BUZ ADASINA SƏYAHƏT! İSLANDİYA ŞENGEN VİZASI

Yeniləndi: 12 fevral 2025 6927 baxış 6 dəq. oxu

Gerçək səyahətsevərlərin üz tutduğu, Avropanın buz adası İslandiya. Təbiətinin və coğrafiyasının mükəmməlliyindən əlavə, gözəl mənzərələri, qeyzerləri, dağları, auroraları və sahib olduğu daha bir çox özünəməxsus özəllikləri ilə İslandiya bir çoxları üçün ideal səyahət deyildikdə ağla gələn ilk ölkələrdən biridir. Bütün dünya üçün maraqlı olan bu adaya isə İslandiya Şengen vizası ilə giriş edə bilərsiniz. Viza haqqında ətraflı məlumatı bu məqalədən əldə edə bilərsiniz.

İslandiya Viza Növləri

Şengen ölkələri siyahısında yer alan İslandiyaya müvəqqəti səyahətinizi reallaşdırmaq üçün İslandiya Şengen vizasına müraciət edərək vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz İslandiyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə İslandiya milli vizasına da müraciət edə bilərsiniz.

İslandiya Şengen Vizası

İslandiya Şengen vizası digər Şengen vizaları kimi təkgirişli və çoxgirişli ola bilir. Eyni zamanda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Siz İslandiya Şengen vizasını əldə etdikdən sonra səyahətiniz ərzində istənilən Şengen ölkəsinə daxil ola bilərsiniz. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni İslandiyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə İslandiya vizası ilə Şengen ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

İslandiya Şengen vizasına müraciət etdiyiniz təqdirdə səyahət müddətiniz ərzində ən çox qalacağınız ölkə kimi İslandiyanı göstərməlisiniz. Bəzi səyahətçilər bu ada ölkəsinə üz tutmağı planlayarkən öz tur planlarına Norveç, İsveç, Finlandiya kimi Skandinav ölkələrini və ya bir neçə digər Avropa ölkələrini də əlavə edirlər. Səyahət tur planınızda İslandiyadan əlavə bu ölkələrin də yer alması viza müraciətinizdə sizə problem yaratmır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni İslandiya göstərməyiniz viza üçün məhz İslandiya vizasına müraciət edə bilməyiniz üçün yetərli olacaqdır.

İslandiya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

İslandiya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Onlayn ödəniş çekinizin çap versiyası
  14. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.500-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

İslandiya Şengen vizası üçün müraciət Ankarada yerləşən Norveç Səfirliyinin Azərbaycandakı VFS Global adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Ankaradakı Norveç səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi iş saatları ərzində Norveç VFS Global viza müraciət mərkəzinin +994 12 310 57 03 telefon nömrəsi ilə əlaqə saxlamaqla təyin etmək mümkündür.

Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. Barmaq izindən azad olan müraciətçilərin isə sənədləri təqdim etmək üçün başqa bir şəxsə notarial qaydada etibarnamə verdikləri halda şəxsən iştirakları mütləq deyil.

Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:

  • Son 5 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər;
  • Diplomatik və ya xüsusi pasport sahibi olan və Belçikada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
  • İslandiya mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)

İslandiya Şengen vizası proseduru müraciət tarixindən etibarən, adətən, 4 həftə (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir. Bu müddətə sənədlərin Azərbaycandakı viza mərkəzindən Ankaradakı səfirliyə çatdırılması və geri qaytarılması və eyni zamanda müraciət Ankaradakı səfirlik tərəfindən qəbul edildikdən sonra qərarın verilməsi üçün tələb olunan 10-15 günü əhatə edir.

Viza rüsumu olaraq 35 avro onlayn şəkildə ərizə formasını doldurduqdan və təsdiqlədikdən sonra onlayn şəkildə ödənilir. Sənədləri təqdim edərkən isə viza mərkəzinin xidmət haqqı olan 55 AZN, ikitərəfli kuryer xidmət haqqı 74 AZN və viza prosedurunun başa çatdığı və pasportun hazır olduğu barədə məlumat verməsi üçün SMS xidmət haqqı 3 AZN ödənilir. Bu ödənişlər nağd şəkildə və yalnız manatla qəbul olunur.

Qeyd edək ki, əgər müraciətçi viza nəticəsinin 4 həftədən daha tez bəlli olmasını istəyirsə, sənədlərinin Ankaraya daha tez gedib-qayıtması üçün Premium Təcili çatdırılma xidmətindən istifadə edə bilər. Bu zaman kuryer xidmət haqqını 74 AZN deyil, 208 AZN ödəməlidir. Premium Təcili çatdırılma prosesini tezləşdirmək olar. Bu halda, sənədlərin Ankaraya çatdırılması və geri qaytarılması 2 həftə deyil, 5 iş günü çəkir. Bu xidmətin səfirlikdə olan viza prosedurunun müddətinə heç bir təsiri yoxdur. Lakin, təcrübəmiz göstərir ki, təcili biznes səfərlərində və ya konfrans iştiraklarında dəvət edən qurum Ankaradakı səfirliklə əlaqə saxlayıb, qəararın 15 gündən daha tez, hətta bir iş gününə verilməsini təmin edə bilər.

İslandiya Şengen Vizası Alma Ehtimalı

Hər bir ölkənin viza müraciətində olduğu kimi İslandiyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal və yaxşı olması, aylıq gəlirinizin standart maaş aralığından biraz yüksək olması (təcrübədə 500-600 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin İslandiya Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə heç bir Şengen vizası olmayan şəxslər üçün Norveç səfirliyi ilk viza müraciəti seçimi olaraq nisbətən riskli görülə bilər. Təcrübəmizdə ilk Şengen vizasını Norveç səfirliyindən almış bir çox müraciətçi olmasına baxmayaraq, profilinizdəki digər nüansların (yuxarıda sadalanan) yüksək vəziyyətdə olduğu hallar istisna olmaqla, Norveç səfirliyi ilk Şengen vizanızı almaq üçün riskli səfirlikdir. Hər bir halda daha öncə Şengen vizalarınızın olması sizin Norveç səfirliyindən İslandiya vizası alma ehtimalınızı yüksəldən faktordur.

İslandiyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə İslandiya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin və otellərinizin alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə İslandiya Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Buz adasında isti və xoşbəxt anlar sizi gözləyir! Xoş səyahətlər!

Yenilənib: 17.01.2025

Oxşar yazılar:

Fransa Səfirliyi vasitəsilə Fransa vizası müraciəti

Fransa Səfirliyi vasitəsilə Fransa vizası müraciəti

Fransa vizası almaq istəyirsinizsə, düzgün və rəsmi prosedurları bilmək çox vacibdir. İstər Fransa turist vizası, istər Fransa iş vizəsi, istərsə də Fransa Şengen vizası üçün müraciət edərkən sənədlərin düzgün hazırlanması və müraciətin vaxtında edilməsi əsas şərtlərdəndir. Bir çox müraciətçi Fransa səfirliyi viza müraciəti prosesi, tələb olunan sənədlər və müraciət qaydaları barədə ətraflı və dəqiq məlumata […]

Vizam.az 19 fevral 2026
Kanada Turist Vizası üçün Tələb Olunan Sənədlər

Kanada Turist Vizası üçün Tələb Olunan Sənədlər

Kanada Turist Vizası üçün tələb olunan sənədlər mövzusu, xüsusilə kanada vizasi ilə bağlı müraciət etməyi planlaşdıran şəxslərin ən çox axtardığı suallardandır. Hər il minlərlə vətəndaşımız kanada vizasi azerbaycan üzrə müraciət edir və ən çox verilən sual budur: Kanada turist vizası almaq üçün hansı sənədlər lazımdır və proses necə işləyir? Bu bloqda siz kanada turist vizasi […]

Vizam.az 17 fevral 2026
Macarıstan Səfirliyi Viza Xidməti

Macarıstan Səfirliyi Viza Xidməti

Avropaya səyahət planlaşdıran Azərbaycan vətəndaşları üçün Macarıstan Səfirliyi viza xidməti ən çox araşdırılan mövzulardan biridir. Xüsusilə Şengen zonasına daxil olan Macarıstana turizm, biznes, təhsil və ya ailə ziyarəti məqsədilə getmək istəyən şəxslər üçün düzgün və rəsmi proseduru bilmək vacibdir. Çünki Macarıstan vizası müraciəti zamanı sənədlərin tam və düzgün hazırlanması nəticəyə birbaşa təsir göstərir. Macarıstan Şengen […]

Vizam.az 16 fevral 2026
Amerikaya Viza Almaq İstəyirsiniz?

Amerikaya Viza Almaq İstəyirsiniz?

ABŞ dünyanın ən çox səyahət edilən, təhsil alınan və işləmək üçün seçilən ölkələrindən biridir. Hər il minlərlə insan amerika vizası almaq üçün müraciət edir və “amerika vizasi nece almaq olar?”, “amerikaya viza almaq çətindir?”, “amerika viza qiymeti nə qədərdir?” kimi suallara cavab axtarır. Əslində isə amerika vizası almaq prosesi düzgün məlumat və planlama ilə düşündüyünüzdən […]

Vizam.az 16 fevral 2026
Serbiyaya Viza Lazimdir?

Serbiyaya Viza Lazimdir?

Serbiya, zəngin tarixi, gözəl təbiəti və mədəni irsi ilə turistlərin diqqətini çəkən ölkələrdən biridir. Əgər siz də Serbiyaya səfər etməyi planlaşdırırsınızsa, ilk bilməli olduğunuz məsələ Serbiyaya viza tələb olunub-olunmamasıdır. Azərbaycan vətəndaşları üçün Serbiya viza qaydaları, müraciət proseduru və lazımi sənədlər haqqında məlumat önəmlidir. Serbiya vizası ilə bağlı əsas mövzulara baxdıqda, insanlar tez-tez soruşur: “Serbiyaya vizasız […]

Vizam.az 13 fevral 2026
Misir vizası ilə Misirə səyahət

Misir vizası ilə Misirə səyahət

Misir vizası ilə Misirə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün 2026-cı ildə tətbiq olunan qaydaları əvvəlcədən bilmək vacibdir. “Misirə viza lazımdırmı?”, “Azərbaycandan Misirə viza necə alınır?”, “Misir vizası almaq prosesi necədir?” kimi suallar ən çox axtarılan mövzular arasındadır. Bu yazıda Misir vizası haqqında bütün əsas məlumatları müraciət üsulları, tələb olunan sənədlər, qiymətlər və səyahət zamanı […]

Vizam.az 13 fevral 2026
İtaliya Vizası Almaq üçün Lazım Sənədlər Hansılardır?

İtaliya Vizası Almaq üçün Lazım Sənədlər Hansılardır?

İtaliya səfəri planlaşdırırsınızsa, İtaliya vizası almaq üçün hansı sənədlərin tələb olunduğunu bilmək vacibdir. İtaliya səfirliyi viza görüşü üçün hazırlıqlı olmaq, müraciət prosesini daha sürətli və rahat edir. Azərbaycandan İtaliya vizası almaq istəyən şəxslər üçün əsas sənədlər, prosedurlar və İtaliya səfirliyi Baku ilə əlaqə məlumatları haqqında ətraflı məlumat təqdim edirik. İtaliya vizası sənədləri turizm, təhsil və […]

Vizam.az 12 fevral 2026
2026-cı İldə Azərbaycan Vətəndaşlarının ən çox getdiyi  Vizasız Ölkələr

2026-cı İldə Azərbaycan Vətəndaşlarının ən çox getdiyi Vizasız Ölkələr

2026-cı ildə Azərbaycan vətəndaşlarının ən çox üstünlük verdiyi vizasız ölkələr səyahət planlayanlar üçün ən aktual mövzulardan biridir. Xarici pasportla vizasız gedilə bilən ölkələr həm əlavə sənəd yükünü azaldır, həm də daha sərfəli və rahat səyahət imkanı yaradır. Xüsusilə qısa müddətli istirahət, turistik səfər və ya spontan səyahət planlaşdıranlar üçün vizasız ölkələr 2026-cı ildə də ən […]

Vizam.az 12 fevral 2026
Şengen Vizası Dəstəyi üçün Sponsorluq Məktubu nədir?

Şengen Vizası Dəstəyi üçün Sponsorluq Məktubu nədir?

Şengen vizası üçün sponsorluq məktubu, viza müraciəti edən şəxsin Avropa Şengen ölkələrinə planlaşdırdığı səfər zamanı bütün və ya qismən maliyyə xərclərinin başqa bir şəxs (sponsor) tərəfindən qarşılanacağını rəsmi şəkildə təsdiq edən sənəddir. Bu məktub səfirlik və ya viza mərkəzi üçün müraciətçinin maddi baxımdan təmin olunduğunu göstərən əsas sübutlardan biridir. Sponsorluq məktubu xüsusilə Şengen turist vizası, […]

Vizam.az 10 fevral 2026
Sponsorluq məktubu nədir?

Sponsorluq məktubu nədir?

Sponsorluq məktubu viza müraciəti zamanı müraciətçinin səyahət xərclərinin tam və ya qismən başqa bir şəxs tərəfindən qarşılanacağını rəsmi şəkildə təsdiq edən sənəddir. Ən çox Şengen vizası, Böyük Britaniya vizası, ABŞ vizası və digər ölkələrə səfər zamanı tələb olunur. Sponsor adətən ailə üzvü, yaxın qohum və ya işəgötürən olur. Bu məktub səfirlik və ya viza mərkəzinə […]

Vizam.az 09 fevral 2026