HOLLANDİYA VİZASINI NECƏ ALA BİLƏRƏM?

Yeniləndi: 12 fevral 2025 16925 baxış 6 dəq. oxu

Ölkəsində narıncının hökm sürdüyü, amma şəhərlərindəki bütün rənglərin ahənginin ortaya möhtəşəm bir mənzərə çıxardığı, incəsənəti və mədəniyyəti, xüsusilə də muzeyləri ilə bütün dünyada məşhur olan Hollandiya! İl ərzində 20 milyondan çox turist Hollandiyaya səyahət edərək unudulmaz anlar yaşayır. Siz də özünüzü bu turistlərin cərgəsində görmək istəyirsinizsə, Hollandiya Şengen vizasını əldə etmək planlarınızın başlanğıcı olacaq. Hollandiya vizası haqda ətraflı məlumatı isə bu məqalədən oxuya bilərsiniz.

Hollandiya Viza Növləri

Şengen ölkələrindən biri olan Hollandiyaya müvəqqəti səyahətinizi reallaşdırmaq üçün siz Hollandiya Şengen vizasına müraciət edərək vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Hollandiyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Hollandiya milli vizasına da müraciət edə bilərsiniz. Hazırda isə biz sizə Hollandiya Şengen vizası haqqında ümumi məlumat verəcəyik.

Hollandiya Şengen Vizası

Digər Şengen ölkələri kimi Hollandiya Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Həmçinin, siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Holandiya Şengen vizasını əldə etdikdən sonra siz səyahətiniz boyu istədiyiniz Şengen ölkəsinə daxil ola bilərsiniz. Ancaq hər bir halda biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Hollandiyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Hollandiya vizası ilə Şengen ərazisinə başqa bir giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Hollandiya Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı olaraq ən çox Hollandiyada qalacağınızı göstərməlisiniz. Adətən bir çox şəxs öz səyahət tur planlarına Hollandiyadan əlavə İspaniya, Fransa, Belçika və digər Avropa ölkələrini də artırırlar. Bu kimi hallar sizin viza müraciətinizdə heç bir problem yaratmayacaq nüanslardır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni Hollandiya göstərməyiniz Hollandiya Şengen vizasına müraciətiniz üçün yetərli olacaqdır.

Hollandiya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Hollandiya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  14. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Qeyd edək ki, təcrübəmizdə görünmüşdür ki, Hollandiya vizası üçün müraciət edilən Fransa səfirliyi ilk viza müraciətini edən şəxslərdən əksər hallarda iş yerindən arayışdan əlavə e.gov.az hökumət portalından çıxarış da tələb edib. Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Nadir hallarda da olsa, Fransa səfirlyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi hallar yaşanmışdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Hollandiya Şengen vizası üçün müraciət Fransa Səfirliyinin Capago adlı viza müraciət mərkəzində olunur. Hollandiyanın ölkəmizdə konsulluğu fəaliyət göstərməməsi səbəbilə viza haqda qərar Fransa səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşü onlayn şəkildə əldə edilir. Sənədləri təqdim etmək üçün əvvəlcədən görüş təyini mütləqdir. Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir.

Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:

  • Son 3 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər (Çexiya vizası istisna olmaqla)
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər;
  • Diplomatik və ya xüsusi pasport sahibi olan və Hollandiyada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
  • Hollandiyada mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)

Şengen viza proseduru müraciət tarixindən etibarən 3-5 iş günü çəkə bilər.

Qeyd edək ki, təcrübəmiz göstərir ki, Fransa Səfirliyi viza prosedurunun müddətini səyahətin başlama tarixinə uyğun planlaşdırır. Səyahət tarixləri daha yaxın olan müraciətçilərin viza nəticəsi də daha tez bəlli olur. Lakin, viza prosedurunun müddəti yalnız bu faktordan asılı olmur, keysin mürəkkəbliyi də burada rol oynaya bilir.

Viza rüsumu 35 avro təşkil edir. Bu məbləğ milli valyutada, yəni manatla nağd şəkildə və ya kartla istənilən valyutada ödənilə bilər. Sənədləri təhvil verərkən viza rüsumundan əlavə 26 avro viza mərkəzinin xidmət haqqı kimi ödənilir. Bu ödənişi də nəğd şəkildə yalnız manatla və ya kartla istənilən valyutada etmək mümkündür. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.

Hollandiya Şengen Vizası Alma Ehtimalı

Hər bir ölkənin viza müraciətində olduğu kimi Hollandiyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və ya daha yüksək olması (təcrübədə 400-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin yaxşı olması sizin Hollandiya Şengen vizası alma şansınızı artıran faktorlardır. Təcrübəmizdə ilk Şengen vizasını Fransa səfirliyindən əldə etmiş şəxslərin kifayət qədər olmasına baxmayaraq, biz profili yüksək səviyyədə (yuxarıda sadalanan nüansların kifayət qədər yaxşı olduğu halda) olduğu hallar xaricində bir şəxs üçün ilk viza müraciəti zamanı Fransa səfirliyinin bir qədər riskli olduğunu qeyd edirik. Daha öncə bir və ya bir neçə Şengen vizanızın olması sizin Fransa səfirliyindən Hollandiya vizası alma ehtimalınızı əhəmiyyətli dərəcədə yüksəldə bilir. Yenə də digər Qərbi Avropa və yüksək inkişaf etmiş Avropa ölkələrinə (Almaniya, İtaliya, Skandinaviya ölkələri və s.) nəzərən Fransa səfirliyi bəzi nüansların mövcudluğu halında ilk viza müraciəti üçün nisbətən daha yaxşı seçim ola bilər.

Hollandiyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Hollandiya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Hollandiya Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoşbəxtliyin ölkəsi olan Hollandiyada ən xoşbəxt günlərinizi yaşayın! Xoş səyahətlər!

Yeniləndi: 21.01.2025

Oxşar yazılar:

Polşa Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Polşa Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Polşa vizası Avropaya səyahət etmək və ya qısa müddətli işgüzar səfərlər planlayanlar üçün ən çox müraciət edilən vizalardan biridir. Polşa həm iqtisadi imkanları, həm də Şengen zonası daxilində yerləşməsi səbəbilə turistlər və iş məqsədli səfər edənlər üçün cəlbedici istiqamətlərdən hesab olunur. Bu viza vasitəsilə siz yalnız Polşaya deyil, digər Şengen ölkələrinə də sərbəst şəkildə səyahət […]

Vizam.az 29 aprel 2026
Kanada Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Kanada Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Kanada vizası almaq bir çox səyahətçi üçün həm yeni imkanlar, həm də ciddi planlaşdırma tələb edən bir prosesdir. Kanada yüksək həyat standartları, təhsil imkanları, iş perspektivləri və təbiəti ilə dünyanın ən çox maraq doğuran ölkələrindən biridir. Buna görə də ölkəyə səyahət etmək istəyən şəxslər ilk mərhələdə viza prosedurları ilə yaxından tanış olmalıdırlar. Kanada vizası üçün […]

Vizam.az 28 aprel 2026
İspaniya Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

İspaniya Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

İspaniya Şengen vizası Avropaya səyahət etmək istəyənlər üçün ən çox seçilən vizalardan biridir. İspaniya həm turizm baxımından populyar ölkə olduğu, həm də Şengen zonası daxilində yerləşdiyi üçün bu viza ilə təkcə İspaniyaya deyil, digər Avropa ölkələrinə də sərbəst səyahət imkanı əldə edilir. Bu viza xüsusilə səyahət, işgüzar görüşlər və ya qısa müddətli Avropa səfərləri planlayan […]

Vizam.az 28 aprel 2026
Fransa Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Fransa Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Fransa Şengen vizası Avropaya səyahət etmək istəyənlər üçün ən çox müraciət edilən vizalardan biridir. Bu viza vasitəsilə siz yalnız Fransaya deyil, həm də Şengen zonası daxilində yerləşən bir çox Avropa ölkəsinə sərbəst şəkildə səyahət edə bilərsiniz. Turizm, işgüzar səfər və ya ailə ziyarəti məqsədilə edilən müraciətlər zamanı düzgün sənədlərin hazırlanması və profilin uyğun təqdim olunması […]

Vizam.az 28 aprel 2026
Amerika Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Amerika Vizası Haqqında Ən Çox Verilən 10 Sual

ABŞ-da təhsil almaq, işləmək və ya səyahət etmək planınız varsa, ilk və ən vacib addım düzgün viza müraciətidir. United States vizası üçün proses detallı və diqqət tələb edən mərhələlərdən ibarətdir. Sənədlərin düzgün hazırlanması, maliyyə vəziyyətinin əsaslandırılması və müsahibəyə hazırlıq viza alma şansını birbaşa təsir edir. Bu yazıda ABŞ vizası müraciət prosesi, tələb olunan sənədlər və […]

Vizam.az 27 aprel 2026
Yunanıstan Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Yunanıstan Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Yunanıstan Şengen vizası, Avropaya səyahət planlayan Azərbaycan vətəndaşları üçün ən çox seçilən vizalardan biridir. Tarixi abidələri, Egey dənizi sahilləri və xüsusilə Santorini və Mikonos kimi məşhur turizm adaları ilə tanınan Yunanıstan həm yay istirahəti, həm də qısa müddətli səyahətlər üçün ideal istiqamət hesab olunur. Yunanıstan vizası əldə etməklə siz yalnız bu ölkəyə deyil, eyni zamanda […]

Vizam.az 24 aprel 2026
Şengen Viza Qaydalarında Ən Son Dəyişikliklər

Şengen Viza Qaydalarında Ən Son Dəyişikliklər

Schengen Area vizası Avropanın bir çox ölkəsinə vahid viza ilə səyahət imkanı yaradan ən çox tələb olunan vizalardan biridir. Bu viza ilə turistlər, işgüzar səfər edənlər və ailə ziyarəti məqsədi ilə səyahət edən şəxslər Şengen zonasına daxil olan ölkələr arasında sərbəst hərəkət edə bilirlər. Şengen vizası əsasən qısa müddətli səfərlər üçün verilir və adətən 180 […]

Vizam.az 21 aprel 2026
İtaliya Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

İtaliya Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Italy Avropanın ən çox səyahət edilən ölkələrindən biri olmaqla yanaşı, həm turizm, həm də biznes məqsədli səfərlər üçün geniş maraq doğuran istiqamətlərdəndir. Tarixi şəhərləri, mədəni irsi və Şengen zonasına daxil olması səbəbilə İtaliyaya səyahət etmək istəyən şəxslər üçün viza prosesi mühüm mərhələ hesab olunur. Viza müraciəti zamanı sənədlərin düzgün hazırlanması və tələblərə uyğun təqdim edilməsi […]

Vizam.az 21 aprel 2026
Montenegro Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Montenegro Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Montenegro son illərdə Azərbaycan vətəndaşları üçün populyar turistik istiqamətlərdən biri olsa da, 2026-cı ildən etibarən ölkəyə səyahət qaydalarında mühüm dəyişiklik baş verib. Əvvəllər mövcud olan vizasız rejim ləğv olunmuş və artıq Monteneqroya səfər etmək istəyən şəxslər üçün viza tələbi tətbiq edilmişdir. Bu dəyişiklik, ölkəyə giriş prosedurlarını daha planlı və sənəd əsaslı hala gətirmişdir. Monteneqro vizası […]

Vizam.az 21 aprel 2026
Macarıstan Şengen Vizası Ən Çox Verilən 10 Sual

Macarıstan Şengen Vizası Ən Çox Verilən 10 Sual

Macarıstan Şengen vizası Avropaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün ən çox müraciət edilən vizalardan biridir. Bu viza vasitəsilə yalnız Macarıstana deyil, eyni zamanda digər Şengen ölkələrinə də sərbəst şəkildə səyahət etmək mümkündür. Turizm, işgüzar səfər və ya qohum ziyarəti kimi məqsədlərlə müraciət edilən Macarıstan vizası üçün düzgün sənədlərin hazırlanması və müraciət prosesinin qaydalara uyğun […]

Vizam.az 16 aprel 2026