İslandiya Vizası Necə Ala Bilərəm?

Yeniləndi: 16 sentyabr 2025 1223 baxış 6 dəq. oxu
islandiya vizası
islandiya vizası

İslandiya unikal təbiəti, şimal işıqları, vulkanları, buzlaqları və isti termal bulaqları ilə milyonlarla turistin arzusudur. Avropanın ən şimalında yerləşən bu ada ölkəsi İslandiya adası həm səyahət, həm də təhsil və iş imkanları baxımından azərbaycanlıların maraq dairəsindədir. Lakin İslandiyaya səyahət etməyi planlaşdıran hər kəs üçün ilk və ən vacib addım İslandiya vizası almaqdır.

Bir çox insanın ağlına ilk gələn suallar belədir:

  • İslandiya vizası üçün hara müraciət etməliyəm?
  • Hansı sənədlər lazımdır?
  • Viza almaq neçə gün çəkir və şansı artırmaq üçün nələrə diqqət etməliyəm?
  • Əgər Şengen vizam varsa, ayrıca İslandiya vizası almalıyam?

Bu yazıda biz bütün bu suallara cavab verəcəyik və “İslandiya vizası necə alınır?” mövzusunu addım-addım izah edəcəyik. Unutmayaq ki, İslandiya Avropa İttifaqının üzvü olmasa da, Şengen zonasına daxildir. Bu isə o deməkdir ki, İslandiyaya səyahət üçün Şengen vizası keçərlidir və bu viza ilə İslandiya ilə yanaşı digər Avropa ölkələrinə də səyahət etmək mümkündür.

Azərbaycandan İslandiyaya getmək istəyənlər üçün xüsusi müraciət proseduru mövcuddur. Burada əsas məqam düzgün sənədlərin hazırlanması, maliyyə imkanlarının təsdiqi və səyahət planının aydın göstərilməsidir. Çünki İslandiya konsulluqları müraciətləri çox diqqətlə yoxlayır. Ən kiçik bir səhv belə viza rəddinə səbəb ola bilər.

İslandiya viza növləri hansılardır?

İslandiyaya səyahət etmək üçün əsasən iki kateqoriya üzrə viza müraciəti mümkündür: İslandiya Şengen vizası və İslandiya milli vizası. Hər iki viza növü fərqli məqsədlər üçün nəzərdə tutulub və müraciət zamanı təqdim edilməli olan sənədlər də bu məqsədə uyğun dəyişir.

1. İslandiya Şengen vizası
İslandiya Şengen ölkələri siyahısına daxil olduğuna görə, qısamüddətli səfərlər üçün Şengen vizası kifayətdir. Bu viza ilə 180 gün ərzində maksimum 90 gün müddətinə İslandiyaya səyahət edə bilərsiniz. Ən çox müraciət edilən İslandiya turizm vizası da məhz bu kateqoriyaya daxildir.

Şengen vizası aşağıdakı məqsədlərlə alınır:

  • Turizm – şimal işıqlarını izləmək, təbiəti kəşf etmək, vulkanlar və buzlaqları görmək üçün.
  • Ailə və dostlara ziyarət – İslandiyada yaşayan yaxınlarınıza baş çəkmək üçün.
  • İşgüzar səfərlər – konfrans, sərgi və ya görüşlərdə iştirak üçün.
  • Tibbi müayinə və müalicə – İslandiya klinikalarında qısamüddətli prosedurlar üçün.
  • Qısamüddətli təhsil və mübadilə proqramları – dil kursları, təlimlər və tələbə dəyişimi proqramları üçün.

2. İslandiya milli vizası (D-viza)
Əgər İslandiyada 90 gündən çox qalmağı planlaşdırırsınızsa, bu halda İslandiya milli vizasına müraciət etməlisiniz. Bu viza əsasən uzunmüddətli təhsil və ya iş imkanları üçün nəzərdə tutulur.

Milli vizaya müraciət üçün tələb olunan əsas səbəblər:

  • İslandiyada təhsil vizası – bakalavr, magistr və doktorantura proqramlarında oxumaq üçün. Bu halda qəbul olduğunuz universitetdən və ya təhsil müəssisəsindən rəsmi qəbul məktubu təqdim edilməlidir.
  • İslandiyada iş vizası – ölkədə yerləşən şirkət və ya qurumda daimi işləmək üçün. Bunun üçün rəsmi iş dəvət məktubu tələb olunur.
  • Ailə birləşməsi vizası – həyat yoldaşı və ya digər ailə üzvləri ilə birgə.

İslandiya Vizasına necə Müraciət Etmək Olar?

Azərbaycan vətəndaşları üçün İslandiyanın Bakıda səfirliyi və ya konsulluğu olmadığına görə, viza müraciətləri birbaşa başqa ölkənin səlahiyyətli konsulluğu və ya viza mərkəzi vasitəsilə qəbul edilir. Adətən Danimarka və ya Norveç səfirlikləri İslandiya vizası üçün məsul qurum olur. Bu səbəbdən siz İslandiya Şengen vizası müraciətini həmin ölkələrin viza mərkəzləri vasitəsilə edə bilərsiniz.

Müraciət prosesi necədir?

1. Ərizə formasının doldurulması
İlk addım olaraq İslandiya vizası ərizə forması onlayn və ya kağız üzərində doldurulur. Burada şəxsi məlumatlarınız, səyahət məqsədiniz və qalma müddətiniz aydın şəkildə göstərilməlidir.

2. Sənədlərin hazırlanması
Pasport, biometrik şəkil, səyahət planı, otel və aviabilet rezervasiyası, bank arayışı, sığorta və digər tələb olunan sənədləri tam və düzgün şəkildə toplamaq vacibdir.

3. Onlayn randevu götürmək
Sənədləri təqdim etmək üçün randevu götürülür. Bu randevu günü siz həm sənədlərinizi təhvil verirsiniz, həm də barmaq izi (biometrik məlumat) verirsiniz.

4. Konsulluq rüsumunun ödənilməsi
Hər müraciət üçün İslandiya Şengen vizası rüsumu ödənilməlidir. Əlavə olaraq, viza mərkəzi xidməti üçün ödəniş də tələb oluna bilər.

5. Viza cavabını gözləmək
Müraciətiniz emal olunduqdan sonra nəticə adətən 10-15 iş günü ərzində bəlli olur. Uzunmüddətli İslandiya milli vizası üçün isə bu müddət daha uzun ola bilər (təxminən 1-2 ay).

İslandiya vizasına necə müraciət etmək olar?

İslandiya vizası almaq istəyən hər bir şəxs müraciət prosesini düzgün aparmalıdır. Ən çox verilən suallardan biri də budur: “İslandiya vizasına necə müraciət edə bilərəm?” Cavab isə müraciət məqsədinizdən – turizm, iş, təhsil və ya ailə birləşməsindən – asılı olaraq dəyişir.

İslandiya Şengen vizası: təkgirişli və çoxgirişli imkanlar

Qısamüddətli səfərlər üçün İslandiya Şengen vizasına müraciət edilir. Bu viza digər Şengen vizaları kimi həm təkgirişli, həm də çoxgirişli ola bilər. Yəni, səyahət müddətiniz ərzində İslandiyaya bir dəfə və ya bir neçə dəfə daxil olmaq imkanınız var. Bundan əlavə, 3 ay, 6 ay, 1 il, 2 il və ya hətta 5 ilə qədər etibarlı olan uzunmüddətli Şengen vizalarına da müraciət etmək mümkündür.

Şengen vizası ilə digər ölkələrə səyahət etmək olur?

İslandiya Şengen vizası əldə etdikdən sonra, bu viza ilə bütün Şengen ölkələrinə səyahət edə bilərsiniz. Lakin diqqət etməli olduğunuz əsas məsələ ilk giriş qaydasıdır. Vizam.az komandası məsləhət görür ki, ilk olaraq vizanı aldığınız ölkədən yəni İslandiyadan giriş edin. Çünki bəzi hallarda sərhəd xidməti digər ölkədən giriş edən şəxslərə çətinlik yarada bilər. Bu nadir hallarda yaşansa da, riskdən uzaq olmaq üçün İslandiyadan giriş etmək daha məqsədəuyğundur.

İslandiya viza müraciətində səyahət planı necə göstərilməlidir?

Müraciət zamanı səyahət planınızın əsas hissəsi İslandiya üzərində qurulmalıdır. Yəni, əgər ümumi səyahətinizdə bir neçə ölkə varsa (məsələn, Norveç, İsveç, Finlandiya və digər Avropa ölkələri), müraciət zamanı ən çox qalacağınız ölkə kimi İslandiyanı qeyd etməlisiniz. Bu, İslandiya vizası üçün müraciətinizi qanuni və məntiqli əsaslandıracaq.

İslandiya viza növlərinə müraciət:

  • İslandiya turizm vizası – qısamüddətli gəzinti, təbiət və mədəniyyət turizmi üçün.
  • İslandiya iş vizası – rəsmi iş dəvəti əsasında uzunmüddətli qalmaq üçün.
  • İslandiyada təhsil vizası – bakalavr, magistr və ya doktorantura üzrə qəbul məktubu təqdim edən tələbələr üçün.
  • İslandiya uzunmüddətli vizası (D-viza) – 90 gündən artıq qalmaq istəyənlər üçün, əsasən təhsil, iş və ailə birləşməsi məqsədləri ilə.

Hansı Sənədlər Tələb Olunur?

İslandiya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  • Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  • Şəxsiyyət vəsiqənizin surəti
  • İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  • Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  • Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  • Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  • 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  • Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  • Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  • Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  • İngilis dilində doldurulmuş ərizə forması
  • Onlayn ödəniş çekinizin çap versiyası
  • Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.500-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

İslandiya vizası proseduru necə həyata keçirilir?

İslandiya vizası almaq istəyən Azərbaycan vətəndaşları üçün İslandiya Şengen vizası proseduru müəyyən qaydalarla həyata keçirilir. Qısamüddətli İslandiya turizm vizası və digər Şengen vizaları üçün müraciət prosesi aşağıdakı kimi icra olunur.

Müraciət üçün yer və ilkin addımlar

Azərbaycan vətəndaşları İslandiya vizası müraciətini birbaşa Bakıda yerləşən Norveç VFS Global viza mərkəzi vasitəsilə edə bilərlər. Viza haqda son qərarı isə Ankaradakı Norveç səfirliyinin konsulluq şöbəsindəki konsul verir.

Viza görüşünü təyin etmək üçün VFS Global viza mərkəzinin +994 12 310 57 03 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Müraciət səfər tarixindən ən tez 6 ay əvvəl başlaya bilər.

Barmaq izindən azad olan müraciətçilər

Bütün müraciətçilər sənədləri təqdim edərkən şəxsən iştirak etməlidir. Lakin aşağıdakı qruplar barmaq izindən azad edilir və notarial etibarnamə verdikləri halda şəxsən iştirak etməyə bilərlər:

  • Son 5 ildə Şengen vizası almış və sistemdə barmaq izi olan şəxslər
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verməyə fiziki olaraq imkan olmayan şəxslər
  • Diplomatik və xüsusi pasport sahibləri
  • İslandiya mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq təşkilatda çalışacaq diplomatlar və onların ailə üzvləri

Müraciət müddəti və viza emalı

İslandiya Şengen vizası proseduru adətən müraciət tarixindən etibarən 4 həftə davam edir. Bu müddətə:

  • Sənədlərin Azərbaycandakı viza mərkəzindən Ankaradakı səfirliyə göndərilməsi və geri qaytarılması
  • Konsulluğun sənədləri nəzərdən keçirməsi və qərar verməsi (təxminən 10-15 gün) daxildir

Viza rüsumu və xidmət haqqı

  • Şengen vizası rüsumu: 35 avro (onlayn ödənilir)
  • Viza mərkəzinin xidmət haqqı: 55 AZN
  • İkitərəfli kuryer xidmət haqqı: 74 AZN
  • SMS xidməti (pasportun hazır olduğunu bildirmək üçün): 3 AZN

Ödənişlər nağd şəkildə yalnız manatla qəbul olunur. Müraciət edərkən səyahət planınızı real göstərmək, qalma müddətinizi və məqsədinizi dəqiq qeyd etmək vacibdir. Əgər planınızda İslandiya ilə yanaşı digər Şengen ölkələri də varsa, ən çox qalacağınız ölkə kimi İslandiyanı qeyd etmək mütləqdir. Bu, İslandiya vizası üçün müraciətinizin qəbul şansını artırır.

İslandiyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə İslandiya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin və otellərinizin alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə İslandiya Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Buz adasında isti və xoşbəxt anlar sizi gözləyir! Xoş səyahətlər!

Oxşar yazılar:

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026
Yeni il üçün Şengen vizası: Müraciətə nə vaxt başlamaq lazımdır?

Yeni il üçün Şengen vizası: Müraciətə nə vaxt başlamaq lazımdır?

Yeni ili Avropada keçirmək istəyirsinizsə, Şengen vizası üçün müraciətə səyahət tarixindən ən azı 1–2 ay əvvəl başlamaq məqsədəuyğundur. Yeni il dövründə viza mərkəzlərində sıxlıq yarana bildiyi üçün sənədlərin hazırlanması və görüş tarixinin alınmasını son həftələrə saxlamaq məsləhət görülmür. Yeni il üçün Vyana, Paris, Roma, Amsterdam və ya digər Şengen ölkələrinə səyahət planlaşdırırsınızsa, viza müraciətinin vaxtını […]

Vizam.az 28 sentyabr 2026
Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Bəli, Sinqapur vizası üçün bank çıxarışı maliyyə vəziyyətinizi göstərən dəstəkləyici sənəd kimi tələb oluna bilər. Lakin bank çıxarışı bütün müraciətlər üçün rəsmi şəkildə məcburi əsas sənəd kimi göstərilmir. Sinqapurun İmmiqrasiya və Nəzarət Məntəqələri İdarəsi (ICA) müraciət zamanı əlavə sənədlər tələb edə bilər və Sinqapura səfər edən şəxsin qalma müddəti ərzində özünü təmin etmək üçün kifayət […]

Vizam.az 24 sentyabr 2026
Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

İlk dəfə Şengen sərhədindən keçirsinizsə, pasportunuz, Şengen vizanız, uçuş və yaşayış məlumatlarınız, səfər planınız və lazım olduqda maliyyə imkanınızı göstərən sənədlər hazır olmalıdır. Sərhəd nəzarətində əməkdaş səfərin məqsədi, qalacağınız yer və geri dönüş planınız barədə qısa suallar verə bilər. Etibarlı Şengen vizasının olması girişə avtomatik zəmanət vermir. Xarici sərhəddə səyahətçinin giriş şərtlərinə uyğunluğu ayrıca yoxlanılır. […]

Vizam.az 24 sentyabr 2026
Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcunun olması təkbaşına viza almağa avtomatik maneə deyil. Viza müraciətində əsas məsələ kredit borcunun mövcudluğu deyil, müraciət edən şəxsin ümumi maliyyə vəziyyəti, sabit gəliri, bank hesabındakı vəsaitin mənbəyi və səfərin xərclərini qarşılamaq imkanının inandırıcı şəkildə göstərilməsidir. Məsələn, şəxsin aktiv istehlak krediti və ya ipoteka ödənişi ola bilər. Əgər onun sabit gəliri, normal bank hesabı […]

Vizam.az 23 sentyabr 2026
Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

ABŞ vizasının olması avtomatik olaraq Kanada və Meksikaya giriş hüququ vermir. Kanada və Meksikanın viza və giriş qaydaları bir-birindən fərqlidir. Azərbaycan pasportu ilə səyahət edirsinizsə, Kanadaya getmək üçün ümumiyyətlə Kanada vizası tələb olunur. ABŞ vizasının olması Kanada vizasını avtomatik əvəz etmir. Meksikada isə fərqli qayda tətbiq olunur: etibarlı ABŞ vizası olan şəxslər müəyyən şərtlərlə ayrıca […]

Vizam.az 21 sentyabr 2026
Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Xeyr. Şengen vizası aldığınız ölkədən Şengen zonasına ilk giriş etmək ümumi qayda olaraq məcburi deyil. Məsələn, Fransadan Şengen vizası almısınızsa, müəyyən hallarda Şengen zonasına İtaliya, Almaniya, Niderland və ya başqa Şengen ölkəsindən daxil ola bilərsiniz. Avropa Komissiyasının rəsmi məlumatına görə, bir Şengen ölkəsi tərəfindən verilmiş viza ilə başqa Şengen ölkəsinin xarici sərhədindən də giriş mümkündür. […]

Vizam.az 18 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edərkən ən vacib məsələlərdən biri hansı ölkənin konsulluğuna müraciət etməli olduğunuzu düzgün müəyyən etməkdir. Əgər səfəriniz zamanı yalnız bir Şengen ölkəsinə gedirsinizsə, müraciəti həmin ölkənin səlahiyyətli konsulluğuna təqdim etməlisiniz. Bir neçə Şengen ölkəsinə səfər edirsinizsə, əsas qayda əsas təyinat ölkəsini (main destination) müəyyən etməkdir. Əsas təyinat ölkəsi, ümumiyyətlə, səfər zamanı ən […]

Vizam.az 17 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edən şəxslərin ən çox qarışdırdığı məsələlərdən biri müraciətin hansı ölkəyə edilməli olmasıdır. Bir neçə Şengen ölkəsini əhatə edən səyahət planınız varsa, vizaya istənilən Şengen ölkəsinin konsulluğuna müraciət etmək düzgün deyil. Əsas qayda budur: Şengen vizası üçün müraciət səfərin əsas təyinat ölkəsinə edilməlidir. Əgər səfər zamanı bir neçə ölkədə qalacaqsınızsa, əsas təyinat […]

Vizam.az 15 sentyabr 2026