AVROPANIN KİÇİK ÖLKƏSİNƏ SƏYAHƏT! LİXTENŞTEYN ŞENGEN VİZASI

Yeniləndi: 13 fevral 2025 3379 baxış 5 dəq. oxu

Avropada İsveçrə ilə Avstriyanın sərhədində yerləşən Lixtenşteyn ölkəsi ərazisinə görə dünyanın ən kiçik ölkələrindən biri hesab olunsa da, səyahət üçün bir çox turistin marağındadır. Əgər bu ölkənin kiçik ərazisində yer alan təbiəti, şəhərlərinin klassik üslubdakı tikililəri, insanlarının gündəlik həyatı sizin də marağınızı cəlb edibsə, Lixtenşteyn Şengen vizasını əldə edərək bu ölkəyə səyahət edə bilərsiniz. Viza ilə bağlı bütün məlumatları isə bu məqalədən oxuya bilərsiniz.

Lixtenşteyn Viza Növləri

Şengen ölkələri siyahısında yer alan Lixtenşteynə səyahətinizi Lixtenşteyn Şengen vizası vasitəsilə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Lixtenşteyndə müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyən şəxslər isə həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktubları olduğu təqdirdə Lixtenşteyn milli vizasına da müraciət edə bilərlər.

Lixtenşteyn Şengen Vizası

Digər Şengen ölkələrinə oxşar olaraq Lixtenşteyn Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Hər bir halda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Lixtenşteyn Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə giriş edə  bilmək mümkündür. Ancaq hər bir halda biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Lixtenşteyndən edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Lixtenşteyn vizası ilə Şengen ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, bu sizin üçün problemə çevrilə, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Lixtenşteyn Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox bu ölkədə qalacağınızı göstərməlisiniz. Əksər viza müraciətçiləri və səyahətçilər Lixtenşteyndən əlavə olaraq öz tur planlarına İsveçrə, Avstriya və digər Avropa ölkələrini də əlavə edirlər. Bu kimi hallar sizin viza müraciətinizdə heç bir problem yaratmayacaq nüanslardır. Sadəcə ümumi səyahətiniz müddətində  ən çox qalacağınız ölkəni Lixtenşteyn göstərməyiniz viza üçün məhz Lixtenşteyn vizasına müraciət edə bilməyiniz üçün yetərli olacaqdır.

Lixtenşteyn Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Lixtenşteyn Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  14. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Lixtenşteyn Şengen vizasını almaq üçün İsveçrənin Azərbaycandakı Səfirliyinə müraciət olunur. Viza haqda qərar İsveçrə səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir. Buna səbəb isə Lixtenşteynin ölkəmizdə konsulluğunun fəaliyyət göstərməməsidir.

Sənədləri təqdim etmək üçün viza görüşü onlayn şəkildə aşağıdakı linkdən götürülür:

Sənədləri təqdim etmək üçün görüş təyin etmədən səfirlik sənədləri qəbul etmir. Viza müraciəti səfər tarixindən ən tez 6 ay, ən gec isə 15 gün əvvəl edilə bilər. Müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. 12 yaşdan aşağı uşaqların şəxsi iştirakına və ya onlar üçün əlavə görüş təyininə ehtiyac yoxdur.

Şengen viza proseduru müraciət tarixindən etibarən 7-10 kalendar günü çəkə bilər.

Qeyd edək ki, təcrübəmiz göstərir ki, təcili biznes səfərləri olduqda email vasitəsilə sistemdə göstərilən vaxtdan daha tez vaxta görüş təyini mümkündür. Əlavə olaraq, bu kimi təcili hallarda viza cavabı 7-10 kalendar günündən daha tez (hətta 3 iş günü) çıxa bilər. Lakin, bu məsələ üzrə qərar tamamilə konsuldan asılıdır.

Viza rüsumu olaraq 70 AZN milli valyutada, yəni manatla nağd şəkildə ödənilməlidir. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.

Lixtenşteyn Şengen Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Lixtenşteyndə də sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və daha yüksək olması (təcrübədə 450-600 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Lixtenşteyn Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə Şengen vizası olmayan şəxslər üçün İsveçrə səfirliyi, nisbətən riskli səfirlik hesab oluna bilər. Profilinizdəki digər nüansların (yuxarıda sadalananlar) yüksək səviyyədə olduğu hallar istisna olmaqla, səyahət tarixçəniz yoxdursa, ilk Şengen viza müraciətinizi məhz İsveçrə səfirliyinə etməyiniz risklidir. Hər bir halda daha öncə Şengen vizalarınızın olması sizin İsveçrə səfirliyindən Lixtenşteyn vizası alma ehtimalınızı yüksəldən faktordur.

Lixtenşteynə Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Lixtenşteyn Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu  adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Lixtenşteyn Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 69 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 050/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Kiçik ölkədə böyük xoşbəxtlik tapa bilərsiniz! Xoş səyahətlər!

Oxşar yazılar:

Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

ABŞ vizasının olması avtomatik olaraq Kanada və Meksikaya giriş hüququ vermir. Kanada və Meksikanın viza və giriş qaydaları bir-birindən fərqlidir. Azərbaycan pasportu ilə səyahət edirsinizsə, Kanadaya getmək üçün ümumiyyətlə Kanada vizası tələb olunur. ABŞ vizasının olması Kanada vizasını avtomatik əvəz etmir. Meksikada isə fərqli qayda tətbiq olunur: etibarlı ABŞ vizası olan şəxslər müəyyən şərtlərlə ayrıca […]

Vizam.az 21 sentyabr 2026
Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Xeyr. Şengen vizası aldığınız ölkədən Şengen zonasına ilk giriş etmək ümumi qayda olaraq məcburi deyil. Məsələn, Fransadan Şengen vizası almısınızsa, müəyyən hallarda Şengen zonasına İtaliya, Almaniya, Niderland və ya başqa Şengen ölkəsindən daxil ola bilərsiniz. Avropa Komissiyasının rəsmi məlumatına görə, bir Şengen ölkəsi tərəfindən verilmiş viza ilə başqa Şengen ölkəsinin xarici sərhədindən də giriş mümkündür. […]

Vizam.az 18 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edərkən ən vacib məsələlərdən biri hansı ölkənin konsulluğuna müraciət etməli olduğunuzu düzgün müəyyən etməkdir. Əgər səfəriniz zamanı yalnız bir Şengen ölkəsinə gedirsinizsə, müraciəti həmin ölkənin səlahiyyətli konsulluğuna təqdim etməlisiniz. Bir neçə Şengen ölkəsinə səfər edirsinizsə, əsas qayda əsas təyinat ölkəsini (main destination) müəyyən etməkdir. Əsas təyinat ölkəsi, ümumiyyətlə, səfər zamanı ən […]

Vizam.az 17 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edən şəxslərin ən çox qarışdırdığı məsələlərdən biri müraciətin hansı ölkəyə edilməli olmasıdır. Bir neçə Şengen ölkəsini əhatə edən səyahət planınız varsa, vizaya istənilən Şengen ölkəsinin konsulluğuna müraciət etmək düzgün deyil. Əsas qayda budur: Şengen vizası üçün müraciət səfərin əsas təyinat ölkəsinə edilməlidir. Əgər səfər zamanı bir neçə ölkədə qalacaqsınızsa, əsas təyinat […]

Vizam.az 15 sentyabr 2026
Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır, Slovakiya vizanızı almağın vaxtıdır!

Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır, Slovakiya vizanızı almağın vaxtıdır!

Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır! 27 oktyabr 2026-cı il tarixindən etibarən Wizz Air ilə Bakıdan Bratislavaya birbaşa uçuşlar 56 dollardan başlayan qiymətlərlə təklif olunur. Bratislavaya səyahət planlayan Azərbaycan vətəndaşlarının isə səfərdən əvvəl Slovakiya vizası üçün müraciət etməsi tələb olunur. Uçuşların qiymətini və mövcud tarixləri Wizz Air-in rəsmi saytından yoxlaya bilərsiniz: Wizz Air – Bratislava–Bakı uçuşları […]

Vizam.az 14 sentyabr 2026
DV-2028 Green Card Qeydiyyatı Haqqında Ən Çox Verilən Suallar

DV-2028 Green Card Qeydiyyatı Haqqında Ən Çox Verilən Suallar

DV-2028 Green Card lotereyası ABŞ-da daimi yaşamaq imkanı əldə etmək istəyən şəxslərin ən çox maraq göstərdiyi proqramlardan biridir. Qeydiyyat prosesi onlayn həyata keçirilir və müraciət edən şəxslər müəyyən uyğunluq şərtlərinə cavab verməlidirlər. Aşağıda DV-2028 Green Card qeydiyyatı ilə bağlı istifadəçilərin ən çox axtardığı 10 əsas sualın cavabını təqdim edirik. DV-2028 Green Card qeydiyyatı nə vaxt […]

Vizam.az 09 sentyabr 2026
Vyetnam vizası müraciəti nə qədər vaxta təsdiqlənir?

Vyetnam vizası müraciəti nə qədər vaxta təsdiqlənir?

Vyetnam vizası müraciəti, e-viza üçün bütün məlumatlar düzgün təqdim edildikdə və ödəniş tamamlandıqda, rəsmi olaraq 3 iş günü ərzində emal olunur. Vyetnam İmmiqrasiya Departamentinin məlumatına əsasən, e-viza müraciətinin nəticəsi onlayn sistem üzərindən yoxlanıla bilər. Azərbaycan vətəndaşları da Vyetnam e-vizası üçün müraciət edə bilərlər. Vyetnamın rəsmi e-viza portalında Azərbaycan e-viza almaq hüququ olan ölkələr siyahısında göstərilir. […]

Vizam.az 08 sentyabr 2026
Monteneqro Viza Neçə Günə Hazır Olur?

Monteneqro Viza Neçə Günə Hazır Olur?

Monteneqro vizası müraciətdən sonra adətən 15 iş günü ərzində hazır olur. Lakin sənədlərin tamlığı, müraciətin düzgün təqdim edilməsi və əlavə yoxlamaların aparılması kimi amillər viza baxılma müddətinə təsir göstərə bilər. Buna görə Monteneqroya səyahət planlaşdıran Azərbaycan vətəndaşlarının viza müraciətini səfər tarixindən əvvəl etməsi tövsiyə olunur. Monteneqro Viza Nə Qədər Müddətə Hazır Olur? Monteneqro viza müraciətlərinə […]

Vizam.az 07 sentyabr 2026
Azərbaycanlılar Taylanda 15 Gün Vizasız Gedə Biləcək

Azərbaycanlılar Taylanda 15 Gün Vizasız Gedə Biləcək

Taylanda səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün yeni giriş qaydaları tətbiq olunur. 15 sentyabr 2026-cı il tarixindən etibarən Azərbaycan vətəndaşları Taylanda 15 günədək səfərlər üçün hava limanında Visa on Arrival (gəlişdə viza) imkanından yararlana biləcəklər. Bu dəyişiklik qısa müddətli turistik səfərlər üçün Taylanda getmək istəyən Azərbaycan vətəndaşlarının viza prosesini daha asanlaşdırır. Bəs yeni qayda necə […]

Vizam.az 03 sentyabr 2026
DV-2028 Green Card Qeydiyyatı Necə Edilir?

DV-2028 Green Card Qeydiyyatı Necə Edilir?

Bəli, bu mövzuda SEO-friendly bloq hazırlamaq olar. Amma əvvəlcə vacib bir düzəliş edim: 2025-ci ildə Green Card lotereyası ümumiyyətlə keçirilmədi demək düzgün deyil. DV-2025 proqramı keçirilib və 30 sentyabr 2025-də başa çatıb. Həmçinin hazırda rəsmi ABŞ Dövlət Departamentinin səhifəsində DV-2028 qeydiyyatının 15 noyabr 2026-dək davam etdiyini təsdiqləyən elan görsənmir. Rəsmi məlumatda DV-2027 qeydiyyat tarixlərinin ayrıca […]

Vizam.az 02 sentyabr 2026