Almaniya Vizası ilə Avropanı Kəşf Edin!

Yeniləndi: 28 iyul 2026 1063 baxış 8 dəq. oxu

Almaniyaya səyahət planlaşdırırsınız, amma vizaya dair suallarınız var? Almaniya Şengen vizası ilə təkcə Almaniyanı deyil, eyni zamanda Şengen ölkələrinin böyük hissəsini kəşf etmək mümkündür. Almaniya vizası müraciəti son illərdə xeyli sadələşdirilib və düzgün planlaşdırma ilə səyahətinizi problemsiz həyata keçirə bilərsiniz.

Əgər hələ də qərar verməmisinizsə, düşünün: Almaniyanın tarixi şəhərlərini gəzmək, romantik küçələrində gəzintiyə çıxmaq, muzey və qalereyalarını kəşf etmək, həmçinin qonşu Avropa ölkələrinə səyahət etmək fürsəti əlçatan olacaq. Almaniya vizasına müraciət etmək üçün sənədlərinizi vaxtında hazırlamaq və proseduru düzgün izləmək çox önəmlidir.

Xüsusilə, səyahət tarixiniz yaxınlaşdıqca müraciət etmək vaxtınızı itirməmək üçün əhəmiyyət daşıyır. Səyahət planınızı düzgün qurmaq, uçuş və otel bronlarını təmin etmək, bank hesabınızı göstərmək və digər əsas sənədləri hazırlamaq Almaniya vizası alma şansınızı xeyli artırır.

Bu blogda sizə Almaniya vizasının növləri, müraciət prosesi, tələb olunan sənədlər və digər vacib məqamlar barədə ətraflı məlumat verəcəyik. Həmçinin, vizanızı əldə etdikdən sonra Almaniya və qonşu Avropa ölkələrini necə rahat səyahət edə biləcəyinizi izah edəcəyik.

Almaniya Şengen Vizası

Almaniya Şengen vizası, Şengen ölkələrinə müvəqqəti səyahət planlayan şəxslər üçün ən çox istifadə edilən vizadır. Bu viza vasitəsilə siz Almaniyada turizm, işgüzar səfər, ailə və dost ziyarəti, qısamüddətli təhsil və digər müvəqqəti məqsədlərlə səfər edə bilərsiniz. Viza müddəti ümumiyyətlə 90 günü aşmır və təkgirişli və ya çoxgirişli ola bilər.

Almaniya Şengen vizasına müraciət etmək üçün əsas prosedur TLScontact viza müraciət mərkəzi vasitəsilə həyata keçirilir. TLScontact, Almaniya Səfirliyinin rəsmi tərəfdaşı olaraq, müraciətçilərin sənədlərinin toplanması, barmaq izlərinin alınması və ərizə formasının düzgün doldurulmasına dəstək verir.

Viza müraciəti üçün sənədləriniz hazır olduqdan sonra TLScontact üzərindən görüş təyin etməlisiniz. Sənədlərin təqdim olunması zamanı barmaq izinizin verilməsi tələb olunur (barmaq izindən azad olan şəxslər istisna olmaqla). 12 yaşdan aşağı uşaqlar, diplomatik pasport sahibləri və fiziki olaraq barmaq izi verə bilməyən şəxslər bu tələbdən azaddır.

Viza müraciətinizin qiymətləndirilməsi prosesi adətən 5-15 iş günü çəkir, lakin müraciət dövrünə və səyahət tarixlərinə görə bu müddət qısala bilər. Viza rüsumu təxminən 35 avrodur, əlavə olaraq TLScontact xidmət haqqı ödənilir. Rüsumlar milli valyutada (manat) və ya kart vasitəsilə ödənilə bilər.

Almaniya Şengen vizası əldə edildikdən sonra Şengen ölkələrinin əksəriyyətinə daxil olmaq mümkündür. Lakin viza aldığınız ölkədən, yəni Almaniyadan ilk girişinizi etməyiniz məsləhət görülür. Əks halda sərhəd xidməti sizi geri qaytara bilər.

Bu viza növü ilk dəfə müraciət edənlər üçün də əlçatandır, lakin profilinizin güclü olması iş yeri və gəlirinizin normal olması, bank hesabınızda kifayət qədər vəsaitin göstərilməsi, səyahət planınızın real olması və ölkəyə bağlayan nüansların mövcudluğu vizanı alma ehtimalınızı artırır.

Almaniya Şengen Vizası üçün Tələb Olunan Sənədlər

Almaniya Şengen vizasına müraciət edərkən, səfirliyə təqdim olunacaq sənədlərin tam və düzgün olması vizanın müsbət alınmasında mühüm rol oynayır. Aşağıda Almaniya Şengen vizası üçün tələb olunan əsas sənədlər siyahısı verilmişdir:

  • Xarici pasport – orijinal və birinci səhifəsinin surəti;
  • Əvvəlki vizalar və sərhəd möhürləri – varsa, surətlərini təqdim etmək tövsiyə olunur;
  • Şəxsiyyət vəsiqəsi – surəti;
  • İş yerindən arayış və maaş kartından çıxarış – işləyən şəxslər üçün; təhsil alanlar üçün təhsil müəssisəsindən arayış;
  • Elektron hökumət portalından iş yeri ilə bağlı arayış – iş məlumatlarının təsdiqi üçün;
  • Bank hesabından arayış və çıxarış – səyahət xərclərini göstərmək üçün. Məbləğ səyahət planınız və qalacağınız gün sayına uyğun olmalıdır;
  • Adınıza olan mülklərin çıxarışları və nəqliyyat vasitəsinin texniki pasport surəti – mövcud olduqda;
  • Mülki vəziyyətin sübutu – nikah şəhadətnaməsi, 18 yaşdan kiçik uşaqlar varsa doğum şəhadətnamələri; nikah pozulubsa, müvafiq sənədin surəti;
  • Biometrik şəkillər – 2 ədəd, 3.5x4.5 ölçüdə, ağ fonda;
  • Aviabilet və otel bronları – səyahət planınızı təsdiq etmək üçün;
  • Şengen qaydalarına uyğun səyahət sığortası – səyahətin bütün müddətini əhatə edən;
  • İngilis dilində doldurulmuş ərizə forması – bütün tələb olunan sahələr düzgün doldurulmalıdır;
  • Görüş təyini təsdiqi – TLScontact vasitəsilə əldə edilmiş sənədin çap versiyası;
  • İşgüzar səfərlər üçün dəvət məktubu – əgər müraciət işgüzar məqsəd üçündirsə, rəsmi tədbir və ya görüş barədə məktub;

Qeyd: Üzərində “*” işarəsi olan sənədlər İngilis dilində təqdim edilməlidir. Əgər sənədləriniz azərbaycanca və ya başqa dildədirsə, mütləq ingilis dilinə tərcümə olunmalıdır. Tərcümələrin notarial təsdiqinə ehtiyac yoxdur, sadəcə ingilis dilində təqdim olunması Almaniya səfirliyi üçün kifayətdir.

Bu sənədlərin tam və düzgün hazırlanması, həmçinin səyahət planınızın və maliyyə təminatınızın əsaslandırılması, Almaniya Şengen vizası alma ehtimalınızı əhəmiyyətli dərəcədə artırır.

TLS Contact Viza Mərkəzi Müraciət Necə Edilir?

Almaniya Şengen vizası üçün müraciət edən şəxslər TLS Contact vasitəsilə bütün prosesləri mərhələli və sistemli şəkildə həyata keçirirlər. Bu prosedura düzgün əməl edilməsi viza müraciətinizin problemsiz və effektiv tamamlanmasına yardımçı olur.

Almaniya vizasına müraciət prosesi aşağıdakı mərhələlərdən ibarətdir:

  1. Sənədlərin yoxlanması:
    Müraciətçi səfər məqsədinə uyğun tələb olunan sənədləri diqqətlə yoxlamalıdır. Səyahət məqsədinin düzgün seçilməsi çox vacibdir, çünki yanlış seçilmiş məqsəd viza imtina riskini artırır. Milli D vizası üçün müraciət edən şəxslər Konsulluq Xidmətləri Portalında müvafiq proseduru yoxlamalı və təlimatlara əməl etməlidirlər.
  2. TLScontact hesabının yaradılması:
    Şəxsi e-poçt ünvanı və şifrə ilə hesab açılır. Hesab aktivasiya linki ilə təsdiqlənir və müraciət prosesi buradan idarə olunur.
  3. Şəxsi məlumatların daxil edilməsi:
    Hesaba daxil olduqdan sonra tələb olunan şəxsi məlumatlar düzgün doldurulur. Qrup şəklində müraciət edilirsə, bütün iştirakçıların məlumatları əlavə edilir və qrup təsdiqlənir.
  4. Görüş təyini:
    TLS Viza Mərkəzində sənədlərin təqdim olunacağı tarix və saat seçilir. Şengen vizası üçün müraciət edənlər gözləmə siyahısına əlavə oluna bilər və uyğun vaxt açıldıqda məlumatlandırılır. Görüş təsdiq məktubu çap edilərək müraciət günü təqdim olunmalıdır.
  5. VIDEX forması:
    VIDEX forması yalnız ingilis və ya alman dilində doldurulur. Onlayn doldurulur, çap edilir və böyük hərflərlə qara mürəkkəblə imzalanır. Qısamüddətli və uzunmüddətli vizalar üçün tələb olunur.
  6. Sənədlərin təqdim edilməsi:
    Müraciətçi görüş vaxtında TLScontact mərkəzinə gəlməlidir. 12 yaş və yuxarı bütün müraciətçilər biometrik məlumatlarını şəxsən təqdim etməlidirlər. Biometrik məlumatlardan azad olanlar etibarnamə ilə nümayəndə vasitəsilə müraciət edə bilərlər. Sənədlər TLScontact tərəfindən yoxlanılır və konsulluğa göndərilir.
  7. Pasportun geri alınması:
    Konsulluq pasportu TLS Viza Mərkəzinə göndərdikdən sonra müraciətçi məlumatlandırılır. Pasportun geri alınması şəxsən, nümayəndə vasitəsilə və ya “Express Courier Return” xidməti ilə mümkündür.

Bu mərhələlərə diqqətlə əməl etmək, Almaniya Şengen vizası üçün müraciətinizi problemsiz, sürətli və effektiv şəkildə tamamlamağa imkan verir.

TLS Contact viza mərkəzi haqqında ətraflı məlumat əldə etmək istəyrsinizsə, klik edərək blogumuza keçid edə bilərsiniz.

Almaniya Şengen Vizası üçün Viza Proseduru

Almaniya Şengen vizası üçün müraciət prosesi Almaniya Səfirliyinin rəsmi viza proseduru çərçivəsində, Bakı şəhərində fəaliyyət göstərən TLS Contact viza müraciət mərkəzi vasitəsilə həyata keçirilir. Almaniya vizası ilə bağlı yekun qərar isə birbaşa Almaniya səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir. TLS Contact yalnız sənədlərin qəbulu və konsulluğa ötürülməsi funksiyasını yerinə yetirir və viza nəticəsinə müdaxilə etmir.

Almaniya viza qiyməti müraciət olunan viza növündən və planlaşdırılan qalma müddətindən asılı olaraq dəyişə bilər. Şengen viza rüsumu Almaniya üçün də digər Şengen ölkələrində olduğu kimi standart qaydada tətbiq olunur. Sənədlərin təqdim olunması zamanı səhər saat 08:30-dan 12:00-a qədər olan vaxt aralığında əvvəlcədən görüş almadan canlı növbə ilə müraciət etmək mümkündür. Bu saatlardan sonra, yəni 12:00-dan sonrakı müraciətlər üçün isə onlayn sistem üzərindən əvvəlcədən görüş təyin edilməsi mütləqdir. Bu qayda Almaniya iş vizası daxil olmaqla bütün viza növlərinə şamil olunur.

Viza müraciəti planlaşdırılan səfər tarixindən maksimum 6 ay əvvəl edilə bilər. Almaniya Şengen vizası üçün sənədlər tam və düzgün şəkildə hazırlandıqda müraciətin qəbul prosesi daha sürətli həyata keçirilir. Barmaq izindən azad olan şəxslər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsən iştirak etməsi tələb olunur. Eyni zamanda, Almaniya səfirliyi müraciət zamanı və ya prosesin gedişində zəruri hesab etdiyi hallarda əlavə sənədlər də tələb edə bilər.

Şengen viza qiyməti ilə bağlı ən aktual və rəsmi məlumatlar Almaniya səfirliyinin və TLS Contact-un rəsmi internet səhifələrində yerləşdirilir. Barmaq izindən azad olan müraciətçilər sənədlərini təqdim etmək üçün başqa bir şəxsə notarial etibarnamə verə bilərlər. Bu halda TLS Contact-un rəsmi saytında yerləşdirilmiş etibarnamə formasından istifadə edilməsi tövsiyə olunur.

Əgər Şengen vizası üçün sənədlər düzgün və ardıcıl şəkildə təqdim olunubsa, viza nəticəsi adətən 15 təqvim günü ərzində açıqlanır. Almaniya iş vizası üçün müraciətlərdə isə əlavə olaraq əmək müqaviləsi, işəgötürən tərəfindən imzalanmış dəvət məktubu və bəzi hallarda əmək bazarı ilə bağlı sənədlər tələb oluna bilər. “Şengen vizası neçə günə verilir?” sualının cavabı birbaşa olaraq təqdim etdiyiniz məlumatların və sənədlərin doğruluğundan asılıdır.

Viza sənədləri ilə yanaşı, hotel rezervasiyası və uçuş bileti bronları da mütləq şəkildə təqdim edilməlidir. Almaniyaya viza almaq istəyən şəxslərə tövsiyə olunur ki, sənədlərdəki uyğunsuzluqları müraciət mərhələsinə çatmadan aradan qaldırsınlar. Almaniya səfirliyinin rəsmi saytında tələb olunan sənədlərin siyahısı ətraflı şəkildə göstərilib. Almaniyada uzunmüddətli yaşamaq və ya işləmək planı olan şəxslər isə müvafiq olaraq uzunmüddətli viza növlərinə müraciət etməlidirlər.

Əgər məqsədiniz Almaniyada işləməkdirsə, Almaniya iş vizası üçün əmək müqaviləsi və işəgötürən tərəfindən təqdim olunmuş rəsmi dəvət məktubu əsas şərtlər sırasındadır. Turistik məqsədlə səfər planlayan şəxslər isə Almaniya turist vizasına müraciət etməlidirlər. Qeyd edək ki, Almaniya Şengen vizası ilə digər Şengen ölkələrinə də səyahət etmək mümkündür, lakin iş vizası yalnız Almaniya ərazisində çalışma hüququ verir və xüsusi prosedurlara tabedir.

Barmaq izindən azad olan şəxslər əsasən son 5 il ərzində Şengen vizası almış və sistemdə biometrik məlumatları olan müraciətçilər, 12 yaşdan aşağı uşaqlar, fiziki səbəblərə görə barmaq izi verə bilməyən şəxslər, diplomatik və ya xüsusi pasport sahibləri, eləcə də Almaniyada mərkəzi olan beynəlxalq təşkilatlarda vəzifə alacaq diplomatik personal və onların ailə üzvləridir.

Almaniya Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 10–15 iş günü davam edir. Rəsmi bayram və qeyri-iş günləri bu müddətə daxil edilmir. Sənədlərin təqdim edilməsi zamanı 35 avro viza rüsumu və 60 manat viza mərkəzinin xidmət haqqı ödənilir. Viza mərkəzinin xidmət haqqısı əvvəlcədən ödənilir və həm nağd şəkildə yalnız manatla, həm də bank kartı vasitəsilə həyata keçirilə bilər. Viza rüsumunun manat ekvivalenti isə Almaniya səfirliyi tərəfindən günün məzənnəsinə uyğun olaraq tənzimlənir.

Almaniya Şengen Vizası Alma Ehtimalı

Hər bir ölkənin viza müraciətində olduğu kimi Almaniyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və ya daha yüksək olması (təcrübədə 500-600 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin yaxşı olması sizin Almaniya Şengen vizası alma şansınızı artıran faktorlardır. İlk Şengen vizasını məhz Almaniya səfirliyindən almış şəxslərin mövcudluğuna baxmayaraq, biz əksər hallarda müraciətçilərə profil göstəriciləri yüksək səviyyədə (yuxarıda sadalanan nüansların hər birinin qaydasında və standartlardan yuxarı olması) olduğu hallar xaricində ilk Şengen viza müraciətlərini Almaniya səfirliyinə etməkdən qaçınmalarını tövsiyə edirik. Bu, profili standart və ya standartdan aşağı göstəricilərə sahib olan müraciətçilər üçün riskli seçim kimi gözə çarpır. Daha öncə bir və ya bir neçə Şengen vizanızın olması sizin Almaniya səfirliyindən viza alma ehtimalınızı əhəmiyyətli dərəcədə yüksəldə bilir.

Tez-tez verilən suallar (FAQ)

Almaniya Şengen vizası ilə hansı ölkələrə səyahət edə bilərəm?
Almaniya Şengen vizası ilə Şengen zonasına daxil olan bütün ölkələrə səyahət etmək mümkündür. Bu viza ilə Almaniya ilə yanaşı Fransa, İtaliya, İspaniya, Hollandiya, Avstriya, Belçika və digər Şengen ölkələrinə sərbəst şəkildə daxil ola bilərsiniz. Lakin səyahət planınızda əsas ölkə kimi Almaniyanın göstərilməsi və ümumi qalma günlərinin ən çox Almaniya ərazisində keçirilməsi tövsiyə olunur.

Almaniya vizası ilə ilk giriş mütləq Almaniyadan olmalıdırmı?
Rəsmi qaydalara görə ilk giriş mütləq Almaniyadan olmalıdır deyə bir tələb yoxdur. Ancaq praktiki baxımdan, viza müraciəti zamanı təqdim etdiyiniz marşruta uyğun davranmaq vacibdir. Əgər viza Almaniya səfirliyi tərəfindən verilibsə və sənədlərdə əsas səyahət ölkəsi Almaniya göstərilibsə, ilk girişin Almaniyadan edilməsi risklərin qarşısını almaq baxımından daha məqsədəuyğundur.

Almaniya Şengen vizası neçə gün və ya neçə illik verilir?
Almaniya Şengen vizası müraciətçinin səyahət tarixçəsindən, əvvəlki vizalarından və təqdim etdiyi sənədlərin etibarlılığından asılı olaraq fərqli müddətlərdə verilə bilər. İlk dəfə müraciət edən şəxslərə adətən qısa müddətli, konkret səyahət tarixlərini əhatə edən viza verilir. Daha əvvəl Şengen vizaları olan şəxslər üçün isə 6 aylıq, 1 illik, 2 illik və hətta 5 illik çoxgirişli vizalar mümkündür.

Almaniya Şengen vizası neçə günə nəticələnir?
Almaniya Şengen vizası adətən müraciət tarixindən etibarən 10–15 iş günü ərzində nəticələnir. Lakin bu müddət sənədlərin tamlığına, səfər tarixinin yaxınlığına və müraciətçinin profilinə görə dəyişə bilər. Bəzi hallarda səfirlik əlavə sənəd tələb etdikdə proses uzana bilər.

Almaniya vizası üçün bank hesabında nə qədər məbləğ göstərilməlidir?
Bank hesabındakı məbləğ səyahətin müddətindən, uçuş bileti və otel rezervasiyalarının dəyərindən asılı olaraq dəyişir. Praktikada Almaniya səfirliyi üçün bir həftəlik səyahət zamanı bank hesabında minimum 3.000–5.000 AZN (və ya avro/dollar ekvivalenti) göstərilməsi tövsiyə olunur. Bu məbləğ səyahət xərclərinizi tam şəkildə əhatə etməlidir.

Almaniya Şengen vizasına ilk dəfə müraciət etmək risklidirmi?
Almaniya səfirliyi ilk Şengen vizası üçün müraciət edən şəxslərə qarşı ciddi yanaşması ilə tanınır. Lakin stabil iş yeri, rəsmi gəlir, kifayət qədər bank balansı və əsaslandırılmış səyahət planı olan şəxslər üçün ilk müraciət zamanı da müsbət nəticə əldə etmək mümkündür. Daha öncə Şengen vizası olan şəxslərin isə qəbul ehtimalı daha yüksək olur.

Almaniya Vizası ilə Avropanı Kəşf Edin! Bu doğrudanmı mümkündür?
Bəli, Almaniya Şengen vizası ilə Avropanı kəşf etmək mümkündür. Bu viza sizə Şengen zonasına daxil olan bir çox Avropa ölkələrində sərbəst hərəkət imkanı yaradır. Almaniyadan başlayaraq Fransa, İtaliya, Avstriya, İsveçrə və digər ölkələri əhatə edən marşrut qurmaq real və geniş yayılmış səyahət planıdır. Əsas şərt səyahət planının məntiqli qurulması və Almaniyanın əsas ölkə kimi göstərilməsidir.

Almaniya iş vizası ilə turistik səyahət etmək olar?
Almaniya iş vizası yalnız Almaniya ərazisində işləmək hüququ verir və əsas məqsəd əmək fəaliyyəti olduğu üçün turistik səfərlər məhdud çərçivədə mümkündür. Turistik səyahətlər üçün Almaniya Şengen (C tipli) vizasına müraciət etmək daha doğru seçimdir.

Almaniyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Almaniya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin ingilis dilinə tərcümə olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənədin ingilis dilinə tərcüməsi üçün əlavə rüsum 5 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Almaniya Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 115 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Viza maneəsini geridə qoyun, Almaniyanın açıq sərhədlərində yeni xatirələr yaradın.

Yolunuz açıq olsun!

Oxşar yazılar:

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026
Yeni il üçün Şengen vizası: Müraciətə nə vaxt başlamaq lazımdır?

Yeni il üçün Şengen vizası: Müraciətə nə vaxt başlamaq lazımdır?

Yeni ili Avropada keçirmək istəyirsinizsə, Şengen vizası üçün müraciətə səyahət tarixindən ən azı 1–2 ay əvvəl başlamaq məqsədəuyğundur. Yeni il dövründə viza mərkəzlərində sıxlıq yarana bildiyi üçün sənədlərin hazırlanması və görüş tarixinin alınmasını son həftələrə saxlamaq məsləhət görülmür. Yeni il üçün Vyana, Paris, Roma, Amsterdam və ya digər Şengen ölkələrinə səyahət planlaşdırırsınızsa, viza müraciətinin vaxtını […]

Vizam.az 28 sentyabr 2026
Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Bəli, Sinqapur vizası üçün bank çıxarışı maliyyə vəziyyətinizi göstərən dəstəkləyici sənəd kimi tələb oluna bilər. Lakin bank çıxarışı bütün müraciətlər üçün rəsmi şəkildə məcburi əsas sənəd kimi göstərilmir. Sinqapurun İmmiqrasiya və Nəzarət Məntəqələri İdarəsi (ICA) müraciət zamanı əlavə sənədlər tələb edə bilər və Sinqapura səfər edən şəxsin qalma müddəti ərzində özünü təmin etmək üçün kifayət […]

Vizam.az 24 sentyabr 2026
Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

İlk dəfə Şengen sərhədindən keçirsinizsə, pasportunuz, Şengen vizanız, uçuş və yaşayış məlumatlarınız, səfər planınız və lazım olduqda maliyyə imkanınızı göstərən sənədlər hazır olmalıdır. Sərhəd nəzarətində əməkdaş səfərin məqsədi, qalacağınız yer və geri dönüş planınız barədə qısa suallar verə bilər. Etibarlı Şengen vizasının olması girişə avtomatik zəmanət vermir. Xarici sərhəddə səyahətçinin giriş şərtlərinə uyğunluğu ayrıca yoxlanılır. […]

Vizam.az 24 sentyabr 2026
Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcunun olması təkbaşına viza almağa avtomatik maneə deyil. Viza müraciətində əsas məsələ kredit borcunun mövcudluğu deyil, müraciət edən şəxsin ümumi maliyyə vəziyyəti, sabit gəliri, bank hesabındakı vəsaitin mənbəyi və səfərin xərclərini qarşılamaq imkanının inandırıcı şəkildə göstərilməsidir. Məsələn, şəxsin aktiv istehlak krediti və ya ipoteka ödənişi ola bilər. Əgər onun sabit gəliri, normal bank hesabı […]

Vizam.az 23 sentyabr 2026
Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

ABŞ vizasının olması avtomatik olaraq Kanada və Meksikaya giriş hüququ vermir. Kanada və Meksikanın viza və giriş qaydaları bir-birindən fərqlidir. Azərbaycan pasportu ilə səyahət edirsinizsə, Kanadaya getmək üçün ümumiyyətlə Kanada vizası tələb olunur. ABŞ vizasının olması Kanada vizasını avtomatik əvəz etmir. Meksikada isə fərqli qayda tətbiq olunur: etibarlı ABŞ vizası olan şəxslər müəyyən şərtlərlə ayrıca […]

Vizam.az 21 sentyabr 2026
Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Xeyr. Şengen vizası aldığınız ölkədən Şengen zonasına ilk giriş etmək ümumi qayda olaraq məcburi deyil. Məsələn, Fransadan Şengen vizası almısınızsa, müəyyən hallarda Şengen zonasına İtaliya, Almaniya, Niderland və ya başqa Şengen ölkəsindən daxil ola bilərsiniz. Avropa Komissiyasının rəsmi məlumatına görə, bir Şengen ölkəsi tərəfindən verilmiş viza ilə başqa Şengen ölkəsinin xarici sərhədindən də giriş mümkündür. […]

Vizam.az 18 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edərkən ən vacib məsələlərdən biri hansı ölkənin konsulluğuna müraciət etməli olduğunuzu düzgün müəyyən etməkdir. Əgər səfəriniz zamanı yalnız bir Şengen ölkəsinə gedirsinizsə, müraciəti həmin ölkənin səlahiyyətli konsulluğuna təqdim etməlisiniz. Bir neçə Şengen ölkəsinə səfər edirsinizsə, əsas qayda əsas təyinat ölkəsini (main destination) müəyyən etməkdir. Əsas təyinat ölkəsi, ümumiyyətlə, səfər zamanı ən […]

Vizam.az 17 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edən şəxslərin ən çox qarışdırdığı məsələlərdən biri müraciətin hansı ölkəyə edilməli olmasıdır. Bir neçə Şengen ölkəsini əhatə edən səyahət planınız varsa, vizaya istənilən Şengen ölkəsinin konsulluğuna müraciət etmək düzgün deyil. Əsas qayda budur: Şengen vizası üçün müraciət səfərin əsas təyinat ölkəsinə edilməlidir. Əgər səfər zamanı bir neçə ölkədə qalacaqsınızsa, əsas təyinat […]

Vizam.az 15 sentyabr 2026