İSVEÇ ŞENGEN VİZASI HAQQINDA BİLMƏDİKLƏRİNİZ

Vizam.az 11 iyun 2020 824 baxış 6 dəq. oxu

Dünyanın ən gözəl mənzərələrinə sahib Skandinav ölkələrindən biri, ərazisinin yarsından çoxu meşələrlə örtülmüş, təbiətinin və coğrafiyasının möhtəşəmliyi ilə hər il milyonlarla turisti cəlb edən İsveç. Bir çox səyahətçinin “mütləq görülməli ölkələr” siyahısında yer alan İsveçə sizin də səyahət üçün planlarınız varsa, İsveç Şengen vizası haqqında bütün məlumatları bu məqalədən əldə edə bilərsiniz.

İsveç Viza Növləri

İsveç Şengen ölkələri siyahısına aid olduğuna görə siz müvəqqəti səyahətinizi reallaşdırmaq üçün İsveç Şengen vizasına müraciət edərək bu vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz İsveçdə müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə İsveç milli vizasına da müraciət edə bilərsiniz. Bu məqalədəki məlumatlar isə İsveç Şengen vizası haqqındadır.

İsveç Şengen Vizası

Bütün Şengen vizaları kimi İsveç Şengen vizası da təkgirişli və çoxgirişli ola bilər. Həmçinin, siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. İsveç Şengen vizasını almaq sizə səyahətiniz boyu bütün Şengen ölkələrinə gedə bilməyinizə şərait yaradacaq. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni İsveçdən edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə İsveç vizası ilə Şengen ərazisinə başqa bir giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz İsveç Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı olaraq ən çox İsveç qalacağınızı göstərməlisiniz. İsveçə səyahət planlayan şəxslər əksər hallarda digər Avropa ölkələrinə, xüsusilə də Finlandiya, Norveç kimi Skandinav ölkələrinə də öz tur planlarında yer ayırırlar. Viza üçün göstərdiyiniz səyahət tur planınızda bir neçə ölkənin yer alması sizin üçün problem yaratmayacaq. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni İsveç olaraq göstərməyiniz İsveç Şengen vizasına müraciətiniz üçün yetərli olacaqdır.

İsveç Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

İsveç Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  14. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Qeyd edək ki, təcrübəmizdə görünmüşdür ki, İsveç vizası üçün müraciət edilən Fransa səfirliyi ilk viza müraciətini edən şəxslərdən əksər hallarda iş yerindən arayışdan əlavə e.gov.az hökumət portalından çıxarış da tələb edib. Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Nadir hallarda da olsa, Fransa səfirlyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi hallar yaşanmışdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

İsveç Şengen vizası üçün müraciət Fransa Səfirliyinin Capago adlı viza müraciət mərkəzində olunur. İsveçin ölkəmizdə konsulluğu fəaliyət göstərməməsi səbəbilə viza haqda qərar Fransa səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir. 

Sənədləri təqdim etmək üçün viza görüşü onlayn şəkildə əldə edilir. Sənədləri təqdim etmək üçün əvvəlcədən görüş təyini mütləqdir. Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir.

Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:

  • Son 3 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər (Çexiya vizası istisna olmaqla)
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər;
  • Diplomatik və ya xüsusi pasport sahibi olan və İsveçdə diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
  • İsveçdə mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)

Şengen viza proseduru müraciət tarixindən etibarən 3-10 iş günü çəkə bilər.

Qeyd edək ki, təcrübəmiz göstərir ki, Fransa Səfirliyi viza prosedurunun müddətini səyahətin başlama tarixinə uyğun planlaşdırır. Səyahət tarixləri daha yaxın olan müraciətçilərin viza nəticəsi də daha tez bəlli olur. Lakin, viza prosedurunun müddəti yalnız bu faktordan asılı olmur, keysin mürəkkəbliyi də burada rol oynaya bilir.

Viza rüsumu 35 avro təşkil edir. Bu məbləğ milli valyutada, yəni manatla nağd şəkildə və ya kartla istənilən valyutada ödənilə bilər. Sənədləri təhvil verərkən viza rüsumundan əlavə 26 avro viza mərkəzinin xidmət haqqı kimi ödənilir. Bu ödənişi də nəğd şəkildə yalnız manatla və ya kartla istənilən valyutada etmək mümkündür. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.

İsveç Şengen Vizası Alma Ehtimalı

Hər bir ölkənin viza müraciətində olduğu kimi İsveçdə də sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və ya daha yüksək olması (təcrübədə 400-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin yaxşı olması sizin İsveç Şengen vizası alma şansınızı artıran faktorlardır. Təcrübəmizdə ilk Şengen vizasını Fransa səfirliyindən əldə etmiş şəxslərin kifayət qədər olmasına baxmayaraq, biz profili yüksək səviyyədə (yuxarıda sadalanan nüansların kifayət qədər yaxşı olduğu halda) olduğu hallar xaricində bir şəxs üçün ilk viza müraciəti zamanı Fransa səfirliyinin bir qədər riskli olduğunu qeyd edirik. Daha öncə bir və ya bir neçə Şengen vizanızın olması sizin Fransa səfirliyindən İsveç vizası alma ehtimalınızı əhəmiyyətli dərəcədə yüksəldə bilir. Yenə də digər Qərbi Avropa və yüksək inkişaf etmiş Avropa ölkələrinə (Almaniya, İtaliya, Skandinaviya ölkələri və s.) nəzərən Fransa səfirliyi bəzi nüansların mövcudluğu halında ilk viza müraciəti üçün nisbətən daha yaxşı seçim ola bilər.

İsveçə Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə İsveç Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə İsveç Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 69 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 050/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Əgər sizin də “mütləq görməli olduğum ölkələr” siyahınız varsa, o siyahıda İsveçə mütləq yer olmalıdır! Xoş səyahətlər!

Oxşar yazılar:

KANADA VİZASINI NECƏ ALA BİLƏRƏM?

KANADA VİZASINI NECƏ ALA BİLƏRƏM?

Kanada milyonlarla insanın xəyallarını bəzəyən ölkələr siyahısında yer alır. Səyahət üçün ideal ölkə hesab olunan Kanadaya hər il 50 milyona yaxın turistik səbəblərlə üz tutur. Coğrafiyası, təbiəti və iqlimi, Toronto, Ottava, Monreal, Vankuver kimi böyük turistik şəhərləri, Niaqara şəlaləsi, sadalamaqla bitməyəcək sayda turizm obyektlərinə sahib bu soyuq ölkə hər bir şəxs üçün “isti səyahət hədəfinə” […]

Vizam.az 04 may 2024
Lixteynşteynə biznes vizası – Avropanın kiçik ölkəsinə biznes

Lixteynşteynə biznes vizası – Avropanın kiçik ölkəsinə biznes

Avropada İsveçrə ilə Avstriyanın sərhədində yerləşən Lixtenşteyn ölkəsi ərazisinə görə dünyanın ən kiçik ölkələrindən biri hesab olunsa da, səyahət üçün bir çox turistin marağındadır. Turistlərdən əlavə isə, ölkəyə il ərzində bir çox biznesmen də işgüzar səfərlər həyata keçirirlər. Əgər siz də Lixtenşteynə bu məqsədlə səyahət edib həm işinizi görmək, həm də gəzib bu ölkəni öz gözlərinizlə görmək istəyirsinizsə, Lixtenşteyn biznes (işgüzar səfər) […]

Vizam.az 10 dekabr 2020
YUNANISTAN BİZNES VİZASINI ALMAQ ÜÇÜN BİLMƏLİ OLDUQLARINIZ

YUNANISTAN BİZNES VİZASINI ALMAQ ÜÇÜN BİLMƏLİ OLDUQLARINIZ

Hər il 30 milyondan çox turistə ev sahibliyi edərək dünyanın ən turistik ölkələrindən biri hesab olunan Yunanıstan. Coğrafiyası, dəniz sahilləri, adaları, tarixi və mədəniyyəti, görkəmli abidələri ilə səyahətçilərin qəlbində taxt qurmuş ölkələrdən biri. Belə bir fakt mövcuddur ki, yay aylarında Yunanıstanda yunanlardan daha çox əcnəbi turist olur. Turistlərlə yanaşı, ilin müxtəlif dövrlərində ölkəyə bir çox biznes […]

Vizam.az 10 dekabr 2020
DANİMARKAYA TURİST VİZASI İLƏ SƏYAHƏT

DANİMARKAYA TURİST VİZASI İLƏ SƏYAHƏT

Avropanın valehedici ölkələri siyahısında başlarda gələn, hər il milyonlarla turistin xoş bir istirahət üçün üz tutduğu Danimarka. Başda paytaxtı Kopenhagen olmaqla, bütün ölkəni bəzəyən rəngarəng, fərqli arxitekturadakı tikililəri və abidələri, mədəniyyəti və incəsənəti, turistik bölgələri ilə soyuq iqliminə baxmayaraq, bütün səyahətçilərin qəlbini isidən və gözünü oxşayan bu ölkəyə Danimarka Şengen vizasıyla getmək mümkündür. Turizm üçün ideal […]

Vizam.az 10 dekabr 2020
KİÇİK ÖLKƏYƏ BÖYÜK SƏYAHƏT – LÜKSEMBURQ BİZNES VİZASI

KİÇİK ÖLKƏYƏ BÖYÜK SƏYAHƏT – LÜKSEMBURQ BİZNES VİZASI

Lüksemburq ərazi cəhətdən Avropanın və dünyanın ən kiçik ölkələrindən biri hesab olunsa da, hər il bir milyondan çox turisti cəlb edəcək marağa və cazibəyə sahib bir ölkədir. Yaşıl və təmiz təbiəti, kiçik ölkənin gətirdiyi üstünlük olan sakitlik və rahatlıq turistlərin bu ölkəyə üz tutma səbəblərindən bir neçəsidir. Lüksemburq həmçinin, biznes məqsədilə də tez-tez səfər edilən ölkədir. Siz də […]

Vizam.az 10 dekabr 2020
BİRLƏŞMİŞ KRALLIĞA BİZNES VİZASINI ALMAQ ÜÇÜN NƏ ETMƏLİ?

BİRLƏŞMİŞ KRALLIĞA BİZNES VİZASINI ALMAQ ÜÇÜN NƏ ETMƏLİ?

Avropanın ən çox üz tutulan ölkələrindən biri, dünyanın bəlkə də ən görkəmli və məşhur adası – Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı. Özündə İngiltərə, Şotlandiya, Uels, Şimali İrlandiya ölkələrini birləşdirən Britaniya Krallığı hər il ümumilikdə 40 milyondan çox turisti qonaq edir. Turist axınından əlavə isə, ölkəyə həmçinin, minlərlə biznes səfər də reallaşdırılır. Əgər siz də Birləşmiş Krallığa səyahət edib həm […]

Vizam.az 10 dekabr 2020
BUZ ADASINA SƏYAHƏT-İSLANDİYA BİZNES VİZASI 

BUZ ADASINA SƏYAHƏT-İSLANDİYA BİZNES VİZASI 

Gerçək səyahətsevərlərin üz tutduğu, Avropanın buz adası İslandiya. Təbiətinin və coğrafiyasının mükəmməlliyindən əlavə, gözəl mənzərələri, qeyzerləri, dağları, auroraları və sahib olduğu daha bir çox özünəməxsus özəllikləri ilə İslandiya bir çoxları üçün ideal səyahət deyildikdə ağla gələn ilk ölkələrdən biridir. Turistik səyahət üçün ideal olan bu ölkəyə həmçinin, biznes səfərlər də tez-tez təşkil olunur. Əgər siz də İslandiyaya səyahət edib […]

Vizam.az 10 dekabr 2020
AVSTRALİYA VİZASI NECƏ ALINIR?

AVSTRALİYA VİZASI NECƏ ALINIR?

Dünyanın bir ucuna, ayrıca bir qitəyə – Avstraliyaya səyahət edib bu unikal və əsrarəngiz coğrafiyanı kəşf etmək bir çox şəxsin arzusudur. Təbiəti, okean sahilləri, paytaxt Kanberra, Sidney, Melburn kimi şəhərləri, heyvanlar və botanika aləminin unikallığı, abidələri və sadalamaqla bitməyəcək digər özəllikləri ilə səyahətsevər insanların ən böyük turizm hədəflərindən birinə çevrilmiş Avstraliya! Sizin də hədəfiniz bu […]

Vizam.az 10 dekabr 2020
POLŞA ŞENGEN VİZASI 

POLŞA ŞENGEN VİZASI 

Avropanın istənilən ölkəsi turizm üçün əla məkan hesab oluna bilər. Ancaq bu ölkələrin siyahısında Polşanı həm bizim səyahətçilərimiz, həm də dünya turizmi üçün ön plana çəkən amillər boldur. Paytaxt Varşavadan əlavə Krakov, Poznan, Qdansk və bir çox şəhərlərdə rast gələ biləcəyiniz Polşanın özünəməxsus, spesifik arxitekturası, təbiətinin gözəlliyi, mədəniyyəti və incəsənəti turistləri özünə cəlb etməkdə olduqca uğurludur. Əgər sizin Polşada yaşayan […]

Vizam.az 10 dekabr 2020
NORVEÇ QONAQ VİZASI 

NORVEÇ QONAQ VİZASI 

Bütün səyahətçilərin xəyallarını bəzəyən, şəkillərdə qarlı, şaxtalı, sakit təbiətinin və coğrafiyasının gözəlliyi ilə hər kəsi özünə aşiq edən Norveç. Artıq Norveçi şəkillərdən yox, öz gözlərinizlə görməyin vaxtının gəldiyini düşünürsünüzsə, sadəcə bir Norveç Şengen vizası bu arzunuzu reallığa çevirə bilər. Əgər sizin Norveçdə yaşayan ailə üzvünüz və ya dostunuz varsa və siz həm bu gözəl ölkəni gəzmək, həm də onu ziyarət […]

Vizam.az 10 dekabr 2020