İSPANİYA ŞENGEN VİZASINI ALMAĞIN YOLU

Yeniləndi: 13 fevral 2025 22464 baxış 6 dəq. oxu

Avropanın ən böyük turizm ölkələrindən biri olan, paytaxt Madridi, Barselonası ilə dünyada tanınan, özünəməxsus mədəniyyəti və incəsənəti, şəhərlərinin və dünyaca məşhur tikililərinin memarlıq üslubu ilə hər il 60 milyondan çox turistə ev sahibliyi edən İspaniya! Əgər siz də bu ölkəni öz gözlərinizlə görüb heyran olmaq istəyirsinizsə, əldə etməli olduğunuz İspaniya Şengen vizası haqda ətraflı məlumatı bu məqalədən öyrənə bilərsiniz.

İspaniya Viza Növləri

İspaniya Şengen ölkələri siyahısına aid olduğuna görə siz müvəqqəti səyahətinizi reallaşdırmaq üçün İspaniya Şengen vizasına müraciət edərək bu vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz İspaniyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə İspaniya milli vizasına da müraciət edə bilərsiniz. Hazırda isə biz sizə İspaniya Şengen vizası haqqında ümumi məlumat verəcəyik.

İspaniya Şengen Vizası

İspaniya Şengen vizası təkgirişli və çoxgirişli ola bilər. Həmçinin, siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. İspaniya Şengen vizasını almaq sizə səyahətiniz boyu bütün Şengen ölkələrinə qapı açır. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni İspaniyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə İspaniya vizası ilə Şengen ərazisinə başqa bir giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz İspaniya Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı olaraq ən çox İspaniyada qalacağınızı göstərməlisiniz. İspaniyadan əlavə Fransa, Portuqaliya, İtaliya və digər Avropa ölkələri də bir çox şəxs tərəfindən səyahət tur planlarına əlavə edilir. Bu kimi hallar sizin viza müraciətinizdə heç bir problem yaratmayacaq nüanslardır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni İspaniya göstərməyiniz İspaniya Şengen vizasına müraciətiniz üçün yetərli olacaqdır.

İspaniya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

İspaniya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  14. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Qeyd edək ki, təcrübəmizdə görünmüşdür ki, İspaniya vizası üçün müraciət edilən Fransa səfirliyi ilk viza müraciətini edən şəxslərdən əksər hallarda iş yerindən arayışdan əlavə e.gov.az hökumət portalından çıxarış da tələb edib. Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Nadir hallarda da olsa, Fransa səfirlyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi hallar yaşanmışdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

İspaniya Şengen vizası üçün müraciət Fransa Səfirliyinin Capago adlı viza müraciət mərkəzində olunur. İspaniyanın ölkəmizdə konsulluğu fəaliyət göstərməməsi səbəbilə viza haqda qərar Fransa səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşü onlayn şəkildə əldə edilir. Sənədləri təqdim etmək üçün əvvəlcədən görüş təyini mütləqdir. Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir.

Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:

  • Son 3 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər (Çexiya vizası istisna olmaqla)
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər;
  • Diplomatik və ya xüsusi pasport sahibi olan və İspaniyada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
  • İspaniyada mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)

Şengen viza proseduru müraciət tarixindən etibarən 3-5 iş günü çəkə bilər.

Qeyd edək ki, təcrübəmiz göstərir ki, Fransa Səfirliyi viza prosedurunun müddətini səyahətin başlama tarixinə uyğun planlaşdırır. Səyahət tarixləri daha yaxın olan müraciətçilərin viza nəticəsi də daha tez bəlli olur. Lakin, viza prosedurunun müddəti yalnız bu faktordan asılı olmur, keysin mürəkkəbliyi də burada rol oynaya bilir.

Viza rüsumu 35 avro təşkil edir. Bu məbləğ milli valyutada, yəni manatla nağd şəkildə və ya kartla istənilən valyutada ödənilə bilər. Sənədləri təhvil verərkən viza rüsumundan əlavə 26 avro viza mərkəzinin xidmət haqqı kimi ödənilir. Bu ödənişi də nəğd şəkildə yalnız manatla və ya kartla istənilən valyutada etmək mümkündür. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.

İspaniya Şengen Vizası Alma Ehtimalı

Hər bir ölkənin viza müraciətində olduğu kimi İspaniyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və ya daha yüksək olması (təcrübədə 400-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin yaxşı olması sizin İspaniya Şengen vizası alma şansınızı artıran faktorlardır. Təcrübəmizdə ilk Şengen vizasını Fransa səfirliyindən əldə etmiş şəxslərin kifayət qədər olmasına baxmayaraq, biz profili yüksək səviyyədə (yuxarıda sadalanan nüansların kifayət qədər yaxşı olduğu halda) olduğu hallar xaricində bir şəxs üçün ilk viza müraciəti zamanı Fransa səfirliyinin bir qədər riskli olduğunu qeyd edirik. Daha öncə bir və ya bir neçə Şengen vizanızın olması sizin Fransa səfirliyindən İspaniya vizası alma ehtimalınızı əhəmiyyətli dərəcədə yüksəldə bilir. Yenə də digər Qərbi Avropa və yüksək inkişaf etmiş Avropa ölkələrinə (Almaniya, İtaliya, Skandinaviya ölkələri və s.) nəzərən Fransa səfirliyi bəzi nüansların mövcudluğu halında ilk viza müraciəti üçün nisbətən daha yaxşı seçim ola bilər.

İspaniyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə İspaniya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə İspaniya Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

İspaniyada bitməyən əyləncələrə yol açın! Xoş səyahətlər!

Yeniləndi: 23.01.2025

Oxşar yazılar:

2026-ci ildə Amerika Vizası Necə Ala Bilərəm?

2026-ci ildə Amerika Vizası Necə Ala Bilərəm?

Amerika Birləşmiş Ştatlarına səyahət etmək bir çox Azərbaycan vətəndaşı üçün həm turistik, həm də biznes və təhsil baxımından böyük maraq doğurur. Xüsusilə 2026-cı ildə Amerika vizası necə alınır, ABŞ vizası üçün hansı sənədlər lazımdır və Amerika vizası almaq çətindirmi kimi suallar Google-da ən çox axtarılan mövzular sırasındadır. ABŞ vizası mürəkkəb və mərhələli prosesə malik olduğu […]

Vizam.az 07 yanvar 2026
2026-cı ildə Şengen Vizası Qiyməti

2026-cı ildə Şengen Vizası Qiyməti

Şengen vizası Avropa ölkələrinə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün ən çox müraciət olunan vizalardan biridir. Hər il olduğu kimi, 2026-cı ildə Şengen vizası qiyməti də səyahət planlaşdıran şəxslərin ən çox maraqlandığı mövzular sırasındadır. Viza rüsumları, xidmət haqları və əlavə xərclər ölkədən-ölkəyə və müraciət növünə görə dəyişə bilər. Bu səbəbdən Şengen vizasına müraciət etməzdən əvvəl […]

Vizam.az 06 yanvar 2026
Monteneqro Azərbaycan Vətəndaşları üçün Vizasız Rejimi Dayandırır?

Monteneqro Azərbaycan Vətəndaşları üçün Vizasız Rejimi Dayandırır?

Son dövrlərdə Azərbaycan vətəndaşları üçün vizasız səyahət imkanlarında mühüm dəyişikliklər baş verir. Bu dəyişikliklərdən biri də Monteneqro ilə bağlıdır. Hazırda Azərbaycan pasportuna sahib şəxslər Monteneqroya 15 yanvar 2026-cı il tarixinədək vizasız səyahət edə bilirlər. Lakin rəsmi qərara əsasən, 15 yanvar tarixindən etibarən Monteneqro Azərbaycan vətəndaşları üçün viza tətbiq edəcək. Bu blog yazısında Monteneqroya vizasız girişin […]

Vizam.az 06 yanvar 2026
Şengen Vizası Almaq Üçün Güclü Profil Necə Olmalıdır?

Şengen Vizası Almaq Üçün Güclü Profil Necə Olmalıdır?

Şengen vizasına müraciət edənlərin ən çox buraxdığı səhvlərdən biri düşünməkdir ki, yalnız sənədlərin tam olması viza almaq üçün kifayətdir. Halbuki konsulluqlar üçün əsas meyar təkcə təqdim edilən sənədlər deyil, müraciətçinin ümumi profili, yəni onun sosial, maliyyə və səyahət baxımından etibarlılığıdır. Bu səbəbdən Şengen vizası almaq üçün “güclü profil” anlayışı xüsusi əhəmiyyət daşıyır. Güclü profil dedikdə, […]

Vizam.az 24 dekabr 2025
TLS Viza Mərkəzi ilə Şengen Vizası Almaq

TLS Viza Mərkəzi ilə Şengen Vizası Almaq

Avropaya səyahət etməyi planlaşdıran müraciətçilər üçün viza prosesi bəzən mürəkkəb və vaxt aparan görünə bilər. Məhz bu səbəbdən viza mərkəzləri yaradılıb. Viza mərkəzlərinin əsas məqsədi, səfirliklər adından sənəd qəbulu aparmaq, müraciət prosesini daha sistemli və şəffaf şəkildə həyata keçirmək və müraciətçilərə texniki dəstək göstərməkdir. Bu mərkəzlər viza qərarı vermir, lakin Şengen vizası müraciəti prosesinin düzgün […]

Vizam.az 23 dekabr 2025
Şengen Vizası ilə Səyahət Edə Biləcəyiniz Ölkələr

Şengen Vizası ilə Səyahət Edə Biləcəyiniz Ölkələr

Avropaya səyahət etmək istəyən hər bir müraciətçi üçün Şengen vizası əsas giriş qapısıdır. Şengen vizası ilə yalnız bir ölkəyə deyil, eyni zamanda Şengen razılaşmasına daxil olan bütün Avropa ölkələrinə sərbəst səyahət etmək mümkündür. Bu vizaya müraciət edən şəxslər, adətən turistlər, tələbələr və iş məqsədli səyahətçilərdir. Müraciətçilər üçün əsas prioritet, vizanı vaxtında və düzgün sənədlərlə əldə […]

Vizam.az 23 dekabr 2025
İlk Şengen Vizası Müraciəti üçün Polşa Vizası Niyə Uyğundur?

İlk Şengen Vizası Müraciəti üçün Polşa Vizası Niyə Uyğundur?

İlk dəfə viza müraciəti etmək bir çox insan üçün həm həyəcanlı, həm də düşündürücü prosesdir. Xüsusilə ilk Şengen vizası müraciəti zamanı doğru ölkə seçimi müraciətin nəticəsinə birbaşa təsir göstərir. Çünki ilk viza seçimi zamanı səfirliklər müraciətçi haqqında təqdim olunan məlumatları, səfər məqsədini, maliyyə vəziyyətini və ümumi profil uyğunluğunu daha diqqətlə qiymətləndirir. Bu səbəbdən ilk Şengen […]

Vizam.az 23 dekabr 2025
Avropaya Daha Asan Viza Almaq İstəyirsiniz?

Avropaya Daha Asan Viza Almaq İstəyirsiniz?

Avropaya səyahət etmək, yeni ölkələr kəşf etmək və fərqli mədəniyyətləri yaşamaq hər zaman hər birimizin arzusudur. Lakin səyahət planlarının reallaşmasında ən vacib mərhələlərdən biri düzgün və vaxtında viza almaqdır. Polşa, həm tarixi zənginliyi, həm də müasir şəhərləri ilə Avropanın ən cazibədar ölkələrindən biridir və turistlər üçün əlçatan vizası ilə diqqət çəkir. Polşaya səfər etməyi düşünənlər […]

Vizam.az 23 dekabr 2025
Fransa Şengen Vizasına Müraciət  üçün İdeal Vaxtlar Yaxınlaşır…

Fransa Şengen Vizasına Müraciət üçün İdeal Vaxtlar Yaxınlaşır…

Fransaya səfər planlaşdırırsınızsa, vizaya müraciət üçün ən ideal vaxtları bilmək çox vacibdir. Səyahət üçün düzgün vaxtı seçmək həm tətil təcrübənizin keyfiyyətini artırır, həm də Şengen viza müraciəti prosesini rahatlaşdırır. Fransa səfəri üçün yanvar, fevral və mart ayları həm mədəni, həm əyləncəli, həm də alış-veriş imkanları ilə dolu aylar olaraq fərqlənir. Bu aylarda moda nümayişləri, rəngarəng […]

Vizam.az 17 dekabr 2025
Multi-Viza nədir?

Multi-Viza nədir?

Xaricə tez-tez səyahət edənlər üçün viza müraciət prosesinin hər səfər öncəsi yenidən təkrarlanması həm vaxt, həm də əlavə xərc deməkdir. Məhz bu səbəbdən son illərdə multi-viza anlayışı səyahət planlamasında daha çox ön plana çıxır. Multi-viza, eyni viza ilə bir ölkəyə və ya ölkələr qrupuna bir neçə dəfə giriş-çıxış imkanı verən viza növü kimi səyahətçilərə ciddi […]

Vizam.az 16 dekabr 2025