ESTONİYA ŞENGEN VİZASINI NECƏ ALA BİLƏRƏM?

Yeniləndi: 13 fevral 2025 7803 baxış 6 dəq. oxu

Baltikyanı ölkələri arasında ən çox turist cəlb edən, paytaxtı Tallin şəhərinin qədim üslubda memarlığı, təbiətinin gözəlliyi, turistik bölgələri, Baltik dənizindəki adaları ilə Avropanın cazibə mərkəzinə çevrilmiş ölkə - Estoniya! Öz gözlərinizlə görüb kəşf etməyiniz üçün sadə bir Şengen vizası yetərlidir. Bu məqalədə isə Estoniya Şengen vizasını əldə etməyə gedən yolu sizə göstərəcəyik.

Estoniya Viza Növləri

Şengen ölkələrindən biri olan Estoniyaya qısamüddətli səyahət etmək üçün Estoniya Şengen vizasına müraciət edirsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Estoniyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya Estoniyada yerləşən bir qurumda daimi işləmək istədiyiniz halda isə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Estoniya milli vizasına da müraciət edə bilərsiniz.

Estoniya Şengen Vizası

Bütün Şengen vizalarında olduğu kimi Estoniya Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Siz Estoniya Şengen vizasını əldə etdikdən sonra səyahətiniz ərzində istənilən Şengen ölkəsinə daxil ola bilərsiniz. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Estoniyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Estoniya vizası ilə Şengen ərazisinə başqa bir ölkədən (xüsusilə də Qərbi Avropa ölkələrindən) giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Estoniya Şengen vizasına müraciət etdiyiniz təqdirdə səyahət müddətiniz ərzində ən çox qalacağınız ölkə kimi Estoniyanı göstərməlisiniz. Estoniyaya səyahət arzulayan şəxslər bir çox halda öz tur planlarına Litva, Latviya, Finlandiya və digər Avropa ölkələrini də daxil edirlər. Səyahət tur planınızda Estoniyadan əlavə bu ölkələrin də yer alması viza müraciətinizdə sizə problem yaratmır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni Estoniya göstərməyiniz viza üçün məhz Estoniya vizasına müraciət edə bilməyiniz üçün yetərli səbəbdir.

Estoniya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Estoniya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün aldığınız aviabiletlərin ödəniş vauçerləri
  10. Səyahətiniz üçün bron etdiyiniz və ya aldığınız otellərin vauçerləri
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 2.000-4.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Otel və Aviabilet

Estoniya vizasına müraciət zamanı siz ümumi səyahətinizi əhatə edən uçuş biletləriniz və otel rezervasiyalarınız üçün etdiyiniz ödənişlərin vauçerlərini (qəbzlərini) səfirliyə təqdim etməlisiniz. Yəni, biletlərin və otellərin ödənişsiz halda bronları və rezervasiyaları səfirlik tərəfindən sənəd qəbulu zamanı qəbul olunmur. Əgər vauçerləri müraciət zamanı səfirliyə təqdim etməsəniz, sənədləriniz səfirlik tərəfindən geri qaytarılacaqdır. Əgər siz yalnız Estoniyada deyil, digər Şengen ölkələrində də qalacağınızı göstərirsinizsə, bu halda bütün göstərdiyiniz ölkələrdəki qalacağınız otellərə rezervasiyanız üçün etdiyiniz ödənişlərin vauçerlərini də səfirliyə təqdim etməlisiniz. Siz qalacağınız yeri Airbnb üzərindən rezervasiya etdiyiniz təqdirdə isə Airbnb tərəfindən sizə göndərilən rezervasiyanızı təsdiq edən sənədi, Airbnb tərəfindən sizə göndərilən ödəniş çeki və Airbnb rezervasiyası üçün ödəniş etdiyiniz bank kartından çıxarışı səfirliyə təqdim etməlisiniz.

Viza Proseduru

Estoniya Şengen vizası üçün müraciət Latviya Səfirliyinin VFS Global adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Latviya səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi 14:00-dan 18:00-dək Latviya VFS Global viza müraciət mərkəzinin +994 12 436 67 78 telefon nömrəsi ilə əlaqə saxlamaqla təyin etmək mümkündür.

Sənədləri təqdim etmək üçün əvvəlcədən görüş təyini mütləqdir. Lakin, əlavə 144 AZN ödəniş etməklə “Premium Lounge” xidmətindən istifadə edib görüş təyin etmədən növbədənkənar sənədləri təqdim etmək mümkündür.

Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. Barmaq izindən azad olan müraciətçilərin isə sənədləri təqdim etmək üçün başqa bir şəxsə notarial qaydada etibarnamə verdikləri halda şəxsən iştirakları mütləq deyil.

Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:

  • Son 5 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər;
  • Diplomatik və ya xüsusi pasport sahibi olan və Belçikada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
  • Estoniya mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)

Estoniya Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 5-15 kalendar günü (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir.

Sənədləri təqdim edərkən 35 avro viza rüsumu və viza mərkəzinin xidmət haqqısı olan 26 avro ödənilir. Rüsumlar yalnız nəğd şəkildə qəbul olunur. Viza rüsumu avro, viza mərkəzinin xidmət haqqı isə manatla qəbul edilir.

Estoniya Şengen Vizası Alma Ehtimalı

Hər bir ölkənin viza müraciətində olduğu kimi Estoniyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Estoniya Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə Şengen vizasına sahib olmayan şəxslərin Estoniya Şengen vizasını ilk müraciətdən əldə etdiyi hallar dəfələrlə təcrübəmizdə yaşanıb. Yəni, əgər sizin daha öncə Şengen vizanız olmayıbsa belə, Estoniya vizasını əldə etmək sırf bu səbəbdən sizin üçün o qədər çətin və ya problemli məsələ olmayacaq. Ancaq hər bir halda, əlbəttə, sizin daha öncə vizalarınızın olması Estoniya Şengen vizası almaq şansınızı da dəfələrlə artıran nüansdır.

Estoniyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Estoniya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin və otellərinizin alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Estoniya Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Avropanın və Baltikin incisi Estoniya sizi gözləyir! Xoş səyahətlər!

Yeniləndi: 23.01.2025

Oxşar yazılar:

Amerikada Yaxın Qohum Yanına Getmək Üçün Hansı Viza Uyğundur?

Amerikada Yaxın Qohum Yanına Getmək Üçün Hansı Viza Uyğundur?

Əgər siz Amerikada yaşayan yaxın qohumunuzun yanına getmək barədə düşünürsünüzsə, ilk öncə hansı məqsədlə və nə qədər müddətə səfər etmək istədiyinizi müəyyənləşdirməyiniz vacibdir. ABŞ-a səfərlər zamanı viza rejimi və prosedurlar səfərin məqsədindən istər müvəqqəti ziyarət, istərsə də daimi yaşamaq asılı olaraq dəyişir. Ona görə də düzgün viza növünü seçmək və ona uyğun sənədlərlə müraciət etmək […]

Vizam.az 30 may 2025
Gecikmiş və Ləğv Olunmuş Uçuşlar üçün Kompensasiya Şirkətləri

Gecikmiş və Ləğv Olunmuş Uçuşlar üçün Kompensasiya Şirkətləri

Neçə dəfə uçuş qaçırmısınız? Yoxsa uçuşunuz ləğv olunub və saatlarla hava limanında gözləməli olmusunuz? Bəlkə də indi bu yazını oxuyarkən elə həmin situasiyadasınız: təyyarəniz gecikir, nə vaxt qalxacağı bəlli deyil, personal isə konkret heç nə demir. Ən pisi isə odur ki, bu vəziyyətə görə nə edəcəyinizi bilmirsiniz. Əslində, çox az insan uçuş gecikmələrinin və ləğvlərinin […]

Vizam.az 30 may 2025
Work and Travel Proqramı üçün Viza Necə Ala Bilərəm?

Work and Travel Proqramı üçün Viza Necə Ala Bilərəm?

Work and Travel proqramı, əsasən universitet tələbələri üçün nəzərdə tutulmuş beynəlxalq bir mübadilə proqramıdır. Bu proqram vasitəsilə tələbələr yay tətili dövründə ABŞ-a səyahət edir, orada işləyir və eyni zamanda Amerika mədəniyyətini yaxından tanımaq imkanı qazanırlar. Sadə dillə desək, bu proqram sizə həm tətil edib dünyagörüşünüzü genişləndirmək, həm də işləyib qazanc əldə etmək fürsəti yaradır. Əsas […]

Vizam.az 29 may 2025
Belçika Şengen Vizası Necə Ala Bilərəm?

Belçika Şengen Vizası Necə Ala Bilərəm?

Belçika Avropanın mərkəzində yerləşən kiçik amma çox maraqlı ölkədir. Əgər siz həm tarixi, həm də müasir həyat tərzini bir yerdə görmək istəyirsinizsə, Belçika yaxşı seçimdir. Burada orta əsrlərdən qalma şəhərlər, gözəl arxitektura, incəsənət muzeyləri və əlbəttə, dünyanın ən məşhur şokoladları, pivələri ilə tanış ola bilərsiniz. Brüssel, Antverpen, Gent kimi şəhərlər səyahət üçün əla məkanlardır. Belçikada […]

Vizam.az 26 may 2025
İspaniyaya Səyahət Hazırlığı

İspaniyaya Səyahət Hazırlığı

Əgər ilk dəfə Avropaya gedirsinizsə, İspaniya çox uyğun seçimdir: insanlar mehribandır, turistlərə qarşı açıq münasibət göstərirlər və mədəni cəhətdən çox maraqlı bir ölkədir. Həm şəhərləri gəzmək, həm də istirahət etmək üçün əlverişlidir. Səyahətdən əvvəl gündəlik büdcənizi təyin edin, çünki bəzi şəhərlərdə qiymətlər yüksək ola bilər. Amma supermarketlər və yerli yemək yerlərində münasib qiymətlərlə qidalanmaq mümkündür. […]

Vizam.az 26 may 2025
Nomad Vizası ilə İspaniyada Yaşamaq

Nomad Vizası ilə İspaniyada Yaşamaq

Əgər siz də deyirsinizsə ki, həm Avropada yaşamaq istəyirəm, həm də uzaqdan işləmə fürsətimi itirmək istəmirəm – İspaniyanın digital nomad vizası (ya da “teletrabajo de carácter internacional”) bu istəklərinizi reallaşdıra bilər. Bu viza xüsusilə xarici ölkələr üçün işləyən və lokasiya baxımından müstəqil çalışan şəxslər üçün nəzərdə tutulub. Gəlin, bu viza ilə İspaniyada necə yaşamaq və […]

Vizam.az 23 may 2025
Tayland Vizası Necə Ala Bilərəm?

Tayland Vizası Necə Ala Bilərəm?

Deyirsiz həm ucuz olsun, həm dəniz olsun, həm yeni yerlər görüm, həm yeməkləri maraqlı olsun, amma çox da xərcim çıxmasın? Bax, o dediyinizin adı Tayland. Bir dəfə gedəndən sonra “niyə bu vaxta qədər getməmişdim?” deyəcəksiz. Tayland istirahət anlayışını bir az dəyişdirir. Yəni təkcə günəşin altında uzanmaqdan getmir söhbət. Burda həm şəhərin səsi var, həm dənizin […]

Vizam.az 23 may 2025
Şengen vizası nədir və necə almaq olar?

Şengen vizası nədir və necə almaq olar?

Madriddə günorta saatlarında bir parkda oturub isti nata yeyirsən, insanlar günəşlənir və həyat çox yavaş gedir. Romada köhnə bir küçədə pizza alırsan, ayaqüstü yeyirsən. Parisdə səhər tezdən bir kafedə oturursan, baget, yağ, bir də kafe au lait hamısı sadə şeylərdi, amma yerində başqa cür gəlir. Hansısı olursa-olsun, bunları reallaşdırmaq ücün ilk addım Şengen vizasını almaqdır. […]

Vizam.az 22 may 2025
Amerikada Dil Kursları üçün F1 Vizası

Amerikada Dil Kursları üçün F1 Vizası

ABŞ-da dil öyrənmək xəyalı quranlar üçün F1 tələbə vizası bu arzuya çatan yolda ilk addımdır. Bu viza sayəsində siz Birləşmiş ŞT-nin tanınmış dil məktəblərində qanuni şəkildə təhsil ala bilər, eyni zamanda mədəniyyətini yaxından tanıya bilərsiniz. Bu bloqda sizə F1 vizası almaq üçün nələr etməliyiniz, hansı sənədlərə ehtiyac olduğu, viza müsahibəsində sizi nələrin gözlədiyi haqqında dolğun […]

Vizam.az 20 may 2025
Londona Səyahət Hazırlığı

Londona Səyahət Hazırlığı

Londona ilk dəfə səyahət edənlər üçün planlaşdırma mərhələsi bir qədər qarışıq görünə bilər. Sənədlərin düzgün hazırlanması, yaşayış və nəqliyyat məsələlərinin əvvəlcədən planlaşdırılması, büdcə təxmini və yerli qaydalara bələd olmaq uğurlu və stresssiz bir səyahətin əsas şərtləridir. Bu blog yazısında, Londona getməzdən əvvəl bilməli olduğunuz bütün vacib detalları bir araya topladıq. Londona Səfər Üçün Hansı Sənədlər […]

Vizam.az 19 may 2025