DÜNYA TURİZM NƏHƏNGLƏRİNİN KORONAVİRUS DÖVRÜNDƏ VERDİYİ MESAJLAR

Yeniləndi: 31 iyul 2026 4878 baxış 3 dəq. oxu

Bildiyimiz kimi, koronavirus pandemiyası bir çox sferaya mənfi təsir göstərdi. Bunlardan biri və bəlkə də ən çox təsirə məruz qalan turizm sənayesidir. Pandemiyadan əvvəl turizm sənayesi dünya ÜDM-nin 10% -ni təşkil edirdi. İndi isə Ümumdünya Səyahət və Turizm Şurası, COVID-19 pandemiyasının dünya miqyasında səyahət və turizm sənayesində 50 milyon iş yeri azalda biləcəyi xəbərdarlığını etdi. Əgər virusun turizm sənayesinə təsirini daha ətraflı şəkildə araşdırsanız, turizm şirkətlərinin SEO, PPC, marketinq, otellərin, aviaşirkətlərin, kruiz xətlərinin, turizm yerlərinin və onlayn səyahət agentliklərinin nə qədər ciddi təsirə məruz qaldığını və qısa zamanda necə çökdüyünü görə bilərsiniz. Bildiyimiz kimi, gəlir mənbəyi olmadığından bəzi şirkətlər ya işçilərini azaltdılar ya da tamamilə çökdülər. Əlbəttə ki, bu həmin şirkətin gücüdən asılı olaraq dəyişən bir nüansdır. Buna misal olaraq, virusun avropaya yeni-yeni yayılmağa başladığı vaxtlarda, mart ayının 5-də Flybe adlı Avropanın ən böyük regional hava yolu şirkəti koronavirusun təsiri səbəbindən çökmə həddinə gəlib çatdı. Bu hadisədən bir müddət sonra isə Norwegian hava yolu şirkəti Flybe hava yolu şirkətindən fərqli olaraq, koronavirus səbəbiylə işçilərinin yarısını işdən çıxarmaq məcburiyyətində qaldı. Bütün bunlardan sonra turizm sənayesinin əvvəlki vəziyyətinə çox uzun bir müddətə gələ biləcəyini təxmin etmək o qədər də çətin deyil. Mütəxəssislərin bildirdiyinə görə, bütün bunlar başa çatdıqdan, virusun təsiri, yayılmasının qarşı alındıqdan sonra turizm sənayesinin bərpa olunması ən az 10 ay sonra mümkün ola bilər. Təbii ki, bu virusun hansı ölkədə nə zaman bitəcək olması ilə də bağlıdır. Bəs böyük turizm şirkətləri bu haqda nə deyir? Dünya Turizm nəhənglərinin Koronavirus dövründə verdiyi mesajlar nələrdir? Gəlin bu sualların cavablarına birlikdə baxaq.

Sosial məsafəni qoruyun və evdə qalın

Hər birimizin də bildiyi kimi, dövlətlərin insanlara özünlərini təcrid etmək barədə verdikləri tövsiyələrin nəticələri ilk başlarda uğursuz oldu. Bir çox ölkədə insanlar bunu eşitdikdən sonra evdə qalmaq əvəzinə ölkə daxilində virusun daha az təsir etdiyi yerlərə axın etməyə başladılar. Bundan əlavə, ölkədəki bəzi turistlər isə bu xəbərdarlıqlardan sonra özlərini cəmiyyətdən təcrid etmək əvəzinə öz ölkələrinə qayıtmağa çalışdılar. Əlbəttə ki, bütün bunlar virusun yayılma tempinin artmasına çox təsir göstərdi. Xüsusən də, İngiltərədəki Whitstable, Leyk bölgəsi və Kornuall ziyarətçilərin böyük bir axınına məruz qaldı. Bəzi insanlar da məsələnin ciddiyətini başa düşmədiklərindən gündəlik həyatlarına davam etdilər. Məsələn, London parkları təmiz havada gəzmək istəyən insanların axınına məruz qaldı və beləliklə sıxlıq səbəbindən bir-birlərindən ən az 2 metr uzaq durmaları qaydalarına heç kəs əməl etmədi. Bun anda İngiltərədəki nəhəg turizm şirkətləri dövlətin tövsiyyələrini dəstəklədilər. Xüsusən də Visit Cornwall turizm şirkəti insanlardan ölkə daxilində bir bölgədən başqa bir bölgəyə getməmələrini, bir-birlərindən uzaq durmalarını xahiş etdi və bildirdilər ki, bu qaydalara əməl etsələr tez bir zamanda yenidən görüşüb səyahət edəcəklər. Visit Cornwall’dan əlavə Şotlandiyada 100-dən çox müəssisəni təmsil edən bir turizm qrupu olan Road to the Isles, insanları səyahət etməyəyə, evdə qalmağa çağırdı. Şirkət bildirdi ki, əgər ölkə daxilində bir bölgədən başqa bir bölgəyə getsələr bu dəstək göstərilməsi çətin olan kiçik adalarda yaşayan insanların həyatı üçün çox təhlükəli olacaqdır. Bunlardan əlavə, National Trust, koronavirusun yayılmasını məhdudlaşdırmaq üçün parklarını və bir çox istirahət yerlərini könüllü olaraq bağlamaq qərarına gəldi. Eyni zamanda, bildirdilər ki insanlar evdə qaldığı və sosial məsafə ilə bağlı tövsiyyələrə əməl etdikləri təqdirdə parkinq üçün ödəniş almayacaqlar.

Gələcəyə baxın

İnsanların günlərlə, həftələrlə, bəlkə də aylarla qurduqları bütün səyahət planalarının ləğv olması onları ruhdan saldı. Bu anda turizm şirkətləri insanlara hər şeyin tez bir zamanda normal vəziyyətə qayıdacağını bildirərək, onları ləğv olunmuş səyahət planlarını, indiki anı düşünmək əvəzinə gələcək səyahət planları haqqında düşünməyə çağırdılar. İsveçrənin turizm şirkəti bunun yaxşı bir nümunəsidir. Şirkət sosial mediada istifadəçilərin əhval-ruhiyyələrini yüksək tutmaq üçün #neverstopdreaming və #staystrong kimi hashtaglardan istifadə etdi və hər kəsi bunu etməyə çağırdı. Bundan əlavə, bəzi turizm şirkətləri də insanların rezerv etdikləri səyahət planlarını ləğv etmək əvəzinə təxirə salmaq qərarına gələrək onara bəzi güzəştlər edəcəklərini bildirdilər.

Evdən çıxmadıqları halda onlara kömək edəcəklər

Cəmiyyətdən təcrid olmaq və evdə qalmaq tövsiyyələrindən sonra nəqliyyat proqramı olan Citymapper, şəhərlərdə insanların buna nə dərəcədə əməl etdiklərini bilmək üçün "Mobility İndeksi"ni təqdim etdi. Nəticəyə görə, dövlətin evdə qalmaq tövsiyələrinə baxmayaraq, London əhalisininn 31% -nin hələ də səyahət etdiyini ortaya çıxdı. Məlum oldu ki, bu insanların əksəriyyəti tələbatlarını ödəmək üçün işə getmək məcburiyyətində olan insanlardır. Bu halda, məşhur Prestige səyahət və turizm şirkəti yanvar ayından etibarən virusun təsiri bitənə qədər koronavirusdan təsirlənənlər üçün, xüsusən də yaşlılar üçün yardım paketləri yaratdılar. Bundan əlavə, Londonda fəaliyyət göstərən Experience Səyahət Qrupu market alış-verişi və ya digər tapşırıqları icra etməklə insanları təcrid etmək üçün könüllü olaraq çalışan heyəti təqdim etdi.

Bütün bu nümunələrdən də göründüyü kimi, nəhəng turizm şirkətləri bu çətin müddət ərzində insanlara dəstək göstərib onları evdə qalmağa çağırırlar. Ümid edirəm ki, bütün dünyanın virusdan tez bir zamanda qurtulma cəhdləri uğurlu olar və hər kəs istədiyi zaman səyahət edə bilər.

Oxşar yazılar:

Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

Honq Konqa səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əvvəlcədən viza almaq tələb olunur. Asiyanın ən məşhur turizm və biznes mərkəzlərindən biri olan Honq Konq müasir memarlığı, möhtəşəm şəhər mənzərələri, alış-veriş imkanları və zəngin mədəniyyəti ilə turistlərin diqqətini cəlb edir. Honq Konq səyahətinizi planlaşdırırsınızsa, viza müraciətinizi son ana saxlamayın. Vizam.az vasitəsilə müraciət prosesində peşəkar dəstək əldə […]

Vizam.az 05 noyabr 2026
Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Hindistan qədim tarixi, rəngarəng mədəniyyəti, möhtəşəm məbədləri və fərqli təbiəti ilə turistlərin maraq göstərdiyi ölkələrdən biridir. Hindistana səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları səfərdən əvvəl viza almalıdırlar. Hindistan vizası ilə bağlı ən çox verilən 10 sualın cavabını aşağıda tapa bilərsiniz. Azərbaycan vətəndaşları Hindistan vizasını onlayn ala bilərmi? Bəli. Azərbaycan vətəndaşları Hindistanın elektron viza (e-Visa) müraciəti üçün […]

Vizam.az 05 noyabr 2026
Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Polşa zəngin tarixi, möhtəşəm memarlığı, qədim şəhərləri və özünəməxsus mədəniyyəti ilə Avropanın maraqlı səyahət istiqamətlərindən biridir. Varşavanın müasir küçələrindən Krakovun tarixi meydanlarına qədər ölkənin hər bölgəsində kəşf etməyə dəyər fərqli məkanlar var. Polşaya səyahət etməyi planlaşdırırsınızsa, yola çıxmazdan əvvəl bilməli olduğunuz 10 maraqlı faktla tanış olun. Polşanın paytaxtı Varşavadır, lakin Krakov da turistlərin sevimli şəhərlərindən […]

Vizam.az 05 noyabr 2026
İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərəyə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza əvvəlcədən alınmalıdır. Turizm, ailə və dost ziyarəti, işgüzar səfər və digər qısamüddətli səfərlər üçün müraciət zamanı uyğun viza növü seçilməli və tələb olunan sənədlər hazırlanmalıdır. İngiltərə vizası ilə bağlı ən çox verilən sualların cavablarını aşağıda tapa bilərsiniz. İngiltərə vizası almaq üçün hansı sənədlər tələb olunur? Əsas sənədlərə […]

Vizam.az 04 noyabr 2026
Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026
Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstana səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alınması vacib şərtlərdən biridir. Bolqarıstan 1 yanvar 2025-ci ildən etibarən Şengen zonasına tamhüquqlu üzv olduğu üçün ölkəyə turistik, işgüzar və digər qısamüddətli səfərlər üçün Şengen vizası tələb olunur. Bolqarıstan vizası ilə yalnız bu ölkəyə deyil, Şengen zonasına daxil olan digər ölkələrə də səyahət etmək mümkündür. Bunun üçün […]

Vizam.az 28 oktyabr 2026
Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya vizası üçün müraciət edərkən maliyyə vəziyyətinizi təsdiq edən sənədlərdən biri tələb olunur. Azərbaycan vətəndaşları üçün bu məqsədlə bank arayışı təqdim edilməlidir. Bank hesabından çıxarış tələb olunmur. Sənədləri hazırlayarkən bank arayışı ilə bank çıxarışının fərqini bilmək vacibdir. Aşağıda Yaponiya vizası müraciətində bu sənədlə bağlı əsas məqamları izah edirik. Yaponiya Vizası üçün Hansı Bank Sənədi Lazımdır? […]

Vizam.az 27 oktyabr 2026