Mart Tətili üçün Viza Müraciətini Nə Vaxt Etməliyik?

Yeniləndi: 05 avqust 2026 841 baxış 6 dəq. oxu

Mart tətili səyahət planı quranların ən çox verdiyi suallardan biri budur: “Vizaya nə vaxt müraciət etməliyik ki, gecikmə olmasın?” Bu sualın tək bir cavabı yoxdur, çünki viza müraciətinin vaxtı seçdiyiniz ölkəyə, viza növünə və səfirliklərin iş yükünə görə dəyişir. Mart ayı Avropa, Böyük Britaniya və Amerika istiqamətləri üçün ən sıx mövsümlərdən biri hesab olunduğuna görə, viza müraciətinə düzgün vaxtda başlamaq səyahətin uğurla baş tutması üçün həlledici rol oynayır.

Əgər Mart tətilində Avropa ölkələrinə səyahət planlayırsınızsa, sizə Şengen vizası tələb olunur. Şengen vizası üçün müraciətlər səfər tarixindən maksimum 6 ay əvvəl açılır və bu imkan erkən müraciət edənlər üçün böyük üstünlük yaradır. Təcrübəmizə əsasən, Şengen vizası üçün müraciətə ən gec səyahətə 1 ay qalmış başlamaq tövsiyə olunur. Çünki bu dövrdə səfirliklərdə randevu tapmaq çətinləşir, sənəd yoxlamaları uzanır və risk artır.

Mart tətili üçün Birləşmiş Krallıq, Amerika və Kanada istiqamətlərini seçənlər isə viza müraciətinə ən azı 3 ay əvvəl başlamalıdırlar. Bu ölkələrdə viza prosesi daha detallıdır: online anketlər, biometrik məlumatlar, bəzən müsahibə və uzun baxılma müddətləri olur. Xüsusilə ABŞ vizası üçün müsahibə tarixlərinin gec açılması səbəbindən son ana qalmaq səyahətin təxirə düşməsinə səbəb ola bilər.

Asiya ölkələrinə, xüsusilə Tayland və digər populyar turizm istiqamətlərinə səyahət edənlər üçün isə müraciətə təxminən 1 ay əvvəl başlamaq kifayət edir. Bu ölkələrdə viza prosesi nisbətən sadədir, lakin bayram və mövsüm dövründə yenə də gecikmələr yaşana bilər.

Qısaca desək, Mart tətili üçün viza müraciətinin düzgün vaxtı haraya getmək istədiyinizdən asılıdır. Bu yazıda ölkə-ölkə viza müraciəti üçün ideal vaxtları, riskləri və vaxtında müraciət etməyin üstünlüklərini detallı şəkildə izah edəcəyik ki, səyahət planınız son anda pozulmasın.

Viza Müraciət Vaxtı Nədən Asılıdır?

Viza müraciətinə nə vaxt başlamaq lazım olduğunu müəyyən edən bir neçə əsas faktor var. Bu faktorları əvvəlcədən bilmək, Mart tətili üçün səyahət planınızın gecikməməsi və riskə düşməməsi baxımından çox vacibdir.

Gedəcəyiniz ölkə

Viza müraciət vaxtı ilk növbədə səyahət etmək istədiyiniz ölkədən asılıdır. Məsələn, Şengen ölkələri üçün müraciət prosesi daha uzun çəkir, halbuki Asiya ölkələrində viza daha tez nəticələnir. ABŞ, Kanada və Böyük Britaniya kimi ölkələrdə isə əlavə yoxlamalar olduğu üçün proses daha erkən başlanmalıdır.

Viza növü

Turistik, işgüzar, təhsil və ya ailə ziyarəti vizaları arasında baxılma müddəti fərqlidir. Turistik vizalar adətən daha tez çıxır, lakin uzunmüddətli və çoxgirişli vizalar daha ətraflı yoxlamadan keçdiyi üçün vaxt tələb edir.

Səfirliyin iş yükü

Mart, yay və bayram dövrlərində səfirliklərə müraciət sayı kəskin artır. Bu dövrlərdə randevu tapmaq çətinləşir və baxılma müddətləri uzana bilir. Erkən müraciət edənlər isə bu sıxlıqdan təsirlənmirlər.

Randevu sistemi

Bir çox ölkədə viza üçün müraciət yalnız randevu ilə qəbul olunur. Xüsusilə Şengen ölkələri, ABŞ və Böyük Britaniya üçün randevu tarixləri bəzən həftələrlə dolu olur. Buna görə də viza müraciətini son ana saxlamaq ciddi risk yaradır.

Mövsümi sıxlıq (mart, yay, bayramlar)

Mart tətili, yay tətilləri və rəsmi bayramlar viza müraciətlərinin ən sıx olduğu dövrlərdir. Bu zaman həm sənəd qəbulu, həm də baxılma prosesi uzana bilər. Səyahətin vaxtında baş tutması üçün müraciətə ən azı bir neçə ay əvvəl başlamaq tövsiyə olunur.

Avropa ölkələri üçün Şengen vizası müraciəti

Şengen vizası müraciəti zamanı konsulluq sənədlərə ayrıca, müraciətçiyə isə bütöv bir sistem kimi baxır. Yəni bank arayışı, iş yerindən sənəd, sponsor məktubu və s. ayrı-ayrılıqda deyil, bir-biri ilə uyğunluq təşkil edib-etmədiyinə görə qiymətləndirilir.

Şengen vizasına ən tez səyahətdən 6 ay əvvəl müraciət etmək olar.
Amma praktiki və təhlükəsiz yanaşma belədir:

  • İdeal vaxt: səyahətdən 2–3 ay əvvəl
  • Ən gec tövsiyə olunan vaxt: səyahətə 1 ay qalmış
  • Mart tətili, yay ayları və bayram ərəfəsində isə 1 ay çox gec ola bilər

Şengen vizası haqqında ətraflı məlumat əldə etmək istəyirsinizsə, klik edərək bloga keçid edə bilərsiniz.

Şengen vizası üçün tələb olunan sənədlər

  • Pasport: Viza başa çatdıqdan sonra ən azı 3 ay etibarlı olmalıdır. Son 10 il ərzində verilməlidir və ən azı 2 boş səhifəsi olmalıdır.
  • Viza ərizə forması: Rəsmi viza forması doldurulmalı və imzalanmalıdır.
  • Fotoşəkil: 3.5x4.5 sm ölçüdə, son 6 ayda çəkilmiş, fonu açıq rəngli, biometrik qaydalara uyğun.
  • Səyahət sığortası: Şengen zonasında minimum 30.000 avro məbləğində tibbi sığorta təmin edilməlidir.
  • Aviabilet və otel bronları: Gediş-dönüş uçuş bileti və yaşayış yeri ilə bağlı təsdiqedici sənədlər təqdim olunmalıdır.
  • Maddi vəsait sübutları: Son 3 ayın bank çıxarışı, maaş arayışı və ya sponsorluq məktubu təqdim olunmalıdır.
  • Dəvət məktubu: Əgər kimsə tərəfindən dəvət almısınızsa, bu məktub rəsmi formada olmalı və əlavə sənədlərlə (şəxsiyyət vəsiqəsi, yaşayış yerinin sənədi) təsdiqlənməlidir.
  • Əlavə sənədlər:
  • Məşğulluq sənədi (iş yerindən arayış)
  • Tələbə bileti və ya universitetdən arayış
  • Sahibkarlıq sənədi (VÖEN, vergi hesabatı və s.)

Şengen vizası əldə etmək istəyirsinizsə, klik edərək sifariş yerləşdirə bilərsiniz.

Birləşmiş Krallıq vizası üçün müraciət vaxtı

Birləşmiş Krallığa (İngiltərə) səyahət planlaşdırırsınızsa, Şengen vizası kifayət etmir ayrıca UK vizası tələb olunur. UK vizası müraciət prosesi sənəd baxımından daha detallıdır və müraciət vaxtının düzgün seçilməsi çox vacibdir.

UK vizasına nə vaxt müraciət etməliyik?

Birləşmiş Krallıq vizasına səyahətdən ən azı 3 ay əvvəl müraciət etmək tövsiyə olunur.
Rəsmi olaraq müraciəti 6 ay əvvəldən etmək mümkündür, amma praktikada təhlükəsiz zaman aralığı belədir:

  • İdeal vaxt: səyahətdən 2–3 ay əvvəl
  • Ən gec: səyahətə 1,5 ay qalmış
  • Mart tətili, yay mövsümü və bayram ərəfəsində son ay müraciəti risklidir

UK vizası haqqında ətraflı məlumat əldə etmək istəyirsinizsə, klik edərək bloga keçid edə bilərsiniz.

Birləşmiş Krallıq vizasına müraciət edərkən siz aşağıdakı tələb olunan sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Adınıza olan bank hesabından ən azı son 3 ayın çıxarışı
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. İngilis dilində doldurulmuş ərizə forması
  12. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Birləşmiş Krallıq vizası əldə etmək istəyirsinizsə, klik edərək sifariş yerləşdirə bilərsiniz.

Amerika vizası üçün nə vaxt müraciət etməliyik?

ABŞ və Kanada vizaları ən gec planlaşdırılmalı vizalar sırasındadır, çünki həm randevu tapmaq, həm də vizanın baxılma müddəti digər ölkələrə nisbətən daha uzun çəkir. Bu səbəbdən mart tətili, yay və ya payız səyahəti planlaşdırırsınızsa, müraciətə mümkün qədər tez başlamaq vacibdir. Amerika vizası alma ehtimalı müraciətçinin ümumi profilindən, əvvəlki viza tarixçəsindən və müraciət edilən viza növündən birbaşa asılıdır. Xüsusilə daha əvvəl ABŞ vizası almış şəxslər üçün 2026-cı ildə Amerika vizasına müraciət prosesi daha sadə və sürətli şəkildə həyata keçirilə bilər.

ABŞ turist vizası üçün müraciət prosesi 2 əsas mərhələdən ibarətdir:
onlayn forma (DS-160) + səfirlikdə müsahibə.

ABŞ vizası haqqında ətraflı məlumat əldə etmək istəyirsinizsə, klik edərək bloga keçid edə bilərsiniz.

Tövsiyə edilən müraciət vaxtı:

  • İdeal vaxt: səyahətdən 3–6 ay əvvəl
  • Minimum: 3 ay əvvəl
  • 1–2 ay qalmış müraciət çox risklidir (randevu tapılmaya bilər)

B1/B2 vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış)
  5. Adınıza olan bank hesabından arayış və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 5x5 ölçüdə və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet və otel bronları
  10. Viza ödənişini etdiyinizə dair sizə sistemdən verilmiş ödəniş qəbzinin və üzərində səfirlikdəki görüş tarixiniz qeyd olunmuş instruksiyanın çap versiyası
  11. Onlayn DS-160 ərizə formanızın təsdiqi

ABŞ vizası əldə etmək istəyirsinizsə, klik edərək sifariş yerləşdirə bilərsiniz.

Kanada vizası üçün müraciət vaxtı

Kanada turist vizası (Visitor Visa) tam onlayn sistemlə aparılır, lakin baxılma müddəti uzun ola bilər.

Tövsiyə edilən müraciət vaxtı:

  • İdeal vaxt: səyahətdən 3–4 ay əvvəl
  • Minimum: 2,5–3 ay əvvəl
  • Son 1–2 ay müraciət risqlidir

Kanada vizası haqqında ətraflı məlumat əldə etmək istəyirsinizsə, klik edərək bloga keçid edə bilərsiniz.

Kanada vizasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etmək lazımdır:

  • Xarici pasportun orijinalı və birinci səhifəsinin surəti
  • Əvvəlki vizaların və giriş-çıxış möhürlərinin surətləri (əgər varsa)
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • İş yerindən arayış* və maaş kartından çıxarış (təhsil alanlar üçün təhsil müəssisəsindən arayış*)
  • Adınıza olan bank hesabından arayış* və çıxarış (məbləğ haqqında aşağıda detallı məlumat verilir)
  • Mülki vəziyyətinizi təsdiq edən sənəd* (nikah şəhadətnaməsi, uşaqların doğum şəhadətnamələri və ya nikahın pozulması haqqında sənəd)
  • 5x4.5 ölçüdə ağ fonda çəkilmiş şəkil
  • Avia bileti bronları
  • Otel rezervasiyaları
  • İngilis dilində doldurulmuş ərizə formaları
  • Viza rüsumunun ödənildiyini təsdiq edən sənəd
  • İşgüzar səfər üçün vizaya müraciət edilirsə, rəsmi dəvət məktubu
  • Mədəniyyət bürosunun məktubu (sponsorluq edilsə)

“*” ilə qeyd olunan sənədlər ingilis dilində təqdim olunmalıdır. Əgər sənədlər azərbaycan dilindədirsə, notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilməlidir.

Kanada vizası əldə etmək istəyirsinizsə, klik edərək sifariş yerləşdirə bilərsiniz.

Tez-tez verilən suallar (FAQ)

Sual: Mart tətili üçün vizaya müraciət etməyin ən doğru vaxtı nə vaxtdır?
Cavab: Mart tətili səyahətində müraciət vaxtı seçdiyiniz ölkəyə və viza növünə görə dəyişir. Şengen vizası üçün səyahətdən 2–3 ay əvvəl müraciət etmək ideal sayılır, ən gec isə 1 ay qalmış müraciət risklidir. Birləşmiş Krallıq, ABŞ və Kanada vizaları üçün isə müraciətə səyahətdən ən az 3 ay əvvəl başlamaq tövsiyə olunur, çünki randevu və baxılma müddəti daha uzun çəkir.

Sual: Viza müraciətini son ana saxlasaq nə baş verə bilər?
Cavab: Son ana qalmış müraciətlər randevu tapmaqda çətinlik yaradır, sənəd yoxlamaları uzanır və səyahət planı risk altına düşür. Xüsusilə mart tətili, yay və bayram dövrlərində səfirliklərdə sıxlıq daha çox olduğundan gecikmələr qaçılmaz ola bilər.

Sual: Şengen vizası üçün müraciət edərkən hansı sənədlər mütləq hazır olmalıdır?
Cavab: Şengen vizasına müraciət edərkən etibarlı pasport, geri dönüş bileti, otel bronu, maliyyə vəsaitini göstərən sənəd və səyahət sığortası tələb olunur. Bu sənədlərin hazır olması randevu zamanı gecikmə və problem yaşanmasının qarşısını alır.

Sual: Vizasız gedilə bilən ölkələr üçün müraciət vaxtı varmı?
Cavab: Vizasız ölkələrdə də səfər öncəsi pasportun müddəti, geri dönüş bileti, otel bronu və sığorta kimi sənədlər hazır olmalıdır. Hərçənd vizasız rejim prosesi daha sürətlidir, amma sənədlərin tamlığı səyahətin rahat keçməsi üçün vacibdir.

Sual: Viza müraciətində sıxlıq dövrləri hansılardır?
Cavab: Sıxlıq dövrlərinə əsasən mart tətili, yay tətilləri və rəsmi bayramlar daxildir. Bu zaman randevular tez dolur, baxılma müddəti uzanır və müraciət gecikərsə səyahət risk altında olur.

Oxşar yazılar:

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026
Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstana səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alınması vacib şərtlərdən biridir. Bolqarıstan 1 yanvar 2025-ci ildən etibarən Şengen zonasına tamhüquqlu üzv olduğu üçün ölkəyə turistik, işgüzar və digər qısamüddətli səfərlər üçün Şengen vizası tələb olunur. Bolqarıstan vizası ilə yalnız bu ölkəyə deyil, Şengen zonasına daxil olan digər ölkələrə də səyahət etmək mümkündür. Bunun üçün […]

Vizam.az 28 oktyabr 2026
Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya vizası üçün müraciət edərkən maliyyə vəziyyətinizi təsdiq edən sənədlərdən biri tələb olunur. Azərbaycan vətəndaşları üçün bu məqsədlə bank arayışı təqdim edilməlidir. Bank hesabından çıxarış tələb olunmur. Sənədləri hazırlayarkən bank arayışı ilə bank çıxarışının fərqini bilmək vacibdir. Aşağıda Yaponiya vizası müraciətində bu sənədlə bağlı əsas məqamları izah edirik. Yaponiya Vizası üçün Hansı Bank Sənədi Lazımdır? […]

Vizam.az 27 oktyabr 2026
Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Birləşmiş Ştatlarına səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza müraciəti səfər hazırlığının vacib mərhələsidir. ABŞ-a turizm, ailə və dost ziyarəti və ya işgüzar səfər məqsədilə getməyi planlaşdırırsınızsa, səfər məqsədinizə uyğun viza kateqoriyasını müəyyənləşdirməlisiniz. Vizam.az-da Amerika vizası dəstəyi xidmət haqqı 31 oktyabr 2026-cı il tarixinədək cəmi 100 AZN-dir! Kampaniyadan yararlanaraq viza müraciətiniz üçün dəstək ala […]

Vizam.az 22 oktyabr 2026
Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanadaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Kanada vizası əvvəlcədən hazırlanmalı olan əsas sənədlərdən biridir. Turizm, ailə ziyarəti və ya işgüzar səfər məqsədilə Kanadaya getməyi planlaşdırırsınızsa, viza növünü düzgün seçmək və tələb olunan sənədləri hazırlamaq vacibdir. Bu məqalədə Kanada vizası üçün müraciət qaydası, tələb olunan sənədlər, rüsumlar və müraciət zamanı diqqət edilməli məqamlarla tanış ola […]

Vizam.az 21 oktyabr 2026
Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026