Çinə Səyahət: Çin Turist Vizasını Necə Almalı?

Yeniləndi: 21 iyul 2026 9477 baxış 4 dəq. oxu

Çinə səyahət etmək istəyirsinizsə, öncə ölkənin zəngin tarixi və mədəniyyəti ilə tanış olmağa hazır olun. Çin, hər bir səfərdən unudulmaz təcrübələr qazanacağınız bir yerdir.

Çinə səyahət etməzdən əvvəl, məqsədinizə uyğun viza növünü seçmək çox vacibdir. Çinin viza siyasəti genişdir və fərqli məqsədlər üçün müxtəlif viza növləri mövcuddur. Turizm, iş, təhsil və ailə ziyarəti bu məqsədlərdən bəziləridir. Əgər sizin məqsədiniz turizm, qısa müddətli təhsil, mübadilə proqramları, iş görüşləri və ya sadəcə dostlara və ya ailə üzvlərinə ziyarət etməkdirsə, siz Çin turizm vizasına müraciət etməlisiniz.

Çinə səyahət etmək üçün ən uyğun dövr, yaz və payız aylarıdır. Bu dövrlərdə Çində hava şəraiti mülayim və sərindir. Yüksək yay temperaturu və soyuq qışdan qaçmaq istəyən turistlər üçün bu aylar ideal zamanlardır. Yaz aylarında çiçəklərin açması, payızda isə təbiətin rəngarəngliyi ziyarətçilərə möhtəşəm mənzərələr təqdim edir. Bu dövr, Böyük Çin Səddi kimi məşhur abidələrdən tutmuş, Pekin və Şanxay kimi böyük şəhərlərə qədər bütün turistik məkanları ziyarət etmək üçün əlverişlidir.

Çinin ən məşhur turistik məkanları arasında, şübhəsiz ki, Böyük Çin Səddi, dünyanın yeddi möcüzəsindən biri olan və təbiətə qarşı qurulmuş bu tarixi əsər mütləq görməli olduğunuz yerlərdən biridir. Böyük Çin Səddi, müxtəlif dövrlərdə müxtəlif məqsədlər üçün tikilmiş və bu gün turistlər tərəfindən ən çox ziyarət edilən yerlərdən biridir. Pekin, ölkənin paytaxtı və tarixi abidələrin mərkəzi sayılır. Bu şəhər, həm də müasir həyatın təzahürü olan şəhər inkişafı ilə diqqət çəkir. Şanxay isə müasir memarlıq, ticarət və texnologiyanın mərkəzidir. Hər iki şəhər, fərqli mədəniyyətləri və tarixi elementləri özündə birləşdirir.

Çin Turist vizası

Çinə səyahət etmək üçün fərqli viza növləri mövcuddur. Bu vizalar, səyahətinizin məqsədindən asılı olaraq seçilir. Əgər Çinə turizm, ailə və ya dostlara ziyarət, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və s. məqsədlərlə səyahət planlayırsınızsa, Çin turizm vizasına müraciət etməlisiniz.

Turizm vizası üçün müraciət prosesi 10 iş günü çəkir. Ona görə də səyahət planınızı əvvəlcədən hazırlamaq və viza müraciətini vaxtında etmək vacibdir.

Çinə Viza Müraciəti üçün Sənədlər toplusu

Çin Turizm vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

    • Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
    • Şəxsiyyət vəsiqənizin surəti
    • İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
    • Adınıza olan karta bağlı bank hesabından arayış* və çıxarış
    • 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
    • Məhkumluq haqqında arayış

    Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

    Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

    Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Çində qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3000- 5000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Çin ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 100-175 AZN gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

    Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

    Viza proseduru

    Çin turizm vizası üçün müraciət prosesində sizin şəxsi iştirakınız mütləq tələb olunur. Barmaq izləri vermək, ümumiyyətlə, bütün müraciətçilər üçün məcburidir (istisnalar xüsusi hallara tətbiq edilə bilər). Viza müraciəti səfər tarixindən ən tez şəkildə 6 ay öncə edilə bilər.

    Barmaq  izindən  azad  olan  şəxslər  aşağıdakı  qruplara  bölünə  bilər:

    • 12 yaşdan aşağı uşaqlar
    • Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər

    Çin vizası proseduru müraciət tarixindən etibarən, adətən, 10 iş günü (bayram və qeyri-iş günləri istisna olmaqla) davam edir.

    Sənədləri təqdim edərkən viza rüsumu ödənilməlidir. Bu ödənişi həm nəğd, həm də kartla ödəmək mümkündür. Viza rüsumunun manat ekvivalenti günün məzənnəsinə görə tənzimlənir.

    • Viza Rüsumu: Çinə turizm vizası üçün viza rüsumu 300 USD təşkil edir. Bu məbləğ Çin səfirliyi və ya viza mərkəzi tərəfindən qəbul edilir. Ödəniş həm nəğd, həm də kartla (avro və ya manatla) edilə bilər. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən müəyyən edilən günlük məzənnəyə əsasən hesablanır.
    • SMS Xidmət Haqqı: Viza prosesinin tamamlandığı və pasportun hazır olduğu barədə məlumatlandırma üçün SMS xidmət haqqı 3 AZN təşkil edir. Bu xidmət istəyə bağlıdır və tələb olunarsa ödənilir.
    • Ödəniş Üsulları: Viza rüsumu və digər ödənişlər nəğd və ya kartla (avro və ya manatla) edilə bilər. Viza mərkəzi və ya səfirlik tərəfindən qəbul edilən ödəniş üsulları haqqında əlavə məlumatı rəsmi vebsaytlarından yoxlamaq tövsiyə olunur.

    Çin Turist Vizası alma ehtimalı

    Çin turizm vizası alma ehtimalınız təqdim etdiyiniz profilə və sənədlərin düzgünlüyünə əsaslanır. Vizaya müraciət edərkən aşağıdakı məqamlar nəzərə alınmalıdır:

    • Maliyyə vəziyyəti: Aylıq gəlirinizin stabil olması və bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz vacibdir. Bu məbləğ adətən gündəlik xərcləri, otel rezervasiyasını və təyyarə biletlərini əhatə etməlidir. Bank çıxarışında balansınızın bir neçə ay ərzində sabit olduğu göstərilməlidir.
    • Ölkəyə bağlılıq: Sizi Azərbaycana bağlayan nüanslar (iş yeri və mövqeyiniz, adınıza olan əmlak, ailə üzvlərinizin mövcudluğu) viza alma ehtimalınızı artırır.
    • Sənədlərin tamlığı: Vizaya müraciət üçün tələb olunan bütün sənədləri düzgün qaydada təqdim etməyiniz şansınızı artırır. Bu sənədlərə pasportunuzun surəti, maliyyə vəziyyətinizi təsdiqləyən sənədlər, viza anketi və lazım gəldikdə dəvət məktubu daxildir.
    • Səyahət tarixçəsi: Çinə vizaya müraciət üçün Şengen və ya digər vizalarınızın olması mütləq şərt deyil. Lakin əvvəlki səyahət tarixçəniz (digər ölkələrə səfər etməyiniz) vizanın təsdiq olunmasına müsbət təsir göstərə bilər.

    Çinə Viza dəstəyi

    Çin vizası almaq üçün vizam.az kimi etibarlı viza agentliyindən dəstək ala bilərsiniz. Vizam.az xidmətlərinə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin bronu, otellərdən isə təsdiq məktublarının alınması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxildir.

    20 iyul 2025 tarixindən sonra isə Azərbaycan vətəndaşları üçün Çin vizası tələbi aradan qaldırılacaq.

    Tranzit vizası ilə bağlı qaydalar isə istifadə olunan aviaşirkətə əsasən dəyişə bilər və öncədən dəqiqləşdirilməsi tövsiyə olunur.

    Ümumi olaraq, Çin Turizm vizası üçün dəstək xidmət haqqı rüumlar ilə birlikdə bir nəfər üçün 510 AZN-dir.

    Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə və ya əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələrilə əlaqə saxlaya bilərsiniz.

    Xoş səyahətlər!

Oxşar yazılar:

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026
Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstana səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alınması vacib şərtlərdən biridir. Bolqarıstan 1 yanvar 2025-ci ildən etibarən Şengen zonasına tamhüquqlu üzv olduğu üçün ölkəyə turistik, işgüzar və digər qısamüddətli səfərlər üçün Şengen vizası tələb olunur. Bolqarıstan vizası ilə yalnız bu ölkəyə deyil, Şengen zonasına daxil olan digər ölkələrə də səyahət etmək mümkündür. Bunun üçün […]

Vizam.az 28 oktyabr 2026
Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya vizası üçün müraciət edərkən maliyyə vəziyyətinizi təsdiq edən sənədlərdən biri tələb olunur. Azərbaycan vətəndaşları üçün bu məqsədlə bank arayışı təqdim edilməlidir. Bank hesabından çıxarış tələb olunmur. Sənədləri hazırlayarkən bank arayışı ilə bank çıxarışının fərqini bilmək vacibdir. Aşağıda Yaponiya vizası müraciətində bu sənədlə bağlı əsas məqamları izah edirik. Yaponiya Vizası üçün Hansı Bank Sənədi Lazımdır? […]

Vizam.az 27 oktyabr 2026
Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Birləşmiş Ştatlarına səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza müraciəti səfər hazırlığının vacib mərhələsidir. ABŞ-a turizm, ailə və dost ziyarəti və ya işgüzar səfər məqsədilə getməyi planlaşdırırsınızsa, səfər məqsədinizə uyğun viza kateqoriyasını müəyyənləşdirməlisiniz. Vizam.az-da Amerika vizası dəstəyi xidmət haqqı 31 oktyabr 2026-cı il tarixinədək cəmi 100 AZN-dir! Kampaniyadan yararlanaraq viza müraciətiniz üçün dəstək ala […]

Vizam.az 22 oktyabr 2026
Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanadaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Kanada vizası əvvəlcədən hazırlanmalı olan əsas sənədlərdən biridir. Turizm, ailə ziyarəti və ya işgüzar səfər məqsədilə Kanadaya getməyi planlaşdırırsınızsa, viza növünü düzgün seçmək və tələb olunan sənədləri hazırlamaq vacibdir. Bu məqalədə Kanada vizası üçün müraciət qaydası, tələb olunan sənədlər, rüsumlar və müraciət zamanı diqqət edilməli məqamlarla tanış ola […]

Vizam.az 21 oktyabr 2026
Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026