Fransa Səfirliyi vasitəsilə Fransa vizası müraciəti

Yeniləndi: 19 fevral 2026 1324 baxış 6 dəq. oxu

Fransa vizası almaq istəyirsinizsə, düzgün və rəsmi prosedurları bilmək çox vacibdir. İstər Fransa turist vizası, istər Fransa iş vizəsi, istərsə də Fransa Şengen vizası üçün müraciət edərkən sənədlərin düzgün hazırlanması və müraciətin vaxtında edilməsi əsas şərtlərdəndir. Bir çox müraciətçi Fransa səfirliyi viza müraciəti prosesi, tələb olunan sənədlər və müraciət qaydaları barədə ətraflı və dəqiq məlumata ehtiyac duyur.

Fransa Şengen vizası sizə yalnız Fransaya deyil, eyni zamanda digər Şengen ölkələrinə də səyahət imkanı verir. Buna görə də Fransa vizası son illərdə ən çox müraciət edilən vizalardan biridir. Xüsusilə Fransa turist vizası və Fransa iş vizəsi kateqoriyaları Azərbaycan vətəndaşları arasında geniş yayılmışdır. Fransa vizası almaq prosesi ilk baxışdan çətin görünsə də, düzgün məlumat və planlama ilə bu prosesi rahat şəkildə tamamlamaq mümkündür. Bu bloq yazısında Fransa vizası, Fransa səfirliyi, Fransa Şengen vizası, Fransa turist vizası və Fransa iş vizəsi ilə bağlı bütün vacib detalları addım-addım izah edəcəyik.

Fransa Viza Növləri

Fransa Şengen ölkələri siyahısına daxil olduğu üçün müvəqqəti səyahət planlayan şəxslər Fransa Şengen vizası üçün müraciət edə bilərlər. Fransa vizası müraciəti zamanı ən çox seçilən kateqoriya məhz qısamüddətli Şengen vizasıdır. Bu viza növü 90 günədək olan səfərləri əhatə edir və Fransa turist vizası, ailə və dost ziyarəti, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və digər daimi olmayan məqsədlər üçün nəzərdə tutulur.

Fransa Şengen vizası əldə edən şəxslər yalnız Fransaya deyil, eyni zamanda digər Şengen ölkələrinə də səyahət edə bilirlər. Bu səbəbdən Fransa vizası almaq istəyənlərin böyük əksəriyyəti məhz bu kateqoriyaya müraciət edir.

Əgər Fransada 90 gündən artıq qalmaq planlaşdırılırsa məsələn, uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s.) və ya Fransada yerləşən hər hansı qurumda daimi işləmək məqsədi varsa bu zaman Fransa milli vizası üçün müraciət edilməlidir. Fransa iş vizəsi və uzunmüddətli təhsil vizası bu kateqoriyaya daxildir. Milli viza üçün müraciət zamanı Fransadakı təhsil müəssisəsindən və ya işəgötürən qurumdan rəsmi qəbul və ya dəvət məktubu təqdim olunması mütləqdir.

Hazırda isə əsas diqqət Fransa Şengen vizası üzərindədir və növbəti bölmədə Fransa vizası üçün sənədlər və Fransa səfirliyi viza müraciəti prosesi haqqında daha ətraflı məlumat veriləcək.

Fransa Şengen Vizası

Fransa üçün müraciət edilən Fransa Şengen vizası qısamüddətli səfərlər üçün nəzərdə tutulur və həm təkgirişli, həm də çoxgirişli formada verilə bilər. Fransa vizası müraciəti zamanı səfər planınıza uyğun olaraq 3 ay, 6 ay, 1 il, 2 il və hətta 5 il müddətinə etibarlı vizalara müraciət etmək mümkündür. Vizanın müddəti və giriş sayı Fransa səfirliyi tərəfindən təqdim olunan sənədlər və səyahət tarixçəsinə əsasən müəyyən edilir.

Fransa vizası almaq istəyən şəxslər bilməlidirlər ki, Fransa Şengen vizası əldə etdikdən sonra bütün Şengen ərazisində sərbəst hərəkət etmək mümkündür. Lakin Fransa səfirliyi viza müraciəti zamanı göstərilən əsas səfər istiqamətinə uyğun davranmaq vacibdir. Tövsiyə olunur ki, Şengen zonasına ilk giriş Fransa vizası aldığınız ölkədən yəni Fransadan edilsin. Əks halda, nadir hallarda da olsa, başqa ölkənin sərhəd xidməti Fransa vizası ilə birbaşa girişə icazə verməyə bilər.

Fransa səfirliyi viza müraciəti edərkən ümumi səyahət planında ən çox qalacağınız ölkə kimi Fransanı göstərməlisiniz. Bu, Fransa Şengen vizası üçün əsas şərtlərdən biridir. Məsələn, bir çox hallarda Fransa turist vizası ilə səyahət edən şəxslər marşrutlarına İspaniya, Portuqaliya, İtaliya və ya Almaniya kimi ölkələri də əlavə edirlər. Bu hal Fransa viza müraciəti üçün problem yaratmır. Əsas tələb odur ki, ümumi qalma müddətinizin ən böyük hissəsi Fransada göstərilsin.

Fransa turist vizası, Fransa iş vizəsi və digər qısamüddətli səfər kateqoriyaları məhz Fransa Şengen vizası çərçivəsində təqdim olunur. Fransa vizası üçün sənədlər düzgün hazırlandıqda və səyahət planı aydın göstərildikdə, Fransa vizası almaq prosesi daha rahat və uğurlu olur. Növbəti mərhələdə Fransa səfirliyi və Fransa səfirliyi viza müraciəti prosedurları, eləcə də Fransa vizası üçün sənədlər haqqında daha detallı məlumat təqdim edilə bilər.

Fransa Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Fransa Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  • Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  • Şəxsiyyət vəsiqənizin surəti
  • İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  • Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  • Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  • Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  • 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  • Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  • Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  • Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  • İngilis dilində doldurulmuş ərizə forması
  • Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  • Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Fransa Vizasına Tələb Olunan Sənədlər və Prosedurlar

Fransa səfirliyi viza müraciəti zamanı tələb olunan sənədlər və prosedurlar müraciətçinin statusuna və səfərin məqsədinə görə dəyişir. Təcrübəmiz göstərir ki, Fransa səfirliyi ilk dəfə viza üçün müraciət edən şəxslərdən iş yerindən arayışdan əlavə e.gov.az hökumət portalından çıxarış da tələb edə bilər. Sənədləriniz qəbul olunduqdan sonra Fransa səfirliyi viza proseduru əsnasında sizə zəng gələ və əlavə sənədlərin təqdim olunması istənilə bilər. Nadir hallarda isə səfirlik bron etdiyiniz otellərin təsdiqini tələb edə bilər.

Bank hesabınızdakı məbləğ Fransa səfərinizin müddətinə, uçuş biletləri və otellərin qiymətinə görə dəyişir. Ümumilikdə bir həftəlik səfər üçün bank hesabınızda 3.000–5.000 AZN (və ya ekvivalent avro/ABŞ dolları) göstərilməsi məsləhətdir. Məbləği hesablayarkən otel və bilet bronlarının qiyməti ilə hər gün üçün 70–80 avro xərci cəmləmək və bir qədər çox göstərmək tövsiyə olunur.

Əgər siz sahibkarsınızsa, Fransa vizası üçün iş yerindən arayış əvəzinə VÖEN surəti, Vergilər Nazirliyindən dövriyyə arayışı və şirkətinizin reyestrdən çıxarışı təqdim edə bilərsiniz. İşləmirsinizsə, təhsil alırsınızsa və ya səyahət xərclərinizi sponsor qarşılayırsa, həmin şəxsin şəxsiyyət vəsiqəsi surəti, iş yerindən arayış və bank çıxarışı tələb olunur. Ailəvi əlaqə varsa, bunu təsdiqləyən sənədlər də əlavə edilməlidir. 18 yaşdan aşağı şəxslər üçün isə hər iki valideyndən və ya valideynlərdən biri ilə səyahət zamanı digər valideyndən icazə sənədi tələb olunur.

Bütün sənədlər VÖEN, dövriyyə arayışı, reyestr çıxarışı, sponsorluq və icazə kağızları notarial qaydada ingilis dilinə tərcümə edilməli və təsdiq olunmalıdır.

Bu tələblərə əməl etdikdə Fransa vizası almaq prosesi daha rahat və uğurlu olur. Fransa səfirliyi turist vizası, Fransa iş vizəsi, Fransa Şengen vizası və digər kateqoriyalar üçün müraciət edərkən bütün sənədlərin düzgün hazırlanması əsas şərtdir.

Fransa Viza Proseduru

Fransa Şengen vizası üçün müraciət Fransa Səfirliyi viza müraciəti sistemində Capago viza mərkəzi vasitəsilə həyata keçirilir. Viza ilə bağlı qərarı Fransa səfirliyinin konsulluq şöbəsi və konsul verir.

Viza müraciətinə başlamaq üçün onlayn viza görüşü təyin edilməlidir. Sənədlərin təqdimatı üçün əvvəlcədən görüşün təyin olunması mütləqdir. Fransa vizası müraciəti səyahət tarixindən ən erkən 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilər sənədləri təqdim edərkən şəxsi iştirakı təmin etməlidir.

Barmaq izindən azad olan qruplar:

  • Son 3 ildə Şengen vizası almış və sistemdə barmaq izi olan şəxslər (Çexiya vizası istisna olmaqla)
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki olaraq mümkün olmayan şəxslər
  • Diplomatik və ya xüsusi pasport sahibi olan və Fransada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
  • Fransada mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq təşkilatlarda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqlar)

Fransa Şengen vizası proseduru müraciət tarixindən etibarən 3–5 iş günü ərzində başa çata bilər. Təcrübə göstərir ki, səyahət tarixi yaxın olan müraciətçilərin vizası daha tez təsdiqlənir. Lakin vizanın hazırlanma müddəti yalnız bu amildən asılı deyil; müraciət mürəkkəbliyi də rol oynaya bilər.

Viza Rüsumu və Ödənişlər

Fransa vizası rüsumu 35 avro təşkil edir və milli valyutada (manat) nağd və ya kartla istənilən valyutada ödənilə bilər. Sənədləri təqdim edərkən əlavə olaraq 26 avro xidmət haqqı da viza mərkəzinə ödənilir. Hər iki ödəniş məbləği səfirlik tərəfindən günün məzənnəsinə uyğun təyin olunur.

Bu prosedur və ödəniş sistemi Fransa səfirliyi viza müraciəti, Fransa vizası almaq, Fransa Şengen vizası, Fransa turist vizası, Fransa iş vizəsi və Fransa səfirliyi turist vizası kateqoriyalarında müraciət edən şəxslər üçün əsas qaydadır.

Fransa Şengen Vizası Alma Ehtimalı

Fransa vizası almaq şansı, digər ölkələrdə olduğu kimi, Fransa səfirliyi viza müraciəti zamanı müraciətçinin şəxsi və maliyyə profilindən asılıdır. Şəxsin iş yeri və vəzifəsi stabil olmalı, aylıq gəliri standart maaş aralığında və ya daha yüksək olmalıdır. Təcrübədə, aylıq 400–500 AZN gəliri olan şəxslərin də Fransa Şengen vizası aldığı hallar olmuşdur.

Bank hesabında göstərilən məbləğ isə bütün səyahətinizi əhatə etməli və Fransa səfəri boyunca xərclərinizi qarşılaya bilməlidir. Eyni zamanda, sizi ölkəyə bağlayan nüanslar – məsələn, adınıza mülk, ailənizin və uşaqlarınızın olması – vizanın alınma ehtimalını artırır. Səyahət tarixçəsinin yaxşı olması da Fransa Şengen vizası alma şansını yüksəldən faktorlar arasındadır.

Təcrübəmiz göstərir ki, ilk dəfə Şengen vizası üçün müraciət edən şəxslər üçün Fransa səfirliyi bir qədər daha ehtiyatlıdır. Lakin əvvəlki Şengen vizalarınız varsa, bu, Fransa səfirliyindən viza alma ehtimalınızı əhəmiyyətli dərəcədə artırır.

Qeyd etmək lazımdır ki, Fransa səfirliyi digər Qərbi Avropa və yüksək inkişaf etmiş ölkələrlə müqayisədə (Almaniya, İtaliya, Skandinaviya ölkələri və s.) müəyyən nüansların mövcudluğu halında ilk viza müraciəti üçün daha əlverişli seçim ola bilər.

Fransa vizası almaq üçün bu faktorların hamısına diqqət yetirmək, Fransa turist vizası, Fransa iş vizəsi, Fransa Şengen vizası və Fransa səfirliyi viza müraciəti prosesini uğurlu etməkdə əsas rol oynayır.

Tez-tez Verilən Suallar

1. Fransa Şengen vizası üçün hansı sənədlər tələb olunur?
Fransa vizası üçün pasport, şəxsiyyət vəsiqəsi, bank çıxarışı, iş yerindən arayış və ya sahibkarlıq sənədləri, səyahət və otel bronları, sığorta və lazım gələrsə sponsor sənədləri tələb olunur. Bütün sənədlər notarial qaydada ingilis dilinə tərcümə edilməlidir.

2. Fransa vizası üçün müraciəti harada edə bilərəm?
Fransa Şengen vizası üçün müraciət Capago viza mərkəzi vasitəsilə edilir. Viza qərarı isə Fransa səfirliyinin konsulluq şöbəsi tərəfindən verilir.

3. Barmaq izi vermək hər kəs üçün vacibdirmi?
Xeyr, barmaq izindən azad olan şəxslər var: 12 yaşdan aşağı uşaqlar, diplomatik pasport sahibləri, fiziki olaraq barmaq izi verə bilməyən şəxslər və son 3 ildə Şengen vizası almış şəxslər (Çexiya istisna).

4. Fransa vizası almaq şansımı nələr artırır?
İş yerinizin vəzifəsi, gəliriniz, bank hesabınızdakı məbləğ, ölkəyə bağlayan nüanslar (mülk, ailə) və yaxşı səyahət tarixçəsi Fransa Şengen vizası alma ehtimalını yüksəldir. Əvvəlki Şengen vizalarınız varsa, şans daha da artır.

5. Viza müraciəti və rüsum nə qədər vaxt aparır və nə qədərdir?
Fransa vizası proseduru 3–5 iş günü ərzində başa çata bilər, lakin müraciət mürəkkəbliyinə görə dəyişə bilər. Viza rüsumu 35 avro, viza mərkəzinin xidmət haqqı isə 26 avro təşkil edir. Ödənişlər nağd və ya kartla istənilən valyutada edilə bilər.

6. Fransa Şengen vizası ilə digər Şengen ölkələrinə səyahət edə bilərəm?
Bəli, Fransa Şengen vizası ilə bütün Şengen ölkələrinə daxil olmaq mümkündür. Lakin tövsiyə olunur ki, ilk giriş Fransa vizası aldığınız ölkədən edilsin.

7. 18 yaşdan aşağı uşaqlar üçün xüsusi tələblər varmı?
Bəli, tək səyahət edirlərsə hər iki valideyndən icazə, valideynlərdən biri ilə səyahət edirlərsə digər valideyndən ölkədən çıxış icazəsi tələb olunur.

Oxşar yazılar:

İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərəyə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza əvvəlcədən alınmalıdır. Turizm, ailə və dost ziyarəti, işgüzar səfər və digər qısamüddətli səfərlər üçün müraciət zamanı uyğun viza növü seçilməli və tələb olunan sənədlər hazırlanmalıdır. İngiltərə vizası ilə bağlı ən çox verilən sualların cavablarını aşağıda tapa bilərsiniz. İngiltərə vizası almaq üçün hansı sənədlər tələb olunur? Əsas sənədlərə […]

Vizam.az 04 noyabr 2026
Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviya Baltikyanı ölkələr arasında yerləşən, tarixi şəhərləri, sakit təbiəti, geniş meşələri və Baltik dənizinin gözəl sahilləri ilə seçilən Avropa ölkəsidir. Xüsusilə paytaxt Riqa özünəməxsus memarlığı, rəngarəng küçələri və tarixi İçərişəhəri ilə turistlərin diqqətini çəkir. Latviyaya səyahət etməyi planlaşdırırsınızsa, ölkənin mədəniyyəti, gündəlik həyat tərzi və turistlər üçün maraqlı xüsusiyyətləri haqqında əvvəlcədən məlumat əldə etmək faydalıdır. Səfərdən […]

Vizam.az 04 noyabr 2026
Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026
Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstana səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alınması vacib şərtlərdən biridir. Bolqarıstan 1 yanvar 2025-ci ildən etibarən Şengen zonasına tamhüquqlu üzv olduğu üçün ölkəyə turistik, işgüzar və digər qısamüddətli səfərlər üçün Şengen vizası tələb olunur. Bolqarıstan vizası ilə yalnız bu ölkəyə deyil, Şengen zonasına daxil olan digər ölkələrə də səyahət etmək mümkündür. Bunun üçün […]

Vizam.az 28 oktyabr 2026
Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya vizası üçün müraciət edərkən maliyyə vəziyyətinizi təsdiq edən sənədlərdən biri tələb olunur. Azərbaycan vətəndaşları üçün bu məqsədlə bank arayışı təqdim edilməlidir. Bank hesabından çıxarış tələb olunmur. Sənədləri hazırlayarkən bank arayışı ilə bank çıxarışının fərqini bilmək vacibdir. Aşağıda Yaponiya vizası müraciətində bu sənədlə bağlı əsas məqamları izah edirik. Yaponiya Vizası üçün Hansı Bank Sənədi Lazımdır? […]

Vizam.az 27 oktyabr 2026
Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Birləşmiş Ştatlarına səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza müraciəti səfər hazırlığının vacib mərhələsidir. ABŞ-a turizm, ailə və dost ziyarəti və ya işgüzar səfər məqsədilə getməyi planlaşdırırsınızsa, səfər məqsədinizə uyğun viza kateqoriyasını müəyyənləşdirməlisiniz. Vizam.az-da Amerika vizası dəstəyi xidmət haqqı 31 oktyabr 2026-cı il tarixinədək cəmi 100 AZN-dir! Kampaniyadan yararlanaraq viza müraciətiniz üçün dəstək ala […]

Vizam.az 22 oktyabr 2026
Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanadaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Kanada vizası əvvəlcədən hazırlanmalı olan əsas sənədlərdən biridir. Turizm, ailə ziyarəti və ya işgüzar səfər məqsədilə Kanadaya getməyi planlaşdırırsınızsa, viza növünü düzgün seçmək və tələb olunan sənədləri hazırlamaq vacibdir. Bu məqalədə Kanada vizası üçün müraciət qaydası, tələb olunan sənədlər, rüsumlar və müraciət zamanı diqqət edilməli məqamlarla tanış ola […]

Vizam.az 21 oktyabr 2026