HOLLANDİYA ŞENGEN VİZASI

Yeniləndi: 03 iyun 2025 7962 baxış 5 dəq. oxu
Amsterdam, Hollandiya - Hollandiya Şengen vizası
Amsterdam, Hollandiya - Hollandiya Şengen vizası

Ölkəsində narıncının hökm sürdüyü, lakin şəhərlərindəki bütün rənglərin harmoniyasının möhtəşəm mənzərələr yaratdığı, incəsənət və mədəniyyəti, xüsusilə muzeyləri ilə dünya miqyasında tanınan Hollandiya! Hər il 20 milyondan çox turist Hollandiya'ya səyahət edərək yadda qalan anlar yaşayır. Əgər siz də bu turist cərgəsində yer almaq istəyirsinizsə, Hollandiya Şengen vizasını əldə etmək planlarınızın başlanğıcı olacaq. Hollandiya vizası haqqında ətraflı məlumatı isə bu məqalədən əldə edə bilərsiniz.

Hollandiya Viza Növləri

Şengen ölkələri arasında yer alan Hollandiya'ya müvəqqəti səyahətinizi həyata keçirmək məqsədilə, Hollandiya Şengen vizasına müraciət edərək vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət etmə səbəblərinə turizm, ailə və ya dost ziyarətləri, işgüzar səfərlər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və digər müvəqqəti hallar daxildir. Əgər siz Hollandiya'ya 90 gündən artıq müddət üçün uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir təşkilatda daimi işləmək arzusundasınızsa, müvafiq təhsil və iş orqanlarından alınan rəsmi dəvət və ya qəbul məktubları əsasında Hollandiya milli vizasına müraciət edə bilərsiniz. İndi isə biz sizə Hollandiya Şengen vizası haqqında ümumi məlumat təqdim edəcəyik.

Hollandiya Şengen Vizası

Digər Şengen ölkələrinə bənzər olaraq, Hollandiya Şengen vizasının həm təkgirişli, həm də çoxgirişli növləri mövcuddur. Həmçinin, siz üç ay, altı ay, bir il, iki il və ya beş il müddətini əhatə edən vizalara da müraciət etmək imkanına maliksiniz. Hollandiya Şengen vizasını əldə etdikdən sonra, səyahət müddətiniz ərzində istədiyiniz hər hansı bir Şengen ölkəsinə daxil olmaq mümkündür. Lakin, biz hər zaman tövsiyə edirik ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Hollandiyadan edəsiniz. Əks halda, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Belə hallar artıq bəzi təcrübələrdə müşahidə olunub və buna görə də biz sizə bu riskdən qaçmağı tövsiyə edirik.

Əgər siz Hollandiya Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz müddətində ən çox vaxtı Hollandiya'da keçirməyinizi göstərməlisiniz. Çox vaxt, səyahət planlarına Hollandiya'dan əlavə İspaniya, Fransa, Belçika və digər Avropa ölkələri də daxil edilir. Bu cür hallar viza müraciətinizdə heç bir problem yaratmır; sadəcə, ümumi səyahət planınızda əsas qalma ölkəsi kimi Hollandiyanın göstərilməsi, müraciət üçün kifayət edir.

Hollandiya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

  • Xarici pasportunuzun orijinal nüsxəsi və birinci səhifəsinin fotokopiyası
  • Əgər mövcuddursa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinin fotokopiyaları
  • Şəxsiyyət vəsiqənizin fotokopiyası
  • İş yerindən alınmış arayış* və varsa, maaş kartınızın çıxarışı (təhsil alan şəxslər üçün müvafiq təhsil müəssisəsindən arayış*)
  • Adınıza açılmış bank hesabından alınan arayış* və çıxarış (Məbləğ barədə aşağıda ətraflı məlumat verilib)
  • Əgər mövcuddursa, adınıza qeydiyyatdan keçirilmiş mülklərin çıxarışları* və avtomobilinizin texpasport kopyası
  • Mülki vəziyyətinizi təsdiq edən sənəd* (əgər ailəlisinizsə, nikah şəhadətnaməniz; 18 yaşdan aşağı uşaqlarınız varsa, onların doğum şəhadətnamələri və ya nikahınızın pozulmasına dair sənədin fotokopiyası)
  • 2 ədəd 3.5x4.5 ölçülü, biometrik və ağ fonda çəkilmiş şəkliniz
  • Səyahətiniz üçün bron etdiyiniz aviabilet təsdiqləri
  • Səyahətiniz üçün bron etdiyiniz otel rezervasiyaları
  • Səfərinizi tam şəkildə əhatə edəcək, Şengen qaydalarına uyğun səyahət sığortası
  • İngilis dilində doldurulmuş ərizə forması
  • Görüş təyini təsdiqi üçün sistemdən alınmış sənədin çap nüsxəsi
  • Əgər müraciət turistik məqsəd daşımırsa, işgüzar səfərlə bağlı vizaya müraciət edilirsə, həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

"*" işarəsi ilə göstərilən sənədlər səfirliyə ingilis dilində təqdim edilməlidir. Əgər sənədlərin orijinal dili ingilis deyilsə, onları notarial qaydada ingilis dilinə tərcümə edib təsdiq etdirməyiniz vacibdir.

Qeyd etmək lazımdır ki, Hollandiya vizası üçün müraciət edənlər arasında Fransa səfirliyi, ilk dəfə viza müraciəti edən şəxslərdən iş yerindən arayışa əlavə olaraq e.gov.az hökumət portalından çıxarış da tələb edib. Sənədləriniz qəbul edildikdən sonra, viza prosedurunuz zamanı səfirlik sizə zəng edərək əlavə sənədlərin təqdim edilməsini istəyə bilər. Nadir hallarda isə, Fransa səfirliyinin viza proseduru çərçivəsində, müraciət edənlərdən bron etdikləri otellərin alınması və bunu təsdiqləyən sənədlərin təqdim edilməsi tələb olunmuşdur.

Bank hesabınızdakı məbləğ, təqdim etdiyiniz səyahət tarixlərindən, bron etdiyiniz uçuş biletləri və otellərin qiymətlərindən və digər amillərdən asılı olaraq dəyişir. Ümumilikdə, məsləhət görülür ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000–5.000 AZN (eyni zamanda avro və ya ABŞ dolları ekvivalenti) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ səyahət planınızı tam şəkildə əhatə etməlidir. Hesablamanı edərkən, bilet və otel bronlarınızın dəyəri ilə Şengendə keçirdiyiniz hər gün üçün ortalama 70–80 avro gündəlik xərcləri də nəzərə alıb, əldə etdiyiniz rəqəmdən bir az daha yüksək məbləği göstərməyiniz tövsiyə olunur.

Əgər siz sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən alınan arayışı əvəz edən sənədləri (VÖEN-in fotokopiyası, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər işləmirsinizsə, təhsil alırsınızsa və ya səyahət xərclərinizi ödəmək üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, həmin şəxsin şəxsiyyət vəsiqəsinin fotokopiyası, iş yerindən arayış (əgər sponsor sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından alınan arayış və çıxarış (bu hesab həm sizin, həm də sponsorun adına ola bilər), əgər ailəvi əlaqəniz varsa, bunu təsdiq edən sənəd (məsələn, əgər valideynsinizsə, öz doğum şəhadətnaməniz; əgər qardaş və ya bacısınız varsa, hər iki doğum şəhadətnaməsi) və sponsorluq barədə sənəd də təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, tək səyahət edirsə, hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət edirsə, digər valideynindən ölkədən çıxış icazəsi sənədinin fotokopiyası da təqdim edilməlidir.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən alınan dövriyyəniz haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq sənədi, icazə kağızı kimi təqdim etdiyiniz sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə olunub təsdiqlənməlidir.

Viza Proseduru

Hollandiya Şengen vizasına müraciət, ölkəmizdə Hollandiya konsulluğunun fəaliyyəti olmadığı üçün Fransa Səfirliyinin Capago adlı viza müraciət mərkəzində həyata keçirilir. Bu səbəbdən, vizaya dair qərar Fransa səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədlərin təqdimatı üçün viza görüşü onlayn olaraq əldə edilir. Sənədlərin təqdim edilməsi üçün əvvəlcədən görüş təyin etmək zəruridir. Viza müraciətini, səyahət tarixindən ən tez 6 ay əvvəl etmək mümkündür. Barmaq izindən azad olan müraciətçilər xaricində, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı vacibdir.

Barmaq İzindən Azad Olan Şəxslər Aşağıdakı Qruplara Bölünür:

  • Son 3 ildə Şengen vizası almış və sistemdə barmaq izi olan şəxslər (Çexiya vizası istisna olmaqla)
  • 12 yaşdan kiçik uşaqlar
  • Barmaq izi verilməsi fiziki olaraq mümkün olmayan şəxslər;
  • Diplomatik və ya xüsusi pasport sahibi olan və Hollandiyada diplomatik və ya konsulluq vəzifələrinə akreditə edilmiş şəxslər
  • Hollandiyada mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)

Şengen viza proseduru müraciət tarixindən etibarən 3–5 iş günü ərzində tamamlanə bilər.

Qeyd edək ki, təcrübəmiz göstərir ki, Fransa Səfirliyi viza prosedurunun müddətini səyahətin başlanğıc tarixinə uyğun tənzimləyir. Səyahət tarixləri daha yaxın olan müraciətçilərin viza nəticəsi daha tez bəlli olur. Lakin, viza prosedurunun müddəti yalnız bu faktora bağlı deyil; müraciətin mürəkkəbliyi də təsir göstərə bilər.

Viza rüsumu 35 avro olaraq təyin edilmişdir. Bu məbləğ milli valyutada, yəni manatla nağd şəkildə və ya kartla istənilən valyutada ödənilə bilər. Sənədlərin təqdimatı zamanı, viza rüsumundan əlavə 26 avro viza mərkəzinin xidmət haqqı kimi ödənilir. Bu ödənişi də nəğd şəkildə yalnız manatla və ya kartla istənilən valyutada etmək mümkündür. Viza rüsumunun manat ekvivalenti isə səfirlik tərəfindən günün məzənnəsinə əsaslanaraq tənzimlənir.

Hollandiya Şengen Vizası Alma Ehtimalı

Hər bir ölkənin viza müraciəti kimi, Hollandiya'da da viza alma şansınız şəxsi profilinizin vəziyyətindən asılıdır. İş yerinizin sabit olması, vəzifənizin normal səviyyədə və aylıq gəlirinizin standart maaş aralığında və ya daha yüksək olması (təcrübədə 400–500 AZN aralığında aylıq gəlir əldə edən şəxslərə viza verilməsi müşahidə olunub), bank hesabınızda səyahətinizin bütün xərclərini ödəyə biləcək kifayət qədər məbləğin göstərilməsi, sizi ölkəyə bağlayan amillərin (məsələn, adınıza qeydə alınmış əmlak, ailənizin və uşaqlarınızın mövcudluğu) mövcudluğu və zəngin səyahət tarixçəniz, Hollandiya Şengen vizası alma şansınızı artıran əsas faktorlar arasındadır. Təcrübəmizdə, ilk Şengen vizasını Fransa səfirliyindən əldə edən şəxslərin sayı kifayət qədər olsa da, biz profiliniz yüksək səviyyədə olmadığı hallarda ilk viza müraciəti üçün Fransa səfirliyinin bir qədər riskli olduğunu qeyd edirik. Daha öncə bir və ya bir neçə Şengen vizasının mövcudluğu, Fransa səfirliyindən Hollandiya vizası alma ehtimalınızı əhəmiyyətli dərəcədə artırır. Həmçinin, digər Qərbi Avropa və yüksək inkişaf etmiş Avropa ölkələrinə (məsələn, Almaniya, İtaliya, Skandinaviya ölkələri və s.) nisbətən Fransa səfirliyi bəzi hallarda ilk viza müraciəti üçün daha əlverişli seçim ola bilər.

Hollandiyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq, Hollandiya Şengen vizası müraciətiniz zamanı sizə tam dəstək göstərməyə hazırıq. Əgər bizim viza dəstəyi xidmətlərimizdən faydalansanız, xidmətlərimizə viza mərkəzində sizin adınıza görüş təyin edilməsi, ərizə formasının doldurulması, sənədlərinizin peşəkar şəkildə hazırlanaraq təqdim edilməsi, səyahətinizi əhatə edəcək uçuş biletlərinin bron edilməsi, otellərin bron edilməsi və ya tələblərinizə uyğun seçilməsi, səfərinizi tam əhatə edəcək səyahət sığortasının təmin edilməsi, konsultasiya və viza prosedurunuzun izlənilməsi daxildir. Qeyd edək ki, səyahət sığortasının rüsumu xidmət haqqımızdan əlavə olaraq hesablanır. Adətən, 1 həftəlik səyahət üçün sığorta rüsumu 16–18 AZN aralığında olur və bu sığortanı siz özünüz də təmin edə bilərsiniz. Həmçinin, sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə bağlı da sizə dəstək veririk; hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edir. Ümumi olaraq, Hollandiya Şengen vizasına dəstək xidmətimizin qiyməti bir nəfər üçün 79 AZN-dir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyin. Əlavə məlumat almaq üçün isə 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlayın.

Hollandiyanın xoşbəxtlik diyarında ən gözəl anlarınızı yaşayın!
Xoş səyahətlər!

Yeniləndi: 27.02.2025

Oxşar yazılar:

Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Birləşmiş Ştatlarına səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza müraciəti səfər hazırlığının vacib mərhələsidir. ABŞ-a turizm, ailə və dost ziyarəti və ya işgüzar səfər məqsədilə getməyi planlaşdırırsınızsa, səfər məqsədinizə uyğun viza kateqoriyasını müəyyənləşdirməlisiniz. Vizam.az-da Amerika vizası dəstəyi xidmət haqqı 31 oktyabr 2026-cı il tarixinədək cəmi 100 AZN-dir! Kampaniyadan yararlanaraq viza müraciətiniz üçün dəstək ala […]

Vizam.az 22 oktyabr 2026
Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanadaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Kanada vizası əvvəlcədən hazırlanmalı olan əsas sənədlərdən biridir. Turizm, ailə ziyarəti və ya işgüzar səfər məqsədilə Kanadaya getməyi planlaşdırırsınızsa, viza növünü düzgün seçmək və tələb olunan sənədləri hazırlamaq vacibdir. Bu məqalədə Kanada vizası üçün müraciət qaydası, tələb olunan sənədlər, rüsumlar və müraciət zamanı diqqət edilməli məqamlarla tanış ola […]

Vizam.az 21 oktyabr 2026
Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026
Yeni il üçün Şengen vizası: Müraciətə nə vaxt başlamaq lazımdır?

Yeni il üçün Şengen vizası: Müraciətə nə vaxt başlamaq lazımdır?

Yeni ili Avropada keçirmək istəyirsinizsə, Şengen vizası üçün müraciətə səyahət tarixindən ən azı 1–2 ay əvvəl başlamaq məqsədəuyğundur. Yeni il dövründə viza mərkəzlərində sıxlıq yarana bildiyi üçün sənədlərin hazırlanması və görüş tarixinin alınmasını son həftələrə saxlamaq məsləhət görülmür. Yeni il üçün Vyana, Paris, Roma, Amsterdam və ya digər Şengen ölkələrinə səyahət planlaşdırırsınızsa, viza müraciətinin vaxtını […]

Vizam.az 28 sentyabr 2026
Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Bəli, Sinqapur vizası üçün bank çıxarışı maliyyə vəziyyətinizi göstərən dəstəkləyici sənəd kimi tələb oluna bilər. Lakin bank çıxarışı bütün müraciətlər üçün rəsmi şəkildə məcburi əsas sənəd kimi göstərilmir. Sinqapurun İmmiqrasiya və Nəzarət Məntəqələri İdarəsi (ICA) müraciət zamanı əlavə sənədlər tələb edə bilər və Sinqapura səfər edən şəxsin qalma müddəti ərzində özünü təmin etmək üçün kifayət […]

Vizam.az 24 sentyabr 2026
Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

İlk dəfə Şengen sərhədindən keçirsinizsə, pasportunuz, Şengen vizanız, uçuş və yaşayış məlumatlarınız, səfər planınız və lazım olduqda maliyyə imkanınızı göstərən sənədlər hazır olmalıdır. Sərhəd nəzarətində əməkdaş səfərin məqsədi, qalacağınız yer və geri dönüş planınız barədə qısa suallar verə bilər. Etibarlı Şengen vizasının olması girişə avtomatik zəmanət vermir. Xarici sərhəddə səyahətçinin giriş şərtlərinə uyğunluğu ayrıca yoxlanılır. […]

Vizam.az 24 sentyabr 2026
Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcunun olması təkbaşına viza almağa avtomatik maneə deyil. Viza müraciətində əsas məsələ kredit borcunun mövcudluğu deyil, müraciət edən şəxsin ümumi maliyyə vəziyyəti, sabit gəliri, bank hesabındakı vəsaitin mənbəyi və səfərin xərclərini qarşılamaq imkanının inandırıcı şəkildə göstərilməsidir. Məsələn, şəxsin aktiv istehlak krediti və ya ipoteka ödənişi ola bilər. Əgər onun sabit gəliri, normal bank hesabı […]

Vizam.az 23 sentyabr 2026
Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

ABŞ vizasının olması avtomatik olaraq Kanada və Meksikaya giriş hüququ vermir. Kanada və Meksikanın viza və giriş qaydaları bir-birindən fərqlidir. Azərbaycan pasportu ilə səyahət edirsinizsə, Kanadaya getmək üçün ümumiyyətlə Kanada vizası tələb olunur. ABŞ vizasının olması Kanada vizasını avtomatik əvəz etmir. Meksikada isə fərqli qayda tətbiq olunur: etibarlı ABŞ vizası olan şəxslər müəyyən şərtlərlə ayrıca […]

Vizam.az 21 sentyabr 2026
Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Xeyr. Şengen vizası aldığınız ölkədən Şengen zonasına ilk giriş etmək ümumi qayda olaraq məcburi deyil. Məsələn, Fransadan Şengen vizası almısınızsa, müəyyən hallarda Şengen zonasına İtaliya, Almaniya, Niderland və ya başqa Şengen ölkəsindən daxil ola bilərsiniz. Avropa Komissiyasının rəsmi məlumatına görə, bir Şengen ölkəsi tərəfindən verilmiş viza ilə başqa Şengen ölkəsinin xarici sərhədindən də giriş mümkündür. […]

Vizam.az 18 sentyabr 2026