Brazilya Vizası Necə Əldə Edə Bilərəm?

Yeniləndi: 02 fevral 2026 819 baxış 4 dəq. oxu
Braziliya Vizası
Braziliya Vizası

Brazilya Cənubi Amerikanın ən rəngarəng və enerjili ölkələrindən biridir. Rio de Janeyroda Karnaval, Amazon meşələri, Copacabana sahili və unudulmaz mədəniyyət bütün bunlar Brazilyanı səyahət üçün cəlbedici edən əsas səbəblərdir. Lakin bu ölkəyə səyahət etməzdən əvvəl Azərbaycan vətəndaşları üçün vacib mərhələ Brazilya vizası almaq prosesidir.

Brazilya vizası müraciəti digər ölkələrlə müqayisədə daha fərqli prosedurlara malik ola bilər və düzgün sənədlərin hazırlanması vizanın təsdiq olunma ehtimalına birbaşa təsir edir. Sənədlərdəki ən kiçik uyğunsuzluq belə prosesin uzanmasına və ya imtina ilə nəticələnməsinə səbəb ola bilər. Bu səbəbdən müraciət prosesinə başlamazdan əvvəl bütün tələbləri dəqiq bilmək çox vacibdir.

Bu yazıda Brazilya vizası necə əldə edilir, hansı sənədlər tələb olunur, müraciət prosesi necə gedir, vizanın hazırlanma müddəti nə qədərdir və uğurlu nəticə üçün nələrə diqqət etmək lazımdır bütün suallara ətraflı cavab tapa biləcəksiniz. Əgər prosesi problemsiz və rahat şəkildə keçmək istəyirsinizsə, vizam.az olaraq sizə hər mərhələdə peşəkar viza dəstəyi göstəririk.

Braziliya Viza Növləri

Braziliyaya səfər etməyi planlaşdıran şəxslər üçün viza növü səyahətin məqsədindən asılı olaraq müəyyən edilir. Ən çox müraciət olunan viza qısamüddətli Braziliya vizasıdır və bu viza turizm səfərləri, ailə və dost ziyarətləri, işgüzar görüşlər, tibbi müayinə, qısa müddətli kurslar, seminarlar və mübadilə proqramlarında iştirak üçün istifadə olunur.

Əgər məqsədiniz Braziliyada uzunmüddətli təhsil almaq (bakalavr, magistratura və ya doktorantura) və ya rəsmi şəkildə işləməkdirsə, bu zaman milli viza (National Visa) üçün müraciət edilməlidir. Milli viza müraciəti zamanı Braziliyadakı universitetdən qəbul məktubu, işəgötürəndən rəsmi dəvət və ya müqavilə kimi sənədlərin təqdim edilməsi tələb olunur. Bu sənədlər vizanın təsdiqlənməsi üçün əsas şərtlərdən biridir.

Doğru viza növünün seçilməsi müraciət prosesinin uğurla nəticələnməsində mühüm rol oynayır. vizam.az olaraq, səyahət məqsədinizə uyğun viza növünün müəyyənləşdirilməsi və sənədlərin düzgün hazırlanması üçün sizə peşəkar dəstək göstəririk.

Braziliya Turizm Vizası

Braziliyaya turizm məqsədli səyahət etmək istəyənlər üçün təqdim olunan viza tək girişli (single entry) və ya çox girişli (multiple entry) ola bilər. Tək girişli viza yalnız bir dəfə ölkəyə daxil olmağa imkan verdiyi halda, çox girişli viza müəyyən müddət ərzində Braziliyaya bir neçə dəfə səfər etməyə şərait yaradır.

Vizanın hansı formada veriləcəyi səyahətin məqsədi, planlaşdırılan qalma müddəti və müraciətçinin profilindən asılı olaraq müəyyən edilir. Təcrübədə Braziliya səfirliyi əksər hallarda 1 il etibarlı, çoxgirişli turizm vizası təqdim edir ki, bu da tez-tez səyahət edən şəxslər üçün əlavə rahatlıq yaradır.

Düzgün sənədlərlə və düzgün strategiya ilə müraciət etmək vizanın daha uzun müddətli və çoxgirişli verilmə ehtimalını artırır. vizam.az olaraq, Braziliya turizm vizası üçün müraciətin bütün mərhələlərində sizə peşəkar dəstək göstəririk.

Braziliya Vizası üçün Tələb Olunan Sənədlər

Viza müraciəti zamanı aşağıdakı sənədlər təqdim edilməlidir:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. 2 ədəd 3x4 ölçüdə, ağ fonda şəkliniz
  7. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  8. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  9. İngilis dilində doldurulmuş ərizə forması
  10. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Braziliya vizası üçün bank hesabında nə qədər pul olmalıdır?

Braziliya vizası üçün təqdim olunan bank hesabındakı vəsait məbləği səyahətin müddətinə, uçuş biletlərinin dəyərinə, otel rezervasiyasına və ümumi xərclərə əsasən müəyyən edilir. Təcrübədə 1 həftəlik Braziliya səfəri üçün bank hesabında minimum 3.000–5.000 AZN (və ya avro / ABŞ dolları ekvivalenti) vəsaitin olması tövsiyə olunur. Bu məbləğ səyahət müddətində bütün xərclərinizi qarşılayacaq səviyyədə olmalıdır. Hesablama aparılarkən uçuş və otel xərclərinə əlavə olaraq, Braziliyada qalacağınız hər gün üçün orta hesabla 60–70 ABŞ dolları gündəlik xərc nəzərə alınmalı və ümumi məbləğ planlaşdırılan xərclərdən bir qədər yüksək göstərilməlidir.

Müraciətçinin məşğulluq vəziyyətinə görə tələb olunan sənədlər də fərqlənir. Əgər sahibkarsınızsa, iş yerindən arayış təqdim etmək əvəzinə VÖEN surəti kifayət edir. İşləməyən, təhsil alan və ya səfər xərcləri üçün sponsor göstərən şəxslər isə sponsorla bağlı sənədləri təqdim etməlidirlər. Bu sənədlərə sponsorun şəxsiyyət vəsiqəsi, iş arayışı (sahibkardırsa VÖEN), bank hesabı arayışı və çıxarışı (müraciətçi və ya sponsor adına), ailəvi əlaqəni təsdiqləyən sənəd (məsələn, doğum haqqında şəhadətnamə) və rəsmi sponsorluq məktubu daxildir.

18 yaşdan kiçik müraciətçilər üçün əlavə olaraq valideyn icazəsi tələb olunur. Uşaq tək səyahət edərsə, hər iki valideynin notarial razılığı, valideynlərdən biri ilə səyahət edərsə isə digər valideynin icazə sənədi təqdim edilməlidir.

Xüsusi qeyd etmək lazımdır ki, VÖEN, sponsorluq məktubu və valideyn icazəsi kimi sənədlər mütləq ingilis dilinə notarial tərcümə və təsdiq olunmalıdır. Sənədlərin düzgün və tam şəkildə hazırlanması vizanın təsdiqlənmə ehtimalını əhəmiyyətli dərəcədə artırır.

Tez-tez verilən suallar (FAQ)

1.Braziliya vizası almaq çətindirmi?

Xeyr, Braziliya vizası Azərbaycan vətəndaşları üçün riskli vizalar sırasına aid edilmir. Sənədlər düzgün və tam təqdim edildikdə, hətta ilk dəfə viza alan şəxslər üçün də müraciətlərin müsbət nəticələnməsi mümkündür.

2. Braziliya vizası neçə günə hazır olur?

Turizm məqsədli Braziliya vizası adətən 3–5 iş günü ərzində hazırlanır. Bu müddət sənədlərin tamlığı və səfirliyin iş yükündən asılı olaraq dəyişə bilər.

3. Braziliya vizası üçün bank hesabında nə qədər pul olmalıdır?

1 həftəlik səfər üçün bank hesabında minimum 3.000–5.000 AZN (və ya ekvivalenti) məbləğin göstərilməsi tövsiyə olunur. Hesablamaya uçuş, otel və gündəlik xərclər daxil edilməlidir.

4. Braziliya vizası neçə illik verilir?

Əksər hallarda Braziliya turizm vizası 1 il etibarlı, çoxgirişli şəkildə təqdim olunur. Lakin bu qərar konsulun qiymətləndirməsindən asılıdır.

5.İlk dəfə viza alan şəxs Braziliya vizası ala bilərmi?

Bəli. Braziliya səfirliyi ilk viza müraciəti üçün riskli sayılmır. Təcrübədə ilk vizasını məhz Braziliya səfirliyindən alan çoxsaylı müraciətçilər olmuşdur.

6. Sponsorla Braziliya vizası almaq mümkündürmü?

Bəli. Əgər müraciətçi işləmirsə və ya xərcləri sponsor qarşılayırsa, sponsorun bank arayışı, iş sənədləri, şəxsiyyət vəsiqəsi və sponsorluq məktubu təqdim edilməlidir. Ailə əlaqəsi də sənədlə sübut olunmalıdır.

7. 18 yaşdan kiçiklər üçün Braziliya vizası necə alınır?

Yetkinlik yaşına çatmayan şəxslər üçün valideyn icazəsi tələb olunur. Uşaq tək səyahət edərsə, hər iki valideynin, valideynlə səyahət edərsə isə digər valideynin notarial razılığı təqdim edilməlidir.

8. Braziliya vizası üçün sənədlər hansı dildə olmalıdır?

Əsas sənədlər ingilis dilinə notarial tərcümə və təsdiq olunmalıdır. Buraya sponsorluq məktubu, valideyn icazəsi və VÖEN surəti də daxildir.

9. Braziliya vizası üçün müraciət harada edilir?

Müraciətlər Braziliyanın Bakıdakı səfirliyinə təqdim olunur və qərar konsulluq şöbəsinin konsulu tərəfindən verilir.

Braziliyaya Viza Dəstəyi

vizam.az olaraq Braziliya vizası müraciət prosesində bütün mərhələləri sizin üçün sadələşdiririk və prosesi tam nəzarətdə saxlayırıq. Məqsədimiz sənədləşmə və prosedur işləri ilə sizi yormadan, vizanı problemsiz şəkildə əldə etməyinizə kömək etməkdir.

Xidmətimiz çərçivəsində sizin adınıza səfirlikdə görüş təyin olunur, viza ərizə forması düzgün və konsulluq tələblərinə uyğun şəkildə doldurulur, bütün sənədlər peşəkar formada hazırlanır və yoxlanılır. Səyahət planınızın inandırıcı və aydın şəkildə qurulması üçün uçuş biletlərinin və otel rezervasiyalarının təşkili də tərəfimizdən həyata keçirilir. Müraciət prosesi boyunca sizə fərdi konsultasiya təqdim edilir və sənədlərinizin vəziyyəti mərhələ-mərhələ izlənilir.

Bundan əlavə, tələb olunan sənədlərin ingilis dilinə notarial tərcümə və təsdiqi ilə bağlı da tam dəstək göstəririk. Notarial tərcümə və təsdiq hər bir sənəd üçün 16 AZN, Braziliya vizası üçün ümumi viza dəstək xidməti isə bir nəfər üçün 125 AZN təşkil edir.

Müraciət etmək və ya əlavə məlumat almaq üçün buraya klikləyə və ya 010 / 050 / 055 – 300 01 35 nömrələri ilə bizimlə əlaqə saxlaya bilərsiniz.

Rio de Janeyronun rəngli küçələri, Amazonun möhtəşəm təbiəti və Braziliyanın unudulmaz enerjisi sizi gözləyir.
Xoş səyahətlər!

Oxşar yazılar:

İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərəyə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza əvvəlcədən alınmalıdır. Turizm, ailə və dost ziyarəti, işgüzar səfər və digər qısamüddətli səfərlər üçün müraciət zamanı uyğun viza növü seçilməli və tələb olunan sənədlər hazırlanmalıdır. İngiltərə vizası ilə bağlı ən çox verilən sualların cavablarını aşağıda tapa bilərsiniz. İngiltərə vizası almaq üçün hansı sənədlər tələb olunur? Əsas sənədlərə […]

Vizam.az 04 noyabr 2026
Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviya Baltikyanı ölkələr arasında yerləşən, tarixi şəhərləri, sakit təbiəti, geniş meşələri və Baltik dənizinin gözəl sahilləri ilə seçilən Avropa ölkəsidir. Xüsusilə paytaxt Riqa özünəməxsus memarlığı, rəngarəng küçələri və tarixi İçərişəhəri ilə turistlərin diqqətini çəkir. Latviyaya səyahət etməyi planlaşdırırsınızsa, ölkənin mədəniyyəti, gündəlik həyat tərzi və turistlər üçün maraqlı xüsusiyyətləri haqqında əvvəlcədən məlumat əldə etmək faydalıdır. Səfərdən […]

Vizam.az 04 noyabr 2026
Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026
Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstana səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alınması vacib şərtlərdən biridir. Bolqarıstan 1 yanvar 2025-ci ildən etibarən Şengen zonasına tamhüquqlu üzv olduğu üçün ölkəyə turistik, işgüzar və digər qısamüddətli səfərlər üçün Şengen vizası tələb olunur. Bolqarıstan vizası ilə yalnız bu ölkəyə deyil, Şengen zonasına daxil olan digər ölkələrə də səyahət etmək mümkündür. Bunun üçün […]

Vizam.az 28 oktyabr 2026
Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya vizası üçün müraciət edərkən maliyyə vəziyyətinizi təsdiq edən sənədlərdən biri tələb olunur. Azərbaycan vətəndaşları üçün bu məqsədlə bank arayışı təqdim edilməlidir. Bank hesabından çıxarış tələb olunmur. Sənədləri hazırlayarkən bank arayışı ilə bank çıxarışının fərqini bilmək vacibdir. Aşağıda Yaponiya vizası müraciətində bu sənədlə bağlı əsas məqamları izah edirik. Yaponiya Vizası üçün Hansı Bank Sənədi Lazımdır? […]

Vizam.az 27 oktyabr 2026
Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Birləşmiş Ştatlarına səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza müraciəti səfər hazırlığının vacib mərhələsidir. ABŞ-a turizm, ailə və dost ziyarəti və ya işgüzar səfər məqsədilə getməyi planlaşdırırsınızsa, səfər məqsədinizə uyğun viza kateqoriyasını müəyyənləşdirməlisiniz. Vizam.az-da Amerika vizası dəstəyi xidmət haqqı 31 oktyabr 2026-cı il tarixinədək cəmi 100 AZN-dir! Kampaniyadan yararlanaraq viza müraciətiniz üçün dəstək ala […]

Vizam.az 22 oktyabr 2026
Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanadaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Kanada vizası əvvəlcədən hazırlanmalı olan əsas sənədlərdən biridir. Turizm, ailə ziyarəti və ya işgüzar səfər məqsədilə Kanadaya getməyi planlaşdırırsınızsa, viza növünü düzgün seçmək və tələb olunan sənədləri hazırlamaq vacibdir. Bu məqalədə Kanada vizası üçün müraciət qaydası, tələb olunan sənədlər, rüsumlar və müraciət zamanı diqqət edilməli məqamlarla tanış ola […]

Vizam.az 21 oktyabr 2026