Filippinlərə Viza Necə Ala bilərəm?

Yeniləndi: 24 iyun 2025 1063 baxış 9 dəq. oxu
filippin vizası
filippin vizası

Filippin son illərdə azərbaycanlı turistlər üçün yeni-yeni kəşf olunmağa başlayan, amma əslində Cənub-Şərqi Asiyanın ən maraqlı və fərqli ölkələrindən biridir. Əgər həm sərfəli qiymətlərlə dəniz istirahəti, həm də fərqli mədəniyyətlə tanışlıq istəyirsinizsə, Filippin sizin üçün maraqlı bir seçim ola bilər. Bura həm çimərlik, həm təbiət, həm də macəra üçün uyğun ölkədir və eyni zamanda sakit, rahat bir səyahət də mümkündür.

Filippin 7000-dən çox adadan ibarətdir, amma turistlərin daha çox getdiyi yerlər müəyyən bölgələrlə məhdudlaşır. Məsələn, Boracay adası dünyanın ən ağ qumlu çimərliklərindən birinə malikdir və çox vaxt “bal ayı” və ya dincəlmək istəyənlər tərəfindən seçilir. El Nido və Coron isə daha çox təmiz dəniz, gəmi turları və təbiət mənzərələri ilə tanınır. Dalğıc və ya snorkel həvəskarısınızsa, bu yerlər sizin üçün idealdır. Macəra sevənlər üçün isə Cebu, Bohol və Siargao adalarında adrenalin turları və müxtəlif aktivliklər mövcuddur.

Filippinlilər çox gülərüz, səmimi və qonaqpərvər insanlardır. İngilis dili geniş yayılıb, bu da ünsiyyəti çox asanlaşdırır. Əlavə olaraq, valyuta dəyəri də azərbaycanlı turistlər üçün uyğun sayılır. Yəni, Filippində həm komfortlu, həm də büdcəyə uyğun şəkildə istirahət etmək mümkündür. Hostel və otel qiymətləri çox dəyişkəndir, amma orta səviyyəli turist üçün gündəlik 40–70 dollar arası kifayət edə bilər.

Filippin tropik iqlimə malikdir. Ən yaxşı səyahət vaxtı noyabr ayından aprel ayının sonuna qədər olan dövrdür. Maydan sonra hava həm çox rütubətli, həm də yağışlı olur. Tufan riski də olduğu üçün yay aylarında səyahət etməzdən əvvəl hava proqnozuna diqqət yetirmək vacibdir.

Azərbaycan vətəndaşları Filippinə gedərkən viza almalıdır, lakin bu proses çox mürəkkəb deyil. Onlayn müraciətlə və ya bəzi hallarda üçüncü ölkədəki Filippin səfirliyi vasitəsilə asanlıqla əldə etmək mümkündür. Uçuşlar isə birbaşa deyil, adətən Dubay, Doha, İstanbul kimi şəhərlərdə bir və ya iki dayanacaqla baş tutur.

Əgər səyahət planınızda fərqli, ekzotik və sərfəli bir yer axtarırsınızsa, Filippin rahatlıqla bu siyahıya daxil ola bilər. Gözəl dəniz, fərqli mədəniyyət və sakitlik axtarırsınızsa, bura sizi məyus etməz.

Filippinə Hansı Mövsümdə Getmək Olar?

Filippin tropik iqlimə malik bir ölkədir və ilboyu isti hava müşahidə olunsa da, səyahət üçün ən uyğun mövsüm noyabr–aprel ayları arasındakı quru mövsümdür. Bu dövrdə hava sabit olur, günəşli günlər çox olur və yağış yağıntısı az müşahidə olunur. Dəniz daha sakit, adalararası bərələr və turlar isə daha təhlükəsiz və rahat şəkildə fəaliyyət göstərir. Xüsusilə dekabr, yanvar və fevral ayları həm hava baxımından ən rahat dövrlərdir, həm də turist axını yüksək olduğu üçün sosial və mədəni tədbirlər də bol olur.

May–oktyabr ayları isə Filippində yağışlı və rütubətli mövsüm hesab olunur. Bu aylarda gündəlik yağış ehtimalı yüksək olur, bəzi bölgələrdə tufanlar baş verir, dəniz bir qədər dalğalı ola bilər. Əlbəttə, bu dövrdə qiymətlər aşağı düşür, otellər və turlar daha ucuz olur, amma hava şərtləri gözlənilməz ola bilər. Bu səbəbdən bu mövsümdə getmək istəyənlər hava proqnozlarını yaxından izləməli və elastik səyahət planı qurmalıdırlar.

Nəticə olaraq, rahat və problemsiz bir səyahət üçün noyabr–aprel arası dövr tövsiyə olunur. Əgər yağışlı hava sizin üçün problem deyilsə və daha az turist olan bir vaxtda getmək istəyirsinizsə, may–iyun da seçim ola bilər, amma sentyabr–oktyabr ayları tufan ehtimalına görə daha risklidir.

Filippin Viza Növləri

Əgər Filippinə səyahət planlayırsınızsa, bu zaman Filippin səyahət vizası əldə edərək planınızı gerçəkləşdirə bilərsiniz. Azərbaycan vətəndaşları üçün Filippin vizası müəyyən məqsədlər əsasında verilir və bu viza növü əsasən turizm, ailə üzvləri və dostlara ziyarət, işgüzar səfərlər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil proqramları, tələbə mübadilə layihələri və digər qısa müddətli səfər səbəbləri üçün nəzərdə tutulur.

Filippin turizm vizası ilə ölkəyə daxil olaraq çimərliklərdə istirahət edə, adalararası turlarda iştirak edə, mədəniyyət və təbiət mənzərələrini kəşf edə bilərsiniz. Əgər Filippinə necə getmək olar sualını düşünürsünüzsə, ilk addım etibarlı viza almaq və səyahət sənədlərinizi düzgün şəkildə hazırlamaqdır. Filippin səfirliyi və ya rəsmi onlayn müraciət sistemləri vasitəsilə Filippin vizasına müraciət etmək mümkündür.

Unutmayın ki, Filippinə getmək üçün viza şərtləri səyahət məqsədinizə görə dəyişə bilər və hər müraciət zamanı sənədlər tam və düzgün təqdim olunmalıdır. Əgər viza prosesi ilə bağlı ətraflı dəstəyə ehtiyacınız varsa, sizə yardım etməyə hazırıq.

Filippin Turizm Vizası 

Filippinə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Filippin vizası alma prosesi zamanı ən vacib məqamlardan biri də viza növünün düzgün seçilməsidir. Hazırda Filippin vizasına müraciət edənlər üçün iki əsas seçim mövcuddur: təkgirişli (single-entry) və çoxgirişli (multiple-entry) viza növləri.

Təkgirişli Filippin vizası, ümumilikdə 3 ay müddətinə etibarlıdır, lakin bu viza ilə Filippinə yalnız bir dəfə daxil olmaq mümkündür. Bu növ viza ilə ölkədə maksimum 30 gün (1 ay) qalmaq icazəsi verilir. Əgər siz qısa müddətli turizm, ailə ziyarəti, işgüzar görüş, və ya qısa təhsil proqramları səbəbilə Filippinə gedirsinizsə və yalnız bir dəfə ölkəyə daxil olmağı planlaşdırırsınızsa, bu viza sizin üçün uyğundur.

Digər tərəfdən, çoxgirişli Filippin vizası isə daha çevik və uzunmüddətli səfərlər üçün nəzərdə tutulub. Bu viza 6 ay müddətinə etibarlıdır və viza sahibi bu dövr ərzində Filippinə bir neçə dəfə daxil ola bilər. Hər girişdə ölkədə maksimum 90 gün (3 ay) qalmaq hüququ təqdim olunur. Bu növ viza adətən biznes fəaliyyəti, təkrar səyahətlər, təlim və ya mübadilə proqramları, akademik tədqiqatlar və bəzən tibbi səbəblərlə ölkəyə bir neçə dəfə daxil olmaq lazım gəldiyi hallarda tövsiyə olunur.

Hansı viza növünə müraciət etməli olduğunuz, əsasən səyahət məqsədinizə, ölkədə qalacağınız müddətə, eləcə də gələcəkdə ölkəyə yenidən səfər planlayıb-planlamadığınıza görə dəyişir. Əgər ilk dəfə Filippinə gedirsinizsə və sadəcə bir dəfəlik qısa səfər planlaşdırırsınızsa, təkgirişli viza yetərlidir. Amma qarşıdakı aylarda təkrar səfərlər və ya bir neçə mərhələli planlarınız varsa, çoxgirişli viza daha sərfəlidir.

Azərbaycan vətəndaşları üçün Filippin vizası rəsmi qaydada təqdim edilən sənədlərlə və elektron formada müraciətlə əldə oluna bilər. Hər iki viza növü üçün pasportun etibarlılığı, otel rezervasiyası, uçuş biletləri və digər sənədlər tələb olunur. Viza müraciətini planlaşdırarkən, Filippinə viza necə alınır sualını cavablandırmaq üçün həm sənədləri düzgün təqdim etmək, həm də səyahət niyyətini aydın göstərmək vacibdir.

Əgər hansı viza növünün sizin səfəriniz üçün daha uyğun olduğunu dəqiq müəyyənləşdirə bilmirsinizsə, peşəkar viza dəstəyi xidməti ilə əlaqə saxlayaraq daha doğru qərar verə bilərsiniz. Biz, Vizam.az olaraq, Filippinə viza alma prosesi, sənəd toplanması və müraciətin düzgün şəkildə hazırlanması mövzusunda sizə tam dəstək göstərməyə hazırıq.

Filippin Vizası Müraciəti üçün Sənədlər Toplusu 

Filippin vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz: 

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. 2 ədəd 5x5 ölçüdə, ağ fonda şəkliniz
  7. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  8. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  9. İngilis dilində doldurulmuş ərizə forması
  10. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır. 

Filippin vizasına müraciət edən Azərbaycan vətəndaşları üçün əsas tələblərdən biri maliyyə vəziyyətinin sübutudur. Bu, səyahət ərzində xərclərinizi qarşılayacaq qədər vəsaitə sahib olduğunuzu göstərmək məqsədi daşıyır. Yəni Filippin səfirliyi və ya konsulluğu sizin ölkədəki qalacağınız günlər ərzində yemək, yaşayış, nəqliyyat və digər xərcləri qarşılaya biləcəyinizdən əmin olmaq istəyir.

Filippin vizası üçün bank hesabınızda nə qədər pul olmalıdır? Bu sualın cavabı sizin səyahət müddətiniz, otel və aviabilet bronlarınız, həmçinin ölkədə qalma planınızla birbaşa əlaqəlidir. Ümumi tövsiyə odur ki, Filippində bir həftəlik səyahət üçün bank hesabınızda ən azı 3.500–5.000 AZN və ya ekvivalent dəyərdə ABŞ dolları və ya avro göstərilməlidir. Bu məbləğ səyahətinizi tam əhatə etməlidir və səfirlik tərəfindən etibarlı büdcə kimi qəbul olunur.

Məbləği hesablayarkən aşağıdakı prinsipi əsas götürə bilərsiniz:

  • Uçuş biletlərinizin ümumi dəyəri
  • Otel və ya yaşayış xərcləri
  • Ölkədə qalacağınız hər gün üçün minimum 60–70 ABŞ dolları gündəlik xərclər
  • Gözlənilməz xərclər üçün əlavə ehtiyat vəsait

Məsələn, əgər siz Filippində 10 gün qalmağı planlaşdırırsınızsa və gündəlik 70 dollar nəzərdə tutursunuzsa, bu, təkcə gündəlik xərclər üçün 700 dollar edir. Üzərinə uçuş biletləri (təxminən 1000–1500 AZN), otel rezervasiyası (ortalama 300–500 AZN) və əlavə xərc ehtiyatı əlavə olunanda, ümumi məbləğ 4.500–5.000 AZN civarında olur. Səfirliklər adətən bu məntiqlə bank hesabınızı qiymətləndirir

Əgər işləmirsinizsə və ya sponsorla səyahət edirsinizsə

Əgər siz hal-hazırda rəsmi işlə məşğul deyilsiniz, təhsil alırsınız və ya viza üçün sponsor göstərirsinizsə, bu zaman əlavə sənədlər təqdim edilməlidir. Sponsorlu Filippin vizası üçün aşağıdakı sənədlər tələb oluna bilər:

  • Sponsorun şəxsiyyət vəsiqəsinin surəti
  • Sponsorun iş yerindən rəsmi arayış (vəzifə, maaş və iş stajı qeyd olunmalıdır)
  • Sponsorun bank hesabından arayış və son 3 aylıq çıxarış
  • Sponsorluq məktubu (müraciət edən şəxsin bütün səyahət xərclərinin sponsor tərəfindən qarşılandığı aydın şəkildə yazılmalıdır)
  • Əgər sponsor ailə üzvüdürsə, bunu sübut edən sənəd:
    • Valideynsə – doğum haqqında şəhadətnamə
    • Bacı və ya qardaşdırsa – hər iki tərəfin doğum haqqında şəhadətnaməsi

18 yaşdan aşağı şəxslərin Filippin vizası üçün əlavə tələblər

Əgər Filippinə səyahət edən şəxs 18 yaşdan kiçikdirsə, bu zaman valideyn icazəsi tələb olunur.

  • Uşaq tək səyahət edirsə – hər iki valideyndən yazılı razılıq məktubu
  • Uşaq valideynlərindən biri ilə səyahət edirsə – digər valideyndən yazılı icazə
  • Hər iki halda şəxsiyyət vəsiqələrinin surətləriicazə məktubları notarial qaydada təsdiqlənməlidir.

Viza Proseduru 

Filippinə səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün Filippin vizası alma prosesi müəyyən mərhələləri əhatə edir. Viza müraciəti ilə bağlı diplomatik prosedurlar Türkiyədə Ankarada yerləşən Filippin səfirliyi vasitəsilə həyata keçirilir. Hazırda Azərbaycan ərazisində Filippin səfirliyi fəaliyyət göstərmədiyi üçün, bütün rəsmi sənədlər və viza müraciətləri Filippin səfirliyi Ankara vasitəsilə qəbul olunur.

Azərbaycan vətəndaşları Filippin vizasına onlayn müraciət etməlidirlər. İlk mərhələdə bütün sənədlər elektron formada hazırlanaraq Filippin səfirliyinə onlayn şəkildə göndərilir. Sənədlər səfirlik tərəfindən yoxlanıldıqdan və müsbət cavab verildikdən sonra, səfirlik orijinal sənədlərin və pasportun göndərilməsini tələb edir. Bu mərhələdə sənədlər kuryer vasitəsilə Ankaradakı Filippin səfirliyinə çatdırılır. Əlavə olaraq qeyd edək ki, şəxsi iştirak məcburi deyil, yəni vizanı almaq üçün şəxsən Ankaraya getməyə ehtiyac yoxdur.

Kuryer göndərişi zamanı çatdırılma müddəti, təxirəsalınmalar, bayram və qeyri-iş günləri, eləcə də geri cavab müddəti nəzərə alınmalıdır. Buna görə də Filippin viza müraciətini ən azı səfər tarixindən 30 gün əvvəl başlamaq tövsiyə olunur. Bu, sənədlərin vaxtında qəbul olunması və prosesi təhlükəyə atmamaq üçün vacibdir.

Müraciət etdikdən sonra sənədlər Maniladakı Filippin İmmiqrasiya İdarəsi tərəfindən araşdırılır və viza qərarı oradan verilir. Bu səbəbdən Filippin vizasının cavabı yerli səfirlik deyil, Maniladakı immiqrasiya orqanları tərəfindən təsdiqlənir. Bu təsdiqdən sonra Filippin səfirliyi pasporta viza etiketini yapışdırır. Viza təsdiqindən etiketlənməyə qədər olan bu prosedur, adətən, 30–45 iş günü vaxt tələb edir.

Ümumi götürdükdə, Filippin vizasının nəticəsi ortalama 15–25 iş günü ərzində açıqlanır, lakin əlavə sənəd istənildiyi və ya bayram günləri olduğu hallarda bu müddət uzana bilər.

2025-ci il üçün Filippin vizası rüsumu hazırda 40 ABŞ dollarıdır. Bu məbləğ yalnız rəsmi viza haqqını əhatə edir və kuryer xərcləri, sənədlərin tərcümə və notarial təsdiqləri, əlavə xidmətlər (əgər istifadə edilirsə) bu rüsuma daxil deyil.

Əgər siz Filippinə getmək üçün viza almaq istəyirsinizsə, nəzərə alın ki:

  • Azərbaycan vətəndaşları üçün Filippin vizası Ankara səfirliyi vasitəsilə verilir.
  • Onlayn sənəd təqdimatı məcburidir.
  • Pasport və orijinal sənədlər yalnız viza təsdiqi aldıqdan sonra göndərilir.
  • Müraciəti ən gec səfər tarixindən 1 ay öncə etməyiniz tövsiyə olunur.
  • Filippin vizası neçə günə hazır olur? – Ortalama 15–25 iş günü (bəzən 30–45 günə qədər uzana bilər).
  • Viza haqqı: 40 USD

Filippin Vizası Alma Ehtimalı 

Filippinə səyahət etmək üçün Filippin vizası almaq istəyən Azərbaycan vətəndaşlarının uğur şansı onların sosial-iqtisadi profili və təqdim etdikləri sənədlərin dolğunluğu ilə birbaşa əlaqədardır. Viza müraciətinin müsbət cavab alması üçün aşağıdakı əsas meyarlara diqqət yetirmək vacibdir:

Birincisi, iş yerinizin sabit və möhkəm olması, həmçinin vəzifənizin normal, davamlı iş statusunda olması Filippin səfirliyi tərəfindən diqqətlə yoxlanılır. İkinci önəmli amil isə aylıq gəlir səviyyənizdir. Təcrübədə 300-500 AZN arası aylıq gəliri olan şəxslərin də Filippin vizası aldığını görmək mümkündür, yəni böyük gəlir tələbi yoxdur, əsas odur ki, gəliriniz stabil və qanunidir.

Üçüncüsü, bank hesabınızda göstərdiyiniz məbləğin səyahət xərclərini tam əhatə etməsi önəmlidir. Bu, səyahət planınızın real və maliyyə baxımından təmin olunmuş olduğunu təsdiqləyir. Dördüncü vacib nüans isə sizi ölkəyə bağlayan faktorların olmasıdır. Məsələn, adınıza olan mülk, ailə üzvləriniz (xüsusilə uşaqlarınız), sosial və ailə əlaqələriniz vizanın verilməsində müsbət təsir göstərir. Bu, səfirlik üçün sizin ölkədən geri dönəcəyinizin göstəricisidir.

Bundan əlavə, səyahət tarixçəsi yəni daha əvvəl əldə etdiyiniz vizalar və səfərləriniz Filippin vizası alma şansınızı əhəmiyyətli dərəcədə artıran faktorlardan biridir. Xüsusilə, Şengen, ABŞ, Kanada və Böyük Britaniya kimi ölkələrin vizalarına malik olmaq vizanın verilməsində müsbət təsir edir. Əksər hallarda Filippin səfirliyi üçün daha öncə heç bir viza almamış şəxslər riskli hesab edilmir; əksinə, təcrübəmizdə ilk vizasını məhz Filippin səfirliyindən alan bir çox müraciətçilər olmuşdur. Əsas odur ki, digər sənədləriniz tam və qaydasında təqdim olunsun.

Yekun olaraq, Filippin vizası almaq üçün sənəd tələblərinə cavab vermək, səyahət məqsədinizi aydın şəkildə göstərmək və maliyyə vəziyyətinizi sübut etmək müraciətinizin müsbət nəticələnməsi üçün vacibdir. Əgər Filippin vizası almaq şansınızı artırmaq istəyirsinizsə, peşəkar viza dəstəyi ilə əlaqə saxlayaraq sənədlərinizi düzgün və tam şəkildə hazırlamaq çox önəmlidir.

Filippin Vizası Haqqında Tez-tez Verilən Suallar (FAQ)

1. Azərbaycan vətəndaşları Filippinə getmək üçün viza almalıdır?

Bəli, Azərbaycan vətəndaşları Filippinə səyahət etməzdən əvvəl Filippin turistik vizası və ya digər uyğun viza növlərindən birinə öncədən müraciət etməlidirlər.

2. Filippin vizasına necə müraciət etmək olar?

Azərbaycan vətəndaşları Filippin vizası üçün Ankarada yerləşən Filippin səfirliyinə müraciət etməlidirlər. Müraciət onlayn olaraq sənədlərin göndərilməsi ilə başlayır, təsdiqdən sonra isə pasport və orijinal sənədlər kuryer vasitəsilə səfirliyə göndərilir.

3. Filippin vizası üçün bank hesabında nə qədər pul olmalıdır?

1 həftəlik səyahət üçün tövsiyə olunan məbləğ ən azı 3.500–5.000 AZN və ya ekvivalent dollar / avro təşkil edir. Bu məbləğ səyahət xərclərinizi – uçuş, yaşayış, gündəlik xərclər – tam şəkildə əhatə etməlidir.

4. Filippin vizası üçün şəxsi iştirak vacibdirmi?

Xeyr. Filippin səfirliyi şəxsən getməyinizi tələb etmir. Sənədlər kuryer vasitəsilə təqdim olunur və pasportunuz da geri həmin üsulla qaytarılır.

5. Səyahət tarixçəsi olmayan şəxs Filippin vizası ala bilərmi?

Bəli. Filippin səfirliyi ilk viza müraciətlərinə qarşı sərt yanaşmır. Əgər sənədləriniz tamdırsa və maddi vəziyyətiniz adekvatdırsa, səyahət tarixçəsi olmadan da viza almaq mümkündür.

Filippinə Viza Dəstəyi 

Əgər Filippinə səyahət planlayırsınızsaFilippin vizası üçün müraciət etmək istəyirsinizsə, Vizam.az komandası olaraq sizə bu prosesdə tam dəstək göstərməyə hazırıq. Bizim Filippin vizası üzrə peşəkar viza dəstəyi xidmətimiz sayəsində sənədlərinizi rahat şəkildə hazırlayaraq səfirliyə müraciətinizi vaxtında və düzgün formada təmin edə bilərsiniz.

Filippin vizasına müraciət xidməti çərçivəsində aşağıdakı xidmətləri sizə təqdim edirik:

  • Viza ərizə formasının doldurulması
  • Filippin vizası üçün lazım olan sənədlərin düzgün və peşəkar hazırlanması
  • Uçuş bileti rezervasiyası və ya alışı – səyahət tarixlərinizi əhatə edən formada
  • Otel bronlarının hazırlanması və ya alınması
  • Səyahət planının tərtib olunması – səfirlik üçün viza niyyəti aydın şəkildə təqdim olunur
  • Viza müraciəti üzrə konsultasiya və sənədlərin yoxlanması
  • Filippin viza prosedurunun izlənməsi və mütəmadi yeniləmələrin bildirilməsi

Əlavə olaraq, sənədlərinizin Ankaradakı Filippin səfirliyinə kuryer vasitəsilə çatdırılması, pasportunuzun geri qaytarılması, eləcə də viza rüsumunun sizin adınızdan ödənilməsi kimi texniki işlərdə də sizə kömək edə bilərik. Bu əlavə paket xidmətin dəyəri 170 AZN təşkil edir.

Vizam.az şirkəti olaraq Filippin vizası ilə bağlı bütün prosesləri əhatə edən viza dəstəyi xidmət haqqımız bir nəfər üçün cəmi 245 AZN-dir. Bu məbləğə sizin viza müraciətinizin peşəkar şəkildə hazırlanması, bütün sənədlərin yoxlanması, səfirliklə yazışma və izləmə, eləcə də məsləhət və müşayiət xidmətləri daxildir.

Əgər Filippin vizası üçün sənədlərin ispan dilinə notarial tərcüməsi və təsdiqlənməsi tələb olunursa, biz bu sahədə də sizə dəstək göstəririk. Qeyd edək ki, hər bir sənəd üçün əlavə tərcümə və notariat rüsumları tətbiq olunur.

Oxşar yazılar:

Azərbaycan Vətəndaşları üçün Yunanıstan Səfirliyi Viza Müraciəti

Azərbaycan Vətəndaşları üçün Yunanıstan Səfirliyi Viza Müraciəti

Yunanıstan Avropanın ən çox ziyarət edilən ölkələrindən biri olaraq zəngin tarixi, qədim abidələri, Aralıq dənizi sahilləri və yüzlərlə adası ilə hər il milyonlarla turistin diqqətini cəlb edir. Afina, Santorini və Mikonos kimi məşhur istiqamətlər həm istirahət, həm də mədəni səyahət sevənlər üçün unikal təcrübə təqdim edir. Bundan əlavə, Yunanıstanın Şengen zonasına daxil olması bu ölkəni […]

Vizam.az 16 iyun 2026
Azərbaycan Vətəndaşları üçün Yaponiya Vizası

Azərbaycan Vətəndaşları üçün Yaponiya Vizası

Yaponiya dünyanın ən inkişaf etmiş və texnoloji cəhətdən qabaqcıl ölkələrindən biri hesab olunur. Zəngin tarixi, unikal mədəniyyəti, müasir şəhərləri və təbiət gözəllikləri ilə hər il milyonlarla turistin diqqətini cəlb edir. Tokio, Kyoto və Osaka kimi şəhərlər qədim ənənələri müasir həyat tərzi ilə birləşdirərək ziyarətçilərə fərqli təcrübə təqdim edir. Sakura mövsümü, Yapon mətbəxi, sürətli qatarları və […]

Vizam.az 16 iyun 2026
Niderland Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Niderland Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Niderland Avropanın ən çox ziyarət edilən ölkələrindən biridir. Amsterdamın tarixi kanalları, rəngarəng lalə bağları, müasir şəhərləri və yüksək həyat standartları hər il milyonlarla turistin diqqətini cəlb edir. Azərbaycan vətəndaşları da turizm, biznes, təhsil və ailə ziyarəti məqsədilə Niderlanda səyahət etməyi planlaşdırarkən ilk növbədə viza prosedurları ilə maraqlanırlar. Niderland Şengen zonasına daxil olduğu üçün bu ölkəyə […]

Vizam.az 12 iyun 2026
Estoniya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Estoniya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Son illərdə Estoniya həm turizm, həm biznes, həm də təhsil məqsədli səfərlər üçün azərbaycanlıların maraq göstərdiyi Avropa ölkələrindən birinə çevrilib. Baltik regionunun ən inkişaf etmiş ölkələrindən biri hesab olunan Estoniya müasir texnologiyaları, rəqəmsal dövlət xidmətləri, tarixi şəhərləri və yüksək həyat keyfiyyəti ilə tanınır. Xüsusilə paytaxt Tallinn öz orta əsr memarlığı, rahat şəhər atmosferi və müasir […]

Vizam.az 05 iyun 2026
Xorvatiya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Xorvatiya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Son illərdə Aralıq dənizi sahillərində istirahət etmək istəyən azərbaycanlı turistlərin ən çox üstünlük verdiyi istiqamətlərdən biri Xorvatiyadır. Təmiz çimərlikləri, tarixi şəhərləri, füsunkar adaları və Avropa standartlarına uyğun turizm infrastrukturu ilə tanınan bu ölkə hər il milyonlarla ziyarətçi qəbul edir. Xüsusilə Dubrovnik, Split və Zaqreb kimi şəhərlər həm yay tətili, həm də mədəni səyahətlər üçün ideal […]

Vizam.az 04 iyun 2026
Krit Adasına Səyahət Üçün Yunanıstan Vizası Necə Alınır?

Krit Adasına Səyahət Üçün Yunanıstan Vizası Necə Alınır?

Yunanıstanın ən böyük və ən məşhur adası olan Krit, hər il milyonlarla turistin istirahət üçün seçdiyi Aralıq dənizi istiqamətlərindən biridir. Mavi bayraqlı çimərlikləri, qədim tarixə malik şəhərləri, zəngin mətbəxi və isti iqlimi ilə Krit adası həm ailəvi istirahət, həm də romantik və ya macəra dolu səyahətlər üçün ideal seçim hesab olunur. Son illərdə Azərbaycandan bu […]

Vizam.az 03 iyun 2026
Viza Müraciətində Sponsorluq Arayışı Nədir və Necə Hazırlanır?

Viza Müraciətində Sponsorluq Arayışı Nədir və Necə Hazırlanır?

Viza müraciət prosesində ən çox sual doğuran sənədlərdən biri sponsorluq arayışıdır. Xüsusilə maliyyə vəziyyəti yetərli olmayan və ya səyahət xərclərini başqa bir şəxs qarşılayan müraciətçilər üçün bu sənəd vacib rol oynayır. Sponsorluq arayışı səfirliyə müraciətçinin bütün xərclərinin üçüncü şəxs tərəfindən qarşılanacağını sübut edən rəsmi sənəddir. Bu yazıda sponsorluq arayışının nə olduğu, kimlər tərəfindən verildiyi və […]

Vizam.az 02 iyun 2026
Kanada Vizası Necə Alınır? 2026-cı İl Üçün Tam Bələdçi

Kanada Vizası Necə Alınır? 2026-cı İl Üçün Tam Bələdçi

Kanada hər il milyonlarla turist, tələbə və işgüzar səyyah qəbul edən ölkələrdən biridir. Təbii gözəllikləri, yüksək həyat səviyyəsi və inkişaf etmiş şəhərləri ilə Kanada azərbaycanlı səyahətçilərin də maraq göstərdiyi istiqamətlər arasındadır. Lakin bu ölkəyə səfər etmək üçün Azərbaycan vətəndaşlarının əvvəlcədən Kanada vizası əldə etməsi tələb olunur. Bu yazıda Kanada turist vizası üçün tələb olunan sənədlər, […]

Vizam.az 02 iyun 2026
Roma Səyahəti üçün İtaliya Vizası Necə Alınır?

Roma Səyahəti üçün İtaliya Vizası Necə Alınır?

Roma Avropanın ən çox ziyarət edilən şəhərlərindən biri olaraq hər il milyonlarla turisti özünə cəlb edir. Kolizey, Vatikan, Trevi Fəvvarəsi və tarixi küçələri ilə məşhur olan bu şəhərə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əsas tələblərdən biri İtaliya Şengen vizasının alınmasıdır. Xüsusilə ilk dəfə Avropaya səyahət etməyi planlaşdıran şəxslər üçün İtaliya vizası prosesi sənədlər, maliyyə […]

Vizam.az 25 may 2026
Almaniya Səfirliyi Viza Görüşü Necə Almaq Olar?

Almaniya Səfirliyi Viza Görüşü Necə Almaq Olar?

Almaniyaya səyahət etmək istəyən şəxslərin ilk qarşılaşdığı mərhələlərdən biri viza görüşünün alınması prosesidir. Son dövrlərdə Azərbaycanda Almaniya vizası üçün müraciət sistemi dəyişdirilib və artıq müraciətlər birbaşa səfirlik üzərindən deyil, rəsmi viza müraciət mərkəzi olan TLS Contact vasitəsilə həyata keçirilir. Bu səbəbdən bir çox insan “Almaniya səfirliyi viza görüşü necə alınır?”, “TLS Contact-da appointment necə götürülür?” […]

Vizam.az 21 may 2026