KİÇİK ÖLKƏYƏ BÖYÜK SƏYAHƏT! LUKSEMBURQ ŞENGEN VİZASI

Yeniləndi: 13 fevral 2025 3739 baxış 5 dəq. oxu

Luksemburq ərazi cəhətdən Avropanın və dünyanın ən kiçik ölkələrindən biri hesab olunsa da, hər il bir milyondan çox turisti cəlb edəcək marağa və cazibəyə sahib bir ölkədir. Yaşıl və təmiz təbiəti, kiçik ölkənin gətirdiyi üstünlük olan sakitlik və rahatlıq turistlərin bu ölkəyə üz tutma səbəblərindən bir neçəsidir. Əgər siz də bu ölkəni görmək və araşdırmaq istəyirsinizsə, Luksemburq Şengen vizasını necə ala biləcəyinizi bu məqalədən oxuya bilərsiniz.

Luksemburq Viza Növləri

Luksemburq Şengen ölkələri siyahısına aid olduğuna görə siz müvəqqəti səyahətinizi reallaşdırmaq üçün Luksemburq Şengen vizasına müraciət edərək bu vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Luksemburq müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Luksemburq milli vizasına da müraciət edə bilərsiniz.

Luksemburq Şengen Vizası

Luksemburq Şengen vizası təkgirişli və çoxgirişli ola bilər. Həmçinin, siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Luksemburq Şengen vizasını almaq sizə səyahətiniz boyu bütün Şengen ölkələrinə qapı açır. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Luksemburqdan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Luksemburq vizası ilə Şengen ərazisinə başqa bir giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Luksemburq Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı olaraq ən çox bu ölkədə qalacağınızı göstərməlisiniz. Luksemburqdan əlavə Fransa, Belçika, Almaniya və digər Avropa ölkələri də bir çox şəxs tərəfindən səyahət tur planlarına əlavə edilir. Bu kimi hallar sizin viza müraciətinizdə heç bir problem yaratmayacaq nüanslardır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni Luksemburq göstərməyiniz Luksemburq Şengen vizasına müraciətiniz üçün yetərli olacaqdır.

Luksemburq Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Luksemburq Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  14. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Qeyd edək ki, təcrübəmizdə görünmüşdür ki, Luksemburq vizası üçün müraciət edilən Fransa səfirliyi ilk viza müraciətini edən şəxslərdən əksər hallarda iş yerindən arayışdan əlavə e.gov.az hökumət portalından çıxarış da tələb edib. Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Nadir hallarda da olsa, Fransa səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi hallar yaşanmışdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Luksemburq Şengen vizası üçün müraciət Fransa Səfirliyinin Capago adlı viza müraciət mərkəzində olunur. Luksemburqun ölkəmizdə konsulluğu fəaliyət göstərməməsi səbəbilə viza haqda qərar Fransa səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşü onlayn şəkildə əldə edilir. Sənədləri təqdim etmək üçün əvvəlcədən görüş təyini mütləqdir. Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir.

Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:

  • Son 3 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər (Çexiya vizası istisna olmaqla)
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər;
  • Diplomatik və ya xüsusi pasport sahibi olan və Luksemburqda diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
  • Luksemburqda mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)

Şengen viza proseduru müraciət tarixindən etibarən 5-10 iş günü çəkə bilər.

Qeyd edək ki, təcrübəmiz göstərir ki, Fransa Səfirliyi viza prosedurunun müddətini səyahətin başlama tarixinə uyğun planlaşdırır. Səyahət tarixləri daha yaxın olan müraciətçilərin viza nəticəsi də daha tez bəlli olur. Lakin, viza prosedurunun müddəti yalnız bu faktordan asılı olmur, keysin mürəkkəbliyi də burada rol oynaya bilir.

Viza rüsumu 35 avro təşkil edir. Bu məbləğ milli valyutada, yəni manatla nağd şəkildə və ya kartla istənilən valyutada ödənilə bilər. Sənədləri təhvil verərkən viza rüsumundan əlavə 26 avro viza mərkəzinin xidmət haqqı kimi ödənilir. Bu ödənişi də nəğd şəkildə yalnız manatla və ya kartla istənilən valyutada etmək mümkündür. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.

Luksemburq Şengen Vizası Alma Ehtimalı

Hər bir ölkənin viza müraciətində olduğu kimi Luksemburqda da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və ya daha yüksək olması (təcrübədə 400-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin yaxşı olması sizin Luksemburq Şengen vizası alma şansınızı artıran faktorlardır. Təcrübəmizdə ilk Şengen vizasını Fransa səfirliyindən əldə etmiş şəxslərin kifayət qədər olmasına baxmayaraq, biz profili yüksək səviyyədə (yuxarıda sadalanan nüansların kifayət qədər yaxşı olduğu halda) olduğu hallar xaricində bir şəxs üçün ilk viza müraciəti zamanı Fransa səfirliyinin bir qədər riskli olduğunu qeyd edirik. Daha öncə bir və ya bir neçə Şengen vizanızın olması sizin Fransa səfirliyindən Luksemburq vizası alma ehtimalınızı əhəmiyyətli dərəcədə yüksəldə bilir. Yenə də digər Qərbi Avropa və yüksək inkişaf etmiş Avropa ölkələrinə (Almaniya, İtaliya, Skandinaviya ölkələri və s.) nəzərən Fransa səfirliyi bəzi nüansların mövcudluğu halında ilk viza müraciəti üçün nisbətən daha yaxşı seçim ola bilər.

Luksemburqa Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Luksemburq Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Luksemburq Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Yenilənib: 16.01.2025

Oxşar yazılar:

İtaliya Vizası Almaq üçün Lazım Sənədlər Hansılardır?

İtaliya Vizası Almaq üçün Lazım Sənədlər Hansılardır?

İtaliya səfəri planlaşdırırsınızsa, İtaliya vizası almaq üçün hansı sənədlərin tələb olunduğunu bilmək vacibdir. İtaliya səfirliyi viza görüşü üçün hazırlıqlı olmaq, müraciət prosesini daha sürətli və rahat edir. Azərbaycandan İtaliya vizası almaq istəyən şəxslər üçün əsas sənədlər, prosedurlar və İtaliya səfirliyi Baku ilə əlaqə məlumatları haqqında ətraflı məlumat təqdim edirik. İtaliya vizası sənədləri turizm, təhsil və […]

Vizam.az 12 fevral 2026
2026-cı İldə Azərbaycan Vətəndaşlarının ən çox getdiyi  Vizasız Ölkələr

2026-cı İldə Azərbaycan Vətəndaşlarının ən çox getdiyi Vizasız Ölkələr

2026-cı ildə Azərbaycan vətəndaşlarının ən çox üstünlük verdiyi vizasız ölkələr səyahət planlayanlar üçün ən aktual mövzulardan biridir. Xarici pasportla vizasız gedilə bilən ölkələr həm əlavə sənəd yükünü azaldır, həm də daha sərfəli və rahat səyahət imkanı yaradır. Xüsusilə qısa müddətli istirahət, turistik səfər və ya spontan səyahət planlaşdıranlar üçün vizasız ölkələr 2026-cı ildə də ən […]

Vizam.az 12 fevral 2026
Şengen Vizası Dəstəyi üçün Sponsorluq Məktubu nədir?

Şengen Vizası Dəstəyi üçün Sponsorluq Məktubu nədir?

Şengen vizası üçün sponsorluq məktubu, viza müraciəti edən şəxsin Avropa Şengen ölkələrinə planlaşdırdığı səfər zamanı bütün və ya qismən maliyyə xərclərinin başqa bir şəxs (sponsor) tərəfindən qarşılanacağını rəsmi şəkildə təsdiq edən sənəddir. Bu məktub səfirlik və ya viza mərkəzi üçün müraciətçinin maddi baxımdan təmin olunduğunu göstərən əsas sübutlardan biridir. Sponsorluq məktubu xüsusilə Şengen turist vizası, […]

Vizam.az 10 fevral 2026
Sponsorluq məktubu nədir?

Sponsorluq məktubu nədir?

Sponsorluq məktubu viza müraciəti zamanı müraciətçinin səyahət xərclərinin tam və ya qismən başqa bir şəxs tərəfindən qarşılanacağını rəsmi şəkildə təsdiq edən sənəddir. Ən çox Şengen vizası, Böyük Britaniya vizası, ABŞ vizası və digər ölkələrə səfər zamanı tələb olunur. Sponsor adətən ailə üzvü, yaxın qohum və ya işəgötürən olur. Bu məktub səfirlik və ya viza mərkəzinə […]

Vizam.az 09 fevral 2026
2026-ci ildə Amerika Vizası Necə Ala Bilərəm?

2026-ci ildə Amerika Vizası Necə Ala Bilərəm?

Amerika vizası 2026-cı ildə də minlərlə insan üçün sadəcə bir sənəd deyil, “Amerika xəyalı”na açılan əsas qapıdır. ABŞ – Nyu-York, Vaşinqton, Los-Anceles, Mayami, San-Fransisko kimi şəhərləri, Azadlıq Heykəli, Central Park, Ağ Ev, Golden Gate körpüsü, Las Veqas, Böyük Kanyon və saysız-hesabsız görməli yerləri ilə dünyanın ən çox səyahət edilən ölkələrindən biridir. Məhz buna görə Amerika […]

Vizam.az 04 fevral 2026
VisaMetric Baku Üzərindən Viza Müraciəti Necə Edilir?

VisaMetric Baku Üzərindən Viza Müraciəti Necə Edilir?

Avropaya səyahət planlayan Azərbaycan vətəndaşları üçün viza müraciət prosesi əksər hallarda VisaMetric Baku vasitəsilə həyata keçirilir. VisaMetric, bir sıra Avropa ölkələrinin viza müraciətlərini qəbul edən rəsmi vasitəçi mərkəzdir və müraciətçilər üçün randevu, sənəd qəbulu və biometrik məlumatların toplanması mərhələlərini icra edir. Lakin VisaMetric viza qərarı verən qurum deyil və prosesin düzgün aparılması müraciətçinin məsuliyyətindədir. VisaMetric […]

Vizam.az 03 fevral 2026
Viza üçün Sponsorluq Məktubu

Viza üçün Sponsorluq Məktubu

Viza müraciəti zamanı təqdim edilən sənədlər arasında sponsorluq məktubu xüsusilə maddi vəziyyəti kifayət etməyən müraciətçilər üçün vacib rol oynayır. Bir çox ölkələrin səfirlikləri viza müraciətini dəyərləndirərkən səyahət xərclərinin kim tərəfindən və necə qarşılanacağını aydın şəkildə görmək istəyir. Məhz bu nöqtədə viza üçün sponsorluq məktubu əsas sübut sənədlərindən biri hesab olunur. Sponsorluq məktubu, müraciətçinin səyahət, yaşayış […]

Vizam.az 02 fevral 2026
Brazilya Vizası Necə Əldə Edə Bilərəm?

Brazilya Vizası Necə Əldə Edə Bilərəm?

Brazilya Cənubi Amerikanın ən rəngarəng və enerjili ölkələrindən biridir. Rio de Janeyroda Karnaval, Amazon meşələri, Copacabana sahili və unudulmaz mədəniyyət bütün bunlar Brazilyanı səyahət üçün cəlbedici edən əsas səbəblərdir. Lakin bu ölkəyə səyahət etməzdən əvvəl Azərbaycan vətəndaşları üçün vacib mərhələ Brazilya vizası almaq prosesidir. Brazilya vizası müraciəti digər ölkələrlə müqayisədə daha fərqli prosedurlara malik ola […]

Vizam.az 30 yanvar 2026
2026-cı İldə Yeni Zellandiya Vizası Necə Almaq Olar?

2026-cı İldə Yeni Zellandiya Vizası Necə Almaq Olar?

Yeni Zelandiya təbiəti, təhlükəsizliyi, yüksək həyat səviyyəsi və unikal mədəniyyəti ilə dünyanın ən çox arzulanan ölkələrindən biridir. Yaşıl dağları, sonsuz okean sahilləri, təmiz havası və müasir şəhərləri ilə bu ölkə həm turizm, həm də təhsil və iş məqsədli səyahətlər üçün ideal seçimdir. Azərbaycan vətəndaşları üçün Yeni Zelandiyaya səyahət planlaşdırarkən ilk və ən vacib addım düzgün […]

Vizam.az 29 yanvar 2026
Monteneqro Vizası Necə Əldə Edə Bilərəm?

Monteneqro Vizası Necə Əldə Edə Bilərəm?

Montenegro son illərdə həm turizm, həm də qısa müddətli yaşayış üçün azərbaycanlıların ən çox maraq göstərdiyi Avropa ölkələrindən birinə çevrilib. Adriatik dənizi sahilləri, tarixi şəhərləri, sakit həyat tərzi və Avropa atmosferi bu ölkəni həm istirahət, həm də iş məqsədli səfərlər üçün ideal edir. Lakin Montenegroya səyahət etməzdən əvvəl Azərbaycan vətəndaşları üçün əsas addımlardan biri viza […]

Vizam.az 28 yanvar 2026