DANİMARKAYA TURİST VİZASI İLƏ SƏYAHƏT

Yeniləndi: 12 fevral 2025 5800 baxış 5 dəq. oxu

Avropanın valehedici ölkələri siyahısında başlarda gələn, hər il milyonlarla turistin xoş bir istirahət üçün üz tutduğu Danimarka. Başda paytaxtı Kopenhagen olmaqla, bütün ölkəni bəzəyən rəngarəng, fərqli arxitekturadakı tikililəri və abidələri, mədəniyyəti və incəsənəti, turistik bölgələri ilə soyuq iqliminə baxmayaraq, bütün səyahətçilərin qəlbini isidən və gözünü oxşayan bu ölkəyə Danimarka Şengen vizasıyla getmək mümkündür. Bu vizanı necə əldə edə biləcəyinizi isə biz sizə bu məqalədə bildirəcəyik.

Danimarka Viza Növləri

Şengen ölkələri siyahısında yer alan Danimarkaya müvəqqəti səyahətinizi reallaşdırmaq üçün Danimarka Şengen vizasına müraciət edərək vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Danimarkada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Danimarka milli vizasına da müraciət edə bilərsiniz.

Danimarka Şengen Vizası

Danimarka Şengen vizası digər Şengen vizaları kimi təkgirişli və çoxgirişli ola bilir. Eyni zamanda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Siz Danimarka Şengen vizasını əldə etdikdən sonra səyahətiniz ərzində istənilən Şengen ölkəsinə daxil ola bilərsiniz. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Danimarkadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Danimarka vizası ilə Şengen ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Danimarka Şengen vizasına müraciət etdiyiniz təqdirdə səyahət müddətiniz ərzində ən çox qalacağınız ölkə kimi Danimarkanı göstərməlisiniz. Əksər hallarda Danimarkaya səyahət planlayan şəxslər öz tur planlarına digər Avropa ölkələrini, xüsusən də Norveç, İsveç, Finlandiya kimi Skandinav ölkələrini də əlavə edirlər. Səyahət tur planınızda Danimarkadan əlavə bu ölkələrin də yer alması viza müraciətinizdə sizə problem yaratmır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni Danimarka göstərməyiniz viza üçün məhz Danimarka vizasına müraciət edə bilməyiniz üçün yetərli olacaqdır.

Danimarka Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Danimarka Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Onlayn ödəniş çekinizin çap versiyası
  14. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.500-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Danimarka Şengen vizası üçün müraciət Ankarada yerləşən Norveç Səfirliyinin Azərbaycandakı VFS Global adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Ankaradakı Norveç səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir. 

Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi iş saatları ərzində Danimarka VFS Global viza müraciət mərkəzinin +994 12 310 57 03 telefon nömrəsi ilə əlaqə saxlamaqla təyin etmək mümkündür. Lakin siz öncədən görüş təyin etmədən VFS Global şirkətinə yaxınlaşaraq sənədlərinizi təqdim edə bilərsiniz.

Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. Barmaq izindən azad olan müraciətçilərin isə sənədləri təqdim etmək üçün başqa bir şəxsə notarial qaydada etibarnamə verdikləri halda şəxsən iştirakları mütləq deyil.

Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 4 həftə (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir. Bu müddətə sənədlərin Azərbaycandakı viza mərkəzindən Ankaradakı səfirliyə çatdırılması və geri qaytarılması və eyni zamanda müraciət Ankaradakı səfirlik tərəfindən qəbul edildikdən sonra qərarın verilməsi üçün tələb olunan 20-30 günü əhatə edir.

Viza rüsumu 35 avro ərizə formasını doldurduqdan və təsdiqlədikdən sonra onlayn şəkildə ödənilir. Sənədləri təqdim edərkən isə viza mərkəzinin xidmət haqqı olan 55 AZN, ikitərəfli kuryer xidmət haqqı 74 AZN və viza prosedurunun başa çatdığı və pasportun hazır olduğu barədə məlumat verməsi üçün SMS xidmət haqqı 3 AZN ödənilir. Bu ödənişlər nəğd şəkildə və yalnız manatla qəbul olunur.

Qeyd edək ki, əgər müraciətçi viza nəticəsinin 4 həftədən daha tez bəlli olmasını istəyirsə, sənədlərinin Ankaraya daha tez gedib-qayıtması üçün Premium Təcili çatdırılma xidmətindən istifadə edə bilər. Bu zaman kuryer xidmət haqqını 74 AZN deyil, 208 AZN ödəməlidir. Premium Təcili çatdırılma prosesini tezləşdirmək olar. Bu halda, sənədlərin Ankaraya çatdırılması və geri qaytarılması 2 həftə deyil, 5 iş günü çəkir. Bu xidmətin səfirlikdə olan viza prosedurunun müddətinə heç bir təsiri yoxdur. Lakin, təcrübəmiz göstərir ki, təcili biznes səfərlərində və ya konfrans iştiraklarında dəvət edən qurum Ankaradakı səfirliklə əlaqə saxlayıb, qəararın 15 gündən daha tez, hətta bir iş gününə verilməsini təmin edə bilər.

Danimarka Şengen Vizası Alma Ehtimalı

Hər bir ölkənin viza müraciətində olduğu kimi Danimarkada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal və yaxşı olması, aylıq gəlirinizin standart maaş aralığından biraz yüksək olması (təcrübədə 450-600 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Danimarka Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə heç bir Şengen vizası olmayan şəxslər üçün Norveç səfirliyi ilk viza müraciəti seçimi olaraq nisbətən riskli görülə bilər. Təcrübəmizdə ilk Şengen vizasını Norveç səfirliyindən almış bir çox müraciətçi olmasına baxmayaraq, profilinizdəki digər nüansların (yuxarıda sadalanan) yüksək vəziyyətdə olduğu hallar istisna olmaqla, Norveç səfirliyi ilk Şengen vizanızı almaq üçün riskli səfirlikdir. Hər bir halda daha öncə Şengen vizalarınızın olması sizin Norveç səfirliyindən Danimarka vizası alma ehtimalınızı yüksəldən faktordur.

Danimarkaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Danimarka Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin və otellərinizin alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Danimarka Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Soyuq ölkədə isti və unudulmaz xatirələr! Xoş səyahətlər!

Yenilənib: 16.01.2025

Oxşar yazılar:

Dubay Səyahəti Üçün Viza Lazımdır?

Dubay Səyahəti Üçün Viza Lazımdır?

Dubay, BƏƏ-nin ən çox ziyarət edilən şəhərlərindən biridir və müasir memarlığı, lüks ticarət mərkəzləri və maraqlı turistik məkanları ilə dünyanın hər yerindən turistləri cəlb edir. Lakin Dubaya səfər etməyi planlaşdıran hər kəs üçün vacib bir sual yaranır: “Dubay səyahəti üçün viza lazımdırmı?” Əslində, viza tələbi səyahətçinin ölkəsindən və səfərin məqsədindən asılıdır. Bəzi ölkələrin vətəndaşları Dubaya […]

Vizam.az 31 oktyabr 2025
Green Card Qeydiyyat Nə Zaman Başlayır?

Green Card Qeydiyyat Nə Zaman Başlayır?

Amerika Birləşmiş Ştatlarında yaşamaq, işləmək və gələcək qurmaq arzusu dünyanın bir çox yerində milyonlarla insanın ortaq məqsədinə çevrilib. Bu arzunu reallaşdırmağın ən real və qanuni yollarından biri isə Green Card, yəni Diversity Visa (DV) lotereyası proqramıdır. ABŞ Dövlət Departamenti tərəfindən hər il təşkil edilən bu lotereya sayəsində müxtəlif ölkələrdən olan iştirakçılar daimi yaşayış icazəsi – […]

Vizam.az 31 oktyabr 2025
Viza Imtina Riskini Azaltmaq Üçün Nələr Etmək Lazımdır?

Viza Imtina Riskini Azaltmaq Üçün Nələr Etmək Lazımdır?

Viza müraciəti, xüsusilə ilk dəfə müraciət edənlər üçün həm həyəcanlı, həm də bir qədər gərgin bir prosesdir. Səfirliklərin qərar vermə meyarları müraciətçinin məqsədini, maliyyə imkanlarını, səyahət planını və geri dönmə niyyətini əhatə edir. Buna görə də, hər bir kiçik detal imtina riskinə təsir edə bilər. Viza rədd cavabı yalnız səfərinizi təxirə salmaqla kifayətlənmir, həm də […]

Vizam.az 29 oktyabr 2025
Viza Üçün Bilet və Otel Rezervasiyasını Necə Etməli?

Viza Üçün Bilet və Otel Rezervasiyasını Necə Etməli?

Viza müraciəti prosesində ən çox qarışıqlıq yaradan məqamlardan biri bilet və otel rezervasiyasıdır. Bir çox insan bu mərhələdə tərəddüd edir: “Əvvəlcə vizanı alım, sonra bilet alım?”, “Rezervasiyasız müraciət mümkündürmü?”, “Əgər vizam rədd olunsa, aldığım biletlər yanar?” bu kimi suallar hər gün səslənir. Əslində, konsulluqların və səfirliklərin məqsədi müraciətçinin səyahət planının real olub-olmadığını görməkdir. Buna görə […]

Vizam.az 29 oktyabr 2025
Polşa Haqqında Maraqlı Məlumatlar

Polşa Haqqında Maraqlı Məlumatlar

Polşa, Avropanın mərkəzində yerləşən və həm tarixi, həm də mədəni zənginlikləri ilə seçilən bir ölkədir. Orta əsrlərdən bu günə qədər Avropa sivilizasiyasının formalaşmasında mühüm rol oynamış Polşa həm qədim şəhərləri, həm də müasir şəhər həyatı ilə turistlərin sevimli istiqamətlərindən biridir. Bu ölkə təkcə məşhur Krakov və Varşava şəhərləri ilə deyil, həm də təbiətinin gözəlliyi, dadlı […]

Vizam.az 28 oktyabr 2025
Viza üçün Sponsor Məktubu Necə Yazılır?

Viza üçün Sponsor Məktubu Necə Yazılır?

Viza müraciəti zamanı təqdim edilən sənədlər arasında sponsor məktubu xüsusi əhəmiyyət daşıyır. Bu məktub, səfirliyə səyahət edən şəxsin xərclərini kimin qarşılayacağını və həmin şəxsin maliyyə təminatının necə ödənəcəyini izah edən rəsmi bəyanatdır. Əgər müraciət edən şəxs tələbədirsə, işsizdirsə, yeni məzundur və ya sadəcə olaraq öz adına kifayət qədər gəlir və ya bank çıxarışı təqdim edə […]

Vizam.az 23 oktyabr 2025
İngiltərə Səyahəti üçün Viza Necə Ala Bilərəm?

İngiltərə Səyahəti üçün Viza Necə Ala Bilərəm?

İngiltərə zəngin tarixi, müasir memarlığı, krallıq ənənələri və mədəni müxtəlifliyi ilə Avropanın ən çox ziyarət olunan ölkələrindən biridir. Xüsusilə London, özündə həm qədim, həm də müasir dünyanın ruhunu birləşdirən unikal şəhərdir. Big Ben, Tower Bridge, Buckingham Sarayı, London Eye və British Museum kimi görməli yerlər hər il milyonlarla turisti cəlb edir. Payız və qış aylarında […]

Vizam.az 21 oktyabr 2025
Yeni ili Laplandiyada Qarşılamağa Nə Deyirsiniz?

Yeni ili Laplandiyada Qarşılamağa Nə Deyirsiniz?

Laplandiya uşaq nağıllarından çıxmış kimi görünən, qış mövsümündə sehrli bir dünyaya çevrilən unikal bir diyardır. Bu yer təkcə Finlandiyanın şimalında yerləşən coğrafi bir bölgə deyil, həm də Yeni ilin və Miladın simvolu sayılan Santa Klausun (Şaxta Babanın) rəsmi evi kimi tanınır. Dünyanın hər yerindən minlərlə turist hər il Laplandiyaya səfər edir ki, ulduzlarla dolu səmada […]

Vizam.az 20 oktyabr 2025
Taylanda  Elektron Vizanı Necə Ala Bilərəm?

Taylanda Elektron Vizanı Necə Ala Bilərəm?

Cənub-Şərqi Asiyanın incisi sayılan Tayland həm tropik adaları, həm də zəngin mədəni irsi ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Bangkokun rəngarəng küçə bazarları, Phuket və Pattaya kimi sahil şəhərlərinin sakitliyi, qədim məbədlərin sirli atmosferi hər il milyonlarla turisti buraya cəlb edir. Azərbaycan vətəndaşları üçün Taylanda səyahət etmək mümkündür, lakin Tayland vizası əldə etmək […]

Vizam.az 16 oktyabr 2025
Yeni İl Səyahəti Üçün Vizasız 10 Ölkə

Yeni İl Səyahəti Üçün Vizasız 10 Ölkə

Yeni ilin yaxınlaşması ilə birlikdə bir çox insan səyahət planları qurmağa başlayır. Soyuq havadan uzaqlaşmaq, yeni il gecəsini fərqli bir ölkədə qarşılamaq və yeni təcrübələr qazanmaq istəyənlər üçün bu dövr ilin ən maraqlı vaxtıdır. Lakin səyahət planı qurarkən əsas məsələ hara getmək deyil, necə getmək sualı olur. Viza müraciətləri, sənəd hazırlığı və uzun gözləmə müddətləri […]

Vizam.az 14 oktyabr 2025