Macarıstan Vizası Necə Alınır? 2026 Müraciət Qaydaları

Yeniləndi: 08 yanvar 2026 305 baxış 8 dəq. oxu

Macarıstan Avropanın ən çox ziyarət edilən Şengen ölkələrindən biri olmaqla yanaşı, Azərbaycan vətəndaşları üçün Macarıstan Şengen vizası ilə səyahət edilə bilən ölkələr siyahısına daxildir. 2026-cı ildə Macarıstana səyahət planlaşdıran şəxslər üçün viza müraciət qaydaları, sənəd tələbləriproses mərhələləri əvvəlcədən düzgün öyrənilməlidir. Çünki Macarıstan vizası müraciətində edilən kiçik səhvlər belə müraciətin gecikməsinə və ya rədd cavabı ilə nəticələnməsinə səbəb ola bilər.

2026-cı ildə Macarıstan vizası necə alınır? sualı xüsusilə turistik, işgüzar və ailə ziyarəti məqsədilə Avropaya getmək istəyənlər tərəfindən tez-tez axtarılır. Macarıstan Şengen vizası müraciəti randevu BLS saytından təyin olunur, sonra sənədlər Visametric-ə təqdim edilir. Müraciət zamanı səyahət məqsədinin düzgün göstərilməsi, maliyyə təminatının sübut edilməsi və səyahətdən sonra Azərbaycana geri dönüş niyyətinin aydın şəkildə izah olunması əsas meyarlardandır.

Bu bloqda Macarıstan Şengen vizası üçün lazım olan sənədlər, müraciət prosesi, viza rüsumu, randevu qaydaları, baxılma müddəti, eləcə də Macarıstan vizası üçün imtina səbəbləri ətraflı və anlaşılan formada izah ediləcək. Məqsədimiz 2026-cı ildə Macarıstan vizası almaq istəyən Azərbaycan vətəndaşları üçün praktik, etibarlı və aktual məlumat mənbəyi təqdim etməkdir.

Macarıstan Şengen Vizası

Macarıstan Şengen vizası digər Şengen ölkələrində olduğu kimi təkgirişli (single entry)çoxgirişli (multiple entry) formatlarda təqdim olunur. Müraciətçinin səyahət tarixçəsindən və təqdim etdiyi sənədlərdən asılı olaraq 3 aylıq, 6 aylıq, 1 illik, 2 illik və ya 5 illik uzunmüddətli Şengen vizası almaq mümkündür. Bu viza növü ilə Şengen zonasına daxil olan bütün ölkələrə səyahət etmək hüququ əldə edilir.

Macarıstan Şengen vizası alındıqdan sonra istənilən Şengen ölkəsinə giriş mümkündür, lakin praktik baxımdan tövsiyə olunur ki, Şengen ərazisinə ilk giriş məhz viza aldığınız ölkə Macarıstan üzərindən həyata keçirilsin. Əks halda, müraciət zamanı səyahət planında qeyd edilməyən başqa bir ölkədən, xüsusilə Qərbi Avropa ölkələrindən giriş etməyə cəhd edildikdə nadir hallarda da olsa, sərhəd nəzarətində əlavə suallar yarana və ölkəyə girişə icazə verilməyə bilər. Bu cür hallar az rast gəlinsə də, riskin qarşısını almaq üçün ilk girişin Macarıstandan olması tövsiyə edilir.

Macarıstan Şengen vizasına müraciət zamanı əsas şərtlərdən biri də səyahət müddətində ən çox qalınacaq ölkənin Macarıstan olaraq göstərilməsidir. Bu, viza müraciətinin məhz Macarıstan üzrə qəbul edilməsi üçün vacib kriteriyadır. Bir çox müraciətçi Macarıstanla yanaşı səyahət marşrutuna Çexiya, Avstriya, Polşa və digər Şengen ölkələrini də əlavə edir ki, bu, tamamilə normal və qəbul edilən haldır.

Əsas məsələ ondan ibarətdir ki, ümumi səyahət günlərinin böyük hissəsi Macarıstanda keçirilsin. Bu şərt yerinə yetirildiyi halda, əlavə Şengen ölkələrinin səyahət planına daxil edilməsi Macarıstan vizası müraciəti üçün problem yaratmır və viza üçün düzgün ölkəyə müraciət etdiyinizi təsdiqləyir.

Macarıstan Şengen Vizası üçün Tələb Olunan Sənədlər

Macarıstan Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  • Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  • Şəxsiyyət vəsiqənizin surəti
  • İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  • Elektron hökumət portalından işlə bağlı arayış
  • Adınıza olan bank hesabından arayış* və çıxarış (məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  • Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  • Mülki vəziyyətinizin sübutu* (ailəlisinizsə, nikah haqqında şəhadətnamənin; 18 yaşdan aşağı uşaqlar varsa, doğum haqqında şəhadətnamələrin; nikah pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  • 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  • Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  • Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  • Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  • İngilis dilində doldurulmuş ərizə forması
  • Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  • Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Macarıstan Şengen vizası üçün sənədlər hazırlanarkən diqqət edilməli əsas məqamlardan biri dil tələbləridir. Üzərində xüsusi işarə ilə qeyd olunan sənədlər Macarıstan səfirliyinə mütləq ingilis dilində təqdim olunmalıdır. Əgər sənədin orijinalı Azərbaycan dilindədirsə, bu halda həmin sənəd notarial qaydada ingilis dilinə tərcümə olunmalı və təsdiqlənməlidir. Tərcümə olunmamış və ya notarial təsdiqi olmayan sənədlər viza müraciətinin gecikməsinə və ya risk altına düşməsinə səbəb ola bilər.

Sənədlər səfirliyə təqdim edildikdən sonra viza prosesi tamamlanmış hesab edilmir. Macarıstan səfirliyi viza baxışı zamanı müraciətçi ilə əlaqə saxlayaraq əlavə sənədlər tələb edə bilər. Təcrübədə bəzi hallarda səfirliyin otel bronlarının real şəkildə alındığını və ya rezervasiyalar üzrə rəsmi təsdiq məktubunun təqdim olunmasını istədiyi müşahidə olunub. Bu səbəbdən təqdim etdiyiniz bütün bronların etibarlı və yoxlanıla bilən olması tövsiyə edilir.

Macarıstan Şengen vizası üçün bank hesabı tələbləri səyahətin müddətinə, uçuş bileti və otel xərclərinə əsasən dəyişir. Ümumi tövsiyəyə görə, 1 həftəlik Şengen səyahəti üçün bank hesabında minimum 1.500–3.000 AZN (və ya avro / ABŞ dolları ekvivalenti) məbləğin göstərilməsi məsləhət görülür. Hesablama zamanı bron etdiyiniz uçuş və otel xərcləri ilə yanaşı, Şengen ərazisində qalacağınız hər gün üçün orta hesabla 60–70 avro gündəlik xərc nəzərə alınmalı və yekun məbləğ bir qədər artıq planlaşdırılmalıdır.

Əgər müraciətçi sahibkar kimi fəaliyyət göstərirsə, iş yerindən arayış əvəzinə VÖEN surəti, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış və şirkətin reyestrdən çıxarışı təqdim edilə bilər. İşləməyən, tələbə olan və ya səyahət xərclərini başqa bir şəxs tərəfindən qarşılayan müraciətçilər isə sponsorluq əsasında viza müraciəti edə bilərlər.

Bu halda sponsorun şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayışı (və ya sahibkardırsa müvafiq biznes sənədləri), bank hesabından arayış və çıxarış, ailəvi əlaqəni təsdiq edən sənədlər (doğum haqqında şəhadətnamə və s.) və rəsmi sponsorluq məktubu səfirliyə təqdim edilməlidir. Bank hesabı müraciətçinin və ya sponsorun adına ola bilər.

Əgər Macarıstan vizasına müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, tək səyahət etdikdə hər iki valideyndən, valideynlərdən biri ilə səyahət etdikdə isə digər valideyndən ölkədən çıxış üçün notarial icazə sənədinin təqdim olunması mütləqdir.Qeyd etmək vacibdir ki, VÖEN sənədləri, vergi arayışları, reyestr çıxarışları, sponsorluq məktubuvalideyn icazəsi kimi bütün rəsmi sənədlər də notarial qaydada ingilis dilinə

tərcümə və təsdiq edilməlidir. Bu tələbə əməl olunmaması viza müraciətinin qəbul edilməməsi riskini yarada bilər.

Macarıstan Şengen Vizası Müraciət Prosesi

Macarıstan Şengen vizasına müraciət prosesi bir neçə mərhələdən ibarətdir və müraciətin düzgün aparılması viza nəticəsinə birbaşa təsir edir. Azərbaycan vətəndaşları üçün Macarıstan vizası müraciətində ilk addım randevunun təyin edilməsidir. Randevu əsasən BLS-in rəsmi onlayn platforması üzərindən götürülür, toplanmış sənədlər isə daha sonra Visametric viza mərkəzinə təqdim edilir. Viza ilə bağlı yekun qərar isə Bakı şəhərində yerləşən Macarıstan Səfirliyinin Konsulluq Şöbəsində konsul tərəfindən verilir.

Sənədləri birbaşa konsulluğa təqdim etmək istəyən müraciətçilər üçün viza görüşü Macarıstan səfirliyinin rəsmi internet saytı vasitəsilə onlayn olaraq təyin edilir. Alternativ olaraq, sənədlərin viza mərkəzi üzərindən təqdim edilməsi mümkündür. Bu halda müraciətçi əvvəlcədən viza mərkəzinə zəng edərək görüş təyin etməlidir. Viza mərkəzi sənədlərin qəbulunu bazar ertəsindən cümə gününədək, saat 08:30–14:30 aralığında həyata keçirir.

Macarıstan Şengen vizası müraciəti səyahət tarixindən maksimum 3 ay əvvəl edilə bilər və müraciət zamanı şəxsi iştirak mütləqdir. Biometrik məlumatların (barmaq izi) götürülməsi səbəbilə müraciətçi şəxsən iştirak etməlidir. 12 yaşına çatmamış uşaqlar üçün barmaq izi tələbi olmadığına görə onların konsulluğa gətirilməsinə ehtiyac yoxdur, lakin uşaqlar üçün ayrıca randevu alınması zəruridir, çünki ərizələrin baxılma prosesi vaxt aparır.

Şengen vizasına baxılma müddəti adətən müraciət tarixindən etibarən 5–15 təqvim günü təşkil edir. Rəsmi bayram günləri və əlavə yoxlama hallarında bu müddət bir qədər uzana bilər.

Əgər müraciət birbaşa konsulluq vasitəsilə edilirsə, bu halda yalnız 35 avro Şengen viza rüsumu ödənilir. Sənədlər təqdim edildikdən sonra müraciətçiyə rüsumun ödənilməsi üçün rəsmi ödəniş qəbzi təqdim olunur. Bu qəbz əsasında ödəniş Azərbaycan Beynəlxalq Bankının əsas binasında (Nizami küçəsi 67) həyata keçirilməli və ödəniş qəbzi həmin gün konsulluğa təqdim edilməlidir.

Sənədlər viza mərkəzi vasitəsilə təqdim edildikdə isə 35 avro viza rüsumuna əlavə olaraq 29 avro viza mərkəzinin xidmət haqqı ödənilir. Bu məbləğ sənədlər qəbul edilən zaman yerindəcə ödənilir və əlavə bank ödənişinə ehtiyac qalmır.

Macarıstan Şengen Vizası Alma Şansı Nədən Asılıdır?

Macarıstan Şengen vizası üçün müraciət edərkən viza alma ehtimalı birbaşa müraciətçinin ümumi profilindən asılıdır. Digər Şengen ölkələrində olduğu kimi, Macarıstan səfirliyi də müraciət zamanı sizin sosial və maliyyə vəziyyətinizi, səyahət məqsədinizi və geri qayıtmaq niyyətinizi diqqətlə qiymətləndirir.

Stabil iş yerinin və rəsmi vəzifənin olması, aylıq gəlirin real və davamlı görünməsi viza alma ehtimalını artıran əsas amillər sırasındadır. Praktikada aylıq 300–500 AZN aralığında gəliri olan şəxslərin də Macarıstan Şengen vizası aldığı hallara tez-tez rast gəlinir. Bununla yanaşı, bank hesabınızda planlaşdırılan səyahət xərclərini tam şəkildə qarşılayacaq məbləğin göstərilməsi mühüm şərtlərdən biridir.

Sizi Azərbaycana bağlayan faktorlar adınıza daşınmaz əmlakın olması, ailə üzvlərinizin və xüsusilə azyaşlı uşaqlarınızın mövcudluğu geri dönüş niyyətinizi gücləndirən vacib göstəricilər hesab olunur. Eyni zamanda əvvəlki səyahət tarixçəniz, xüsusilə daha öncə alınmış Şengen vizaları, müraciətinizə müsbət təsir göstərir.

Əvvəllər Şengen vizası olmayan müraciətçilər üçün Macarıstan səfirliyi bir çox digər Şengen ölkələri ilə müqayisədə daha əlverişli və nisbətən az riskli seçim sayılır. Təcrübəyə əsasən, səyahət tarixçəsi olmayan şəxslərin ilk Şengen vizasını məhz Macarıstan səfirliyi vasitəsilə əldə etdiyi hallar kifayət qədər çoxdur.

Bununla belə, əvvəlki Şengen vizalarının mövcudluğu Macarıstan vizası alma ehtimalını daha da yüksəldən üstünlükdür və konsulluq tərəfindən müsbət faktor kimi dəyərləndirilir.

İlk Şengen Vizası Üçün Macarıstan Uyğundurmu?

İlk dəfə Şengen vizasına müraciət edən şəxslər üçün Macarıstan vizası hər zaman ideal seçim hesab edilmir. Təcrübəyə əsasən deyə bilərik ki, ilk Şengen vizası üçün Macarıstan səfirliyinə müraciət etmək müəyyən risklər yarada bilər. Bunun əsas səbəblərindən biri müraciətçilərin vizanı Macarıstan üzərindən alıb, lakin ilk səfəri başqa Şengen ölkəsinə planlamasıdır. Şengen qaydalarına əsasən, viza hansı ölkədən alınırsa, ilk giriş əsas qalma müddəti həmin ölkədə olmalıdır. Bu qaydanın pozulması gələcək viza müraciətlərində mənfi tarixçə kimi qiymətləndirilə bilər.

Digər mühüm məqam isə odur ki, ilk Şengen vizası zamanı səfirliklər müraciətçinin səyahət niyyətini planını daha diqqətlə analiz edir. Macarıstan isə ilk səfər üçün “tranzit ölkə” kimi istifadə edildikdə, bu, konsulluqda şübhə yarada və viza riskini artıra bilər. Xüsusilə də müraciətçinin əvvəlki Avropa səyahət tarixçəsi yoxdursa, bu hal daha diqqətçəkən olur.

Bundan əlavə, ilk Şengen vizası alan şəxslərin bəziləri Macarıstanı real səyahət istiqaməti kimi yox, yalnız viza almaq üçün vasitə kimi seçir. Bu isə son illər səfirliklərin daha sərt yanaşmasına səbəb olub.

Macarıstan Şengen vizasına ilk Avropa səfəri üçün deyil, daha çox ikinci və ya üçüncü Şengen müraciəti zamanı müraciət etməyi tövsiyə edirik. Artıq bir Şengen vizanız və ya Avropa səyahət tarixçəniz olduqda, Macarıstan səfirliyi vasitəsilə müraciət etmək həm daha məntiqli, həm də daha az risklidir.

Tez-tez Verilən Suallar (FAQ)

1. Macarıstan Şengen vizası nədir?

Macarıstan Şengen vizası sahibinə Macarıstan daxil olmaqla bütün Şengen ölkələrində 90 günədək sərbəst hərəkət imkanı verən qısamüddətli viza növüdür. Bu viza əsasən turizm, işgüzar səfər və ailə ziyarəti məqsədi ilə verilir.

2. Macarıstan vizası almaq çətindirmi?

Xeyr. Digər Şengen ölkələri ilə müqayisədə Macarıstan səfirliyi viza məsələlərində daha çevik yanaşma nümayiş etdirir. Xüsusilə ilk dəfə Şengen vizasına müraciət edən şəxslər üçün Macarıstan daha az riskli seçim hesab olunur.

3. Macarıstan Şengen vizası üçün müraciət prosesi necədir?

Müraciət üçün əvvəlcə onlayn randevu alınır, daha sonra tələb olunan sənədlər viza mərkəzinə və ya birbaşa konsulluğa təqdim edilir. Son qərar Bakıdakı Macarıstan səfirliyinin konsulluq şöbəsi tərəfindən verilir.

4. Macarıstan vizası üçün hansı sənədlər tələb olunur?

Əsas sənədlərə xarici pasport, viza ərizə forması, səyahət sığortası, bank arayışı, iş yerindən arayış, uçuş və otel bronları daxildir. Sənədlərin tam və düzgün təqdim edilməsi viza alma ehtimalını artırır.

5. Macarıstan Şengen vizası neçə günə verilir?

Adətən müraciətə baxılma müddəti 5–15 iş günü təşkil edir. Rəsmi bayram günləri və əlavə yoxlamalar bu müddəti uzada bilər.

6. Macarıstan Şengen vizasının qiyməti nə qədərdir?

2026-cı il üçün Macarıstan Şengen vizası rüsumu 35 avrodur.
Əgər müraciət viza mərkəzi vasitəsilə edilirsə, əlavə olaraq təxminən 29 avro xidmət haqqı ödənilir. Ümumi məbləğ müraciət formasına görə dəyişə bilər.

7. Macarıstan vizası üçün bank hesabında nə qədər pul olmalıdır?

Bank hesabınızda səyahət müddətini tam əhatə edəcək məbləğin göstərilməsi tövsiyə olunur. Gündəlik xərclər, otel və yol məsrəfləri nəzərə alınaraq kifayət qədər balans təqdim edilməlidir.

8. Şengen vizası olmayanlar Macarıstan vizası ala bilərmi?

Bəli. Macarıstan səfirliyi daha əvvəl Şengen vizası olmayan müraciətçilərə tez-tez viza verən səfirliklərdən biridir və ilk Şengen vizası üçün uyğun seçim sayılır.

9. Macarıstan Şengen vizası ilə digər ölkələrə gedə bilərəmmi?

Bəli. Etibarlı Macarıstan Şengen vizası ilə bütün Şengen zonasına daxil olan ölkələrə səyahət etmək mümkündür.

10. Macarıstan Şengen vizası neçə aylıq verilir?

Viza müddəti müraciətçinin profilinə və səyahət tarixçəsinə əsasən müəyyən edilir. İlk müraciətlərdə adətən qısamüddətli, sonrakı müraciətlərdə isə daha uzunmüddətli vizalar verilə bilər.

Macarıstana Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Macarıstan Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Macarıstan Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 115 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Budapeşt sizə düşündüyünüzdən də yaxındır! Xoş səyahətlər!

Oxşar yazılar:

Sinqapur Vizası üçün Müraciət Prosesi

Sinqapur Vizası üçün Müraciət Prosesi

Sinqapur vizası almaq istəyən Azərbaycan vətəndaşları üçün müraciət prosesi olduqca sistemli və aydın qaydalarla tənzimlənir. Sinqapur Cənub-Şərqi Asiyada yerləşən, yüksək həyat səviyyəsi, güclü iqtisadiyyatı və müasir infrastrukturu ilə seçilən bir dövlətdir. Sinqapura viza almaq üçün tələb olunan sənədlər, sinqapur viza rüsumu, müraciət forması və baxılma müddəti səfərin məqsədindən (turistik, işgüzar, təhsil və s.) asılı olaraq […]

Vizam.az 02 mart 2026
Hollandiya Viza Almaq Prosesi Necə Gedir?

Hollandiya Viza Almaq Prosesi Necə Gedir?

Avropada həm təhsil, həm karyera, həm də yüksək həyat standartları ilə seçilən ölkələrdən biri olan Niderland son illər azərbaycanlıların ən çox maraq göstərdiyi istiqamətlər sırasındadır. İstər hollandiyada tehsil, istər hollandiyada islemek, istərsə də hollandiyada yasamaq planınız olsun, ilk addım düzgün və rəsmi şəkildə hollandiya viza almaq prosesini başa düşməkdir. Bir çox insan “hollandiyaya nece getmek […]

Vizam.az 25 fevral 2026
Sponsorluq Haqqında Arayış Nədir və Necə Hazırlanır?

Sponsorluq Haqqında Arayış Nədir və Necə Hazırlanır?

Sponsorluq haqqında arayış bir şəxsin və ya qurumun digər şəxsin xərclərini könüllü şəkildə üzərinə götürdüyünü rəsmi şəkildə təsdiq edən sənəddir. Bu sənəd ən çox viza müraciətlərində, təhsil prosesində, tədbir və layihələrdə, eləcə də müxtəlif rəsmi prosedurlarda tələb olunur. Sadə dildə desək, “sponsor nədir?” sualına cavab olaraq sponsor maliyyə və ya maddi dəstək göstərən tərəfdir, sponsorluq […]

Vizam.az 24 fevral 2026
Yunanıstan Səfirliyi ilə Yunanıstan Vizası

Yunanıstan Səfirliyi ilə Yunanıstan Vizası

Azərbaycan vətəndaşları üçün yunanistan viza müraciəti, yunanıstan səfirliyi Bakı vasitəsilə həyata keçirilir. Yunanıstan viza almaq istəyən şəxslər əsasən turist səfərləri, işgüzar görüşlər və ya qısamüddətli təhsil üçün müraciət edirlər. Yunanıstan vizası Şengen ölkələrinə aid olduğu üçün yunanistan schengen vizesi kateqoriyasına daxildir və bu viza ilə yalnız Yunanıstan deyil, bütün Şengen ölkələrinə səyahət etmək mümkündür. Yunanıstan […]

Vizam.az 24 fevral 2026
İspaniya Viza Müraciəti Necə Edə Bilərik?

İspaniya Viza Müraciəti Necə Edə Bilərik?

İspaniya son illərdə Azərbaycan vətəndaşları üçün ən çox seçilən Avropa istiqamətlərindən biridir. İstər turizm, istər təhsil, istərsə də iş məqsədilə İspaniyaya viza almaq istəyənlərin sayı sürətlə artır. Buna görə də “ispaniya viza müraciəti”, “ispaniya vizası”, “ispaniya şengen vizası”, “ispaniya turist vizası” və “azərbaycan ispaniya viza” kimi axtarışlar Google-da ən çox edilən sorğular sırasındadır. Əgər siz […]

Vizam.az 24 fevral 2026
Fransa Səfirliyi vasitəsilə Fransa vizası müraciəti

Fransa Səfirliyi vasitəsilə Fransa vizası müraciəti

Fransa vizası almaq istəyirsinizsə, düzgün və rəsmi prosedurları bilmək çox vacibdir. İstər Fransa turist vizası, istər Fransa iş vizəsi, istərsə də Fransa Şengen vizası üçün müraciət edərkən sənədlərin düzgün hazırlanması və müraciətin vaxtında edilməsi əsas şərtlərdəndir. Bir çox müraciətçi Fransa səfirliyi viza müraciəti prosesi, tələb olunan sənədlər və müraciət qaydaları barədə ətraflı və dəqiq məlumata […]

Vizam.az 19 fevral 2026
Kanada Turist Vizası üçün Tələb Olunan Sənədlər

Kanada Turist Vizası üçün Tələb Olunan Sənədlər

Kanada Turist Vizası üçün tələb olunan sənədlər mövzusu, xüsusilə kanada vizasi ilə bağlı müraciət etməyi planlaşdıran şəxslərin ən çox axtardığı suallardandır. Hər il minlərlə vətəndaşımız kanada vizasi azerbaycan üzrə müraciət edir və ən çox verilən sual budur: Kanada turist vizası almaq üçün hansı sənədlər lazımdır və proses necə işləyir? Bu bloqda siz kanada turist vizasi […]

Vizam.az 17 fevral 2026
Macarıstan Səfirliyi Viza Xidməti

Macarıstan Səfirliyi Viza Xidməti

Avropaya səyahət planlaşdıran Azərbaycan vətəndaşları üçün Macarıstan Səfirliyi viza xidməti ən çox araşdırılan mövzulardan biridir. Xüsusilə Şengen zonasına daxil olan Macarıstana turizm, biznes, təhsil və ya ailə ziyarəti məqsədilə getmək istəyən şəxslər üçün düzgün və rəsmi proseduru bilmək vacibdir. Çünki Macarıstan vizası müraciəti zamanı sənədlərin tam və düzgün hazırlanması nəticəyə birbaşa təsir göstərir. Macarıstan Şengen […]

Vizam.az 16 fevral 2026
Amerikaya Viza Almaq İstəyirsiniz?

Amerikaya Viza Almaq İstəyirsiniz?

ABŞ dünyanın ən çox səyahət edilən, təhsil alınan və işləmək üçün seçilən ölkələrindən biridir. Hər il minlərlə insan amerika vizası almaq üçün müraciət edir və “amerika vizasi nece almaq olar?”, “amerikaya viza almaq çətindir?”, “amerika viza qiymeti nə qədərdir?” kimi suallara cavab axtarır. Əslində isə amerika vizası almaq prosesi düzgün məlumat və planlama ilə düşündüyünüzdən […]

Vizam.az 16 fevral 2026
Serbiyaya Viza Lazimdir?

Serbiyaya Viza Lazimdir?

Serbiya, zəngin tarixi, gözəl təbiəti və mədəni irsi ilə turistlərin diqqətini çəkən ölkələrdən biridir. Əgər siz də Serbiyaya səfər etməyi planlaşdırırsınızsa, ilk bilməli olduğunuz məsələ Serbiyaya viza tələb olunub-olunmamasıdır. Azərbaycan vətəndaşları üçün Serbiya viza qaydaları, müraciət proseduru və lazımi sənədlər haqqında məlumat önəmlidir. Serbiya vizası ilə bağlı əsas mövzulara baxdıqda, insanlar tez-tez soruşur: “Serbiyaya vizasız […]

Vizam.az 13 fevral 2026