AVROPANIN TURİZM ADASINA SƏYAHƏT! MALTA ŞENGEN VİZASI

Yeniləndi: 13 fevral 2025 5171 baxış 5 dəq. oxu

Avropanın bu ada ölkəsi ərazisinin kiçikliyinə baxmayaraq böyük əyləncələrə və heyranedici gözəlliyə ev sahibliyi edir. Aralıq dənizində yerləşən Malta bənzərsiz dəniz sahilləriylə birlikdə paytaxtı Valletta şəhərinin xüsusi memarlığı və cazibədarlığı ilə bütün dünyada məşhurdur. Dincəlmək və xoş bir istirahət keçirmək üçün ideal ölkələrdən biri olan Maltaya gedə bilməyiniz üçün Şengen vizasını əldə etməyinizin yolunu isə biz bu məqalədə sizə göstərəcəyik.

Malta Viza Növləri

Şengen ölkələri siyahısında yer alan Maltaya səyahətinizi Malta Şengen vizası vasitəsilə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Maltada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyən şəxslər isə həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktubları olduğu təqdirdə Malta milli vizasına da müraciət edə bilərlər.

Malta Şengen Vizası

Bütün Şengen vizaları kimi Malta Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Hər bir halda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Malta Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə giriş edə bilmək mümkündür. Ancaq hər bir halda biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Maltadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Malta vizası ilə Şengen ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, bu sizin üçün problemə çevrilə, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Malta Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox Maltada qalacağınızı göstərməlisiniz. Bir çox turist Malta səyahətlərini planlayarkən öz tur planlarına İtaliya, İspaniya və bir sıra digər Avropa ölkələrini də daxil edirlər. Bu kimi hallar sizin viza müraciətinizdə heç bir problem yaratmayacaq nüanslardır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni Malta göstərməyiniz məhz Malta vizasına müraciət edə bilməyiniz üçün yetərli olacaqdır.

Malta Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Malta Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Elektron hökumət portalından işlə bağlı arayış*
  6. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  9. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  12. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  13. İngilis dilində doldurulmuş ərizə forması
  14. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Bəzi hallarda Malta vizası üçün baş vurulan İtaliya səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi görülmüşdür.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Malta Şengen vizası üçün müraciət İtaliya Səfirliyinin Visametric adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Bakıdakı İtaliya səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi 08:30-dan 18:30-dək İtaliya Visametric viza müraciət mərkəzinin +994 12 599 88 11 telefon nömrəsi ilə əlaqə saxlamaqla təyin etmək mümkündür.

Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Bir qayda olaraq, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir.

Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 10-15 kalendar günü (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir. Lakin, təcrübə göstərir ki, sənədlərlə bağlı hər şey qaydasında olduğu təqdirdə və viza müraciətlərinin çox olmadığı bir dövrdə cavab 2-3 iş günə də bəlli ola bilər. Bəzi hallarda isə, səfirlik cavabı uçuş tarixindən bir gün qabaq da verə bilir.

Sənədləri təqdim edərkən 35 avro viza rüsumu, 21 avro viza mərkəzinin xidmət haqqı ödənilir. Rüsumlar viza mərkəzinin kassalarında, İtaliya Respublikasının Bakıdakı Səfirliyinin təsdiq etdiyi rüblük məzənnəyə əsasən, yalnız manatla, ödənilir.

Malta Şengen Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Maltada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və daha yüksək olması (təcrübədə 400-600 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Malta Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə heç bir Şengen vizası olmayan şəxslər üçün İtaliya səfirliyi ilk viza müraciəti seçimi olaraq nisbətən riskli görülə bilər. Təcrübəmizdə ilk Şengen vizasını İtaliya səfirliyindən almış bir çox müraciətçi olmasına baxmayaraq, profilinizdəki digər nüansların (yuxarıda sadalanan) yüksək vəziyyətdə olduğu hallar istisna olmaqla, İtaliya səfirliyi ilk Şengen vizanızı almaq üçün riskli səfirlikdir. Hər bir halda daha öncə Şengen vizalarınızın olması sizin İtaliya səfirliyindən Malta vizası alma ehtimalınızı yüksəldən faktordur.

Maltaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Malta Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Malta Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Kiçik bir adada böyük əyləncələr! Xoş səyahətlər!

Yeniləndi: 25.01.2025

Oxşar yazılar:

Serbiyaya Viza Lazimdir?

Serbiyaya Viza Lazimdir?

Serbiya, zəngin tarixi, gözəl təbiəti və mədəni irsi ilə turistlərin diqqətini çəkən ölkələrdən biridir. Əgər siz də Serbiyaya səfər etməyi planlaşdırırsınızsa, ilk bilməli olduğunuz məsələ Serbiyaya viza tələb olunub-olunmamasıdır. Azərbaycan vətəndaşları üçün Serbiya viza qaydaları, müraciət proseduru və lazımi sənədlər haqqında məlumat önəmlidir. Serbiya vizası ilə bağlı əsas mövzulara baxdıqda, insanlar tez-tez soruşur: “Serbiyaya vizasız […]

Vizam.az 13 fevral 2026
Misir vizası ilə Misirə səyahət

Misir vizası ilə Misirə səyahət

Misir vizası ilə Misirə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün 2026-cı ildə tətbiq olunan qaydaları əvvəlcədən bilmək vacibdir. “Misirə viza lazımdırmı?”, “Azərbaycandan Misirə viza necə alınır?”, “Misir vizası almaq prosesi necədir?” kimi suallar ən çox axtarılan mövzular arasındadır. Bu yazıda Misir vizası haqqında bütün əsas məlumatları müraciət üsulları, tələb olunan sənədlər, qiymətlər və səyahət zamanı […]

Vizam.az 13 fevral 2026
İtaliya Vizası Almaq üçün Lazım Sənədlər Hansılardır?

İtaliya Vizası Almaq üçün Lazım Sənədlər Hansılardır?

İtaliya səfəri planlaşdırırsınızsa, İtaliya vizası almaq üçün hansı sənədlərin tələb olunduğunu bilmək vacibdir. İtaliya səfirliyi viza görüşü üçün hazırlıqlı olmaq, müraciət prosesini daha sürətli və rahat edir. Azərbaycandan İtaliya vizası almaq istəyən şəxslər üçün əsas sənədlər, prosedurlar və İtaliya səfirliyi Baku ilə əlaqə məlumatları haqqında ətraflı məlumat təqdim edirik. İtaliya vizası sənədləri turizm, təhsil və […]

Vizam.az 12 fevral 2026
2026-cı İldə Azərbaycan Vətəndaşlarının ən çox getdiyi  Vizasız Ölkələr

2026-cı İldə Azərbaycan Vətəndaşlarının ən çox getdiyi Vizasız Ölkələr

2026-cı ildə Azərbaycan vətəndaşlarının ən çox üstünlük verdiyi vizasız ölkələr səyahət planlayanlar üçün ən aktual mövzulardan biridir. Xarici pasportla vizasız gedilə bilən ölkələr həm əlavə sənəd yükünü azaldır, həm də daha sərfəli və rahat səyahət imkanı yaradır. Xüsusilə qısa müddətli istirahət, turistik səfər və ya spontan səyahət planlaşdıranlar üçün vizasız ölkələr 2026-cı ildə də ən […]

Vizam.az 12 fevral 2026
Şengen Vizası Dəstəyi üçün Sponsorluq Məktubu nədir?

Şengen Vizası Dəstəyi üçün Sponsorluq Məktubu nədir?

Şengen vizası üçün sponsorluq məktubu, viza müraciəti edən şəxsin Avropa Şengen ölkələrinə planlaşdırdığı səfər zamanı bütün və ya qismən maliyyə xərclərinin başqa bir şəxs (sponsor) tərəfindən qarşılanacağını rəsmi şəkildə təsdiq edən sənəddir. Bu məktub səfirlik və ya viza mərkəzi üçün müraciətçinin maddi baxımdan təmin olunduğunu göstərən əsas sübutlardan biridir. Sponsorluq məktubu xüsusilə Şengen turist vizası, […]

Vizam.az 10 fevral 2026
Sponsorluq məktubu nədir?

Sponsorluq məktubu nədir?

Sponsorluq məktubu viza müraciəti zamanı müraciətçinin səyahət xərclərinin tam və ya qismən başqa bir şəxs tərəfindən qarşılanacağını rəsmi şəkildə təsdiq edən sənəddir. Ən çox Şengen vizası, Böyük Britaniya vizası, ABŞ vizası və digər ölkələrə səfər zamanı tələb olunur. Sponsor adətən ailə üzvü, yaxın qohum və ya işəgötürən olur. Bu məktub səfirlik və ya viza mərkəzinə […]

Vizam.az 09 fevral 2026
2026-ci ildə Amerika Vizası Necə Ala Bilərəm?

2026-ci ildə Amerika Vizası Necə Ala Bilərəm?

Amerika vizası 2026-cı ildə də minlərlə insan üçün sadəcə bir sənəd deyil, “Amerika xəyalı”na açılan əsas qapıdır. ABŞ – Nyu-York, Vaşinqton, Los-Anceles, Mayami, San-Fransisko kimi şəhərləri, Azadlıq Heykəli, Central Park, Ağ Ev, Golden Gate körpüsü, Las Veqas, Böyük Kanyon və saysız-hesabsız görməli yerləri ilə dünyanın ən çox səyahət edilən ölkələrindən biridir. Məhz buna görə Amerika […]

Vizam.az 04 fevral 2026
VisaMetric Baku Üzərindən Viza Müraciəti Necə Edilir?

VisaMetric Baku Üzərindən Viza Müraciəti Necə Edilir?

Avropaya səyahət planlayan Azərbaycan vətəndaşları üçün viza müraciət prosesi əksər hallarda VisaMetric Baku vasitəsilə həyata keçirilir. VisaMetric, bir sıra Avropa ölkələrinin viza müraciətlərini qəbul edən rəsmi vasitəçi mərkəzdir və müraciətçilər üçün randevu, sənəd qəbulu və biometrik məlumatların toplanması mərhələlərini icra edir. Lakin VisaMetric viza qərarı verən qurum deyil və prosesin düzgün aparılması müraciətçinin məsuliyyətindədir. VisaMetric […]

Vizam.az 03 fevral 2026
Viza üçün Sponsorluq Məktubu

Viza üçün Sponsorluq Məktubu

Viza müraciəti zamanı təqdim edilən sənədlər arasında sponsorluq məktubu xüsusilə maddi vəziyyəti kifayət etməyən müraciətçilər üçün vacib rol oynayır. Bir çox ölkələrin səfirlikləri viza müraciətini dəyərləndirərkən səyahət xərclərinin kim tərəfindən və necə qarşılanacağını aydın şəkildə görmək istəyir. Məhz bu nöqtədə viza üçün sponsorluq məktubu əsas sübut sənədlərindən biri hesab olunur. Sponsorluq məktubu, müraciətçinin səyahət, yaşayış […]

Vizam.az 02 fevral 2026
Brazilya Vizası Necə Əldə Edə Bilərəm?

Brazilya Vizası Necə Əldə Edə Bilərəm?

Brazilya Cənubi Amerikanın ən rəngarəng və enerjili ölkələrindən biridir. Rio de Janeyroda Karnaval, Amazon meşələri, Copacabana sahili və unudulmaz mədəniyyət bütün bunlar Brazilyanı səyahət üçün cəlbedici edən əsas səbəblərdir. Lakin bu ölkəyə səyahət etməzdən əvvəl Azərbaycan vətəndaşları üçün vacib mərhələ Brazilya vizası almaq prosesidir. Brazilya vizası müraciəti digər ölkələrlə müqayisədə daha fərqli prosedurlara malik ola […]

Vizam.az 30 yanvar 2026