MACARISTAN QONAQ VİZASINI NECƏ ALA BİLƏRƏM?

Yeniləndi: 13 fevral 2025 2738 baxış 7 dəq. oxu

Hər il ölkəmizdən sayca ən çox turistin üz tutduğu ölkələrdən biri, Avropaya giriş qapısı olaraq görünən, paytaxt Budapeşt şəhərinin qeyri-adi memarlıq abidələri və turistik bölgələri ilə məşhurlaşmış Macarıstan. Əgər sizin Macarıstanda yaşayan ailə üzvünüz və ya dostunuz varsa və siz onu ziyarət etmək istəyirsinizsə, Macarıstan Şengen vizasına müraciət edə bilərsiniz. Bu vizanı necə əldə edə biləcəyinizlə bağlı detallı məlumatı isə biz bu məqalədə sizinlə bölüşürük.

Macarıstan Viza Növləri

Şengen ölkələri siyahısında yer alan Macarıstana səyahətinizi Macarıstan Şengen vizası vasitəsilə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Son illər ərzində bir çox gəncimizin də üz tutduğu Macarıstanda müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyən şəxslər isə həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktubları olduğu təqdirdə Macarıstan milli vizasına da müraciət edə bilərlər.

Qısamüddətli ziyarətinizi reallaşdırmaq üçün siz Macarıstan Şengen vizasının “qonaq vizası” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli qonaq vizası sizə Macarıstanda daimi yaşamaq hüququ vermir, viza sizə qısamüddətli ziyarətinizi reallaşdırmağınız üçün verilir.

Macarıstan Şengen Vizası

Digər Şengen ölkələrinə oxşar olaraq Macarıstan Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Hər bir halda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Macarıstan Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə giriş edə bilmək mümkündür. Ancaq hər bir halda biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Macarıstandan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Macarıstan vizası ilə Şengen ərazisinə başqa bir ölkədən (xüsusilə də Qərbi Avropa ölkələrindən) giriş etməyə çalışsanız, nadir hallarda da olsa, bu sizin üçün problemə çevrilə, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Macarıstan Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox bu ölkədə qalacağınızı göstərməlisiniz.

Macarıstan Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Macarıstan Şengen qonaq vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Elektron hökumət portalından işlə bağlı arayış
  6. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  9. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  12. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  13. İngilis dilində doldurulmuş ərizə forması
  14. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  15. Ziyarət edəcəyiniz şəxs tərəfindən sizə göndərilmiş dəvət məktubu (Ətraflı şəkildə aşağıda qeyd olunub)
  16. Sizi dəvət edən şəxsin Macarıstanda yaşama hüququnu bildirən sənəd (oturum izni, milli vizası və s.)
  17. Əgər sizi dəvət edən şəxslə ailəvi bağınız varsa, bunu təsdiq edən sənəd (məsələn, övladınızdırsa, doğum haqqında şəhadətnaməsi, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.)

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Dəvət məktubu rəsmi və ya qeyri-rəsmi ola bilər. Əsas dəvət forması Macarıstan Miqrasiya İdarəsindən göndərilən dəvət məktubudur. Həmin məktubda dəvət olunan tərəf və ya tərəflər, həmçinin dəvət edən şəxsin Macarıstanda yaşayış yeri və hüququ haqqında məlumat verilməlidir. Əgər bu rəsmi dəvət məktubu yoxdursa və Macarıstanda müvəqqəti yaşayış icazəsi olan şəxs sizi öz yaşadığı ünvana dəvət edirsə, bu halda aşağıdakı sənədlər təqdim olunmalıdır:

  1. Macarıstanda müvəqqəti yaşayış icazəsi olan dəvət edən şəxs (tələbə və s.) adından dəvətnamə məktubunda (macar və ya ingilis dillərində) aşağıdakı məlumatlar qeyd olunmalıdır:
  • dəvət edən şəxs və dəvət olunan şəxslər haqqında məlumat;
  • dəvət edən şəxsin yaşadığı ünvanı, telefon nömrəsi, e-poçt ünvanı və imzası;
  • qonaqların planlaşdırılmış qalma müddəti.

Dəvət məktubu notarial qaydada təsdiq olunmalıdır və ya dəvət edən şəxsin imzası iki şahidin imzası (hər iki şahidin imzasının yanında onun adı, soyadı, ev ünvanı, telefon nömrəsi, email ünvanı, şəxsiyyət vəsiqəsinin və ya Avropa İttifaqının ərazisində qanuni yaşayışı təsdiq edən sənədin nömrəsi qeyd olunmalıdır (həmin sənədin surəti məktuba əlavə edilməlidir)) ilə təsdiq olunmaldır. Həmçinin, məktuba dəvət edən şəxsin Macarıstanda müvəqqəti və ya daimi yaşayış kartının surəti, əgər tələbədirsə, tələbə kartının surəti və ünvan kartının surəti də əlavə edilməlidir. Nəzərə almaq lazımdır ki, dəvət olunan tərəfin səyahət müddəti dəvət edən tərəfin müvəqqəti yaşayış icazəsinin bitmə tarixindən sonra olmamalıdır;

  1. Dəvət olunan şəxslərin qeyd olunan müddətdə evdə yaşamasına icazə verən, ev sahibi tərəfindən şəxsən imzalanan, macar və ya ingilis dilində razılıq məktubu

Razılıq məktubu notarial qaydada təsdiq olunmalıdır və ya ev sahibinin imzası iki şahidin imzası (hər iki şahidin imzasının yanında onun adı, soyadı, ev ünvanı, telefon nömrəsi, email ünvanı, şəxsiyyət vəsiqəsinin və ya Macarıstanın ərazisində qanuni yaşayışı təsdiq edən sənədin nömrəsi qeyd olunmalıdır (həmin sənədin surəti məktuba əlavə edilməlidir)) ilə təsdiq edilməlidir.

  1. İcarəçi və İcarədar arasında imzalanan müqavilənin surəti.

Əgər vizaya müraciət edən şəxs onu dəvət edən şəxslə eyni ünvanda qalmağı planlamırsa, bu halda evlə bağlı sənədlərin yerinə adi qaydada otel rezervasiyalarını təqdim etmək mümkündür. Ancaq şəxsə göndərilən dəvət məktubunda dəvət edən şəxslə birlikdə qalacaqları və görüşəcəkləri şəhərinin adının qeyd olunması mütləqdir.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Bəzi hallarda Macarıstan səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və ya rezervasiyalar haqda təsdiq məktubunun alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi görülmüşdür.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 1.500-3.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən şəxs tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda həmin şəxsin maddi vəziyyətini təsdiq edən sənədlər (iş yerindən arayış, bank hesabından son 3-6 aylıq çıxarış və s.) təqdim olunmalıdır.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Macarıstan Şengen vizası üçün müraciət Macarıstan Səfirliyinin konsulluq şöbəsində və ya BLS International adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Bakıdakı Macarıstan səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri konsulluğa təqdim etmək üçün viza görüşü onlayn şəkildə səfirliyin rəsmi saytında təyin edilir.

Sənədləri viza mərkəzinə təqdim etmək üçün isə +994 12 511 12 18 telefon nömrəsinə zəng edərək viza mərkəzində öncədən görüş təyin etmək lazımdır. Viza mərkəzi sənəd qəbulunu bazar ertəsindən cümə gününədək hər gün saat 8.30-dan 14.30-dək həyata keçirir.

Viza müraciəti səfər tarixindən ən tez 3 ay əvvəl edilə bilər və müraciət zamanı şəxsi iştirakı mütləqdir. 12 yaşına çatmamış uşaqların Macarıstan Səfirliyinin Konsulluq Şöbəsinə gətirilməsinə ehtiyac yoxdur, çünki onlardan barmaq izləri götürülmür (lakin onlar üçün ayrı vaxt götürülməlidir, çünki ərizəyə baxılması vaxt tələb edir).

Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 5-15 kalendar günü (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir.

Viza müraciəti birbaşa konsulluğa müraciət edilərkən, yalnız 35 avro viza rüsumu ödənilir. Müraciətçi konsulluğa sənədlərini təqdim etdikdən sonra ona viza rüsumunun ödənişi üçün müvafiq çek verilir. Bu çek əsasənda müraciətçi ödənişi Azərbaycan Beynəlxalq Bankının Əsas binasında (Nizami küç. 67) həyata keçirməli və ödənişin həyata keçirildiyinə dair qəbzi konsulluğa həmin gün təqdim etməlidir.

Müraciətçi viza mərkəzinə müraciət etdiyi halda isə, 35 avrodan əlavə 29 avro viza mərkəzinin xidmət haqqı üçün də ödəniş edilməlidir və bu ödəniş sənədləri təqdim edərkən yerindəcə edilir.

Macarıstan Şengen Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Macarıstanda da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Macarıstan Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə Şengen vizası olmayan şəxslər üçün Macarıstan səfirliyi digər səfirliklərə nisbətən, daha rahat şəkildə müraciət ediləcək, daha az riskli səfirlikdir. Macarıstan səfirliyi təcrübəmizdə daha öncə səyahət tarixçəsi olmayan şəxslərin ən çox Şengen vizası aldığı səfirliklərdən biridir. Ancaq hər bir halda daha öncə Şengen vizalarınızın olması sizin Macarıstan səfirliyindən viza alma ehtimalınızı yüksəldən faktordur. Qonaq vizası zamanı sizi dəvət edən şəxslə yaxın qohumluğunuzun olması və bunu təsdiq edən sənədləri səfirliyə təqdim etməyiniz, həmçinin özünüz və sizi dəvət edən şəxslə bağlı verdiyiniz sənədlərin düzgünlüyü və dolğunluğu sizin viza alma şansınıza müsbət təsir göstərir.

Macarıstana Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Macarıstan Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik.Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Macarıstan Şengen qonaq vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Budapeşt sizə düşündüyünüzdən də yaxındır! Xoş səyahətlər!

Yeniləndi: 22.01.2025

Oxşar yazılar:

Azərbaycan Pasportu ilə Gedilən Vizasız Ölkələr

Azərbaycan Pasportu ilə Gedilən Vizasız Ölkələr

Azərbaycan pasportu ilə səyahət edənlər üçün viza tələb etməyən ölkələrin sayı son illərdə dəyişib. Bəzi istiqamətlərdə vizasız qalma müddəti 90 gün olduğu halda, bəzi ölkələrdə daha qısa müddət tətbiq edilir. Əgər səyahətinizi viza müraciəti olmadan planlaşdırırsınızsa, Azərbaycan pasportu ilə vizasız gedilən ölkələri əvvəlcədən bilmək səfər planınızı daha rahat qurmağa kömək edə bilər. Bu siyahını Azərbaycan […]

Vizam.az 14 avqust 2026
2026-cı ildə İspaniya Vizası üçün Hansı Sənədlər Lazımdır?

2026-cı ildə İspaniya Vizası üçün Hansı Sənədlər Lazımdır?

İspaniyaya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün viza müraciətində sənədlərin düzgün hazırlanması ən vacib mərhələlərdən biridir. İspaniya vizası üçün hansı sənədlər lazımdır? sualının cavabı səfərin məqsədindən asılı olaraq dəyişə bilər. Turistik səfər üçün müraciət edən şəxslər əsasən qısamüddətli Şengen vizasına müraciət edirlər. İspaniyanın Şengen vizası turizm, biznes, ailə ziyarəti və digər qısamüddətli səfərlər üçün istifadə […]

Vizam.az 14 avqust 2026
Almaniya Vizası üçün Bank Hesabında Nə qədər Pul Olmalıdır?

Almaniya Vizası üçün Bank Hesabında Nə qədər Pul Olmalıdır?

Almaniya vizasına müraciət edən şəxslər üçün ən çox maraq doğuran məsələlərdən biri maliyyə təminatıdır. Almaniya vizası üçün bank hesabında nə qədər pul olmalıdır? sualının cavabı isə səfərin müddətindən, məqsədindən və müraciət edən şəxsin fərdi maliyyə vəziyyətindən asılıdır. Almaniya vizası üçün müraciət zamanı əsas məqsəd səfər müddətində xərclərinizi qarşılaya biləcəyinizi və Almaniyadan geri qayıtmağınızı maliyyə baxımından […]

Vizam.az 11 avqust 2026
Portuqaliya Vizası Haqqında Ən Çox Verilən Suallar

Portuqaliya Vizası Haqqında Ən Çox Verilən Suallar

Portuqaliyaya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının ən çox maraqlandığı mövzulardan biri viza müraciəti ilə bağlı suallardır. Müraciət prosesi, tələb olunan sənədlər, vizanın nəticələnmə müddəti, bank hesabında olmalı vəsait və Şengen vizası ilə bağlı digər qaydalar barədə hər gün yüzlərlə axtarış edilir. Bu yazıda Portuqaliya vizası haqqında ən çox verilən sualları bir araya toplamış və hər […]

Vizam.az 04 avqust 2026
Çin Təhsil Vizası Necə Alınır?

Çin Təhsil Vizası Necə Alınır?

Çində təhsil almaq son illərdə Azərbaycanlı tələbələr arasında ən çox seçilən istiqamətlərdən birinə çevrilib. Dünyanın nüfuzlu universitetləri, münasib təhsil haqları və beynəlxalq diplom imkanları Çini xaricdə təhsil almaq istəyən tələbələr üçün cəlbedici edir. Lakin Çində təhsil almaq üçün universitetdən qəbul məktubu əldə etmək kifayət deyil. Ölkəyə qanuni şəkildə daxil olmaq və təhsil almaq üçün Çin […]

Vizam.az 03 avqust 2026
Azərbaycan Vətəndaşları üçün Monteneqro Vizası 2026

Azərbaycan Vətəndaşları üçün Monteneqro Vizası 2026

Monteneqro son illərdə Adriatik sahilləri, tarixi şəhərləri, dağ mənzərələri və münasib qiymətləri ilə azərbaycanlı turistlərin ən çox üstünlük verdiyi Avropa istiqamətlərindən birinə çevrilib. Lakin 15 yanvar 2026-cı il tarixindən etibarən Azərbaycan vətəndaşları üçün Monteneqroya vizasız giriş rejimi ləğv edilib və ölkəyə səfər etmək istəyən şəxslər əvvəlcədən viza almalıdırlar. Bu yazıda Azərbaycan vətəndaşları üçün Monteneqro vizası […]

Vizam.az 28 iyul 2026
İtaliya Viza Dəstəyi Xidməti: Müraciət Prosesi, Sənədlər

İtaliya Viza Dəstəyi Xidməti: Müraciət Prosesi, Sənədlər

İtaliyaya səyahət etməyi planlaşdırırsınızsa, səfərinizin ən vacib mərhələlərindən biri viza müraciətidir. İtaliya vizası üçün tələb olunan sənədlərin düzgün hazırlanması, müraciət formasının doğru doldurulması və səfər məqsədinin əsaslandırılması viza müraciətinin uğurlu nəticələnməsi baxımından mühüm əhəmiyyət daşıyır. İtaliya viza dəstəyi xidməti müraciət prosesində sənədlərin hazırlanması və yoxlanılması, viza ərizəsinin doldurulması və digər vacib mərhələlərdə peşəkar dəstək almağa […]

Vizam.az 22 iyul 2026
Danimarka Vizası Haqqında Ən Çox Verilən Suallar

Danimarka Vizası Haqqında Ən Çox Verilən Suallar

Danimarka Avropanın ən çox səyahət edilən ölkələrindən biri olmaqla yanaşı, Şengen zonasına daxil olan ölkələrdəndir. Danimarkaya turizm, dost və qohum ziyarəti və ya işgüzar səfər məqsədilə getmək istəyən Azərbaycan vətəndaşları səfərin məqsədinə uyğun viza üçün müraciət etməlidirlər. Danimarka vizası üçün müraciət zamanı səfərin məqsədi, maliyyə imkanları, yaşayış yeri və səfərdən sonra Azərbaycana qayıtmaq niyyəti əsas […]

Vizam.az 21 iyul 2026
2026-cı ildə Amerikaya Necə Getmək Olar?

2026-cı ildə Amerikaya Necə Getmək Olar?

ABŞ hər il milyonlarla insanın səyahət, təhsil, iş və yeni həyat qurmaq məqsədilə üz tutduğu ölkələrdən biridir. Dünyanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan Amerika Birləşmiş Ştatları həm məşhur şəhərləri, həm yüksək təhsil imkanları, həm də geniş karyera perspektivləri ilə fərqlənir. Bəs 2026-cı ildə Amerikaya necə getmək olar? Azərbaycan vətəndaşları üçün hansı yollar mövcuddur? ABŞ […]

Vizam.az 16 iyul 2026
Slovakiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Slovakiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Slovakiya son illərdə həm tarixi şəhərləri, təbii gözəllikləri, həm də digər Şengen ölkələrinə rahat keçid imkanı sayəsində Azərbaycan vətəndaşlarının maraq göstərdiyi Avropa istiqamətlərindən birinə çevrilib. Slovakiyaya səyahət planlaşdıran şəxslərin isə ən çox maraqlandığı mövzular viza prosesi, tələb olunan sənədlər, müraciət müddəti və Şengen vizası ilə bağlı qaydalardır. Bu məqalədə Slovakiya vizası haqqında ən çox verilən […]

Vizam.az 08 iyul 2026