyyən sənədləri hazırlamalı və rəsmi İspaniya viza müraciəti proseduruna uyğun şəkildə müraciət etməlidirlər. Azərbaycan vətəndaşları üçün Spain visa Azerbaijan müraciətləri adətən İspaniya viza mərkəzi vasitəsilə […]

Vizam.az 11 mart 2026
TLS Contact Baku Viza Müraciət Prosesi

TLS Contact Baku Viza Müraciət Prosesi

TLScontact viza müraciət prosesində bir çox ölkənin səfirlikləri ilə əməkdaşlıq edən rəsmi viza müraciət mərkəzlərindən biridir. Azərbaycanda da fəaliyyət göstərən TLSContact Baku mərkəzi vasitəsilə xüsusilə Şengen ölkələrinə viza müraciətləri qəbul edilir və müraciət edən şəxslərə görüş təyini, sənədlərin təqdim edilməsi və biometrik məlumatların toplanması kimi xidmətlər göstərilir. Bu səbəbdən internetdə istifadəçilər tez-tez tlscontact baku, tls […]

Vizam.az 10 mart 2026
Yeni Zelandiya Viza Müraciəti Prosesi

Yeni Zelandiya Viza Müraciəti Prosesi

Yeni Zelandiya Viza Müraciəti Prosesi xaricə səyahət planlaşdıran şəxslər üçün vacib mərhələlərdən biridir. Turizm, təhsil və ya iş məqsədilə Yeni Zelandiyaya getmək istəyən şəxslər əvvəlcədən uyğun viza növünü seçərək müraciət etməlidirlər. Viza müraciəti zamanı sənədlərin düzgün hazırlanması, müraciət formunun tam doldurulması və bütün tələblərin yerinə yetirilməsi müsbət nəticə almaq üçün böyük əhəmiyyət daşıyır. Yeni Zelandiya […]

Vizam.az 06 mart 2026