Green Card Qeydiyyat Müvəqqəti Dayandırılıb!

Yeniləndi: 13 iyul 2026 2004 baxış 4 dəq. oxu

Son günlər sosial şəbəkələrdə və müxtəlif platformalarda “Green Card artıq olmayacaq”, “DV lotereyası ləğv olundu” kimi xəbərlər sürətlə yayılır. Bu isə ABŞ-da yaşamaq və işləmək arzusu olan minlərlə insan arasında ciddi narahatlıq yaradıb. Əslində isə vəziyyət düşündüyünüz qədər kəskin deyil.

Ən son rəsmi məlumatlara görə, ABŞ-ın Green Card (Diversity Visa – DV) lotereyası tamamilə ləğv edilməyib, lakin 2025-ci ilin sonunda proqram üçün inzibati “pauza” yəni müvəqqəti dayandırılma qərarı verilib. ABŞ administrasiyası təhlükəsizlik və yoxlama mexanizmlərinin yenidən nəzərdən keçirilməsi məqsədilə DV proqramının bəzi mərhələlərini müvəqqəti olaraq dayandırıb. Bu qərar lotereyanın qanunla ləğv edilməsi demək deyil və proqram hələ də ABŞ qanunvericiliyində mövcuddur. Onun tam ləğv olunması üçün mütləq şəkildə Konqresin qərarı tələb olunur, lakin hazırda belə bir qərar qəbul edilməyib.

Hazırda DV-2026 üçün nəticələr və yoxlama portalı açıq qalır və seçilmiş şəxslər 30 sentyabra qədər nəticələrini yoxlaya bilirlər. DV-2027 üçün isə qeydiyyat hələ açılmayıb, çünki yeni qaydalar və texniki dəyişikliklər üzərində iş aparılır. Eyni zamanda, 2025-ci ildən etibarən lotereya qeydiyyatı üçün simvolik 1 ABŞ dolları ödəniş tətbiq edilməsi də bu dəyişikliklərin bir hissəsidir və proqramın ləğv olunduğunu göstərmir.

Bu bloqda Green Card qeydiyyatının niyə dayandırıldığı, proqramın gələcəyi ilə bağlı real vəziyyət və bundan sonra nə etmək lazım olduğu barədə ən son və dəqiq məlumatları ətraflı şəkildə izah edəcəyik.

Green Card Qeydiyyatı Niyə Dayandırılıb?

ABŞ administrasiyasının verdiyi son qərara əsasən, Green Card (Diversity Visa – DV) lotereya proqramı təhlükəsizlik səbəbləri ilə müvəqqəti olaraq dayandırılıb. ABŞ Prezidenti Donald Trumpın göstərişi ilə qəbul edilən bu qərar, əsasən, immiqrasiya proseslərində təhlükəsizlik və yoxlama mexanizmlərinin daha da sərtləşdirilməsi məqsədi daşıyır.

Məlumata görə, bu addım DV-2027 proqramı üçün qeydiyyat qaydalarının dəyişdiriləcəyinin elan edilməsindən bir ay sonra atılıb. ABŞ hökuməti Diversity Visa proqramının mövcud formatının risklər yaratdığını və giriş prosesində daha ciddi yoxlama mexanizmlərinə ehtiyac olduğunu bildirib.

ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem açıqlamasında qərarın birbaşa prezidentin göstərişi ilə verildiyini və ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinə (USCIS) proqramın müvəqqəti dayandırılması ilə bağlı tapşırıq verildiyini bildirib. Noemin sözlərinə görə, bu qərarın əsas səbəblərindən biri təhlükəsizliklə bağlı son hadisələr olub. O, DV proqramı vasitəsilə ölkəyə daxil olmuş şəxslərdən birinin ağır cinayət hadisəsində iştirak etdiyini vurğulayaraq, belə halların qarşısının alınması üçün sistemin yenidən nəzərdən keçirilməsinin vacibliyini qeyd edib.

Qeyd etmək lazımdır ki, bu qərar Green Card proqramının tam ləğvi demək deyil. Hazırda proqram sadəcə olaraq dayandırılıb və təhlükəsizlik, yoxlama və giriş prosedurlarının yenilənməsi üzərində iş aparılır. ABŞ qanunvericiliyinə əsasən, Diversity Visa proqramının tam ləğv olunması yalnız Konqresin qərarı ilə mümkündür və hazırda bu istiqamətdə rəsmi qərar qəbul edilməyib.

Diversity Visa (Green Card) lotereyası nədir?

Diversity Visa Lottery, daha çox Green Card lotereyası kimi tanınan proqramdır və ABŞ hökuməti tərəfindən hər il 55.000-ə qədər immiqrant vizası təqdim edilir. Proqramın əsas məqsədi ABŞ-a immiqrasiya axınının balanslaşdırılması və tarixən az immiqrasiya edən ölkələrin vətəndaşlarına daimi yaşayış imkanı yaradılmasıdır.

Seçim prosesi tamamilə təsadüfi (lotereya) üsulu ilə aparılır. Lakin seçilən şəxslər avtomatik olaraq Green Card əldə etmir. Onlar mütləq şəkildə təhsil və ya iş təcrübəsi tələblərinə cavab verməli, həmçinin təhlükəsizlik və background yoxlamalarından uğurla keçməlidirlər. Yalnız bu mərhələlərdən sonra daimi yaşayış icazəsi verilə bilər.

Green Card lotereyasına kimlər müraciət edir və neçə nəfər seçilir?

Diversity Visa proqramına maraq hər il çox yüksək olur. Məsələn, 2025-ci il üçün təxminən 20 milyon nəfər Green Card lotereyasına müraciət edib. Onlardan 131.000-dən çox şəxs seçilib ki, bu rəqəmə əsas müraciətçinin həyat yoldaşı və övladları da daxildir.

Seçimdən sonra namizədlər müsahibə mərhələsinə, tibbi yoxlamaya və təhlükəsizlik araşdırmasına cəlb olunur. Bu mərhələləri uğurla keçən şəxslər ABŞ-a daimi yaşayış üçün giriş icazəsi əldə edə bilirlər. Bu səbəbdən, seçilmək Green Card almaq demək deyil bu yalnız prosesin ilk mərhələsidir.

Qısa xülasə:

  • Hər il maksimum 55.000 Green Card verilir
  • Seçim lotereya yolu ilə aparılır
  • Təhsil və ya iş təcrübəsi tələbi var
  • Müsahibə və təhlükəsizlik yoxlaması mütləqdir

Diversity Visa proqramından hansı ölkələr daha çox faydalanır?

Bu proqram əsasən ABŞ-a miqrasiya səviyyəsi aşağı olan ölkələrin vətəndaşları üçün nəzərdə tutulub. Xüsusilə Afrika ölkələri, eləcə də Avropanın, Asiyanın və Okeaniyanın bəzi hissələri DV proqramından daha çox faydalanan regionlardır.

Məsələn, 2025-ci ildə Portuqaliya vətəndaşları üçün cəmi 38 yer ayrılıb ki, bu da proqramda ölkələr üzrə kvotaların necə dəyişkən olduğunu göstərir. Digər tərəfdən, Hindistan vətəndaşları bu proqramda ümumiyyətlə iştirak edə bilmirlər, çünki Hindistandan ABŞ-a ailə və iş vizaları ilə miqrasiya səviyyəsi çox yüksəkdir və bu, DV proqramının şərtlərinə uyğun gəlmir.

Müraciət prosesi necə aparılır?

Green Card lotereyası üçün müraciət prosesi olduqca sadədir, amma hər addım diqqətli olmağı tələb edir. Unutmayın ki, bütün proses tamamilə pulsuzdur. Müraciəti özünüz etmək ən güvənli yoldur.

  1. Yalnız rəsmi saytdan istifadə edin: Müraciət forması yalnız ABŞ Dövlət Departamentinin rəsmi saytı olan dvprogram.state.gov vasitəsilə doldurulmalıdır. Digər saytlar və agentliklər tərəfindən təklif olunan ödənişli xidmətlərdən uzaq durun.
  2. Məlumatları düzgün daxil edin: Müraciət zamanı ad, soyad, doğum tarixi, doğum yeri və ölkəsi kimi şəxsi məlumatlarınızı pasportunuzdakı kimi, ingilis əlifbası ilə dəqiq daxil edin. Evlisinizsə, həyat yoldaşınızın və 21 yaşa qədər subay uşaqlarınızın məlumatlarını da əlavə etməlisiniz. Yanlış və ya qeyri-dəqiq məlumatlar müraciətinizin ləğvinə səbəb ola bilər.
  3. Şəkil tələblərinə əməl edin: Şəkil ən geci 6 ay əvvəl çəkilmiş olmalı, ağ və ya açıq rəngli fonda, 600x600 piksel ölçüdə və üzünüz tam görünəcək şəkildə olmalıdır. Hər kəsin (uşaqlar daxil olmaqla) ayrı-ayrı şəkli olmalıdır.
  4. Təsdiq Nömrəsini (Confirmation Number) qeyd edin: Müraciət formasını doldurub göndərdikdən sonra sizə 16 rəqəmli təsdiq nömrəsi veriləcək. Bu nömrəni mütləq yadda saxlayın, fotoşəkilini çəkin və ya çap edin. Nəticələri yoxlamaq üçün bu nömrəyə ehtiyacınız olacaq və itirildiyi təqdirdə bərpa etmək çox çətin olur.

Green Card qeydiyyatı, Green Card Proqramı, DV Lottery, nədir, niyə aktuadır sualları sizi maraqlandırırsa, klik edərək blogumuza keçid edib məlumat əldə edə bilərsiniz.

Tez-Tez Verilən Suallar (FAQ)

Green Card qeydiyyatı ləğv olunub?

Xeyr, Green Card lotereyası tam ləğv olunmayıb. Proqram hazırda müvəqqəti olaraq dayandırılıb və yenidən nəzərdən keçirilir. Ən son rəsmi məlumatlara görə, ABŞ-ın Green Card (Diversity Visa – DV) lotereyası tamamilə ləğv edilməyib, lakin 2025-ci ilin sonunda proqram üçün inzibati “pauza” yəni müvəqqəti dayandırılma qərarı verilib. ABŞ administrasiyası təhlükəsizlik və yoxlama mexanizmlərinin yenidən nəzərdən keçirilməsi məqsədilə DV proqramının bəzi mərhələlərini müvəqqəti olaraq dayandırıb. Bu qərar lotereyanın qanunla ləğv edilməsi demək deyil və proqram hələ də ABŞ qanunvericiliyində mövcuddur. Onun tam ləğv olunması üçün mütləq şəkildə Konqresin qərarı tələb olunur, lakin hazırda belə bir qərar qəbul edilməyib.

Green Card qeydiyyatı nə vaxt açılacaq?

Hazırda rəsmi tarix açıqlanmayıb. DV-2027 üçün yeni qaydalar hazırlandıqdan sonra qeydiyyat bərpa oluna bilər.

DV-2026-da seçilənlər üçün proses davam edir?

Bəli, nəticələrin yoxlanması üçün portal açıqdır. Lakin bəzi mərhələlərdə gecikmələr ola bilər.

Green Card üçün ödəniş varmı?

Bəli, 2025-ci ildən etibarən qeydiyyat üçün 1 ABŞ dolları simvolik ödəniş tətbiq edilib.

Green Card almaq üçün əsas şərtlər nədir?

Minimum orta təhsil və ya son 5 ildə 2 illik iş təcrübəsi tələb olunur. Bundan əlavə, təhlükəsizlik yoxlamaları aparılır.

Green Card qeydiyyatı açılana qədər nə etmək olar?

Sənədləri hazırlamaq, düzgün foto çəkmək və alternativ ABŞ viza yollarını araşdırmaq tövsiyə olunur.

Oxşar yazılar:

Hindistana Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Hindistana Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Hindistan rəngarəng mədəniyyəti, qədim məbədləri, möhtəşəm sarayları və fərqli mətbəxi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tac Mahaldan Mumbayın canlı küçələrinə, Himalay dağlarından Qoa çimərliklərinə qədər ölkə hər səyahətçiyə fərqli təcrübələr təqdim edir. Hindistana səyahət etməyi planlaşdırırsınızsa, yola çıxmazdan əvvəl bilməli olduğunuz 10 maraqlı faktla tanış olun. Hindistanda 22 rəsmi dil tanınır Hindistan dil […]

Vizam.az 06 noyabr 2026
Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

Honq Konqa səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əvvəlcədən viza almaq tələb olunur. Asiyanın ən məşhur turizm və biznes mərkəzlərindən biri olan Honq Konq müasir memarlığı, möhtəşəm şəhər mənzərələri, alış-veriş imkanları və zəngin mədəniyyəti ilə turistlərin diqqətini cəlb edir. Honq Konq səyahətinizi planlaşdırırsınızsa, viza müraciətinizi son ana saxlamayın. Vizam.az vasitəsilə müraciət prosesində peşəkar dəstək əldə […]

Vizam.az 05 noyabr 2026
Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Hindistan qədim tarixi, rəngarəng mədəniyyəti, möhtəşəm məbədləri və fərqli təbiəti ilə turistlərin maraq göstərdiyi ölkələrdən biridir. Hindistana səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları səfərdən əvvəl viza almalıdırlar. Hindistan vizası ilə bağlı ən çox verilən 10 sualın cavabını aşağıda tapa bilərsiniz. Azərbaycan vətəndaşları Hindistan vizasını onlayn ala bilərmi? Bəli. Azərbaycan vətəndaşları Hindistanın elektron viza (e-Visa) müraciəti üçün […]

Vizam.az 05 noyabr 2026
Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Polşa zəngin tarixi, möhtəşəm memarlığı, qədim şəhərləri və özünəməxsus mədəniyyəti ilə Avropanın maraqlı səyahət istiqamətlərindən biridir. Varşavanın müasir küçələrindən Krakovun tarixi meydanlarına qədər ölkənin hər bölgəsində kəşf etməyə dəyər fərqli məkanlar var. Polşaya səyahət etməyi planlaşdırırsınızsa, yola çıxmazdan əvvəl bilməli olduğunuz 10 maraqlı faktla tanış olun. Polşanın paytaxtı Varşavadır, lakin Krakov da turistlərin sevimli şəhərlərindən […]

Vizam.az 05 noyabr 2026
İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərəyə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza əvvəlcədən alınmalıdır. Turizm, ailə və dost ziyarəti, işgüzar səfər və digər qısamüddətli səfərlər üçün müraciət zamanı uyğun viza növü seçilməli və tələb olunan sənədlər hazırlanmalıdır. İngiltərə vizası ilə bağlı ən çox verilən sualların cavablarını aşağıda tapa bilərsiniz. İngiltərə vizası almaq üçün hansı sənədlər tələb olunur? Əsas sənədlərə […]

Vizam.az 04 noyabr 2026
Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviya Baltikyanı ölkələr arasında yerləşən, tarixi şəhərləri, sakit təbiəti, geniş meşələri və Baltik dənizinin gözəl sahilləri ilə seçilən Avropa ölkəsidir. Xüsusilə paytaxt Riqa özünəməxsus memarlığı, rəngarəng küçələri və tarixi İçərişəhəri ilə turistlərin diqqətini çəkir. Latviyaya səyahət etməyi planlaşdırırsınızsa, ölkənin mədəniyyəti, gündəlik həyat tərzi və turistlər üçün maraqlı xüsusiyyətləri haqqında əvvəlcədən məlumat əldə etmək faydalıdır. Səfərdən […]

Vizam.az 04 noyabr 2026
Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026