FİNLANDİYA VİZASINI NECƏ ALA BİLƏRƏM?

Yeniləndi: 13 fevral 2025 11044 baxış 5 dəq. oxu

Bütün dünyanı özünə heyran qoyan Skandinav ölkələrindən biri olan, coğrafiyası və təbiətinin ideallığı ilə milyonlarla turistin səyahət məntəqəsinə çevrilmiş Finlandiya. Məsafə uzaq görünsə də, getmək o qədər də çətin deyil. Əlbəttə ki, Finlandiya vizanız varsa. Bu səbəblə də Finlandiya Şengen vizası haqda sizə lazım olan bütün məlumatları bu məqalədən oxuya bilərsiniz.

Finlandiya Viza Növləri

Şengen ölkələri siyahısında yer alan Finlandiyaya müvəqqəti səyahətinizi reallaşdırmaq üçün Finlandiya Şengen vizasına müraciət edərək vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Finlandiyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Finlandiya milli vizasına da müraciət edə bilərsiniz.

Finlandiya Şengen Vizası

Finlandiya Şengen vizası digər Şengen vizaları kimi təkgirişli və çoxgirişli ola bilir. Eyni zamanda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Siz Finlandiya Şengen vizasını əldə etdikdən sonra səyahətiniz ərzində istənilən Şengen ölkəsinə daxil ola bilərsiniz. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Finlandiyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Finlandiya vizası ilə Şengen ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Finlandiya Şengen vizasına müraciət etdiyiniz təqdirdə səyahət müddətiniz ərzində ən çox qalacağınız ölkə kimi Finlandiyanı göstərməlisiniz. Əksər hallarda Finlandiyaya səyahət planlayan şəxslər öz tur planlarına digər Avropa ölkələrini, xüsusən də Norveç, İsveç kimi Skandinav ölkələrini də əlavə edirlər. Səyahət tur planınızda Finlandiyadan əlavə bu ölkələrin də yer alması viza müraciətinizdə sizə problem yaratmır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni Finlandiya göstərməyiniz viza üçün məhz Finlandiya vizasına müraciət edə bilməyiniz üçün yetərli olacaqdır.

Finlandiya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Finlandiya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Onlayn ödəniş çekinizin çap versiyası
  14. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.500-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Finlandiya Şengen vizası üçün müraciət Ankarada yerləşən Norveç Səfirliyinin Azərbaycandakı VFS Global adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Ankaradakı Norveç səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir. 

Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi iş saatları ərzində Finlandiya VFS Global viza müraciət mərkəzinin +994 12 310 57 03 telefon nömrəsi ilə əlaqə saxlamaqla təyin etmək mümkündür. Lakin siz öncədən görüş təyin etmədən VFS Global şirkətinə yaxınlaşaraq sənədlərinizi təqdim edə bilərsiniz.

Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. Barmaq izindən azad olan müraciətçilərin isə sənədləri təqdim etmək üçün başqa bir şəxsə notarial qaydada etibarnamə verdikləri halda şəxsən iştirakları mütləq deyil.

Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 4 həftə (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir. Bu müddətə sənədlərin Azərbaycandakı viza mərkəzindən Ankaradakı səfirliyə çatdırılması və geri qaytarılması və eyni zamanda müraciət Ankaradakı səfirlik tərəfindən qəbul edildikdən sonra qərarın verilməsi üçün tələb olunan 30-40 günü əhatə edir.

Viza rüsumu 35 avro ərizə formasını doldurduqdan və təsdiqlədikdən sonra onlayn şəkildə ödənilir. Sənədləri təqdim edərkən isə viza mərkəzinin xidmət haqqı olan 129 AZN, ikitərəfli kuryer xidmət haqqı 132 AZN və viza prosedurunun başa çatdığı və pasportun hazır olduğu barədə məlumat verməsi üçün SMS xidmət haqqı 3 AZN ödənilir. Bu ödənişlər nəğd şəkildə və yalnız manatla qəbul olunur.

Qeyd edək ki, əgər müraciətçi viza nəticəsinin 4 həftədən daha tez bəlli olmasını istəyirsə, sənədlərinin Ankaraya daha tez gedib-qayıtması üçün Premium Təcili çatdırılma xidmətindən istifadə edə bilər. Bu zaman kuryer xidmət haqqını 74 AZN deyil, 208 AZN ödəməlidir. Premium Təcili çatdırılma prosesini tezləşdirmək olar. Bu halda, sənədlərin Ankaraya çatdırılması və geri qaytarılması 2 həftə deyil, 5 iş günü çəkir. Bu xidmətin səfirlikdə olan viza prosedurunun müddətinə heç bir təsiri yoxdur. Lakin, təcrübəmiz göstərir ki, təcili biznes səfərlərində və ya konfrans iştiraklarında dəvət edən qurum Ankaradakı səfirliklə əlaqə saxlayıb, qəararın 15 gündən daha tez, hətta bir iş gününə verilməsini təmin edə bilər.

Finlandiya Şengen Vizası Alma Ehtimalı

Hər bir ölkənin viza müraciətində olduğu kimi Finlandiyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal və yaxşı olması, aylıq gəlirinizin standart maaş aralığından biraz yüksək olması (təcrübədə 450-600 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Finlandiya Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə heç bir Şengen vizası olmayan şəxslər üçün Norveç səfirliyi ilk viza müraciəti seçimi olaraq nisbətən riskli görülə bilər. Təcrübəmizdə ilk Şengen vizasını Norveç səfirliyindən almış bir çox müraciətçi olmasına baxmayaraq, profilinizdəki digər nüansların (yuxarıda sadalanan) yüksək vəziyyətdə olduğu hallar istisna olmaqla, Norveç səfirliyi ilk Şengen vizanızı almaq üçün riskli səfirlikdir. Hər bir halda daha öncə Şengen vizalarınızın olması sizin Norveç səfirliyindən Finlandiya vizası alma ehtimalınızı yüksəldən faktordur.

Finlandiyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Finlandiya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin və otellərinizin alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Finlandiya Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Finlandiya ayaq basdığınız ilk andan sizi özünə valeh edəcək! Xoş səyahətlər!

Yeniləndi: 23.01.2025

Oxşar yazılar:

İstirahət üçün Ən Ucuz 10 Ölkə Hansılardır?

İstirahət üçün Ən Ucuz 10 Ölkə Hansılardır?

2025-ci ildə səyahət planı qurarkən “istirahət mütləq baha başa gəlməlidir” düşüncəsini bir kənara qoymağın vaxtıdır. Dünyada elə ölkələr var ki, orada həm macəra dolu günlər keçirmək, həm yeni mədəniyyətlər kəşf etmək, həm də xərclərinizi minimuma endirmək mümkündür. Ucuz istirahət artıq yalnız “az büdcəli çətin şərait” demək deyil əksinə, düzgün istiqamət seçməklə siz həm rahat otellərdə […]

Vizam.az 13 avqust 2025
Səudiyyə Ərəbistanı Vizası Lazımdır?

Səudiyyə Ərəbistanı Vizası Lazımdır?

Səudiyyə Ərəbistanı zəngin tarixə, dərin dini ənənələrə və sürətlə inkişaf edən müasir şəhərlərə malik bir ölkədir. Həcc və Ümrə ziyarətləri üçün ən önəmli istiqamətlərdən biri olmaqla yanaşı, işgüzar səfərlər və turizm məqsədilə də getmək istəyənlərin sayı günü-gündən artır. Buna görə də, Azərbaycandan səfər etmək istəyənlər üçün ən çox soruşulan suallardan biri “Səudiyyə Ərəbistanı vizası lazımdırmı?” […]

Vizam.az 12 avqust 2025
Vizası Ən Sürətli Çıxan 10 Ölkə

Vizası Ən Sürətli Çıxan 10 Ölkə

Səyahət etmək istəyən Azərbaycan vətəndaşlarının qarşısında ən çox dayanan suallardan biri vizanın nə qədər müddətə hazır olmasıdır. Xüsusilə iş, təhsil, ziyarət və ya istirahət məqsədilə səfərə çıxmaq planlaşdıranlar üçün viza təsdiqinin gözləmə müddəti çox önəmlidir. Bəzi ölkələrin viza prosedurları aylarla çəkə bilsə də, elə istiqamətlər var ki, müraciətdən cəmi bir neçə gün, hətta bəzən saatlar […]

Vizam.az 12 avqust 2025
İspaniya Vizası: Barselonaya Səyahət

İspaniya Vizası: Barselonaya Səyahət

Barselona rəngləri, enerjisi və mədəniyyəti ilə hər səyahətçinin xəyal şəhəridir. Antoni Gaudinin möhtəşəm memarlıq inciləri, La Rambla küçəsinin canlı həyatı, Aralıq dənizi sahillərindəki qumlu çimərliklər və zəngin kulinariya mədəniyyəti ilə Barselona Avropaya viza almaq istəyənlərin siyahısında ilk sıralarda yer alır. Azərbaycan vətəndaşları üçün İspaniyaya səfər etmək üçün Şengen viza tələb olunur və bu proses rəsmi […]

Vizam.az 11 avqust 2025
Malayziya Getmək üçün Viza Lazımdır?

Malayziya Getmək üçün Viza Lazımdır?

Əgər səyahət planınıza ekzotik, rəngarəng və mədəniyyətlə zəngin bir ölkə əlavə etmək istəyirsinizsə, Malayziya mükəmməl seçimdir. Üstəlik, daha da yaxşısı odur ki, Azərbaycan vətəndaşları Malayziyaya vizasız səyahət edə bilər. Bəli, düz oxudunuz viza tələb olunmur və bu ölkəyə 90 günədək sərbəst giriş mümkündür. 2025-ci ildə “Vizasız ölkələr”, xüsusilə də Azerbaycan vizasiz olkeler 2025 siyahısında Malayziya […]

Vizam.az 06 avqust 2025
Ən Asan Viza Verən 10 Ölkə

Ən Asan Viza Verən 10 Ölkə

Səyahət etmək istəyirsiniz, amma viza prosesi sizi qorxudur? Narahat olmayın! Dünyada bəzi ölkələr var ki, turist vizası almaq həm çox sadə, həm də sərfəli başa gəlir. Bu blog yazısında sizə ən asan viza verən 10 ölkəni təqdim edəcəyik. Səfərinizi planlaşdırmazdan əvvəl bu ölkələrə baxmağınız, həm vaxtınıza, həm də cibinizə qənaət edəcək. İndoneziyadan tutmuş Taylanda, Yaponiyadan […]

Vizam.az 06 avqust 2025
Yaponiya Vizası: Yaponiyaya Səyahət

Yaponiya Vizası: Yaponiyaya Səyahət

Azərbaycan ümumi pasportuna sahib insanlar üçün Yaponiya, viza alınması baxımından nisbətən ən rahat viza verən ölkələrdən biri sayılır. Son illərdə Yaponiya azərbaycan əlaqələri daha da inkişaf edib və bu, viza prosedurlarında da özünü göstərir. Yaponiya səfiri və Yaponiya səfirliyi tərəfindən təşkil olunan mədəni tədbirlər və qarşılıqlı əməkdaşlıq bu prosesin daha şəffaf və sürətli olmasına şərait […]

Vizam.az 04 avqust 2025
Birləşmiş Ərəb Əmirliklərinə Vizasız Səyahət

Birləşmiş Ərəb Əmirliklərinə Vizasız Səyahət

Azərbaycan vətəndaşlarının vizasız səyahət edə bildiyi ölkələrdən biri də Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). Bu ölkə yalnız Yaxın Şərq regionunda deyil, bütün dünyada özünün müasir şəhərsalma nümunələri, lüks yaşam tərzi, nəhəng ticarət mərkəzləri və heyrətamiz memarlıq abidələri ilə tanınır. Xüsusilə Dubay və Abu Dabi kimi əmirliklər həm turistik baxımdan, həm də müxtəlif tədbir və sərgilərlə dünyanın […]

Vizam.az 01 avqust 2025
Vizasız Gedə Biləcəyimiz 10 Ölkə

Vizasız Gedə Biləcəyimiz 10 Ölkə

Səyahət etmək çoxlarının arzusu olsa da, bəzən viza müraciət prosesləri bu arzunu bir qədər çətinləşdirə bilir. Gərək sənədlər toplansın, müraciət formaları doldurulsun, görüş günləri təyin edilsin, və bunların hamısı vaxt və əlavə xərc tələb edir. Xoşbəxtlikdən, Azərbaycan vətəndaşları üçün vizasız və ya sadələşdirilmiş rejimlə səyahət edilə bilən bir çox gözəl ölkə mövcuddur. Bu ölkələr həm […]

Vizam.az 01 avqust 2025
Airbnb və Booking: Hansını Seçmək Daha Məsləhətlidir?

Airbnb və Booking: Hansını Seçmək Daha Məsləhətlidir?

Əgər siz də səyahət etməyi sevirsinizsə və rahat, münasib qiymətə qalacaq yer axtarırsınızsa, çox güman ki, Airbnb və Booking.com platformaları ilə artıq tanışsınız. Bu iki nəhəng online booking xidməti dünyanın hər yerində o cümlədən Bakı, İstanbul, Türkiyə və başqa məşhur şəhərlərdə minlərlə seçim təqdim edir. Xüsusilə Airbnb Baku yazaraq, paytaxtın istənilən bölgəsində yerləşən evlərə baxa […]

Vizam.az 31 iyul 2025