“AMERİKAN XƏYALINA” gedən yol – ABŞ VİZASI

Yeniləndi: 13 iyul 2026 83372 baxış 7 dəq. oxu

Yaşayan hər bir səyahətçinin dünya üzərində bir gün olmaq istədiyi nöqtələri özündə birləşdirən bir siyahısı olur. Əgər dünya xəritəsi üzərində səyahətçilərin arzuladığı bu nöqtələri qırmızıyla işarələsəydik, sözsüz ki, ABŞ xəritədə başdan-ayağa qırmızıya boyanmış olardı. Nyu-Yorkun Azadlıq heykəli, Mərkəzi Parkı, Manhetteni, Vaşinqtonun Ağ Evi, Mayami sahilləri, Arizonanın Böyük Kanyonu, Las Veqas kazinoları, San-Fransiskonun “Golden Gate” körpüsü və saymaqla bitməyəcək bu yerlər bir çox səyahətçinin xəyalını bəzəyir. “Amerikan xəyalına” gedən bu yol isə əlbəttə ki, ABŞ vizasını əldə etməkdən başlayır.

ABŞ Viza Növləri

ABŞ vizasının fərqli səbəb və məqsədlərə uyğun bir çox növü vardır. Təməl olaraq isə bu vizalar iki növə ayrılır: miqrant və qeyri-miqrant vizaları. Miqrant vizaları ABŞ-da daimi yaşamaq hüququ əldə etmək istəyən şəxslərin baş vurduğu viza növləridir. Ailə birləşməsi, daimi işlə təmin olunma və s. kimi şərtlər altında şəxslər miqrant vizalarına müraciət edə bilərlər. Ən çox istifadə olunan və özündə turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan səbəb və məqsədləri özündə birləşdirən qeyri-immiqrant vizalarına hər kəs müraciət edə bilər. Qeyd edək ki, qeyri-immiqrant vizalarının da yuxarıda sadaladığımız səbəblərdən asılı olaraq dəyişən və onlara uyğunluşan bir çox fərqli növləri var. Biz isə bu məqalədə sizə ən çox müraciət olunan viza növü olan B1/B2, yəni müvəqqəti biznes və turizm vizası barədə məlumat verəcəyik.

B1/B2 Vizası

Azərbaycan vətəndaşları üçün bu vizanın müddəti 1 il ərzində 6 ayı əhatə edəcək şəkildə olur. Yəni, siz bu vizanı əldə edərək vizanızın verildiyi gündən hesablanaraq 1 il sonrasına kimi hər bir girişinizdə ABŞ-da maksimum 6 ay qala bilərsiniz. Qeyd edək ki, dəqiq şəkildə maksimum qala biləcəyiniz müddət sizə ölkəyə daxil olarkən sizi qarşılayan miqrasiya işçisi tərəfindən bildirilir. Bəzi fors-major hallarda sizin miqrasiya işçilərinə verdiyiniz cavablara və səyahət planınıza əsasən, sərhəd xidməti sizin qalma müddətinizi məhdudlaşdıra bilər. Adi hallarda isə məsələn, siz 2020-ci ilin May ayının 1-də ABŞ vizasını əldə etmisinizsə, bu viza 2021-ci ilin May ayının 1-dək (əksər hallarda bir və ya iki gün tez) aktiv viza hesab olunur. Ancaq bu müddət ərzində sizin ABŞ-da bir girişdə qaldığınız günlərin sayı 6 ayı keçməməlidir. 1 il ərzində isə siz ABŞ-a bir neçə dəfə giriş və çıxış edə bilərsiniz, bunu məhdudlaşdıracaq hər hansısa bir limit yoxdur. Siz bu vizanı əldə etdikdən sonra ABŞ-a turistik və ya işgüzar səfərinizi reallaşdıra bilərsiniz.

ABŞ Viza Müraciəti üçün Sənədlər Toplusu

B1/B2 vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış)
  5. Adınıza olan bank hesabından arayış və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 5x5 ölçüdə və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet və otel bronları
  10. Viza ödənişini etdiyinizə dair sizə sistemdən verilmiş ödəniş qəbzinin və üzərində səfirlikdəki görüş tarixiniz qeyd olunmuş instruksiyanın çap versiyası
  11. Onlayn DS-160 ərizə formanızın təsdiqi

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni ABŞ-da qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3000-4000 ABŞ dolları aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ABŞ-da qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 80-90 ABŞ dolları gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər) əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədinin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır. Qeyd edək ki, sənədləri ingilis dilinə tərcümə etdirmək tələb olunmur, bütün sənədlər səfirlikdə azərbaycanca qəbul olunur.

Viza Proseduru

ABŞ-a viza müraciəti zamanı ilk mərhələ olaraq siz DS-160 formunu, yəni ABŞ viza müraciətiniz üçün onlayn ərizə formasını doldurursunuz. Siz bu ərizə formasını tam onlayn şəkildə və bir neçə dəfə giriş və çıxış edərək doldura bilərsiniz. Yəni, ilk dəfə ərizəyə daxil olduqda sona qədər doldurmalısınız kimi bir qayda yoxdur. Ərizənin müəyyən hissəsini doldurduqdan sonra onu yaddaşda saxlayıb, sonra giriş edərək qaldığınız yerdən doldurmağa davam edə bilərsiniz. Ancaq bunun üçün mütləq şəkildə sayt tərəfindən sizə verilmiş referens kodunu (məsələn: AA 12345678) yaddaşda saxlamalısınız. Səfirlikdə görüşə getməzdən öncə isə ərizə formanızı sistemdə təsdiqləməyiniz mütləqdir. Digər mərhələdə isə siz ABŞ-ın Azərbaycandakı səfirliyindən görüş əldə etməlisiniz. Bu görüş pəncərəsinin açılması üçün isə siz öncə viza ödənişini onlayın şəkildə həyata keçirməlisiniz. Viza ödənişi hər bir şəxs üçün yaş fərqi olmadan 185 ABŞ dolları təşkil edir. Siz ödənişi bank kartı vasitəsilə və ya bankda nağd olaraq edə bilərsiniz. Ödənişi etdikdən sonra növbəti açılan pəncərədə səfirlikdə mümkün olan görüş tarixləri və saatlardan siz özünüzə uyğun olanı seçirsiniz. Seçdiyiniz tarix və saatda qeyd etdiyimiz sənədlərlə birgə səfirlikdə görüşə getməlisiniz. Siz sonradan görüşü ləğv etmə hüququna maliksiniz. Bu halda siz eyni profildən növbəti bir il ərzində yenidən ABŞ səfirliyində ödəniş etmədən görüş təyin edə bilərsiniz. Qeyd edək ki, onlayn şəkildə təsdiqlədiyiniz ərizə formasını səfirlikdəki görüşə aparmağınıza ehtiyac yoxdur. ABŞ viza müraciəti zamanı siz səfirlikdə konsulla intervyuya daxil olursunuz.

Visa proseduru adətən 3-5 iş günü ərzində çəkir.

İntervyu

Konsulla birbaşa aparılan intervyu əksər hallarda maksimum 5-15 dəqiqəni əhatə edəcək müddətdə qısa çəkir. Bu müddət sizin viza müraciəti prosedurunuzun mürəkkəbliyindən və ən əsası konsulun istəyindən asılı olaraq dəyişə bilər. İntervyu ərzində sizə veriləcək suallar əsasən, sizin səyahət planınız, səfərinizin detalları (gedəcəyiniz yerlər, səyahət tarixləriniz, qalacağınız otellər və s.), səyahət məqsədiniz və ya özünüzlə bağlı ola biləcək şəkildə iş yeriniz, ailə həyatınız, sənədləriniz və s. haqqında ola bilər. Bu sualların standart forması və ya ardıcıllığı yoxdur. Bir sözlə, konsul sizə özünüz, həyatınız və səyahətinizlə əlaqədar istədiyi sualı verə bilər. Siz viza cavabınızı məhz bu intervyunun sonunda öyrənə bilirsiniz. Konsul sizə intervyunun sonunda ABŞ vizasının verildiyini və ya verilmədiyini bildirir. Viza verildiyi təqdirdə pasportunuz sizdən götürülür və adətən, 3-5 iş günü ərzində ABŞ vizası vurulduqdan sonra “Aramex” şirkəti tərəfindən sizə geri qaytarılır. Əgər konsul viza verilmədiyini bildirərsə, bu halda o, sizə imtina kağızı uzadır. Bu imtina kağızı isə şəxsdən-şəxsə və ya vəziyyətə, yaxud imtina səbəblərinə uyğun şəkildə dəyişən yox, məhz şablon bir sənəd olur. ABŞ vizasına gedən ən önəmli yol məhz intervyudakı performansınızdan və verdiyiniz cavablardan keçir. Siz mütləq şəkildə konsulu inandırmağa çalışmalı, qəti şəkildə yalan məlumat verməməli və konsulun sizə verdiyi suallara bacardıqca detallı şəkildə cavab verməlisiniz. Əgər siz cavablarınızla konsulu səyahət məqsədinizə, verdiyiniz informasiyaların və sənədlərin doğruluğuna tam inandıra bilsəniz, bu halda ABŞ vizasını əldə edə biləcəksiniz. Qeyd edək ki, əksər hallarda intervyuda verilən sualların sayı limitli olur. Məhz bu səbəbdən də konsulun sizə verdiyi sualları dolğun cavablandırmaq onun ağlındakı sual işarələrini aradan qaldırmağa yardımçı ola bilər. Məsələn, əgər konsul sizdən səyahət məqsədinizi soruşursa, ona bir sözlə “turizm” deyib keçməkdənsə, ətraflı şəkildə hansı səbəblə bu səyahəti reallaşdırmaq istədiyinizi, ABŞ-da haralara gedəcəyinizi və vaxtınızı necə dəyərləndirə biləcəyinizi mümkün qədər ətraflı şəkildə izah edə bilərsiniz. Bu kimi detallı cavablar sizə əngəl ola biləcək müəyyən boşluqları və sualları aradan qaldıra bilər. Əlavə olaraq qeyd edək ki, konsulla intervyunun dili səfər məqsədindən asılı olaraq dəyişir. Turistik viza müraciətlərində intervyuda istifadə olunan dil əksər hallarda azərbaycanca olur. İşgüzar səfər üçün edilmiş viza müraciətində isə əsasən, ingilis dilinə üstünlük verildiyi görünür.

ABŞ Vizası Olmuş Şəxslər

Daha öncə ABŞ vizası olmuş şəxslər öncəki ABŞ vizalarının bitmə tarixindən bir il keçmədən yenidən eyni növlü vizaya müraciət edirlərsə, bu halda səfirlikdə yenidən görüşdə və intervyuda olmaqlarına ehtiyac qalmır. Onlar öz pasportlarını onlayn ödəniş etdikdən, ərizə formalarını tamamladıqdan sonra müraciətlərini “Aramex” şirkəti vasitəsilə edə bilərlər. Siz görüş götürmə sistemində əgər daha öncə ABŞ vizanızın olduğunu, bu vizanın bitmə tarixindən bir ildən artıq vaxt keçmədiyini və eyni növdə vizaya müraciət etdiyinizi qeyd etsəniz, bu halda sizə ödəniş etdikdən sonra açılan pəncərədə səfirlikdə görüş tarixləri yox, sənədlərinizi “Aramex” şirkəti vasitəsilə təqdim edə biləcəyinizlə bağlı detallar qeyd olunur. Siz pasportuzun orijinalı və köhnə ABŞ vizanızın surəti, şəxsiyyət vəsiqənizin surəti, onlayn ərizə formanızın təsdiqi, sizə görüş götürdüyünüz sistemdən təqdim olunan ödənişin qəbzini və “Aramexin” sənədləri qəbul edə biləcəyi ilə bağlı instruksiyalar sənədini çap edərək həmin şirkətə müraciət edə bilərsiniz. Bu halda adətən, müraciətinizdən sonra 3-5 iş günü ərzində sizə viza verilir və siz pasportunuzu yenidən “Aramex” şirkətindən geri götürə bilirsiniz. Ancaq bəzi hallarda səfirliyin sizi sonradan intervyuya dəvət etməsi də mümkündür. Yəni, bu prosedurla müraciət etdikdən sonra sizin viza müraciətiniz prosesdə olarkən səfirlik sizlə əlaqə saxlayaraq sizi intervyuya dəvət edə bilər. Bu hal sizin viza müraciətinizdə hər hansısa bir qeyri-müəyyənlik, sual ortaya çıxdıqda və ya konsulun şəxsi istəyi üzrə yaşana bilər.

ABŞ Vizası Alma Ehtimalı

Hər bir ölkənin viza müraciətində olduğu kimi ABŞ-da da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin yaxşı olması, aylıq gəlirinizin standart maaş aralığından biraz yuxarı olması, bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) və bəlkə də ən əsası, səyahət tarixçənizin yaxşı olması sizin ABŞ vizasını alma şansınıza müsbət təsir göstərəcək ən önəmli faktorlardır. Ancaq ABŞ-ı digər ölkələrdən və səfirlikdən fərqləndirən ən əsas nüans intervyunun önəmidir. Belə ki, sənədlərinizin və profilinizin nə qədər qaydasında olub-olmamasından asılı olmayaraq, intervyudakı performansınız və cavablarınız sizin viza alma şansınıza yüksək dərəcədə təsir göstərir. ABŞ turizm vizasına müraciət etmək arzusunda olan şəxslərə əsasən, məsləhət görürük ki, ilk öncə səyahət tarixçələrini bir neçə Şengen, Avropa ölkələrinə və ya digər turistik sayıla biləcək ölkələrə viza alaraq və səyahət edərək yaxşılaşdırsınlar. Təcrübə göstərir ki, daha öncə əhəmiyyətli vizaları olmuş və səyahət tarixçələri yaxşı sayıla biləcək şəxslərin ABŞ səfirliyindən viza alma ehtimalı digərlərinə nəzərən qat-qat çoxdur. Turizm məqsədilə ABŞ-a getmək istəyən bir şəxsin daha öncə ölkəsinə daha yaxın olan və nisbətən daha asan viza alma proseduruna sahib Avropa ölkələrinə turizm üçün üz tutmaması konsulda müəyyən şübhələr yarada bilər. Ancaq bununla belə səfirlikdə konsulla girəcəyiniz intervyu məhz bu amilə də təsir göstərə bilər. Yəni təcrübədə səyahət tarixçəsi çox yaxşı olmasına baxmayaraq intervyusu uğursuz alınmış şəxslərin imtina aldığı və ya tam əksinə baş pasportla səfirliyə gedib yetərincə uğurlu keçmiş intervyu sayəsində konsulun inamını qazanaraq elə ilk müraciətindən ABŞ vizasını əldə etmiş şəxslərə tez-tez rast gəlmək olur. Ancaq yenə də hər bir halda yuxarıda sadaladığımız nüansların profilinizdə qaydasında olmağı sizi digər müraciətçilərdən bir neçə addım önə salır.

ABŞ-a Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə ABŞ turistik viza müraciətiniz zamanı da yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüşün təyin edilməsi, onlayn DS-160 ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərizin və qalacağınız otellərin bron edilməsi və ya istəyinizə uyğun olaraq alınması, konsultasiya və intervyuya hazırlıq daxil olacaq. Biz sizi daha öncəki müraciətçilərimizə konsulla görüş zamanı verilən sualların siyahısı ilə tanış edə və bu suallara doğru şəkildə necə cavab verəcəyiniz, cavablarınızda, bədən dilinizdə və bu kimi psixoloji amillərdə hansı detallara xüsusilə diqqət yetirməli olduğunuz barəsində ətraflı məlumatlandıra bilərik. Bütün bunlar sizi digər viza müraciətçiləriylə müqayisədə ön plana çəkə və viza alma ehtimalınızı artıra biləcək faktorlardır. Qeyd edək ki, bizim şirkətimizdə ABŞ turizm viza dəstəyi xidmət haqqı bir nəfər üçün viza səfirliyi rüsumları daxil olmaqla 510 AZN təşkil edir.

20 may 2025 tarixinədək Amerika vizası üçün dəstək xidmətimiz cəmi 95 AZN-dir

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Əgər şansınız varsa, elə indi “Amerikan xəyalınızı” gerçəkləşdirməyin vaxtıdır! Xoş səyahətlər!

Oxşar yazılar:

Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Bəli, Sinqapur vizası üçün bank çıxarışı maliyyə vəziyyətinizi göstərən dəstəkləyici sənəd kimi tələb oluna bilər. Lakin bank çıxarışı bütün müraciətlər üçün rəsmi şəkildə məcburi əsas sənəd kimi göstərilmir. Sinqapurun İmmiqrasiya və Nəzarət Məntəqələri İdarəsi (ICA) müraciət zamanı əlavə sənədlər tələb edə bilər və Sinqapura səfər edən şəxsin qalma müddəti ərzində özünü təmin etmək üçün kifayət […]

Vizam.az 24 sentyabr 2026
Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

İlk dəfə Şengen sərhədindən keçirsinizsə, pasportunuz, Şengen vizanız, uçuş və yaşayış məlumatlarınız, səfər planınız və lazım olduqda maliyyə imkanınızı göstərən sənədlər hazır olmalıdır. Sərhəd nəzarətində əməkdaş səfərin məqsədi, qalacağınız yer və geri dönüş planınız barədə qısa suallar verə bilər. Etibarlı Şengen vizasının olması girişə avtomatik zəmanət vermir. Xarici sərhəddə səyahətçinin giriş şərtlərinə uyğunluğu ayrıca yoxlanılır. […]

Vizam.az 24 sentyabr 2026
Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcunun olması təkbaşına viza almağa avtomatik maneə deyil. Viza müraciətində əsas məsələ kredit borcunun mövcudluğu deyil, müraciət edən şəxsin ümumi maliyyə vəziyyəti, sabit gəliri, bank hesabındakı vəsaitin mənbəyi və səfərin xərclərini qarşılamaq imkanının inandırıcı şəkildə göstərilməsidir. Məsələn, şəxsin aktiv istehlak krediti və ya ipoteka ödənişi ola bilər. Əgər onun sabit gəliri, normal bank hesabı […]

Vizam.az 23 sentyabr 2026
Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

ABŞ vizasının olması avtomatik olaraq Kanada və Meksikaya giriş hüququ vermir. Kanada və Meksikanın viza və giriş qaydaları bir-birindən fərqlidir. Azərbaycan pasportu ilə səyahət edirsinizsə, Kanadaya getmək üçün ümumiyyətlə Kanada vizası tələb olunur. ABŞ vizasının olması Kanada vizasını avtomatik əvəz etmir. Meksikada isə fərqli qayda tətbiq olunur: etibarlı ABŞ vizası olan şəxslər müəyyən şərtlərlə ayrıca […]

Vizam.az 21 sentyabr 2026
Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Xeyr. Şengen vizası aldığınız ölkədən Şengen zonasına ilk giriş etmək ümumi qayda olaraq məcburi deyil. Məsələn, Fransadan Şengen vizası almısınızsa, müəyyən hallarda Şengen zonasına İtaliya, Almaniya, Niderland və ya başqa Şengen ölkəsindən daxil ola bilərsiniz. Avropa Komissiyasının rəsmi məlumatına görə, bir Şengen ölkəsi tərəfindən verilmiş viza ilə başqa Şengen ölkəsinin xarici sərhədindən də giriş mümkündür. […]

Vizam.az 18 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edərkən ən vacib məsələlərdən biri hansı ölkənin konsulluğuna müraciət etməli olduğunuzu düzgün müəyyən etməkdir. Əgər səfəriniz zamanı yalnız bir Şengen ölkəsinə gedirsinizsə, müraciəti həmin ölkənin səlahiyyətli konsulluğuna təqdim etməlisiniz. Bir neçə Şengen ölkəsinə səfər edirsinizsə, əsas qayda əsas təyinat ölkəsini (main destination) müəyyən etməkdir. Əsas təyinat ölkəsi, ümumiyyətlə, səfər zamanı ən […]

Vizam.az 17 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edən şəxslərin ən çox qarışdırdığı məsələlərdən biri müraciətin hansı ölkəyə edilməli olmasıdır. Bir neçə Şengen ölkəsini əhatə edən səyahət planınız varsa, vizaya istənilən Şengen ölkəsinin konsulluğuna müraciət etmək düzgün deyil. Əsas qayda budur: Şengen vizası üçün müraciət səfərin əsas təyinat ölkəsinə edilməlidir. Əgər səfər zamanı bir neçə ölkədə qalacaqsınızsa, əsas təyinat […]

Vizam.az 15 sentyabr 2026
Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır, Slovakiya vizanızı almağın vaxtıdır!

Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır, Slovakiya vizanızı almağın vaxtıdır!

Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır! 27 oktyabr 2026-cı il tarixindən etibarən Wizz Air ilə Bakıdan Bratislavaya birbaşa uçuşlar 56 dollardan başlayan qiymətlərlə təklif olunur. Bratislavaya səyahət planlayan Azərbaycan vətəndaşlarının isə səfərdən əvvəl Slovakiya vizası üçün müraciət etməsi tələb olunur. Uçuşların qiymətini və mövcud tarixləri Wizz Air-in rəsmi saytından yoxlaya bilərsiniz: Wizz Air – Bratislava–Bakı uçuşları […]

Vizam.az 14 sentyabr 2026
DV-2028 Green Card Qeydiyyatı Haqqında Ən Çox Verilən Suallar

DV-2028 Green Card Qeydiyyatı Haqqında Ən Çox Verilən Suallar

DV-2028 Green Card lotereyası ABŞ-da daimi yaşamaq imkanı əldə etmək istəyən şəxslərin ən çox maraq göstərdiyi proqramlardan biridir. Qeydiyyat prosesi onlayn həyata keçirilir və müraciət edən şəxslər müəyyən uyğunluq şərtlərinə cavab verməlidirlər. Aşağıda DV-2028 Green Card qeydiyyatı ilə bağlı istifadəçilərin ən çox axtardığı 10 əsas sualın cavabını təqdim edirik. DV-2028 Green Card qeydiyyatı nə vaxt […]

Vizam.az 09 sentyabr 2026
Vyetnam vizası müraciəti nə qədər vaxta təsdiqlənir?

Vyetnam vizası müraciəti nə qədər vaxta təsdiqlənir?

Vyetnam vizası müraciəti, e-viza üçün bütün məlumatlar düzgün təqdim edildikdə və ödəniş tamamlandıqda, rəsmi olaraq 3 iş günü ərzində emal olunur. Vyetnam İmmiqrasiya Departamentinin məlumatına əsasən, e-viza müraciətinin nəticəsi onlayn sistem üzərindən yoxlanıla bilər. Azərbaycan vətəndaşları da Vyetnam e-vizası üçün müraciət edə bilərlər. Vyetnamın rəsmi e-viza portalında Azərbaycan e-viza almaq hüququ olan ölkələr siyahısında göstərilir. […]

Vizam.az 08 sentyabr 2026