MACƏRA DOLU AFRİKA

Yeniləndi: 13 fevral 2025 2465 baxış 4 dəq. oxu

Cənubi Afrika Respublikası mənim üçün səyahət etdiyim ən möhtəşəm torpaqlardan biridir deyə bilirəm. Sözün açığı səyahətimdən əvvəl araşdırmama görə məni macəra dolu zamanın gözlədiyini bilirdim, ancaq belə möhtəşəm zövq alacağımı düşünməmişdim. Gəzib gəldiyim torpaqlar (CAR) haqqında tövsiyələrimi sizinlər bölüşürəm:

  • Ümid Burnunda dayanın və arzu tutun.
  • “Table Mountain” zirvəsində br kofe için.
  • “Mama Africa” restoranında krokodil əti yeyin. -
  • Atlantik Okeanla Hind Okeanının birləşdiyi yerdə şəkil çəkdirin.
  • Ümid Burnundan qayıdanda yolüstü Simons’ Town-a baş çəkin, restoranda oturun bir balıq yeyin.
  • “Tsitsikamma Milli Park”ında şəlaləyə uzun yol olsa da mütləq baş çəkin. Okean və şəlalə bir arada nadir tapılan mənzərələrdəndir.
  • Bo-Kaap-ın rəngarəngliyinə vurulun.
  • Fillərə əlinizlə yemək yedirin.
  • Maşın kirayə edin, bütün ölkəni gəzin, təbiətinə heyran olun.
  • Rekordlar kitabına düşmüş dünyanın ən hündür Bungee körpüsündən atlayıb adrenalin dolu gün yaşayın.

Cənubi Afrika: Macəra ilə dolu bir ölkəyə səyahət

Əgər siz də fərqli bir təcrübə yaşamaq və dünyanın ən gözəl yerlərindən birinə səyahət etmək istəyirsinizsə, Cənubi Afrika Respublikası mütləq siyahınızda olmalıdır. Paytaxt Keyptaun, cazibədar təbiəti, rəngarəng mədəniyyəti və təbii gözəllikləri ilə sizi ovsunlayacaq. Yohannesburq isə müasirliyi və tarixlə dolu atmosferi ilə fərqlənir.

Hər il təxminən 20 milyon turistin səfər etdiyi bu ölkə sizi də qarşılamaya hazırdır. Ancaq unutmayın, bu ecazkar yerlərə səyahət üçün ilk addım viza almaqdır. Sizin üçün viza prosesinə dair ən vacib detalları bir araya topladıq.

Cənubi Afrika Respublikası Viza Növləri

Səyahətinizin məqsədindən asılı olaraq, müxtəlif viza növlərinə müraciət edə bilərsiniz. Əgər məqsədiniz sadəcə təbiətin gözəlliklərini görmək və rahat istirahət etməkdirsə, turizm vizası sizin üçün idealdır. Dostlarınızı və ya ailənizi ziyarət etmək, işgüzar görüşlər keçirmək və hətta tibbi müalicə üçün də bu vizadan istifadə edə bilərsiniz.

Əgər ölkədə daha uzun müddət qalmaq, təhsil almaq və ya işləmək istəyirsinizsə, milli vizaya müraciət etməlisiniz. Əlbəttə ki, bu növ vizalar üçün iş yerindən və ya təhsil müəssisəsindən dəvət məktubu tələb olunur.

Cənubi Afrika Respublikası Turizm Vizası

Cənubi Afrika turizm vizası sizə qısa və ya çoxgirişli variantlarda təqdim olunur. Əgər bir neçə dəfə ölkəyə səfər etmək planınız varsa, çoxgirişli viza sizə uyğun olacaq. Amma daha qısa bir səyahət üçün sadə, qısamüddətli viza da kifayətdir.

Adətən, turistlərə 3 ay ərzində 1 ay müddətində qalmağa imkan verən vizalar təqdim olunur. Lakin bu müddət və vizanın şərtləri müraciətinizdən asılı olaraq dəyişə bilər.

Cənubi Afrika Vizası Müraciəti üçün Sənədlər Toplusu

Cənubi Afrika vizasına müraciət etmək üçün müəyyən sənədləri təqdim etməlisiniz. Onları düzgün və tam şəkildə toplamaq vizanızın uğurla təsdiqlənməsi üçün vacibdir. Budur lazımlı sənədlərin siyahısı:

  • Xarici pasportunuz və birinci səhifəsinin surəti
  • Əgər varsa, əvvəlki vizalarınızın və möhürlərinizin surətləri
  • Şəxsiyyət vəsiqənizin surəti
  • İş yerindən arayış (təhsil alanlar üçün təhsil arayışı)
  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. 2 ədəd 3.5x4.5 ölçüdə, ağ fonda şəkliniz
  7. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  8. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  9. İngilis dilində doldurulmuş ərizə forması
  10. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu
  11. Viza rüsumunun ödənildiyini təsdiq edən sənəd

Üzərində “*” işarəsi ilə qeyd olunan sənədləri səfirliyə ingilis dilində təqdim etməyiniz vacibdir. Əgər sizdə sənədin orijinalını ingilis dilində yox, azərbaycanca versiyası varsa, mütləq həmin sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirərək səfirliyə təqdim edin.

Cənubi Afrika Respublikasına səfər etməyi planlaşdırırsınızsa, bank hesabınızdakı məbləğ orada qalacağınız müddətdən, otel və uçuş biletlərinin qiymətindən, eləcə də gündəlik xərclərinizdən asılı olaraq dəyişə bilər. Bir həftəlik səyahət üçün hesabınızda ən azı 4.000-5.000 AZN (və ya bunun avro və ya ABŞ dolları ekvivalentində) məbləğin olması tövsiyə olunur. Bu məbləğ həm otel və bilet xərclərinizi, həm də gündəlik təxminən 60-70 dollar arasında dəyişən xərclərinizi qarşılayacaq. Əlavə ehtiyat üçün bir az artıq məbləğ saxlamaq da yaxşı bir seçim olar.

Əgər sahibkarsınızsa, iş yerindən arayış əvəzinə müvafiq sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış) təqdim edə bilərsiniz. Əgər işləmirsinizsə, təhsil alırsınızsa və ya səyahətinizi başqa bir şəxs maliyyələşdirirsə, bu zaman həmin şəxsin sənədləri tələb olunur. Bu sənədlərə sponsorun şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (sahibkardırsa, yuxarıda qeyd edilən sənədlər), bank hesabından arayış və çıxarış, eləcə də sizinlə olan ailə bağını təsdiqləyən sənəd (məsələn, doğum şəhadətnaməsi) daxildir.

Əgər 18 yaşından kiçiksinizsə və tək səyahət edirsinizsə, hər iki valideyninizdən, yaxud yalnız bir valideynlə səyahət edirsinizsə, digər valideyninizdən ölkə xaricinə getməyə icazə sənədi təqdim etmək lazım olacaq.

Viza Proseduru

Cənubi Afrika Respublikasına viza müraciət etmək üçün təəssüf ki, ölkəmizdə birbaşa konsulluq mövcud deyil. Bunun yerinə, müraciətlər Ankaradakı səfirliyə ünvanlanır. Şəxsi iştirakınız mütləq deyil; sənədlərinizi sadəcə kuryer vasitəsilə göndərə bilərsiniz.

Viza rüsumu 33 EUR təşkil edir. Ancaq, ödəniş bank transferi ilə həyata keçirildiyi üçün əlavə olaraq 35 EUR da bank köçürməsi haqqı olaraq ödənməlidir. Bununla yanaşı, sənədlərin kuryer vasitəsilə göndərilməsi səbəbindən əlavə kuryer xidmət haqqı da mövcuddur.

Viza müraciətinizin nəticəsi adətən 30 iş günü ərzində açıqlanır, amma sənədlərin kuryerlə daşınması bu müddətə daxil olmur. Yəni, müraciətinizin nəticəsinin nə zaman məlum olacağı barədə dəqiq məlumat əldə etmək üçün kuryer zamanı da nəzərə alınmalıdır.

Cənubi Afrika Vizası Alma Ehtimalı

Cənubi Afrika vizasını alma şansınız yalnız sənədlərinizin düzgünlüyündən deyil, həm də şəxsi profilinizin vəziyyətindən asılıdır. İş yerinizin və vəzifənizin sabit olması, aylıq gəlirinizin normal səviyyədə olması (təcrübəyə əsasən, məsələn, 400-500 AZN arasında gəliri olan şəxslər də vizanı ala biliblər), bank hesabınızdakı məbləğin səyahətinizi tam şəkildə əhatə etməyə imkan verməsi və sizi ölkəyə bağlayan səbəblər (adınıza mülk, ailə və uşaqlarınızın olması) viza alma şansınızı artıran amillərdir.

Əgər səyahət tarixçəniz yoxdursa (Şengen və ya digər vizalarınız yoxdursa), narahat olmayın, çünki Cənubi Afrika səfirliyi riskli səfirliklərdən hesab edilmir. Bizim təcrübəmizdə bir çox müraciətçi ilk viza müraciətini məhz Cənubi Afrika səfirliyindən alıb. Əsas odur ki, digər sənədləriniz tam qaydasında olsun. Həmçinin, əvvəllər aldığınız vizalar da Cənubi Afrika vizasını alma şansınızı artıran mühüm amildir.

Cənubi Afrikaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq, Cənubi Afrika Respublikası vizası müraciətinizdə sizə tam dəstək ola bilərik. Xidmətimizə ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar şəkildə hazırlanması, səyahətiniz üçün uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istədiyiniz şəkildə alınması, viza üçün səyahət tur planınızın hazırlanması, konsultasiya, və viza prosedurunuzun izlənilməsi daxildir.

Bundan əlavə, biz sizə sənədlərinizin Ankaradakı səfirliyə kuryer vasitəsilə çatdırılması və pasportunuzun geri qaytarılması, həmçinin viza ödənişinin edilməsi ilə də yardımçı ola bilərik. Bu əlavə xidmətin dəyəri 195 AZN təşkil edir. Sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiqi üçün isə hər bir sənəd üçün əlavə 16 AZN ödəməlisiniz.

Ümumi olaraq, bizim şirkətimizdə Cənubi Afrika vizası üçün dəstək xidməti haqqı bir nəfər üçün 245 AZN-dir.

Sifariş vermək üçün buraya klikləyə və əlavə məlumat üçün 010/50/55-3000135 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Sonra deməyin ki, Afrikanın cənubunda olmamışam! Xoş səyahətlər!

Yeniləndi: 30.01.2025

Oxşar yazılar:

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026
Yeni il üçün Şengen vizası: Müraciətə nə vaxt başlamaq lazımdır?

Yeni il üçün Şengen vizası: Müraciətə nə vaxt başlamaq lazımdır?

Yeni ili Avropada keçirmək istəyirsinizsə, Şengen vizası üçün müraciətə səyahət tarixindən ən azı 1–2 ay əvvəl başlamaq məqsədəuyğundur. Yeni il dövründə viza mərkəzlərində sıxlıq yarana bildiyi üçün sənədlərin hazırlanması və görüş tarixinin alınmasını son həftələrə saxlamaq məsləhət görülmür. Yeni il üçün Vyana, Paris, Roma, Amsterdam və ya digər Şengen ölkələrinə səyahət planlaşdırırsınızsa, viza müraciətinin vaxtını […]

Vizam.az 28 sentyabr 2026
Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Bəli, Sinqapur vizası üçün bank çıxarışı maliyyə vəziyyətinizi göstərən dəstəkləyici sənəd kimi tələb oluna bilər. Lakin bank çıxarışı bütün müraciətlər üçün rəsmi şəkildə məcburi əsas sənəd kimi göstərilmir. Sinqapurun İmmiqrasiya və Nəzarət Məntəqələri İdarəsi (ICA) müraciət zamanı əlavə sənədlər tələb edə bilər və Sinqapura səfər edən şəxsin qalma müddəti ərzində özünü təmin etmək üçün kifayət […]

Vizam.az 24 sentyabr 2026
Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

İlk dəfə Şengen sərhədindən keçirsinizsə, pasportunuz, Şengen vizanız, uçuş və yaşayış məlumatlarınız, səfər planınız və lazım olduqda maliyyə imkanınızı göstərən sənədlər hazır olmalıdır. Sərhəd nəzarətində əməkdaş səfərin məqsədi, qalacağınız yer və geri dönüş planınız barədə qısa suallar verə bilər. Etibarlı Şengen vizasının olması girişə avtomatik zəmanət vermir. Xarici sərhəddə səyahətçinin giriş şərtlərinə uyğunluğu ayrıca yoxlanılır. […]

Vizam.az 24 sentyabr 2026
Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcunun olması təkbaşına viza almağa avtomatik maneə deyil. Viza müraciətində əsas məsələ kredit borcunun mövcudluğu deyil, müraciət edən şəxsin ümumi maliyyə vəziyyəti, sabit gəliri, bank hesabındakı vəsaitin mənbəyi və səfərin xərclərini qarşılamaq imkanının inandırıcı şəkildə göstərilməsidir. Məsələn, şəxsin aktiv istehlak krediti və ya ipoteka ödənişi ola bilər. Əgər onun sabit gəliri, normal bank hesabı […]

Vizam.az 23 sentyabr 2026
Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

ABŞ vizasının olması avtomatik olaraq Kanada və Meksikaya giriş hüququ vermir. Kanada və Meksikanın viza və giriş qaydaları bir-birindən fərqlidir. Azərbaycan pasportu ilə səyahət edirsinizsə, Kanadaya getmək üçün ümumiyyətlə Kanada vizası tələb olunur. ABŞ vizasının olması Kanada vizasını avtomatik əvəz etmir. Meksikada isə fərqli qayda tətbiq olunur: etibarlı ABŞ vizası olan şəxslər müəyyən şərtlərlə ayrıca […]

Vizam.az 21 sentyabr 2026
Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Xeyr. Şengen vizası aldığınız ölkədən Şengen zonasına ilk giriş etmək ümumi qayda olaraq məcburi deyil. Məsələn, Fransadan Şengen vizası almısınızsa, müəyyən hallarda Şengen zonasına İtaliya, Almaniya, Niderland və ya başqa Şengen ölkəsindən daxil ola bilərsiniz. Avropa Komissiyasının rəsmi məlumatına görə, bir Şengen ölkəsi tərəfindən verilmiş viza ilə başqa Şengen ölkəsinin xarici sərhədindən də giriş mümkündür. […]

Vizam.az 18 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edərkən ən vacib məsələlərdən biri hansı ölkənin konsulluğuna müraciət etməli olduğunuzu düzgün müəyyən etməkdir. Əgər səfəriniz zamanı yalnız bir Şengen ölkəsinə gedirsinizsə, müraciəti həmin ölkənin səlahiyyətli konsulluğuna təqdim etməlisiniz. Bir neçə Şengen ölkəsinə səfər edirsinizsə, əsas qayda əsas təyinat ölkəsini (main destination) müəyyən etməkdir. Əsas təyinat ölkəsi, ümumiyyətlə, səfər zamanı ən […]

Vizam.az 17 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edən şəxslərin ən çox qarışdırdığı məsələlərdən biri müraciətin hansı ölkəyə edilməli olmasıdır. Bir neçə Şengen ölkəsini əhatə edən səyahət planınız varsa, vizaya istənilən Şengen ölkəsinin konsulluğuna müraciət etmək düzgün deyil. Əsas qayda budur: Şengen vizası üçün müraciət səfərin əsas təyinat ölkəsinə edilməlidir. Əgər səfər zamanı bir neçə ölkədə qalacaqsınızsa, əsas təyinat […]

Vizam.az 15 sentyabr 2026