Amerikada Dil Kursları üçün F1 Vizası

Yeniləndi: 20 may 2025 1504 baxış 3 dəq. oxu
vizam.az Biz dünyanın istənilən ölkəsinə səyahət, təhsil və biznes viza dəstəyi göstəririk.
vizam.az Biz dünyanın istənilən ölkəsinə səyahət, təhsil və biznes viza dəstəyi göstəririk.

ABŞ-da dil öyrənmək xəyalı quranlar üçün F1 tələbə vizası bu arzuya çatan yolda ilk addımdır. Bu viza sayəsində siz Birləşmiş ŞT-nin tanınmış dil məktəblərində qanuni şəkildə təhsil ala bilər, eyni zamanda mədəniyyətini yaxından tanıya bilərsiniz. Bu bloqda sizə F1 vizası almaq üçün nələr etməliyiniz, hansı sənədlərə ehtiyac olduğu, viza müsahibəsində sizi nələrin gözlədiyi haqqında dolğun məlumat verəcəyik. Eyni zamanda bu prosesi Vizam.az üzərindən asanlaşdırma yollarını da öyrənəcəksiniz.

F1 Vizası nədir və kimlər üçün nəzərdə tutulub?

F1 vizası, ABŞ-da akademik təhsil və ya dil kursları kimi tam zamanlı proqramlarda təhsil almaq üçün verilən qeyri-immiqrasiya viza növüdür. Bu viza adətən kollec, universitet və ya ingilis dili kursları təqdim edən SEVP (Student and Exchange Visitor Program) tərəfindən akkreditasiyadan keçmiş təşkilatlardan birinə qəbul aldıqdan sonra verilir.

Kimlər üçün uyğundur?

  • ABŞ-da təhsil almaq niyyəti olanlar
  • Dil bacarıqlarını peşəkar mühitdə inkişaf etdirmək istəyən gənclər
  • Təhsil müddəti boyu viza şərtlərinə riayət etməyi öhdəsinə götürənlər

ABŞ-da Dil Kursu Seçimi Necə Aparılmalıdır?

Dil məktəbi seçimi F1 viza prosesinin ən vacib addımlarından biridir. F1 vizası almaq üçün məktəb SEVP proqramına daxil olmalıdır. Bu proqram daxilində olan məktəblər tərəfindən verilən I-20 formu olmadan viza müraciəti mümkün deyil.

Seçim edərkən diqqət edəcəyiniz faktorlar:

  • Proqramın müddəti (3 ay, 6 ay, 1 il)
  • Tədris keyfiyyəti və rəylər
  • Qiymət siyasəti və əlavə xərclər
  • Şəhər və ya region (yaşamaq xərcləri, iqlim, nəqliyyat)

F1 Vizası üçün Gərəkli Sənədlər

F1 vizası almaq üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

  • I-20 formu (Seçdiyiniz məktəbdən alınır)
  • DS-160 viza formu (onlayn doldurulur)
  • SEVIS ödənişi qəbzi (350 USD)
  • Pasport (azı 6 ay əlavə müddət etibarlı)
  • Şəkl (vizaya uyğun formatda)
  • Bank arayışı (maliyyə imkanlarınızı göstərmək üçün)
  • Təhsil planı, niyyət məktubu

Bu sənədlər səfirlik müsahibəsində sizə verilən suallarla birlikdə dəyərləndirilir.

F1 Viza Müsahibəsinə Hazırlıq və Vacib Məqamlar

ABŞ səfirliyində keçirilən viza müsahibəsi vizanın verilib-verilməməsində əsas rol oynayır. Müsahibədə sizdən gözlənilənlər:

  • ABŞ-a təhsil məqsədilə getmək istədiyinizi aydın şəkildə izah etmək
  • Geri dönmək niyyətinizin olduğunu sübut etmək (ailə, iş, təhsil planları)
  • Maliyyə imkanlarınızı əsaslandırmaq (bank çıxarışları, sponsor məktubu)
  • Dil kursunun gələcək planlarınıza necə təsir edəcəyini izah etmək

ABŞ-da F1 Vizasına sahib tələbə kimi yaşayış və təhsil

F1 vizası ilə ABŞ-da təhsil aldığınız müddətdə:

  • Həftəlik 20 saata qədər kampus daxilində işləməyə icazəniz var
  • Məktəb dəyişdirmək və ya proqram uzatmaq üçün USCIS-ə müraciət etməlisiniz
  • Yaşayış üçün tələbə yataqxanaları və ya özəl kirayə mənzillər seçilə bilər
  • Sığorta və sağlamlıq təminatı mütləqdir

Vizanın Uzadılması və Alternativlər

Dil proqramı bitdikdən sonra:

  • Vizanız 60 gün ərzində ölkəni tərk etməyinizi tələb edir
  • Yeni bir akademik proqram tapıb I-20 formu alsanız, F1 vizasını uzatmaq mümkündür
  • Bəzi hallarda F1 vizası ilə kollec və ya universitet proqramlarına keçid edilə bilər

Tez-tez Verilən Suallar (FAQ)

F1 vizası ilə ABŞ-da işləmək olarmı?
Bəli, yalnız kampus daxilində və həftədə maksimum 20 saat işləməyə icazə verilir.

F1 vizası ilə ailə üzvlərimi aparmaq mümkündürmü?
Bəli, F2 vizası ilə həyat yoldaşı və uşaqlarınızı apara bilərsiniz, lakin onların işləmək hüququ yoxdur.

Dil kursunu bitirdikdən sonra ölkədə qala bilərəmmi?
Proqram bitdikdən sonra 60 gün müddətində ölkəni tərk etməlisiniz və ya yeni proqram üçün müraciət etməlisiniz.

F1 vizası üçün müraciət prosesi nə qədər vaxt aparır?
F1 tələbə vizasına müraciət prosesi adətən 2-4 həftə ərzində tamamlanır. Bu müddət ərzində dil məktəbindən qəbul məktubu və I-20 forması əldə edilir, sənədlər hazırlanır, DS-160 forması doldurulur və səfirlik görüşü təyin olunur. Hazırlıq səviyyəsi və sənədlərin düzgünlüyü bu müddətə təsir edə bilər.

Dil kursları nə qədər başa gəlir?
Qiymətlər məktəbdən və regiondan asılı olaraq dəyişir. Orta hesabla aylıq 500-1500 USD arası dəyişə bilər.

ABŞ-a Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə ABŞ turistik viza müraciətiniz zamanı da yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüşün təyin edilməsi, onlayn DS-160 ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərizin və qalacağınız otellərin bron edilməsi və ya istəyinizə uyğun olaraq alınması, konsultasiya və intervyuya hazırlıq daxil olacaq. Biz sizi daha öncəki müraciətçilərimizə konsulla görüş zamanı verilən sualların siyahısı ilə tanış edə və bu suallara doğru şəkildə necə cavab verəcəyiniz, cavablarınızda, bədən dilinizdə və bu kimi psixoloji amillərdə hansı detallara xüsusilə diqqət yetirməli olduğunuz barəsində ətraflı məlumatlandıra bilərik. Bütün bunlar sizi digər viza müraciətçiləriylə müqayisədə ön plana çəkə və viza alma ehtimalınızı artıra biləcək faktorlardır. Qeyd edək ki, bizim şirkətimizdə ABŞ turizm viza dəstəyi xidmət haqqı bir nəfər üçün viza səfirliyi rüsumları daxil olmaqla 510 AZN təşkil edir. Əgər Amerikada biznes qurmaq istəyirsinizsə, Day-Day.az xidmətlərindən istifadə edərək mütəxəssis dəstəyi ala bilərsiniz.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Oxşar yazılar:

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026
Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstana səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alınması vacib şərtlərdən biridir. Bolqarıstan 1 yanvar 2025-ci ildən etibarən Şengen zonasına tamhüquqlu üzv olduğu üçün ölkəyə turistik, işgüzar və digər qısamüddətli səfərlər üçün Şengen vizası tələb olunur. Bolqarıstan vizası ilə yalnız bu ölkəyə deyil, Şengen zonasına daxil olan digər ölkələrə də səyahət etmək mümkündür. Bunun üçün […]

Vizam.az 28 oktyabr 2026
Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya vizası üçün müraciət edərkən maliyyə vəziyyətinizi təsdiq edən sənədlərdən biri tələb olunur. Azərbaycan vətəndaşları üçün bu məqsədlə bank arayışı təqdim edilməlidir. Bank hesabından çıxarış tələb olunmur. Sənədləri hazırlayarkən bank arayışı ilə bank çıxarışının fərqini bilmək vacibdir. Aşağıda Yaponiya vizası müraciətində bu sənədlə bağlı əsas məqamları izah edirik. Yaponiya Vizası üçün Hansı Bank Sənədi Lazımdır? […]

Vizam.az 27 oktyabr 2026
Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Birləşmiş Ştatlarına səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza müraciəti səfər hazırlığının vacib mərhələsidir. ABŞ-a turizm, ailə və dost ziyarəti və ya işgüzar səfər məqsədilə getməyi planlaşdırırsınızsa, səfər məqsədinizə uyğun viza kateqoriyasını müəyyənləşdirməlisiniz. Vizam.az-da Amerika vizası dəstəyi xidmət haqqı 31 oktyabr 2026-cı il tarixinədək cəmi 100 AZN-dir! Kampaniyadan yararlanaraq viza müraciətiniz üçün dəstək ala […]

Vizam.az 22 oktyabr 2026
Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanadaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Kanada vizası əvvəlcədən hazırlanmalı olan əsas sənədlərdən biridir. Turizm, ailə ziyarəti və ya işgüzar səfər məqsədilə Kanadaya getməyi planlaşdırırsınızsa, viza növünü düzgün seçmək və tələb olunan sənədləri hazırlamaq vacibdir. Bu məqalədə Kanada vizası üçün müraciət qaydası, tələb olunan sənədlər, rüsumlar və müraciət zamanı diqqət edilməli məqamlarla tanış ola […]

Vizam.az 21 oktyabr 2026
Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026