Estoniyaya Viza Necə Ala Bilərəm?

Yeniləndi: 21 iyun 2025 1110 baxış 7 dəq. oxu
estoniya vizasi
estoniya vizasi

Estoniyaya səyahət çox maraqlı və faydalı bir təcrübə ola bilər. Baltik ölkələri arasında öz müasir texnologiyası, sakit təbiəti və tarixi ilə seçilən Estoniya, həm istirahət, həm də mədəniyyət baxımından zəngin seçimlər təqdim edir. Paytaxt Tallin Orta Əsrlər dövrünə aid qala divarları, daş döşənmiş küçələri və köhnə şəhər atmosferi ilə tanınır. Estoniya həm də Avropanın ən rəqəmsal ölkələrindən biridir, burada bir çox dövlət xidmətləri onlayn şəkildə həyata keçirilir. Təbii gözəlliklər, göllər, meşələr və sahil zolaqları ilə təbiət sevənlər üçün də çoxlu imkanlar var. Sakit və təhlükəsiz bir ölkə olması səbəbilə tək səyahət edənlər üçün də ideal sayılır. Əgər siz texnologiya, təbiət və tarixlə maraqlanırsınızsa, Estoniya səfəri mütləq yadda qalan olacaq.

Estoniyaya səyahət etməyin viza baxımından bir neçə müsbət təsiri ola bilər, xüsusilə gələcək Şengen vizası müraciətlərində:

Əgər siz Estoniyaya Şengen vizası ilə səfər edirsinizsə və vizadan düzgün istifadə edirsinizsə, bu, növbəti viza müraciətində müsbət tarix (visa history) kimi qiymətləndirilir. Konsulluqlar, əvvəlki vizaların düzgün istifadə olunmasına diqqət yetirirlər və bu, etibarlılığını artırır. Estoniya çox turist axını olmayan, lakin Avropa İttifaqının üzvü olan bir ölkədir. Siz burada sakit və problemsiz səyahət etdiyini sübut etdikdə, bu, digər Şengen ölkələri üçün də sənə etimad yarada bilər. Əgər siz ilk dəfə Şengen ölkəsinə gedirsinizsə, Estoniyanın seçilməsi vizanı almaq baxımından da nisbətən daha asan ola bilər, çünki bəzi hallarda Estoniya konsulluqları daha çevik yanaşa bilir. Əlbəttə, bu sənədlərin düzgünlüyündən və məqsədin aydınlığından da asılıdır. Estoniyaya səyahət etməyin sənin üçün həm təcrübə, həm də viza tarixçəsi baxımından faydalı ola bilər.

Estoniyada Görməli Yerler

Estoniya, Şərqi Avropanın və Baltikyanı regionun sakit, lakin sehrli ölkələrindən biridir. Əgər həm tarixlə nəfəs almaq, həm də təbiətin qoynunda dinclik tapmaq istəyirsinizsə, Estoniya ideal seçim ola bilər. Bu yazımızda Estoniyada səyahət edənlərin mütləq görməli olduğu yerlər haqqında ətraflı məlumat əldə edəcəksiniz.

Səfərinizin ilk dayanacağı şübhəsiz ki, Tallin olmalıdır. Paytaxt Tallin, UNESCO tərəfindən qorunan qədim şəhər mərkəzi ilə məşhurdur. Orta əsrləri xatırladan daş döşəməli küçələr, qülləli qala divarları və rəngarəng evlər sizə sanki zaman maşını ilə keçmişə səyahət etdiyinizi hiss etdirəcək. Toompea qalası və Aleksandr Nevski kilsəsi isə Tallinin simvollarındandır və şəhərə yuxarıdan baxmaq üçün ideal nöqtədir.

Təbiətə yaxınlaşmaq istəyirsinizsə, Lahemaa Milli Parkı sizi valeh edəcək. Estoniyanın ən böyük milli parklarından biri olan Lahemaa, meşələr, göllər, bataqlıqlar və sahilyanı kəndlərlə zəngindir. Gəzinti, velosiped sürmək və ya sadəcə təbiət qoynunda dincəlmək üçün əla şərait mövcuddur.

Estoniya adaları – xüsusilə Saremə və Hiumə – isə daha səssiz və autentik bir səyahət təcrübəsi axtaranlar üçün tövsiyə olunur. Kuressaare qalası ilə tanınan Saremə adası həm tarixi, həm də təbiəti bir arada yaşadan unikal bir məkandır. Burada həm qədim qəsrləri ziyarət edə, həm də sakit dəniz kənarında istirahət edə bilərsiniz.

Ölkənin ikinci böyük şəhəri olan Tartu isə Estoniyanın mədəni və elmi mərkəzidir. Tartu Universiteti, elmi muzeylər və yaradıcı atmosfer bu şəhəri xüsusilə gənc turistlər üçün cəlbedici edir. Əgər daha intellektual və sakit şəhər mühiti axtarırsınızsa, Tartu sizi məyus etməyəcək.

Estoniya, həm də texnologiyaya olan yaxınlığı ilə seçilir. Burada rəqəmsal texnologiyalarla bağlı interaktiv muzeylər, sərgilər və startap mərkəzləri tapmaq mümkündür. Bu da Estoniyanı təkcə tarixi ilə deyil, həm də gələcəyə baxışı ilə fərqləndirir.

Estoniya azərbaycanlı turistlər üçün vizalı rejimdə olsa da, Şengen vizası ilə səyahət mümkündür. Əgər Estoniyanı səyahət siyahınıza daxil etsəniz, bu ölkənin sizə sakitlik, səliqə və zəngin təəssüratlar bəxş edəcəyindən əmin ola bilərsiniz.

Estoniya Viza Növləri

Şengen ölkələrindən biri olan Estoniyaya qısamüddətli səyahət etmək üçün Estoniya Şengen vizasına müraciət edirsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Estoniyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya Estoniyada yerləşən bir qurumda daimi işləmək istədiyiniz halda isə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Estoniya milli vizasına da müraciət edə bilərsiniz.

Estoniya Şengen Vizası

Bütün Şengen vizalarında olduğu kimi Estoniya Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Siz Estoniya Şengen vizasını əldə etdikdən sonra səyahətiniz ərzində istənilən Şengen ölkəsinə daxil ola bilərsiniz. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Estoniyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Estoniya vizası ilə Şengen ərazisinə başqa bir ölkədən (xüsusilə də Qərbi Avropa ölkələrindən) giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Estoniya Şengen vizasına müraciət etdiyiniz təqdirdə səyahət müddətiniz ərzində ən çox qalacağınız ölkə kimi Estoniyanı göstərməlisiniz. Estoniyaya səyahət arzulayan şəxslər bir çox halda öz tur planlarına Litva, Latviya, Finlandiya və digər Avropa ölkələrini də daxil edirlər. Səyahət tur planınızda Estoniyadan əlavə bu ölkələrin də yer alması viza müraciətinizdə sizə problem yaratmır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni Estoniya göstərməyiniz viza üçün məhz Estoniya vizasına müraciət edə bilməyiniz üçün yetərli səbəbdir.

Estoniya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Estoniya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün aldığınız aviabiletlərin ödəniş vauçerləri
  10. Səyahətiniz üçün bron etdiyiniz və ya aldığınız otellərin vauçerləri
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 2.000-4.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Otel və Aviabilet

Estoniya vizasına müraciət zamanı siz ümumi səyahətinizi əhatə edən uçuş biletləriniz və otel rezervasiyalarınız üçün etdiyiniz ödənişlərin vauçerlərini (qəbzlərini) səfirliyə təqdim etməlisiniz. Yəni, biletlərin və otellərin ödənişsiz halda bronları və rezervasiyaları səfirlik tərəfindən sənəd qəbulu zamanı qəbul olunmur. Əgər vauçerləri müraciət zamanı səfirliyə təqdim etməsəniz, sənədləriniz səfirlik tərəfindən geri qaytarılacaqdır. Əgər siz yalnız Estoniyada deyil, digər Şengen ölkələrində də qalacağınızı göstərirsinizsə, bu halda bütün göstərdiyiniz ölkələrdəki qalacağınız otellərə rezervasiyanız üçün etdiyiniz ödənişlərin vauçerlərini də səfirliyə təqdim etməlisiniz. Siz qalacağınız yeri Airbnb üzərindən rezervasiya etdiyiniz təqdirdə isə Airbnb tərəfindən sizə göndərilən rezervasiyanızı təsdiq edən sənədi, Airbnb tərəfindən sizə göndərilən ödəniş çeki və Airbnb rezervasiyası üçün ödəniş etdiyiniz bank kartından çıxarışı səfirliyə təqdim etməlisiniz.

Viza Proseduru

Estoniya Şengen vizası üçün müraciət Latviya Səfirliyinin VFS Global adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Latviya səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi 14:00-dan 18:00-dək Latviya VFS Global viza müraciət mərkəzinin +994 12 436 67 78 telefon nömrəsi ilə əlaqə saxlamaqla təyin etmək mümkündür.

Sənədləri təqdim etmək üçün əvvəlcədən görüş təyini mütləqdir. Lakin, əlavə 144 AZN ödəniş etməklə “Premium Lounge” xidmətindən istifadə edib görüş təyin etmədən növbədənkənar sənədləri təqdim etmək mümkündür.

Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. Barmaq izindən azad olan müraciətçilərin isə sənədləri təqdim etmək üçün başqa bir şəxsə notarial qaydada etibarnamə verdikləri halda şəxsən iştirakları mütləq deyil.

Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:

  • Son 5 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər
  • Diplomatik və ya xüsusi pasport sahibi olan və Belçikada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
  • Estoniya mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq təşkilatlarda səlahiyyətli diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)

Estoniya Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 5-15 kalendar günü (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir.

Sənədləri təqdim edərkən 35 avro viza rüsumu və viza mərkəzinin xidmət haqqısı olan 26 avro ödənilir. Rüsumlar yalnız nəğd şəkildə qəbul olunur. Viza rüsumu avro, viza mərkəzinin xidmət haqqı isə manatla qəbul edilir.

Estoniya Şengen Vizası Alma Ehtimalı

Hər bir ölkənin viza müraciətində olduğu kimi Estoniyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Estoniya Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə Şengen vizasına sahib olmayan şəxslərin Estoniya Şengen vizasını ilk müraciətdən əldə etdiyi hallar dəfələrlə təcrübəmizdə yaşanıb. Yəni, əgər sizin daha öncə Şengen vizanız olmayıbsa belə, Estoniya vizasını əldə etmək sırf bu səbəbdən sizin üçün o qədər çətin və ya problemli məsələ olmayacaq. Ancaq hər bir halda, əlbəttə, sizin daha öncə vizalarınızın olması Estoniya Şengen vizası almaq şansınızı da dəfələrlə artıran nüansdır.

Estoniyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Estoniya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin və otellərinizin alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Estoniya Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Avropanın və Baltikin incisi Estoniya sizi gözləyir! Xoş səyahətlər!

Oxşar yazılar:

Macarıstan Səfirliyi Viza Xidməti

Macarıstan Səfirliyi Viza Xidməti

Avropaya səyahət planlaşdıran Azərbaycan vətəndaşları üçün Macarıstan Səfirliyi viza xidməti ən çox araşdırılan mövzulardan biridir. Xüsusilə Şengen zonasına daxil olan Macarıstana turizm, biznes, təhsil və ya ailə ziyarəti məqsədilə getmək istəyən şəxslər üçün düzgün və rəsmi proseduru bilmək vacibdir. Çünki Macarıstan vizası müraciəti zamanı sənədlərin tam və düzgün hazırlanması nəticəyə birbaşa təsir göstərir. Macarıstan Şengen […]

Vizam.az 16 fevral 2026
Amerikaya Viza Almaq İstəyirsiniz?

Amerikaya Viza Almaq İstəyirsiniz?

ABŞ dünyanın ən çox səyahət edilən, təhsil alınan və işləmək üçün seçilən ölkələrindən biridir. Hər il minlərlə insan amerika vizası almaq üçün müraciət edir və “amerika vizasi nece almaq olar?”, “amerikaya viza almaq çətindir?”, “amerika viza qiymeti nə qədərdir?” kimi suallara cavab axtarır. Əslində isə amerika vizası almaq prosesi düzgün məlumat və planlama ilə düşündüyünüzdən […]

Vizam.az 16 fevral 2026
Serbiyaya Viza Lazimdir?

Serbiyaya Viza Lazimdir?

Serbiya, zəngin tarixi, gözəl təbiəti və mədəni irsi ilə turistlərin diqqətini çəkən ölkələrdən biridir. Əgər siz də Serbiyaya səfər etməyi planlaşdırırsınızsa, ilk bilməli olduğunuz məsələ Serbiyaya viza tələb olunub-olunmamasıdır. Azərbaycan vətəndaşları üçün Serbiya viza qaydaları, müraciət proseduru və lazımi sənədlər haqqında məlumat önəmlidir. Serbiya vizası ilə bağlı əsas mövzulara baxdıqda, insanlar tez-tez soruşur: “Serbiyaya vizasız […]

Vizam.az 13 fevral 2026
Misir vizası ilə Misirə səyahət

Misir vizası ilə Misirə səyahət

Misir vizası ilə Misirə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün 2026-cı ildə tətbiq olunan qaydaları əvvəlcədən bilmək vacibdir. “Misirə viza lazımdırmı?”, “Azərbaycandan Misirə viza necə alınır?”, “Misir vizası almaq prosesi necədir?” kimi suallar ən çox axtarılan mövzular arasındadır. Bu yazıda Misir vizası haqqında bütün əsas məlumatları müraciət üsulları, tələb olunan sənədlər, qiymətlər və səyahət zamanı […]

Vizam.az 13 fevral 2026
İtaliya Vizası Almaq üçün Lazım Sənədlər Hansılardır?

İtaliya Vizası Almaq üçün Lazım Sənədlər Hansılardır?

İtaliya səfəri planlaşdırırsınızsa, İtaliya vizası almaq üçün hansı sənədlərin tələb olunduğunu bilmək vacibdir. İtaliya səfirliyi viza görüşü üçün hazırlıqlı olmaq, müraciət prosesini daha sürətli və rahat edir. Azərbaycandan İtaliya vizası almaq istəyən şəxslər üçün əsas sənədlər, prosedurlar və İtaliya səfirliyi Baku ilə əlaqə məlumatları haqqında ətraflı məlumat təqdim edirik. İtaliya vizası sənədləri turizm, təhsil və […]

Vizam.az 12 fevral 2026
2026-cı İldə Azərbaycan Vətəndaşlarının ən çox getdiyi  Vizasız Ölkələr

2026-cı İldə Azərbaycan Vətəndaşlarının ən çox getdiyi Vizasız Ölkələr

2026-cı ildə Azərbaycan vətəndaşlarının ən çox üstünlük verdiyi vizasız ölkələr səyahət planlayanlar üçün ən aktual mövzulardan biridir. Xarici pasportla vizasız gedilə bilən ölkələr həm əlavə sənəd yükünü azaldır, həm də daha sərfəli və rahat səyahət imkanı yaradır. Xüsusilə qısa müddətli istirahət, turistik səfər və ya spontan səyahət planlaşdıranlar üçün vizasız ölkələr 2026-cı ildə də ən […]

Vizam.az 12 fevral 2026
Şengen Vizası Dəstəyi üçün Sponsorluq Məktubu nədir?

Şengen Vizası Dəstəyi üçün Sponsorluq Məktubu nədir?

Şengen vizası üçün sponsorluq məktubu, viza müraciəti edən şəxsin Avropa Şengen ölkələrinə planlaşdırdığı səfər zamanı bütün və ya qismən maliyyə xərclərinin başqa bir şəxs (sponsor) tərəfindən qarşılanacağını rəsmi şəkildə təsdiq edən sənəddir. Bu məktub səfirlik və ya viza mərkəzi üçün müraciətçinin maddi baxımdan təmin olunduğunu göstərən əsas sübutlardan biridir. Sponsorluq məktubu xüsusilə Şengen turist vizası, […]

Vizam.az 10 fevral 2026
Sponsorluq məktubu nədir?

Sponsorluq məktubu nədir?

Sponsorluq məktubu viza müraciəti zamanı müraciətçinin səyahət xərclərinin tam və ya qismən başqa bir şəxs tərəfindən qarşılanacağını rəsmi şəkildə təsdiq edən sənəddir. Ən çox Şengen vizası, Böyük Britaniya vizası, ABŞ vizası və digər ölkələrə səfər zamanı tələb olunur. Sponsor adətən ailə üzvü, yaxın qohum və ya işəgötürən olur. Bu məktub səfirlik və ya viza mərkəzinə […]

Vizam.az 09 fevral 2026
2026-ci ildə Amerika Vizası Necə Ala Bilərəm?

2026-ci ildə Amerika Vizası Necə Ala Bilərəm?

Amerika vizası 2026-cı ildə də minlərlə insan üçün sadəcə bir sənəd deyil, “Amerika xəyalı”na açılan əsas qapıdır. ABŞ – Nyu-York, Vaşinqton, Los-Anceles, Mayami, San-Fransisko kimi şəhərləri, Azadlıq Heykəli, Central Park, Ağ Ev, Golden Gate körpüsü, Las Veqas, Böyük Kanyon və saysız-hesabsız görməli yerləri ilə dünyanın ən çox səyahət edilən ölkələrindən biridir. Məhz buna görə Amerika […]

Vizam.az 04 fevral 2026
VisaMetric Baku Üzərindən Viza Müraciəti Necə Edilir?

VisaMetric Baku Üzərindən Viza Müraciəti Necə Edilir?

Avropaya səyahət planlayan Azərbaycan vətəndaşları üçün viza müraciət prosesi əksər hallarda VisaMetric Baku vasitəsilə həyata keçirilir. VisaMetric, bir sıra Avropa ölkələrinin viza müraciətlərini qəbul edən rəsmi vasitəçi mərkəzdir və müraciətçilər üçün randevu, sənəd qəbulu və biometrik məlumatların toplanması mərhələlərini icra edir. Lakin VisaMetric viza qərarı verən qurum deyil və prosesin düzgün aparılması müraciətçinin məsuliyyətindədir. VisaMetric […]

Vizam.az 03 fevral 2026