İspaniya Viza Müraciəti Prosesi Necə Gedir?

Yeniləndi: 15 iyul 2026 1982 baxış 7 dəq. oxu

İspaniyaya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün ilk addımlardan biri İspaniya vizası üçün düzgün və tam şəkildə müraciət etməkdir. Turizm, iş və ya təhsil məqsədilə İspaniyaya viza almaq istəyən şəxslər müəyyən sənədləri hazırlamalı və rəsmi İspaniya viza müraciəti proseduruna uyğun şəkildə müraciət etməlidirlər. Azərbaycan vətəndaşları üçün Spain visa Azerbaijan müraciətləri adətən İspaniya viza mərkəzi vasitəsilə qəbul edilir və bütün sənədlər qiymətləndirildikdən sonra qərar verilir.

Hazırda İspaniya turist vizası, İspaniya təhsil vizası və ya İspaniya işçi vizası üçün müraciət edən şəxslər əvvəlcədən Spain visa appointment götürməli, Spain visa application form doldurmalı və tələb olunan sənədləri təqdim etməlidirlər. Bundan əlavə, İspaniya viza qiyməti, sənədlərin düzgün hazırlanması və müraciətin qaydalara uyğun təqdim edilməsi viza alma ehtimalına birbaşa təsir edən əsas amillərdən hesab olunur.

Bu məqalədə İspaniya vizası almaq, İspaniya viza müraciəti prosesi, İspaniya viza mərkəzi, tələb olunan sənədlər və İspaniya səfirliyi viza prosedurları haqqında bütün vacib məlumatları addım-addım izah edəcəyik. Beləliklə, azərbaycan ispaniya viza müraciəti edən şəxslər prosesi daha aydın şəkildə başa düşə və müraciətlərini düzgün şəkildə hazırlaya bilərlər.

İspaniya Vizası Növləri

İspaniya Şengen zonası ölkələrindən biri olduğu üçün Azərbaycan vətəndaşları qısamüddətli səyahətlər üçün əsasən İspaniya Şengen vizasına müraciət edirlər. İspaniya turist vizası ilə siz turizm məqsədli səfərlər, ailə və dost ziyarətləri, işgüzar görüşlər, tibbi müayinə və müalicə, qısamüddətli təhsil və mübadilə proqramları kimi müxtəlif səbəblərlə İspaniyaya səfər edə bilərsiniz. Bu viza adətən 180 gün ərzində maksimum 90 gün qalmaq imkanı verən qısamüddətli viza hesab olunur.

Əgər siz İspaniyada 90 gündən artıq qalmağı planlaşdırırsınızsa, bu zaman İspaniya milli vizası üçün müraciət etməlisiniz. Məsələn, İspaniya təhsil vizası bakalavr, magistr və ya doktorantura proqramlarında oxumaq istəyən şəxslər üçün nəzərdə tutulur. Eyni zamanda İspaniyada uzunmüddətli işləmək istəyən şəxslər üçün İspaniya işçi vizası da mövcuddur. Bu halda müraciət edən şəxsin İspaniyadakı universitetdən və ya işəgötürən qurumdan rəsmi qəbul və ya dəvət məktubu təqdim etməsi tələb olunur.

Bu məqalədə isə əsasən Azərbaycan vətəndaşlarının ən çox müraciət etdiyi İspaniya Şengen vizası, onun alınma prosesi, tələb olunan sənədlər və İspaniya viza müraciəti prosedurları haqqında ətraflı məlumat təqdim edəcəyik.

İspaniya Şengen Vizası Nədir və Hansı İmkanları Verir?

İspaniya Şengen vizası təkgirişli (single entry) və çoxgirişli (multiple entry) olmaqla iki əsas formada təqdim olunur. Müraciət edən şəxsin səyahət tarixçəsinə və sənədlərinə əsasən viza 3 ay, 6 ay, 1 il, 2 il və ya 5 il müddətinə verilə bilər. İspaniya vizası əldə etdikdən sonra siz yalnız İspaniyaya deyil, eyni zamanda bütün Şengen ölkələrinə səyahət etmək imkanına sahib olursunuz.

Bununla belə, viza mütəxəssisləri adətən tövsiyə edir ki, İspaniya Şengen vizası ilə Şengen zonasına ilk girişinizi məhz İspaniyadan edəsiniz. Əgər İspaniya viza müraciəti zamanı səyahət planınızda bunu qeyd etməmisinizsə və ilk girişi başqa bir Şengen ölkəsindən etməyə çalışsanız, nadir hallarda da olsa sərhəd xidməti əlavə suallar verə və hətta ölkəyə girişinizə icazə verməyə bilər. Bu səbəbdən səyahət planınızı əvvəlcədən düzgün hazırlamaq vacibdir.

Digər vacib məqam isə səyahət planında əsas qalacağınız ölkənin İspaniya olmasıdır. İspaniya turist vizası üçün müraciət edərkən sənədlərdə və tur planında ümumi səfər müddətində ən çox qalacağınız ölkə kimi İspaniyanı göstərməlisiniz. Bununla yanaşı, səfər çərçivəsində Fransa, Portuqaliya, İtaliya və digər Avropa ölkələrini də ziyarət etmək mümkündür. Əsas şərt odur ki, ümumi səyahət müddətində ən uzun qalacağınız ölkə İspaniya olsun. Bu halda İspaniya vizası almaq üçün etdiyiniz müraciət qaydalara uyğun hesab ediləcək.

İspaniya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

İspaniya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  14. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

İspaniya Vizası üçün Maliyyə Tələbləri

Təcrübədə müşahidə olunur ki, İspaniya vizası üçün müraciət edən şəxslərdən bəzən əlavə sənədlər də tələb oluna bilər. Bəzi hallarda İspaniya viza müraciəti zamanı müraciətçilərdən iş yerindən arayışla yanaşı, e.gov.az hökumət portalından əmək fəaliyyəti haqqında çıxarış təqdim etmələri də istənilə bilər. Sənədlər təqdim edildikdən sonra İspaniya səfirliyi viza proseduru çərçivəsində müraciətçi ilə əlaqə saxlanılması və əlavə sənədlərin təqdim edilməsinin tələb olunması mümkündür. Nadir hallarda isə səfirlik göstərilən otel bronlarının real şəkildə alınmasını və bunu təsdiqləyən sənədlərin təqdim edilməsini tələb edə bilər.

İspaniya turist vizası üçün müraciət zamanı maliyyə vəziyyətiniz də xüsusi əhəmiyyət daşıyır. Bank hesabınızda olan məbləğ səyahət tarixlərinizə, qalma müddətinə, uçuş biletlərinin və otel bronlarının qiymətinə görə dəyişə bilər. Ümumilikdə tövsiyə olunur ki, təxminən bir həftəlik səfər üçün bank hesabınızda minimum 3000–5000 AZN (və ya bunun avro və ya ABŞ dolları ekvivalenti) məbləğində vəsait göstərilsin. Hesablamanı edərkən uçuş və otel bronlarının qiyməti ilə yanaşı, Şengen ərazisində qalacağınız hər gün üçün orta hesabla 70–80 avro gündəlik xərci də nəzərə almaq məsləhətdir.

Əgər siz sahibkar kimi fəaliyyət göstərirsinizsə, bu zaman iş yerindən arayış əvəzinə VÖEN sənədi, Vergi orqanından dövriyyə haqqında arayış və şirkətin reyestr çıxarışı kimi sənədləri təqdim edə bilərsiniz. İşləməyən, tələbə olan və ya səfər xərclərini sponsor vasitəsilə qarşılayan şəxslər isə sponsorun şəxsiyyət vəsiqəsinin surətini, iş yerindən arayışı və bank hesabından arayış və çıxarışı təqdim etməlidirlər. Əgər sponsor ailə üzvüdürsə, ailə bağını təsdiq edən sənədlər (məsələn, doğum haqqında şəhadətnamə) və sponsorluq məktubu da müraciət sənədlərinə əlavə olunmalıdır.

18 yaşdan aşağı müraciətçilər üçün isə əlavə qaydalar mövcuddur. Əgər azyaşlı şəxs tək səyahət edirsə, hər iki valideynindən ölkədən çıxış üçün icazə sənədi tələb olunur. Əgər valideynlərdən biri ilə səyahət edirsə, digər valideynin icazə sənədi təqdim edilməlidir.

Bundan əlavə, İspaniya viza mərkəzi vasitəsilə təqdim olunan bəzi sənədlər — məsələn, VÖEN sənədi, dövriyyə arayışı, reyestr çıxarışı, sponsorluq məktubu və ya icazə sənədləri — notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunmalıdır. Bu qaydaya əməl etmək İspaniya vizası almaq prosesinin daha düzgün və problemsiz şəkildə həyata keçirilməsinə kömək edir.

İspaniya Viza Müraciəti Prosesi

İspaniya Şengen vizası üçün müraciət Azərbaycanda Capago viza müraciət mərkəzi vasitəsilə həyata keçirilir. İspaniyanın Azərbaycanda konsulluq xidmətinin fəaliyyət göstərməməsi səbəbilə İspaniya viza müraciəti zamanı təqdim olunan sənədlər Fransa səfirliyinin konsulluq şöbəsi tərəfindən qiymətləndirilir və yekun qərar konsul tərəfindən verilir.

Sənədlərin təqdim edilməsi üçün əvvəlcədən Spain visa appointment – yəni onlayn viza görüşü təyin olunmalıdır. İspaniya viza mərkəzində sənədlərin təqdim edilməsi yalnız görüş əsasında həyata keçirilir. Viza müraciəti planlaşdırılan səfər tarixindən maksimum 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan şəxslər istisna olmaqla, bütün müraciətçilər sənədləri təqdim edərkən şəxsən iştirak etməlidirlər.

Barmaq izindən azad olan müraciətçilər aşağıdakı qruplara daxildir:

  • Son 3 il ərzində Şengen vizası almış və sistemdə barmaq izi mövcud olan şəxslər (Çexiya vizası istisna olmaqla)
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verməsi fiziki cəhətdən mümkün olmayan şəxslər
  • Diplomatik və ya xüsusi pasport sahibi olub İspaniyada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
  • İspaniyada fəaliyyət göstərən beynəlxalq təşkilatlarda səlahiyyət alacaq diplomatik və konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)

Adətən Şengen viza proseduru müraciət tarixindən sonra təxminən 3–5 iş günü ərzində nəticələnə bilər. Lakin təcrübə göstərir ki, Fransa səfirliyi viza nəticələrini müraciətçinin göstərdiyi səyahət tarixlərinə uyğun planlaşdırır. Səyahət tarixi daha yaxın olan müraciətçilərin viza nəticələri də adətən daha tez açıqlanır. Bununla yanaşı, müraciətin mürəkkəbliyi və əlavə sənəd tələbi də prosesin müddətinə təsir edə bilər.

İspaniya viza qiyməti isə aşağıdakı şəkildədir:

  • Viza rüsumu: 35 avro
  • Viza mərkəzinin xidmət haqqı: 26 avro

Viza rüsumu milli valyutada manatla nağd şəkildə və ya kart vasitəsilə istənilən valyutada ödənilə bilər. Viza mərkəzinin xidmət haqqı da eyni qaydada ödənilir. Qeyd etmək lazımdır ki, avro ilə göstərilən məbləğin manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə uyğun olaraq hesablanır.

İspaniya Vizası Alma Ehtimalına Təsir Edən Faktorlar

Hər bir ölkədə olduğu kimi İspaniya vizası üçün müraciət zamanı da nəticə əsasən müraciətçinin şəxsi profilindən asılı olur. İspaniya Şengen vizası almaq istəyən şəxslərin iş vəziyyəti, aylıq gəliri, bank hesabında olan vəsait və ümumi səyahət tarixçəsi viza qərarına birbaşa təsir edən əsas amillərdir. Sabit iş yerinin olması, vəzifənin normal səviyyədə olması və aylıq gəlirin standart maaş aralığında və ya daha yüksək olması müsbət faktor hesab olunur. Təcrübədə aylıq 400–500 AZN gəliri olan şəxslərin də İspaniya vizası almaq üçün uğurlu müraciət etdiyi hallara rast gəlinmişdir.

Bundan əlavə, İspaniya viza müraciəti zamanı bank hesabınızda planlaşdırdığınız səyahətin bütün xərclərini qarşılayacaq qədər vəsait göstərməyiniz vacibdir. Sizi ölkəyə bağlayan faktorların — məsələn, adınıza mülkün olması, ailə üzvlərinizin və ya uşaqlarınızın Azərbaycanda qalması kimi nüansların mövcudluğu da viza alma ehtimalını artırır. Eyni zamanda əvvəlki səyahət tarixçənizin və daha öncə aldığınız vizaların olması da müsbət qiymətləndirilən amillərdən biridir.

Təcrübə göstərir ki, ilk Şengen vizası üçün müraciət edən şəxslər arasında Fransa səfirliyi vasitəsilə İspaniya vizası alanlar kifayət qədər olsa da, bəzi hallarda ilk müraciət üçün bu seçim nisbətən riskli hesab oluna bilər. Xüsusilə profil göstəriciləri orta səviyyədə olan şəxslər üçün əvvəlki Şengen vizalarının mövcudluğu viza alma ehtimalını əhəmiyyətli dərəcədə artırır. Bununla belə, digər Qərbi Avropa ölkələri – məsələn Almaniya, İtaliya və ya Skandinaviya ölkələri ilə müqayisədə, bəzi hallarda Fransa səfirliyi ilk Şengen vizası üçün daha əlverişli seçim kimi də qiymətləndirilə bilər.

Tez-tez Verilən Suallar

1. İspaniya vizasına necə müraciət etmək olar?
Azərbaycan vətəndaşları İspaniya Şengen vizasına Capago viza müraciət mərkəzi vasitəsilə müraciət edə bilərlər. Sənədlərin qiymətləndirilməsi Fransa səfirliyi tərəfindən həyata keçirilir.

2. İspaniya vizası üçün hansı sənədlər tələb olunur?
Əsas sənədlər: pasport, Spain visa application form, fotoşəkil, səyahət sığortası, uçuş və otel bronları, bank arayışı, iş yerindən arayış və ya sponsor sənədləri. 18 yaşdan aşağı şəxslər üçün valideyn icazəsi tələb olunur.

3. İspaniya vizası almaq üçün maliyyə məbləği nə qədər olmalıdır?
Bank hesabınızda bir həftəlik səfər üçün 3.000–5.000 AZN və ya ekvivalent məbləğ göstərmək tövsiyə olunur. Hər gün üçün 70–80 avro xərci hesablayıb əlavə bir az çox göstərmək yaxşıdır.

4. Viza proseduru nə qədər çəkir?
Şengen viza proseduru adətən 3–5 iş günü davam edir, lakin müraciətin mürəkkəbliyindən və səyahət tarixindən asılı olaraq dəyişə bilər.

5. İspaniya vizası ilə hansı ölkələrə gedə bilərəm?
İspaniya Şengen vizası ilə bütün Şengen ölkələrinə səyahət mümkündür, lakin ilk girişinizi vizanı aldığınız ölkədən yəni İspaniyadan etməyiniz tövsiyə olunur.

6. Viza rüsumu nə qədərdir?
Viza rüsumu 35 avro, əlavə olaraq viza mərkəzinin xidmət haqqı 26 avro təşkil edir. Ödənişi manatla və ya kartla istənilən valyutada etmək mümkündür.

7. İşsiz və ya tələbəyəm, vizaya necə müraciət edə bilərəm?
Siz səyahət xərclərinizi qarşılayacaq sponsor göstərə bilərsiniz. Sponsor sənədləri və bank arayışı təqdim edilməlidir, əgər ailə üzvüdürsə, əlaqəni təsdiqləyən sənəd də əlavə olunur.

8. İlk Şengen vizamdır, şansım necədir?
Profilinizin güclü olması sabit iş, yetərli gəlir, bank balansı, ailə və mülk əlaqələri İspaniya Şengen vizası alma ehtimalını artırır. Daha öncə Şengen vizanızın olması da şansı yüksəldir.

İspaniyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə İspaniya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə İspaniya Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

İspaniyada bitməyən əyləncələrə yol açın!

Xoş səyahətlər!

Oxşar yazılar:

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026
Yeni il üçün Şengen vizası: Müraciətə nə vaxt başlamaq lazımdır?

Yeni il üçün Şengen vizası: Müraciətə nə vaxt başlamaq lazımdır?

Yeni ili Avropada keçirmək istəyirsinizsə, Şengen vizası üçün müraciətə səyahət tarixindən ən azı 1–2 ay əvvəl başlamaq məqsədəuyğundur. Yeni il dövründə viza mərkəzlərində sıxlıq yarana bildiyi üçün sənədlərin hazırlanması və görüş tarixinin alınmasını son həftələrə saxlamaq məsləhət görülmür. Yeni il üçün Vyana, Paris, Roma, Amsterdam və ya digər Şengen ölkələrinə səyahət planlaşdırırsınızsa, viza müraciətinin vaxtını […]

Vizam.az 28 sentyabr 2026
Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Bəli, Sinqapur vizası üçün bank çıxarışı maliyyə vəziyyətinizi göstərən dəstəkləyici sənəd kimi tələb oluna bilər. Lakin bank çıxarışı bütün müraciətlər üçün rəsmi şəkildə məcburi əsas sənəd kimi göstərilmir. Sinqapurun İmmiqrasiya və Nəzarət Məntəqələri İdarəsi (ICA) müraciət zamanı əlavə sənədlər tələb edə bilər və Sinqapura səfər edən şəxsin qalma müddəti ərzində özünü təmin etmək üçün kifayət […]

Vizam.az 24 sentyabr 2026
Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

İlk dəfə Şengen sərhədindən keçirsinizsə, pasportunuz, Şengen vizanız, uçuş və yaşayış məlumatlarınız, səfər planınız və lazım olduqda maliyyə imkanınızı göstərən sənədlər hazır olmalıdır. Sərhəd nəzarətində əməkdaş səfərin məqsədi, qalacağınız yer və geri dönüş planınız barədə qısa suallar verə bilər. Etibarlı Şengen vizasının olması girişə avtomatik zəmanət vermir. Xarici sərhəddə səyahətçinin giriş şərtlərinə uyğunluğu ayrıca yoxlanılır. […]

Vizam.az 24 sentyabr 2026
Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcunun olması təkbaşına viza almağa avtomatik maneə deyil. Viza müraciətində əsas məsələ kredit borcunun mövcudluğu deyil, müraciət edən şəxsin ümumi maliyyə vəziyyəti, sabit gəliri, bank hesabındakı vəsaitin mənbəyi və səfərin xərclərini qarşılamaq imkanının inandırıcı şəkildə göstərilməsidir. Məsələn, şəxsin aktiv istehlak krediti və ya ipoteka ödənişi ola bilər. Əgər onun sabit gəliri, normal bank hesabı […]

Vizam.az 23 sentyabr 2026
Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

ABŞ vizasının olması avtomatik olaraq Kanada və Meksikaya giriş hüququ vermir. Kanada və Meksikanın viza və giriş qaydaları bir-birindən fərqlidir. Azərbaycan pasportu ilə səyahət edirsinizsə, Kanadaya getmək üçün ümumiyyətlə Kanada vizası tələb olunur. ABŞ vizasının olması Kanada vizasını avtomatik əvəz etmir. Meksikada isə fərqli qayda tətbiq olunur: etibarlı ABŞ vizası olan şəxslər müəyyən şərtlərlə ayrıca […]

Vizam.az 21 sentyabr 2026
Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Xeyr. Şengen vizası aldığınız ölkədən Şengen zonasına ilk giriş etmək ümumi qayda olaraq məcburi deyil. Məsələn, Fransadan Şengen vizası almısınızsa, müəyyən hallarda Şengen zonasına İtaliya, Almaniya, Niderland və ya başqa Şengen ölkəsindən daxil ola bilərsiniz. Avropa Komissiyasının rəsmi məlumatına görə, bir Şengen ölkəsi tərəfindən verilmiş viza ilə başqa Şengen ölkəsinin xarici sərhədindən də giriş mümkündür. […]

Vizam.az 18 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edərkən ən vacib məsələlərdən biri hansı ölkənin konsulluğuna müraciət etməli olduğunuzu düzgün müəyyən etməkdir. Əgər səfəriniz zamanı yalnız bir Şengen ölkəsinə gedirsinizsə, müraciəti həmin ölkənin səlahiyyətli konsulluğuna təqdim etməlisiniz. Bir neçə Şengen ölkəsinə səfər edirsinizsə, əsas qayda əsas təyinat ölkəsini (main destination) müəyyən etməkdir. Əsas təyinat ölkəsi, ümumiyyətlə, səfər zamanı ən […]

Vizam.az 17 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edən şəxslərin ən çox qarışdırdığı məsələlərdən biri müraciətin hansı ölkəyə edilməli olmasıdır. Bir neçə Şengen ölkəsini əhatə edən səyahət planınız varsa, vizaya istənilən Şengen ölkəsinin konsulluğuna müraciət etmək düzgün deyil. Əsas qayda budur: Şengen vizası üçün müraciət səfərin əsas təyinat ölkəsinə edilməlidir. Əgər səfər zamanı bir neçə ölkədə qalacaqsınızsa, əsas təyinat […]

Vizam.az 15 sentyabr 2026