Macarıstan Turist Vizası üçün Necə Müraciət Etmək Olar?

Yeniləndi: 27 iyul 2026 511 baxış 6 dəq. oxu

Macarıstan Avropanın mərkəzində yerləşən, zəngin tarixi, memarlığı və turistik məkanları ilə seçilən ölkələrdən biridir. Xüsusilə paytaxt Budapeşt şəhəri hər il minlərlə turisti özünə cəlb edir. Əgər siz də Avropada unudulmaz bir səyahət planlaşdırırsınızsa, Macarıstan turist vizası sizin üçün ən uyğun seçimlərdən biri ola bilər.

Macarıstan Şengen zonasına daxil olduğu üçün bu ölkəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları əvvəlcədən Şengen vizası əldə etməlidirlər. Lakin bir çox insan üçün əsas sual budur: Macarıstan turist vizası üçün necə müraciət etmək olar və bu proses nə qədər mürəkkəbdir?

Bu yazıda sizə Macarıstan turist vizası üçün müraciət qaydalarını, tələb olunan sənədləri, müraciət mərhələlərini və viza alma şansınızı artırmaq üçün vacib məqamları sadə və aydın şəkildə izah edəcəyik. Məqsədimiz odur ki, siz bu prosesi daha rahat başa düşəsiniz və viza müraciətinizi uğurla tamamlaya biləsiniz.

Macarıstan Şengen Vizası Nədir və Necə İşləyir?

Macarıstan Azərbaycan vətəndaşları üçün Şengen zonasına daxil olan ölkələrdən biridir və bu ölkəyə səyahət etmək üçün öncədən Şengen vizası almaq tələb olunur. Şengen vizası Avropada 27 ölkəni əhatə edən vahid viza növüdür və bu vizaya sahib olduqda yalnız Macarıstana deyil, eyni zamanda digər Şengen ölkələrinə də qısa müddətli səfərlər etmək mümkündür.

Macarıstan üçün müraciət edilən Şengen vizası əsasən turizm, işgüzar səfərlər və ya ailə ziyarətləri üçün verilir. Azərbaycanlı müraciətçilər arasında ən çox seçilən növ isə turist vizasıdır. Səyahətinizi planlaşdırarkən ən vacib addımlardan biri viza görüşünün öncədən təyin olunmasıdır. Bunun üçün BLS International vasitəsilə randevu almaq tələb olunur.

Müraciət zamanı təqdim edilməli olan sənədlər viza qərarına birbaşa təsir edir. Əsas sənədlər sırasına etibarlı xarici pasport, səyahət planı, otel və aviabilet rezervasiyaları, səyahət sığortası və maliyyə vəziyyətini təsdiqləyən sənədlər daxildir. Bu sənədlərin düzgün və tam şəkildə hazırlanması viza alma şansınızı əhəmiyyətli dərəcədə artırır.

Şengen vizası üçün müraciət edərkən sənədlərdə uyğunsuzluq və ya çatışmazlıq olduğu halda müraciətin rədd edilməsi ehtimalı yüksəkdir. Viza rüsumu müraciət növünə görə dəyişsə də, turist vizası üçün standart ödəniş tətbiq olunur. Bundan əlavə, BLS International xidmət haqqı, sənədlərin təsdiqi və digər əlavə xərclər də ümumi büdcəyə daxil edilməlidir.

Nəzərə almaq lazımdır ki, Şengen vizası qısamüddətli səfərlər üçün nəzərdə tutulub və bu viza ilə 180 gün ərzində maksimum 90 gün qalmaq mümkündür. Əgər daha uzun müddət qalmaq və ya işləmək planınız varsa, bu zaman fərqli viza kateqoriyalarına müraciət etməlisiniz.

Ümumilikdə, Macarıstan Şengen vizası müraciət prosesini düzgün anlamaq, sənədləri peşəkar şəkildə hazırlamaq və vaxtında görüş təyin etmək səyahətinizin uğurlu və problemsiz həyata keçməsi üçün əsas şərtlərdən biridir.

Macarıstan Turist Vizası üçün Müraciət Prosesi Necə Gedir?

Macarıstan Şengen vizasına müraciət etmək bir neçə vacib mərhələdən ibarətdir və bu mərhələlərin düzgün icra olunması Macarıstan vizası alma ehtimalına birbaşa təsir göstərir. Azərbaycan vətəndaşları üçün prosesin ilk addımı viza görüşünün (appointment) təyin edilməsidir. Hazırda müraciətçilər randevunu əsasən BLS International platforması üzərindən əldə edir və daha sonra sənədlər Visametric viza mərkəzi vasitəsilə təqdim olunur. Viza ilə bağlı yekun qərar isə Macarıstan səfirliyi Konsulluq şöbəsi tərəfindən verilir. BLS International Baku Viza Mərkəzi haqqında ətraflı məlumat əldə etmək üçün buraya klik edərək blogumuza keçid edə bilərsiniz.

Macarıstan vizası üçün müraciət etmək istəyən şəxslər sənədləri birbaşa səfirliyə təqdim etmək imkanına da malikdirlər. Bu halda randevu səfirliyin rəsmi saytı vasitəsilə onlayn şəkildə götürülür. Alternativ olaraq, Visametric üzərindən müraciət etmək daha praktik hesab olunur. Viza mərkəzi vasitəsilə müraciət zamanı əvvəlcədən görüş təyin etmək mütləqdir və sənədlərin qəbulu adətən həftə içi saatlarında həyata keçirilir. VisaMetric Baku Üzərindən Viza Müraciəti Necə Edilir? bilmək üçün buraya klik edərək ətraflı məlumat əldə edə bilərsiniz.

Macarıstan Şengen vizasına müraciət səyahət tarixindən maksimum 90 gün əvvəl edilə bilər və müraciət zamanı şəxsi iştirak vacibdir. Bunun əsas səbəbi biometrik məlumatların (barmaq izi) təqdim edilməsidir. 12 yaşdan kiçik uşaqlar üçün biometrik tələb olunmasa da, onların müraciəti üçün ayrıca randevu yaradılmalıdır.

Viza müraciətlərinə baxılma müddəti adətən 5–15 iş günü arasında dəyişir. Lakin bayram günləri, əlavə yoxlamalar və ya sənədlərdəki uyğunsuzluqlar bu müddətin uzanmasına səbəb ola bilər. Bu səbəbdən Macarıstan vizası üçün müraciəti əvvəlcədən planlaşdırmaq tövsiyə olunur.

Macarıstan vizası üçün ödəniş qaydaları müraciət üsuluna görə fərqlənir. Əgər müraciət birbaşa səfirlik vasitəsilə edilirsə, yalnız Şengen vizası üçün müəyyən olunmuş 35 avro rüsum ödənilir. Bu ödəniş təqdim edilən rəsmi qəbz əsasında bank vasitəsilə həyata keçirilir. Əgər müraciət Visametric üzərindən edilirsə, bu zaman 35 avro viza rüsumuna əlavə olaraq xidmət haqqı da tətbiq olunur və ödəniş birbaşa mərkəzdə həyata keçirilir.

Bundan əlavə, BLS International platforması üzərindən görüş vaxtını təsdiqləmək üçün öncədən xidmət haqqı ödənilməlidir. Bu ödəniş geri qaytarılmır və görüşə gəlmədiyiniz halda və ya vaxtı dəyişdirdikdə də qüvvədə qalır. Buna görə müraciət tarixini düzgün planlaşdırmaq vacibdir.

Macarıstan Vizası Hansı Faktorlar Təsir Edir?

Macarıstan Şengen vizası üçün müraciət edərkən ən vacib suallardan biri “Macarıstan vizası alma şansı nə qədərdir?” olur. Əslində viza nəticəsi birbaşa müraciətçinin profilindən asılıdır və Macarıstan səfirliyi tərəfindən hər bir müraciət fərdi şəkildə qiymətləndirilir. Şengen vizası prosedurunda əsas diqqət sizin maliyyə vəziyyətinizə, iş statusunuza, səyahət məqsədinizə və ölkəyə geri qayıtmaq niyyətinizə yönəldilir.

Macarıstan Şengen vizası alma ehtimalını artıran əsas amillərdən biri stabil və rəsmi iş yerinin olmasıdır. Daimi gəlir mənbəyi və real maaş göstəriciləri konsulluq üçün mühüm siqnaldır. Təcrübədə aylıq gəliri 300–500 AZN aralığında olan şəxslərin də uğurlu Macarıstan vizası aldığı hallar mövcuddur. Bununla yanaşı, bank hesabınızda səyahət xərclərinizi tam qarşılayacaq vəsaitin olması və bu vəsaitin davamlı dövriyyə göstərməsi viza qərarına müsbət təsir edir.

Şengen vizası müraciətində sizin ölkənizə bağlılığınız da ciddi rol oynayır. Adınıza daşınmaz əmlakın olması, ailə üzvlərinizin Azərbaycanda qalması və xüsusilə azyaşlı uşaqların mövcudluğu geri dönüş ehtimalınızı gücləndirən əsas faktorlardır. Bu kimi göstəricilər Macarıstan səfirliyi tərəfindən riskin aşağı olduğunu göstərir və Macarıstan vizası alma şansınızı yüksəldir.

Digər mühüm məqam isə səyahət tarixçəsidir (travel history). Əgər daha əvvəl Şengen vizası almısınızsa və vizadan düzgün istifadə etmisinizsə, bu sizin üçün böyük üstünlük sayılır. Lakin ilk dəfə müraciət edənlər üçün də Macarıstan nisbətən əlverişli seçim kimi qiymətləndirilir. Praktikada bir çox müraciətçi ilk Şengen vizasını məhz Macarıstan üzərindən əldə edir.

Əvvəlki vizaların mövcudluğu, xüsusilə Şengen zonası daxilində edilmiş səfərlər, Macarıstan vizası müraciətində müsbət reputasiya yaradır. Bu isə növbəti müraciətlərdə viza alma ehtimalını daha da artırır və çox girişli (multiple entry) vizaların alınmasına şərait yarada bilər.

Macarıstan Vizası İlk Şengen Müraciəti Üçün Uyğundur mu?

Macarıstan Şengen vizası üçün ilk dəfə müraciət edən şəxslər üçün ölkə seçimi olduqca vacibdir və bu seçim viza nəticəsinə birbaşa təsir göstərə bilər. Praktik təcrübəyə əsasən demək olar ki, Macarıstan vizası ilk Şengen müraciəti üçün hər zaman ən uyğun variant hesab olunmur. Macarıstan səfirliyi müraciətləri qiymətləndirərkən xüsusilə səyahət planının real və uyğun olmasına diqqət yetirir.

Şengen vizası qaydalarına görə, vizanı hansı ölkədən alırsınızsa, ilk girişinizi və əsas qalma müddətinizi həmin ölkədə keçirməlisiniz. Lakin bəzi müraciətçilər Macarıstan vizası alaraq digər Şengen ölkələrinə səfər etməyi planlaşdırır. Bu isə qaydalara zidd sayılır və gələcək Şengen vizası müraciətlərində mənfi təsir yarada bilər. Bu səbəbdən Macarıstan vizası ilə bağlı səyahət planı düzgün və məntiqli şəkildə hazırlanmalıdır.

İlk Şengen vizası zamanı konsulluqlar müraciətçinin niyyətini daha detallı şəkildə analiz edir. Əgər Macarıstan yalnız formal seçim kimi göstərilirsə və real turistik plan zəifdirsə, bu hal viza riskini artırır. Xüsusilə travel history olmayan şəxslər üçün bu faktor daha həssas qiymətləndirilir.

Son dövrlərdə Şengen vizası müraciətlərində daha ciddi yoxlamalar aparıldığı üçün yalnız viza almaq məqsədilə ölkə seçmək düzgün strategiya hesab olunmur. Macarıstan vizası üçün müraciət edərkən otel rezervasiyası, marşrut planı və səyahət məqsədi aydın və əsaslandırılmış şəkildə təqdim edilməlidir.

Ümumilikdə, ilk Şengen vizası üçün daha stabil və turizm baxımından populyar ölkələrə müraciət etmək daha məqsədəuyğundur. Macarıstan vizasına isə artıq müəyyən səyahət tarixçəsi əldə etdikdən sonra müraciət etmək daha az riskli və daha effektiv nəticə verə bilər.

Tez-tez Verilən Suallar (FAQ)

Macarıstan Şengen vizasına necə müraciət edilir?
Macarıstan Şengen vizasına müraciət etmək üçün ilk olaraq randevu (appointment) təyin edilməlidir. Bu, adətən BLS International platforması üzərindən həyata keçirilir. Daha sonra tələb olunan sənədlər hazırlanaraq Visametric viza mərkəzinə təqdim olunur və ya birbaşa Macarıstan səfirliyi vasitəsilə müraciət edilə bilər. Müraciət zamanı biometrik məlumatlar (barmaq izi) verilir və viza nəticəsi adətən 5–15 iş günü ərzində açıqlanır.

Macarıstan Vizası İlk Şengen Müraciəti Üçün Uyğundurmu?
İlk Şengen vizası üçün Macarıstan hər zaman ən uyğun seçim hesab olunmur. Əsas səbəb odur ki, Macarıstan səfirliyi müraciət zamanı səyahət planının real olub-olmadığını ciddi şəkildə yoxlayır. Əgər vizanı Macarıstandan alıb başqa ölkəyə getmək planlaşdırılırsa, bu risk yarada bilər. Buna görə ilk müraciətdə səyahət planı tam şəkildə Macarıstana uyğun olmalıdır və ya alternativ daha uyğun ölkələr seçilə bilər.

Macarıstan Şengen vizası neçə günə çıxır?
Adətən Macarıstan vizası müraciətdən sonra 5–15 iş günü ərzində nəticələnir. Lakin əlavə yoxlamalar və ya rəsmi bayram günləri bu müddətin uzanmasına səbəb ola bilər.

Macarıstan vizası üçün bank hesabında nə qədər pul olmalıdır?
Macarıstan Şengen vizası üçün bank hesabında səyahət müddətini tam qarşılayacaq qədər vəsait olmalıdır. Dəqiq məbləğ olmasa da, gündəlik xərcləri əhatə edən balans və aktiv hesab dövriyyəsi olması vacibdir.

Macarıstan vizası almaq çətindir?
Macarıstan vizası düzgün sənədlər təqdim edildikdə və profiliniz güclüdürsə çətin hesab olunmur. Stabil iş, rəsmi gəlir, səyahət planı və əvvəlki travel history viza alma şansını artırır.

Macarıstan vizası ilə digər Şengen ölkələrinə getmək olar?
Bəli, Macarıstan Şengen vizası ilə digər Şengen ölkələrinə də səfər etmək mümkündür. Lakin ilk giriş və əsas qalma müddəti vizanı verən ölkədə olmalıdır. Bu qaydaya əməl etmək gələcək vizalar üçün çox vacibdir.

Macarıstana Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Macarıstan Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Macarıstan Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 115 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Budapeşt sizə düşündüyünüzdən də yaxındır!

Xoş səyahətlər!

Oxşar yazılar:

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026
Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstana səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alınması vacib şərtlərdən biridir. Bolqarıstan 1 yanvar 2025-ci ildən etibarən Şengen zonasına tamhüquqlu üzv olduğu üçün ölkəyə turistik, işgüzar və digər qısamüddətli səfərlər üçün Şengen vizası tələb olunur. Bolqarıstan vizası ilə yalnız bu ölkəyə deyil, Şengen zonasına daxil olan digər ölkələrə də səyahət etmək mümkündür. Bunun üçün […]

Vizam.az 28 oktyabr 2026
Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya vizası üçün müraciət edərkən maliyyə vəziyyətinizi təsdiq edən sənədlərdən biri tələb olunur. Azərbaycan vətəndaşları üçün bu məqsədlə bank arayışı təqdim edilməlidir. Bank hesabından çıxarış tələb olunmur. Sənədləri hazırlayarkən bank arayışı ilə bank çıxarışının fərqini bilmək vacibdir. Aşağıda Yaponiya vizası müraciətində bu sənədlə bağlı əsas məqamları izah edirik. Yaponiya Vizası üçün Hansı Bank Sənədi Lazımdır? […]

Vizam.az 27 oktyabr 2026
Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Birləşmiş Ştatlarına səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza müraciəti səfər hazırlığının vacib mərhələsidir. ABŞ-a turizm, ailə və dost ziyarəti və ya işgüzar səfər məqsədilə getməyi planlaşdırırsınızsa, səfər məqsədinizə uyğun viza kateqoriyasını müəyyənləşdirməlisiniz. Vizam.az-da Amerika vizası dəstəyi xidmət haqqı 31 oktyabr 2026-cı il tarixinədək cəmi 100 AZN-dir! Kampaniyadan yararlanaraq viza müraciətiniz üçün dəstək ala […]

Vizam.az 22 oktyabr 2026
Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanadaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Kanada vizası əvvəlcədən hazırlanmalı olan əsas sənədlərdən biridir. Turizm, ailə ziyarəti və ya işgüzar səfər məqsədilə Kanadaya getməyi planlaşdırırsınızsa, viza növünü düzgün seçmək və tələb olunan sənədləri hazırlamaq vacibdir. Bu məqalədə Kanada vizası üçün müraciət qaydası, tələb olunan sənədlər, rüsumlar və müraciət zamanı diqqət edilməli məqamlarla tanış ola […]

Vizam.az 21 oktyabr 2026
Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026