BÜTÜN YOLLAR ROMAYA APARIR! (ƏGƏR İTALİYA VİZANIZ VARSA)

Yeniləndi: 13 fevral 2025 43955 baxış 5 dəq. oxu

Dünya turizminin qəlbini fəth etmiş, Aralıq dənizi sahillərinin mirvarisi, dünyanın yeddi möcüzəsindən biri olan Kolizeyə ev sahibliyi edən, hər il 60 milyondan çox turistin axın etdiyi İtaliya. Bu ölkə dünyaca məşhur şəhərləri, tikililəri, tarixi abidələri, dəniz sahilləri, turistik məkanları ilə bütün səyahətçilərin xəyallarını bəzəyir. Əgər siz də yolunuzun sonda Romaya çıxmağını istəyirsinizsə, sizə gərəkli olan İtaliya Şengen vizası ilə bağlı ətraflı məlumatı bu məqalədə tapa bilərsiniz.

İtaliya Viza Növləri

Şengen ölkələri siyahısında yer alan İtaliyaya səyahətinizi İtaliya Şengen vizası vasitəsilə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. İtaliyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyən şəxslər isə həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktubları olduğu təqdirdə İtaliya milli vizasına da müraciət edə bilərlər.

İtaliya Şengen Vizası

Digər Şengen ölkələrinə oxşar olaraq İtaliya Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Hər bir halda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. İtaliya Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə giriş edə bilmək mümkündür. Ancaq hər bir halda biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni İtaliyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə İtaliya vizası ilə Şengen ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, bu sizin üçün problemə çevrilə, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz İtaliya Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox İtaliyada qalacağınızı göstərməlisiniz. Bir çox turist İtaliya səyahətlərini planlayarkən öz tur planlarına İspaniya, Avstriya, İsveçrə, Fransa və bir sıra digər Avropa ölkələrini də daxil edirlər. Bu kimi hallar sizin viza müraciətinizdə heç bir problem yaratmayacaq nüanslardır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni İtaliya göstərməyiniz viza üçün məhz İtaliya səfirliyinə müraciət edə bilməyiniz üçün yetərli olacaqdır.

İtaliya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

İtaliya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Elektron hökumət portalından işlə bağlı arayış*
  6. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  9. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  12. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  13. İngilis dilində doldurulmuş ərizə forması
  14. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Bəzi hallarda İtaliya səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi görülmüşdür.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

İtaliya Şengen vizası üçün müraciət İtaliya Səfirliyinin Visametric adlı viza müraciət mərkəzində olunur. Viza haqqında qərar Bakıdakı İtaliya səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi 08:30-dan 18:30-dək İtaliya Visametric viza müraciət mərkəzinin +994 12 599 88 11 telefon nömrəsi ilə əlaqə saxlamaqla təyin etmək mümkündür.

Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Bir qayda olaraq, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir.

İtaliya Şengen vizası proseduru müraciət tarixindən etibarən, adətən, 5-15 kalendar günü (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir. Lakin, təcrübə göstərir ki, sənədlərlə bağlı hər şey qaydasında olduğu təqdirdə və viza müraciətlərinin çox olmadığı bir dövrdə cavab 2-3 iş günə də bəlli ola bilər. Bəzi hallarda isə səfirlik cavabı uçuş tarixindən bir gün qabaq da verə bilir.

Sənədləri təqdim edərkən 35 avro viza rüsumu, 21 avro viza mərkəzinin xidmət haqqı ödənilir. Rüsumlar viza mərkəzinin kassalarında, İtaliya Respublikasının Bakıdakı Səfirliyinin təsdiq etdiyi rüblük məzənnəyə əsasən, yalnız manatla ödənilir.

İtaliya Şengen Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi İtaliyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və daha yüksək olması (təcrübədə 400-600 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin İtaliya Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə heç bir Şengen vizası olmayan şəxslər üçün İtaliya səfirliyi ilk viza müraciəti seçimi olaraq nisbətən riskli görülə bilər. Təcrübəmizdə ilk Şengen vizasını İtaliya səfirliyindən almış bir çox müraciətçi olmasına baxmayaraq, profilinizdəki digər nüansların (yuxarıda sadalanan) yüksək vəziyyətdə olduğu hallar istisna olmaqla, İtaliya səfirliyi ilk Şengen vizanızı almaq üçün riskli səfirlikdir. Hər bir halda daha öncə Şengen vizalarınızın olması sizin İtaliya səfirliyindən viza alma ehtimalınızı yüksəldən faktordur.

İtaliyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə İtaliya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə İtaliya Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 115 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Romanı fəth edin, amma səyahət edərək! Xoş səyahətlər!

Yeniləndi: 22.01.2025

Oxşar yazılar:

Yeni İl Səyahəti Üçün Vizasız 10 Ölkə

Yeni İl Səyahəti Üçün Vizasız 10 Ölkə

Yeni ilin yaxınlaşması ilə birlikdə bir çox insan səyahət planları qurmağa başlayır. Soyuq havadan uzaqlaşmaq, yeni il gecəsini fərqli bir ölkədə qarşılamaq və yeni təcrübələr qazanmaq istəyənlər üçün bu dövr ilin ən maraqlı vaxtıdır. Lakin səyahət planı qurarkən əsas məsələ hara getmək deyil, necə getmək sualı olur. Viza müraciətləri, sənəd hazırlığı və uzun gözləmə müddətləri […]

Vizam.az 14 oktyabr 2025
Ən Çox İmtina Cavabı Gələn Ölkələr Hansılardır?

Ən Çox İmtina Cavabı Gələn Ölkələr Hansılardır?

Azərbaycan vətəndaşlarının xaricə səyahət etmək üçün viza alma prosesi, müraciət edilən ölkənin viza siyasətindən asılı olaraq fərqlənir. Əksər hallarda, Şengen ölkələri (məsələn, Almaniya, Fransa, İtaliya, Çexiya və s.) üçün müraciətlərdə ciddi problem yaşanmır. Əgər müraciətçinin gəlir səviyyəsi, səyahət məqsədi və sənədləri düzgün təqdim olunubsa, bu ölkələrdə viza alma ehtimalı çox yüksək olur. Lakin bəzi ölkələr […]

Vizam.az 13 oktyabr 2025
Uşaqlı Ailələr Üçün Ən Rahat Viza Rejiminə Malik Ölkələr

Uşaqlı Ailələr Üçün Ən Rahat Viza Rejiminə Malik Ölkələr

Uşaqlı ailələr üçün səyahət planlaşdırmaq bəzən düşündüyünüzdən daha çətin ola bilər. Xüsusilə də viza prosedurları, sənəd toplamaq və gözləmə müddətləri valideynlər üçün əlavə stress yaradır. Buna görə də, Azərbaycan vətəndaşları üçün uşaqlı ailələrə ən rahat viza rejiminə malik ölkələr barədə düzgün məlumat toplamaq vacibdir. Bu yazıda sizə viza tələb etməyən və ya asan viza ilə […]

Vizam.az 10 oktyabr 2025
Şengen Vizası Üçün Ən Düzgün Müraciət Vaxtı Hansıdır?

Şengen Vizası Üçün Ən Düzgün Müraciət Vaxtı Hansıdır?

Şengen vizası Avropaya səyahət etmək istəyən Azərbaycan vətəndaşlarının ən çox müraciət etdiyi viza növlərindən biridir. Lakin bu viza növünə müraciət zamanı ən vacib məsələlərdən biri doğru vaxtda müraciət etməkdir. Çünki səfirliklər və viza mərkəzləri, xüsusilə də yay mövsümündə və bayram ərəfələrində çox sayda müraciət qəbul edir və nəticədə görüş tapmaq çətinləşir. Doğru müraciət vaxtını seçmək, […]

Vizam.az 09 oktyabr 2025
Macarıstan Vizası Necə Ala Bilərəm?

Macarıstan Vizası Necə Ala Bilərəm?

Macarıstana səfər planlaşdırırsınızsa, ilk addım Macarıstan vizası almaqdır. Azərbaycan vətəndaşları üçün Macarıstan Şengen zonasına daxil olan ölkə olduğundan, səyahət üçün Şengen vizası tələb olunur. Viza müraciəti prosesində diqqət etməli olduğunuz əsas mərhələlərdən biri Macarıstan səfirliyi görüşü (Hungary visa appointment Baku) və BLS Hungary Azerbaijan vasitəsi ilə randevu almaqdır. Macarıstan turist vizası üçün müraciət edənlər əvvəlcə […]

Vizam.az 08 oktyabr 2025
Viza Üçün Dəvət Məktubu Necə Yazılır?

Viza Üçün Dəvət Məktubu Necə Yazılır?

Viza müraciəti zamanı ən çox diqqət edilən sənədlərdən biri də dəvət məktubudur. Bu sənəd həm səfirlik, həm də konsulluq əməkdaşları üçün müraciətçinin səfərinin məqsədini aydın şəkildə göstərən sübut hesab olunur. Dəvət məktubu, sadəcə bir yazı deyil o, sizin kim tərəfindən, nə məqsədlə və hansı şəraitdə dəvət olunduğunuzu təsdiq edən rəsmi sənəddir. Bir çox hallarda düzgün […]

Vizam.az 08 oktyabr 2025
Viza Rədd Cavabı Aldıqdan Sonra Nə Etmək Lazımdır?

Viza Rədd Cavabı Aldıqdan Sonra Nə Etmək Lazımdır?

Viza müraciəti zamanı hər kəsin ümidi eynidir cavabın “müsbət” olması. Lakin bəzən bütün sənədlər qaydasında olsa belə, səfirlik “viza rədd cavabı” göndərə bilər. Bu, dünyanın istənilən ölkəsində və istənilən müraciətçi üçün baş verə bilən normal haldır. Əsas məsələ bu cavabı düzgün analiz etmək və növbəti addımı planlaşdırmaqdır.Bu yazıda viza rəddindən sonra nə etməli, təkrar müraciət […]

Vizam.az 07 oktyabr 2025
Rumıniya Vizası Necə Ala Bilərəm?

Rumıniya Vizası Necə Ala Bilərəm?

Avropanın mərkəzində yerləşən və zəngin mədəniyyəti ilə seçilən Rumıniya son illərdə Azərbaycan vətəndaşları üçün ən çox maraq doğuran turizm istiqamətlərindən birinə çevrilib. Orta əsr qalaları, Drakula əfsanəsi ilə məşhur olan Bran qəsri, Karpati dağlarının möhtəşəm mənzərələri, eləcə də paytaxt Buxarestin tarixi və müasirliyi birləşdirən atmosferi turistlərin diqqətini cəlb edir. Bundan əlavə, Rumıniyanın münasib qiymətləri və […]

Vizam.az 02 oktyabr 2025
Avropada Ən Ucuz Səyahət Ediləcək Şəhərlər

Avropada Ən Ucuz Səyahət Ediləcək Şəhərlər

Avropaya səyahət etmək bir çox insanın arzusudur. Lakin bəzən yüksək qiymətlər bu arzunun reallaşmasına mane olur. Əslində isə Avropada elə şəhərlər var ki, həm ucuz, həm də zəngin mədəniyyət və tarixi irsi ilə turistlər üçün ideal seçimdir. 2025-ci ildə səyahət trendlərinə əsasən büdcə dostu istiqamətlərə maraq daha da artıb. Çünki səyahətçilər həm yeni ölkələr kəşf […]

Vizam.az 02 oktyabr 2025
Kripto ilə Hansı Ölkələrə Səyahət Etmək Olur?

Kripto ilə Hansı Ölkələrə Səyahət Etmək Olur?

Son illərdə kripto valyutalar təkcə investisiya aləti deyil, həm də səyahətçilər üçün rahat ödəniş vasitəsinə çevrilib. Bitcoin, Ethereum və digər rəqəmsal valyutalar sayəsində turistlər artıq valyuta dəyişmə, bank komissiyaları və nağd pul daşıma problemlərini minimuma endirə bilirlər. Dünyanın bir çox ölkəsi indi kripto ödənişlərini qəbul edir, hotellər, restoranlar, kafe və hətta turistik xidmətlərdə rəqəmsal valyutalarla […]

Vizam.az 29 sentyabr 2025