Dublinə Səyahət: İrlandiya vizası

Yeniləndi: 30 iyul 2026 1600 baxış 6 dəq. oxu

Dublin, İrlandiyanın paytaxtı və ən böyük şəhəri olmaqla yanaşı, həm də mədəniyyət, tarix və texnologiya sahəsindəki mühüm mərkəzlərdən biridir. Əgər siz İrlandiyanın tarixi, musiqisi və təbiəti ilə maraqlanırsınızsa, həm də dünyanın ən böyük texnologiya şirkətlərinin mərkəzlərinə yaxın olmaq istəyirsinizsə, Dublin mükəmməl səyahət seçimidir. Bu şəhər, turistlərdən tutmuş, iş dünyası və təhsil sahəsində fəaliyyət göstərən insanlara qədər hər kəs üçün cəlbedicidir.

Dublində Görməli Yerlər

Dublin, turistlərin ziyarət etməli olduğu çoxsaylı məkanlarla zəngindir. Şəhərdə gəzərkən həm tarixi, həm də müasir cəhətləri bir arada yaşaya bilərsiniz. Burada görməli yerlərin bəzi nümunələrini təqdim edirik:

  1. Trinity College və Book of Kells - İrlandiyanın ən qədim və ən nüfuzlu universitetlərindən biridir. Burada Book of Kells adlı qədim İrlandiya kitabını görmək mümkündür. Bu kitab, erkən orta əsrlərə aid çox qiymətli bir əsərdir və Trinity College-də saxlanılır.
  2. Guinness Storehouse - Şəhərin məşhur Guinness pivəsi ilə tanış olmaq istəyirsinizsə, Guinness Storehouse-a baş çəkməlisiniz. Burada pivənin tarixi və istehsal prosesi haqqında ətraflı məlumat əldə edərək, pivənin dadını birbaşa yerində çıxara bilərsiniz.
  3. St. Patrick’s Cathedral - Dublinin ən böyük kilsəsidir və həm dini, həm də memarlıq baxımından böyük əhəmiyyətə malikdir. Kilsə, həmçinin İrlandiyanın milli qəhrəmanı, müqəddəs Patrick-in həyatını əks etdirən sərgilərə ev sahibliyi edir.
  4. Temple Bar - Dublinin mədəniyyət və əyləncə mərkəzidir. Burada yerli İrland musiqisi dinləmək, rəqs etmək və müxtəlif restoranlarda yerli yeməkləri dadmaq mümkündür. Şəhərin gəzinti mərkəzlərindən biri olan Temple Bar, həmçinin çoxsaylı gözəl kafelər və galereyalar ilə zəngindir.

Dublində Keçirilən Məşhur Festivallar və Tədbirlər

1. St. Patrick’s Day (17 Mart) - Dublinin mərkəzində böyük bir qeyd etmə ilə keçir. Şəhər hər il 17 martda, rəngarəng paradlar, musiqi və rəqslərlə bürünür. Bu bayram, həm İrlandiya mədəniyyətini həm də Dublin əhalisinin isti qonaqpərvərliyini hiss etmək üçün ideal bir vaxtdır.

2. Dublin Theatre Festival - Dublin Theatre Festival, dünyanın ən böyük teatr festivallarından biridir və teatrsevərlər üçün əsasən, sentyabr və oktyabr əvəzolunmaz bir tədbirdir. Şəhər, məşhur teatr tamaşaları, yenilikçi performanslar və dünya səviyyəli sənətçilərlə canlanır. İrlandiya və beynəlxalq səhnədən bir çox əsər burada nümayiş olunur.

3. Bloomsday Festival - İrlandiyalı yazıçı James Joyce-un "Ulysses" əsərinin təsiri ilə hər il 16 iyunda keçirilir. Bu festivalda iştirakçılar, Joyce'un romanındakı əsas hadisələri qeyd edərək müxtəlif yerlərdə gəzirlər. Həm də şəhər boyunca müxtəlif ədəbiyyat tədbirləri və tamaşalar təşkil olunur.

4. Dublin Pride - LGBTQ+ icmasının İrlandiyada haqlarını və bərabərliyini müdafiə etmək üçün keçirilən ən böyük tədbirdir. Şəhər boyunca parlaq rəngli paradlar, musiqi və şənliklər ilə hər kəs bir araya gəlir. Bu tədbir, inkişaf etmiş və açıq fikirli İrlandiya cəmiyyətini göstərir.

5. Temple Bar TradFest - İrlandiya ənənəvi musiqisini yaşatmaq üçün keçirilən ən böyük festivaldır. Şəhərin ən məşhur əyləncə və mədəniyyət mərkəzi olan Temple Bar bölgəsində musiqiçilər, rəqqaslar və sənətçilər bir araya gəlir. Bu tədbir İrlandiya folklorunu və musiqisini sevənlər üçün mükəmməl bir fürsət yaradır.

Dublin: Dünyanın Böyük Şirkətləri Burada Yerləşir!

Dublin, İrlandiyanın iqtisadi və texnologiya mərkəzi olma statusunu son illərdə əhəmiyyətli şəkildə gücləndirib. Şəhər, dünyanın ən böyük texnologiya şirkətlərinin cəlb edildiyi bir mərkəzə çevrilib. Microsoft, Google, Apple, Facebook və digər texnoloji nəhənglər, öz Avropa ofislərini Dublində yerləşdirib. Bu şirkətlərin bölgədəki mövcudluğu, şəhərin startap ekosistemini də inkişaf etdirib. Bu səbəbdən, işgüzar səfərlər və konfranslar üçün Dublin çox yaxşı bir seçimdir. Şəhər həmçinin startaplar üçün ideal bir mühit təqdim edir, çünki burada vergi güzəştləri və yaratıcı imkanlar mövcuddur.

Dublinə Səyahət Üçün Ən Yaxşı Zaman

Dublinə səyahət etmək üçün ən yaxşı dövr maydan sentyabradək olan dövrdür. Bu dövrlərdə hava daha yaxşıdır, daha uzun günlər və çoxsaylı festivallar sizləri gözləyir. Əgər qışda getməyi planlaşdırırsınızsa, soyuq və yağışlı havaya hazırlıqlı olmalısınız. Amma bu dövr çox daha sakitdir və şəhərdə turistik sıxlıq azdır.

İrlandiya Viza Növləri

İrlandiyaya planladığınız səyahətinizi İrlandiya turizm vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz İrlandiyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə İrlandiya milli vizasına da müraciət edə bilərsiniz. 

İrlandiya Turizm Vizası

İrlandiya Respublikası Avropa Birliyinə üzv olub, lakin Şengen ərazisinə daxil olmayan ölkələrdən biri kimi tanınır.

İrlandiya adası özü iki yerə bölünmüşdür. Adanın cənubu İrlandiya Respublikasıdır, şimalı isə Birləşmiş Krallığa aiddir. Hər hansı bir şəxs Şimalı İrlandiyaya səyahət etmək istədikdə İrlandiya vizasına yox, Birləşmiş Krallığın vizasına müraciət etməlidir. Şimali İrlandiya Antrim, Armagh, Derry, Down, Fermanagh və Tyrone vilayətlərindən ibarətdir. Əgər bir şəxs İrlandiya Respublikasına səyahət edib, oradan Şimalı İrlandiyaya keçib və yenidən İrlandiya Respublikasına qayıdacaqsa, bu o deməkdir ki, iki viza almalıdır: Birləşmiş Krallıq vizası və çoxgirişli İrlandiya vizası. Birləşmiş Krallıq vizası ilə də İrlandiya Respublikasına daxil olmaq olmaz.

İrlandiya vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, İrlandiya vizası əksər hallarda müraciətçinin viza müraciəti əsnasında ərizə formasında və digər sənədlərində göstərdiyi səyahət müddətinə tam uyğun şəkildə verilir.

İrlandiya Vizası Müraciəti üçün Sənədlər Toplusu

İrlandiya vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. Səfərinizi tam əhatə edəcək və minimum 30.000 EUR dəyəri əhatə edən səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  14. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni İrlandiyada qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.500-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

İrlandiya Respublikası üçün viza müraciəti İrlandiyanın Azərbaycanda yerləşən VFS Global İrlandiya adlı viza mərkəzinə edilir. İrlandiyanın Azərbaycanda heç bir diplomatik nümayəndəliyi yoxdur, buna görə də qərar İrlandiya Respublikasının qonşu ölkə Türkiyədə yerləşən səfirliyinin konsulluq şöbəsində verilir. İrlandiyada immiqrasiya və viza məsələlərini həll etmək üçün məsul orqan “Irish Naturalisation and Immigration Service (INIS)”dir.  

Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi iş saatları ərzində İrlandiya VFS Global viza müraciət mərkəzinin + 994 12 310 57 09 telefon nömrəsi ilə əlaqə saxlamaqla təyin etmək mümkündür. 

Sənədləri təqdim etmək üçün əvvəlcədən görüş təyini mütləqdir. 

Müraciətçi nəzərdə tutulan səyahətdən ən tez 3 ay öncədən müraciət edə bilər. Sənədlərə baxılması müddəti müraciət olunan viza növündən, səfirliyin və Dublində yerləşən viza bölməsinin iş sıxlığından asılıdır. Mümkün qədər əvvəlcədən müraciət etmək lazımdır. Ən geci səyahətə minimum 8 həftə qalmış müraciət etmək məsləhətdir. Viza proseduru, adətən, 15-25 gün çəkir. 

Viza rüsumu təkgirişli viza üçün 128 AZN, çoxgirişli viza üçün 213 AZN-dir, viza mərkəzinin xidmət haqqı isə 64 AZN-dir. Müraciət qəbul edildikdən sonra sənədlər İrlandiya Respublikasının Ankaradakı səfirliyinə göndərildiyi üçün, viza rüsumu və xidmət haqqından əlavə sənədlərin Ankaraya daşınmasına görə əlavə 139 AZN kuryer rüsumu da ödənilir. 

İrlandiya Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi İrlandiyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığından yüksək olması (təcrübədə 600-700 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı da dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və yaxşı səyahət tarixçənizin olması sizin İrlandiya vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün İrlandiya vizasına müraciət riskli hesab olunur. Profilinizdəki digər nüanslar (yuxarıda sadalananlar) çox yüksək və yaxşı vəziyyətdə olduğu halda, səyahət tarixçəniz olmasa belə İrlandiya vizasını alma şansınız ola bilər. Hər bir halda səyahət tarixçənizin yaxşı olması sizin İrlandiya vizasını əldə etməyinizə birbaşa təsir göstərən amildir.

İrlandiyaya Viza Dəstəyi

Biz Vizam.az  olaraq sizə İrlandiya vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə İrlandiya səyahət vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 125 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Oxşar yazılar:

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026
Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstana səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alınması vacib şərtlərdən biridir. Bolqarıstan 1 yanvar 2025-ci ildən etibarən Şengen zonasına tamhüquqlu üzv olduğu üçün ölkəyə turistik, işgüzar və digər qısamüddətli səfərlər üçün Şengen vizası tələb olunur. Bolqarıstan vizası ilə yalnız bu ölkəyə deyil, Şengen zonasına daxil olan digər ölkələrə də səyahət etmək mümkündür. Bunun üçün […]

Vizam.az 28 oktyabr 2026
Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya vizası üçün müraciət edərkən maliyyə vəziyyətinizi təsdiq edən sənədlərdən biri tələb olunur. Azərbaycan vətəndaşları üçün bu məqsədlə bank arayışı təqdim edilməlidir. Bank hesabından çıxarış tələb olunmur. Sənədləri hazırlayarkən bank arayışı ilə bank çıxarışının fərqini bilmək vacibdir. Aşağıda Yaponiya vizası müraciətində bu sənədlə bağlı əsas məqamları izah edirik. Yaponiya Vizası üçün Hansı Bank Sənədi Lazımdır? […]

Vizam.az 27 oktyabr 2026
Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Birləşmiş Ştatlarına səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza müraciəti səfər hazırlığının vacib mərhələsidir. ABŞ-a turizm, ailə və dost ziyarəti və ya işgüzar səfər məqsədilə getməyi planlaşdırırsınızsa, səfər məqsədinizə uyğun viza kateqoriyasını müəyyənləşdirməlisiniz. Vizam.az-da Amerika vizası dəstəyi xidmət haqqı 31 oktyabr 2026-cı il tarixinədək cəmi 100 AZN-dir! Kampaniyadan yararlanaraq viza müraciətiniz üçün dəstək ala […]

Vizam.az 22 oktyabr 2026
Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanadaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Kanada vizası əvvəlcədən hazırlanmalı olan əsas sənədlərdən biridir. Turizm, ailə ziyarəti və ya işgüzar səfər məqsədilə Kanadaya getməyi planlaşdırırsınızsa, viza növünü düzgün seçmək və tələb olunan sənədləri hazırlamaq vacibdir. Bu məqalədə Kanada vizası üçün müraciət qaydası, tələb olunan sənədlər, rüsumlar və müraciət zamanı diqqət edilməli məqamlarla tanış ola […]

Vizam.az 21 oktyabr 2026
Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026