Koreya Vizası Necə Ala Bilərəm?

Yeniləndi: 22 iyul 2026 4412 baxış 6 dəq. oxu

Koreya, qədim ənənələrlə müasirliyin möhtəşəm şəkildə qovuşduğu, hər addımında insanı heyran edən bir ölkədir. Bura gedən hər kəs özünü həm tarixdə, həm də gələcəkdə hiss edir. Seulun işıqlı küçələrində addımlayarkən dünyanın ən sürətli internetindən, ağıllı şəhər infrastrukturundan, robotlu kafe və restoranlardan istifadə edə bilər, eyni zamanda qədim sarayları, tarixi məbədləri ziyarət edib əsrlərin izlərini görərsən. Jeju adasında təmiz hava, vulkanik mənzərələr və sakit çimərliklər ruhunu dincəldər, payızda rəngbərəng yarpaqlar, yazda isə al-əlvan çiçəklər şəhərlərə sehrli bir gözəllik qatır. Dünyaca məşhur K-pop konsertlərini canlı izləmək, sevdiyin serialların çəkildiyi küçələrdə gəzmək və məşhur Koreya kosmetikasını doğma yerində sınaqdan keçirmək bu ölkəyə səyahəti daha da cəzbedici edir. Təhlükəsizliyi, təmizliyi, nizam-intizamı ilə Koreya yalnız bir səyahət deyil, həyatında unudulmaz bir xatirəyə çevriləcək möhtəşəm bir macəradır.

Bir də yeməkləri var ki... küçələrdə buxarlanmış kökələr, tteokbokki, kimçi, dadına doymaq olmur. Öz mətbəximizdən tam fərqli, amma çox maraqlı bir dünyadır. Üstəlik, K-pop və K-drama sevənlər üçün tam cənnətdir konsertlər, fan zonalar, məşhur serialların çəkildiyi yerlər, hər yerdə tanıdığın simalar.

Əgər alış-verişi sevirsənsə, Myeongdong, Hongdae və Dongdaemun kimi məkanlar çox məşhurdur. Bundan başqa, təbiət gəzintiləri üçün Jeju adası, Namsan dağı, Bukhan dağı kimi yerləri ziyarət edə bilərsən.

Vizaya gəldikdə, Azərbaycan vətəndaşları üçün Koreyaya getmək üçün viza tələb olunur. Hava şəraiti də planlamaqda önəmlidir. Yaz və payız mövsümü daha rahat olur, həm hava gözəl, həm də təbiət rəngarəngdir. Yay mövsümü çox rütubətli və isti, qış isə soyuq və qarlı olur.

Ümumilikdə, Koreyaya getmək mədəni baxımdan zəngin, maraqlı və yadda qalan bir səyahət təcrübəsi təklif edir. Əgər tarix, mədəniyyət, texnologiya və yemək maraq dairəndədirsə, mütləq düşünməyə dəyər.

Koreya Vizası Növləri

Koreyaya getmək istəyən hər kəsin ilk düşündüyü suallardan biri budur: "Mənə hansı viza lazımdır?" Koreya müxtəlif məqsədlər üçün fərqli viza növləri təklif edir və hər birinin öz qaydaları var.

Turist vizası (C-3)
Ən çox müraciət edilən viza növüdür. Koreyaya qısa müddətli (adətən 90 günədək) istirahət, gəzmək, dost-ziyarət və ya mədəni tədbirlərdə iştirak üçün verilir. Əgər əsas məqsədin səyahət və şəhərləri kəşf etməkdirsə, bu viza sənin üçündür.

Təhsil vizası (D növləri)
Koreyada universitetdə, dil kursunda və ya digər təhsil proqramlarında iştirak etmək istəyənlər üçün nəzərdə tutulub. Uzunmüddətli qalıb oxumaq planın varsa, mütləq bu vizaya müraciət etməlisən.

İş vizası (E növləri)
Koreyada işləmək istəyən şəxslər üçün verilir. Məsələn, müəllim, mühəndis, sənətçi və ya texniki mütəxəssis kimi işlər üçün ayrıca alt-kateqoriyalar var.

Ailə ziyarət vizası
Koreyada yaşayan ailə üzvünü ziyarət etmək üçün nəzərdə tutulur. Əgər Koreyada qohumun varsa və onu görməyə gedirsənsə, bu viza uyğun seçimdir.

Qısa müddətli iş vizası (C-4)
Təlim, qısa müddətli layihə və ya müəyyən tədbirdə iştirak məqsədilə 90 günədək verilən viza növüdür.

Tibbi müalicə vizası
Koreyada tibbi müayinə və ya müalicə üçün gələn şəxslərə təqdim edilir.

Yatırım və biznes vizası
Koreyada şirkət açmaq, investisiya qoymaq və ya biznes fəaliyyəti göstərmək istəyənlər üçün uyğun vizadır.

Koreya Turist Vizası

Azərbaycan vətəndaşları üçün Koreya vizası (South Korea visa for Azerbaijan) almaq istəyirsinizsə, ilk növbədə viza üçün görüşü müraciət tarixindən ən azı 3 iş günü əvvəl email vasitəsilə ([email protected]) təyin etməlisiniz. Emaildə tam ad, soyad, doğum tarixi, Koreyaya giriş məqsədi, müraciət tarixi və saatı qeyd olunmalıdır. Xüsusi olaraq qeyd edək ki, email ingilis dilində yazılmalıdır və turistik şirkətlərin nümayəndələri tərəfindən göndərilən email müraciətləri qəbul edilmir.

Koreya turist vizası və digər növ vizalar üçün rüsumlar aşağıdakı kimidir və yalnız nəğd şəkildə ABŞ dolları ilə ödənilir:

  • 90 günlük Single Entry Visa: 50 $
  • 90 gündən artıq Single Entry Visa: 80 $
  • Double Entry Visa: 120 $
  • Multiple Entry Visa: 150 $

South Korea visa üçün müraciət şəxsən edilməlidir, yalnız qrup müraciətlərində müəyyən istisnalar mümkündür.

Koreya vizası üçün tələb olunan hazırlanma müddəti Azərbaycan vətəndaşları üçün belədir:

  • Uzunmüddətli vizalar: təxminən 5 iş günü
  • Qısamüddətli vizalar: təxminən 2–3 iş günü (qeyri-iş günləri və müraciət tarixi daxil deyil).

Viza ərizəsini səfirliyin əsas səhifəsində, ekranın aşağı hissəsində yerləşən Viza müraciət ərizəsi bölməsindən doldurmaq mümkündür.

Hər bir Koreya vizası müraciəti üçün 3.5 x 4.5 sm ölçüdə, ağ fonda çəkilmiş, son 6 ay ərzində çəkilmiş rəngli fotoşəkil təqdim olunmalıdır. Tələblərə uyğun olmayan və ya çap edilmiş fotoşəkillər qəbul edilmir.

Əgər sənədləriniz ingilis və ya koreya dilində deyilsə, onlar rəsmi olaraq ingilis və ya koreya dilinə tərcümə olunmalı, notarial qaydada təsdiq edilərək təqdim edilməlidir.

90 gündən çox qalmaq üçün (uzunmüddətli Koreya vizası) müraciət edən Azərbaycan vətəndaşları vərəm testi haqqında arayış təqdim etməlidir. Bu arayış yalnız səfirlik tərəfindən təyin olunmuş xəstəxanalarda verilməlidir. Daha ətraflı məlumat üçün rəsmi elan linkinə baxa bilərsiniz: Ətraflı bax.

Üçüncü ölkələrdə rəsmiləşdirilən sənədlər isə apostil ilə təqdim edilməli və ya müvafiq səfirlik tərəfindən təsdiqlənməlidir. Nəzərə alın ki, scan edilmiş sənədlər qəbul edilmir.

Sonda, Koreya vizası üçün müraciət edərkən səfərin məqsədini dəqiq göstərmək çox önəmlidir. Əgər səyahət məqsədiniz viza növü ilə uyğun gəlməzsə, Koreyaya girişiniz qadağan edilə və ya gələcək viza müraciətləriniz rədd edilə bilər. Məsələn, Koreya turist vizası ilə gedib orada qazanc gətirən fəaliyyətlə məşğul olmağınız qanunla qadağandır.

Əgər Koreyaya səyahət, təhsil və ya iş məqsədilə getmək istəyirsinizsə, South Korea visa for Azerbaijan, Koreya vizası üçün müraciət qaydaları və Azərbaycan vətəndaşları üçün Koreya turist vizası mövzularında daha çox məlumat əldə edərək düzgün və problemsiz müraciət edə bilərsiniz.

Koreya üçün Tələb Olunan Sənədlər

Azərbaycan vətəndaşları üçün Koreya vizasına müraciət edərkən aşağıdakı sənədlərin tam və düzgün şəkildə təqdim edilməsi vacibdir. Hər bir sənəd, vizanın uğurlu nəticələnməsi üçün çox önəmlidir.

Pasport — Etibarlılıq müddəti ən azı 6 ay olmalıdır. Köhnə pasportlar və istifadə müddəti bitmiş pasportlar qəbul edilmir.

Viza müraciət ərizəsi — Səfirliyin rəsmi səhifəsindən yüklənərək doldurulmalıdır. Məlumatlar dəqiq və düzgün olmalıdır, yalan və ya yanlış məlumat viza rəddinə səbəb ola bilər.

Fotoşəkil — 1 ədəd, son 6 ayda çəkilmiş, 3.5 x 4.5 sm ölçülü, ağ fonlu, tünd geyimdə və çərçivəsiz. Şəkil vizanın ən vacib tələblərindən biridir.

İngilis dilində səyahət planı — Rəsmi format yoxdur, lakin plan detallı şəkildə hazırlanmalıdır: hansı gün harada olacağınız, otel, turistik yerlər, digər fəaliyyətlər qeyd olunmalıdır. Bu, Koreya turist vizası üçün çox önəmli sənəddir.

Gediş-gəliş aviabileti və ya rezervasiyası — Uçuş biletinin tam ödənilməsi şərt deyil, rezervasiya kifayətdir. Səfirlik lazım gəldikdə digər dəstəkləyici sənədlər də tələb edə bilər.

Otel rezervasiyasının təsdiq məktubu — Gedəcəyiniz bütün günləri əhatə etməlidir.

İş yerindən arayış — Elektron hökumət portalından (e-gov.az) alınmalı və notarial qaydada təsdiq olunmuş tərcüməsi ilə birlikdə təqdim edilməlidir.

Bank hesabından çıxarış — Minimum məbləğ 3000 ABŞ dolları olmalıdır. Çıxarış son 6 ay üzrə təqdim olunmalıdır. Bu, sənin maliyyə vəziyyətini göstərir və Koreyadan geri dönəcəyinə dair sübut rolunu oynayır.

Notarial qaydada təsdiq olunmuş zəmanət məktubu — Zəmanət məktubu tanıdığınız şəxs və ya qohumunuz tərəfindən verilməli, notarial təsdiqli tərcüməsi ilə birlikdə təqdim edilməlidir. Mətn aşağıdakı kimi olmalıdır:

Zəmanət məktubu verən şəxsin iş yerindən arayış — E-gov.az portalından alınmalı və notarial qaydada təsdiq olunmuş tərcüməsi ilə təqdim edilməlidir.

Zəmanət məktubu verən şəxsin şəxsiyyət vəsiqəsinin surəti — Tam, aydın və oxunaqlı olmalıdır.

Viza rüsumu — Məbləğ vizanın növündən asılı olaraq dəyişir (turist, təhsil, iş vizası və s.).

Əgər Koreyada yaşayan dostlarınız və ya ailə üzvlərinizlə birlikdə səyahət edirsinizsə, onlardan dəvət və zəmanət məktubu alaraq C-3-1 vizasına müraciət etməyiniz tövsiyə olunur.

Koreya Respublikası Səfirliyi, zəruri hesab etdiyi hallarda əlavə sənədlər tələb edə bilər. Vizaya müraciət edən şəxslər səfərin məqsədini düzgün şəkildə göstərməlidirlər, əks halda viza rədd edilə bilər və gələcək müraciətlərə də təsir edə bilər.

Əlavə məsləhətlər:

  • Bütün sənədlərin ingilis və ya koreya dilinə tərcüməsi və notarial təsdiqi mütləqdir.
  • Sənədləri təqdim etməzdən əvvəl son yoxlama aparın ki, heç bir sənəd və ya məlumat əskik qalmasın.
  • Koreya vizasına erkən müraciət etmək hər zaman üstünlükdür, çünki gözlənilməz gecikmələr ola bilər.

Bu qaydalara riayət etsəniz, South Korea visa for Azerbaijan, yəni Koreya vizası üçün müraciət prosesiniz daha asan və stresssiz keçəcək.

Koreya Vizası Təsir edən Amillər

Koreya vizası üçün müraciət edərkən yalnız sənədləri düzgün təqdim etmək kifayət etmir, qərara təsir edən bir çox incə detal var. Yəni sənədlər qaydasında olsa belə, bu amillər viza nəticəsinə birbaşa təsir göstərə bilər.

Ən vacib məqamlardan biri maliyyə vəziyyətidir. Bank hesabındakı məbləğ sənin səyahət zamanı maddi çətinlik yaşamayacağını və geri dönəcəyini göstərir. Koreya səfirliyi, sənin öz ölkəndə sabit işin, gəlirin və yaşam şəraitin olduğunu görmək istəyir.

Digər önəmli məsələ səyahət məqsədinin aydınlığıdır. Planın nə qədər aydın və detallı olarsa, səfirlik sənin niyyətinə daha çox inanır. Yəni “sadəcə gəzməyə gedirəm” yazmaq yerinə, konkret harada qalacağın, hansı yerləri ziyarət edəcəyin, nə qədər qalacağın barədə məlumat vermək daha etibarlıdır.

Bundan əlavə, geri dönəcəyinə dair sübutlar çox önəmlidir. Azərbaycanda sabit iş yeri, ailə bağları, daşınmaz əmlak və ya davam edən təhsil kimi faktlar vizanı alma şansını artırır.

Əvvəlki səyahət tarixçəsi də nəzərə alınır. Əgər əvvəllər başqa ölkələrə səyahət etmisənsə və vaxtında geri dönmüsənsə, bu, sənin “etibarlı səyahətçi” olduğunu göstərir və Koreya vizası üçün müsbət amil sayılır.

Sonda, məlumatların dəqiqliyi və səmimiyyəti böyük rol oynayır. Heç vaxt saxta sənəd təqdim etmək və ya yanlış məlumat göstərmək olmaz. Əgər belə hal aşkarlanarsa, təkcə cari viza yox, gələcək müraciətlər də risk altına düşür.

Tez-tez verilən suallar (FAQ)

Viza üçün müsahibə şərtdirmi?
Əksər hallarda Azərbaycan vətəndaşları üçün müsahibə tələb olunmur. Amma səfirlik sənədlər və vəziyyətinə görə əlavə izahat üçün müsahibəyə çağırmaq hüququnu saxlayır.

Viza rədd olarsa, nə etməli?
Əgər Koreya vizası rədd olunarsa, ilk növbədə səbəbini öyrənməyə çalışın. Adətən, rədd cavabında əsas səbəb göstərilir. Sənədləri yenidən hazırlayıb, çatışmayan və ya zəif olan hissələri düzəldərək təkrar müraciət etmək mümkündür.

Uşaqlar üçün ayrıca viza lazımdırmı?
Bəli, hətta azyaşlı uşaqlar üçün də ayrıca viza müraciəti edilməlidir. Onlar üçün də eyni sənəd paketi (pasport, şəkil, səyahət planı və s.) hazırlanmalıdır.

Bank hesabında minimum nə qədər pul olmalıdır?
Turist vizası üçün ümumiyyətlə minimum 3000 ABŞ dolları tələb olunur. Məbləğin son 6 ay üzrə davamlı şəkildə hesabda olması çox önəmlidir. Bu, sənin səyahət xərclərini ödəyəcək gücdə olduğunu göstərir.

Koreya vizası ilə digər ölkələrə səyahət etmək mümkündürmü?
Xeyr, Koreya vizası yalnız Koreya Respublikasına giriş üçün keçərlidir. Digər ölkələrə səfər etmək üçün həmin ölkələrin vizalarına ayrıca müraciət edilməlidir.

Koreya Viza Dəstəyi

Cənubi Koreya vizası almaq üçün Vizam.az kimi etibarlı viza agentliyindən dəstək ala bilərsiniz. Vizam.az xidmətlərinə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin bronu, otellərdən təsdiq məktublarının alınması, səfərinizi əhatə edəcək səyahət sığortasının təmin edilməsi, konsultasiya və viza prosedurunun izlənilməsi daxildir.

Ümumi olaraq, Cənubi Koreya turistik vizası üçün dəstək xidmət haqqı bir nəfər üçün 125 AZN-dir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə və ya əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Oxşar yazılar:

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026
Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstana səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alınması vacib şərtlərdən biridir. Bolqarıstan 1 yanvar 2025-ci ildən etibarən Şengen zonasına tamhüquqlu üzv olduğu üçün ölkəyə turistik, işgüzar və digər qısamüddətli səfərlər üçün Şengen vizası tələb olunur. Bolqarıstan vizası ilə yalnız bu ölkəyə deyil, Şengen zonasına daxil olan digər ölkələrə də səyahət etmək mümkündür. Bunun üçün […]

Vizam.az 28 oktyabr 2026
Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya vizası üçün müraciət edərkən maliyyə vəziyyətinizi təsdiq edən sənədlərdən biri tələb olunur. Azərbaycan vətəndaşları üçün bu məqsədlə bank arayışı təqdim edilməlidir. Bank hesabından çıxarış tələb olunmur. Sənədləri hazırlayarkən bank arayışı ilə bank çıxarışının fərqini bilmək vacibdir. Aşağıda Yaponiya vizası müraciətində bu sənədlə bağlı əsas məqamları izah edirik. Yaponiya Vizası üçün Hansı Bank Sənədi Lazımdır? […]

Vizam.az 27 oktyabr 2026
Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Birləşmiş Ştatlarına səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza müraciəti səfər hazırlığının vacib mərhələsidir. ABŞ-a turizm, ailə və dost ziyarəti və ya işgüzar səfər məqsədilə getməyi planlaşdırırsınızsa, səfər məqsədinizə uyğun viza kateqoriyasını müəyyənləşdirməlisiniz. Vizam.az-da Amerika vizası dəstəyi xidmət haqqı 31 oktyabr 2026-cı il tarixinədək cəmi 100 AZN-dir! Kampaniyadan yararlanaraq viza müraciətiniz üçün dəstək ala […]

Vizam.az 22 oktyabr 2026
Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanadaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Kanada vizası əvvəlcədən hazırlanmalı olan əsas sənədlərdən biridir. Turizm, ailə ziyarəti və ya işgüzar səfər məqsədilə Kanadaya getməyi planlaşdırırsınızsa, viza növünü düzgün seçmək və tələb olunan sənədləri hazırlamaq vacibdir. Bu məqalədə Kanada vizası üçün müraciət qaydası, tələb olunan sənədlər, rüsumlar və müraciət zamanı diqqət edilməli məqamlarla tanış ola […]

Vizam.az 21 oktyabr 2026
Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026