Almaniya Səfirliyi Viza Görüşü Necə Almaq Olar?

Yeniləndi: 13 iyul 2026 690 baxış 5 dəq. oxu

Almaniyaya səyahət etmək istəyən şəxslərin ilk qarşılaşdığı mərhələlərdən biri viza görüşünün alınması prosesidir. Son dövrlərdə Azərbaycanda Almaniya vizası üçün müraciət sistemi dəyişdirilib və artıq müraciətlər birbaşa səfirlik üzərindən deyil, rəsmi viza müraciət mərkəzi olan TLS Contact vasitəsilə həyata keçirilir. Bu səbəbdən bir çox insan “Almaniya səfirliyi viza görüşü necə alınır?”, “TLS Contact-da appointment necə götürülür?” və “Boş tarixləri necə tapmaq olar?” kimi suallarla maraqlanır.

Hazırda Almaniya Şengen vizası üçün müraciət etmək istəyən şəxslər əvvəlcə TLS Contact platformasında hesab yaratmalı, uyğun viza növünü seçməli və sistemdə açıq olan tarixlərdən birini rezerv etməlidirlər. TLS Contact yalnız sənədlərin qəbulu, biometrik məlumatların toplanması və görüş sisteminin idarə olunması ilə məşğul olur. Viza ilə bağlı yekun qərarı isə Almaniya səfirliyi və konsulluq verir.

Bu yazıda Almaniya səfirliyi üçün TLS Contact üzərindən viza görüşünün necə alındığını, qeydiyyat mərhələlərini, görüş zamanı diqqət edilməli məqamları və appointment tapmaq prosesində faydalı tövsiyələri addım-addım izah edəcəyik.

Almaniya Şengen Vizası

Almaniya Şengen vizası həm təkgirişli (single entry), həm də çoxgirişli (multiple entry) formada təqdim olunur. Səyahət məqsədinizə və əvvəlki viza tarixçənizə uyğun olaraq 3 aylıq, 6 aylıq, 1 illik, 2 illik və hətta 5 illik uzunmüddətli Şengen vizasına müraciət etmək mümkündür. Almaniya vizası əldə etdikdən sonra siz Şengen zonasına daxil olan digər Avropa ölkələrinə də sərbəst şəkildə səyahət edə bilərsiniz.

Bununla belə, praktiki baxımdan tövsiyə olunur ki, Şengen ərazisinə ilk girişinizi vizanı aldığınız ölkədən, yəni Almaniyadan edəsiniz. Çünki bəzi hallarda müraciət zamanı təqdim etdiyiniz səyahət planından fərqli olaraq başqa ölkədən giriş etməyə çalışdıqda sərhəd xidməti əlavə suallar verə və nadir hallarda girişə məhdudiyyət tətbiq edə bilər. Bu səbəbdən Almaniya Şengen vizası ilə ilk səfərin Almaniyaya olması daha təhlükəsiz seçim hesab edilir.

Almaniya vizası üçün müraciət zamanı əsas şərtlərdən biri də səyahət müddətində ən çox qalacağınız ölkənin Almaniya kimi göstərilməsidir. Bir çox müraciətçi Almaniya ilə yanaşı Fransa, İtaliya, Çexiya, Polşa, Avstriya və digər Şengen ölkələrini də səyahət planına əlavə edir. Bu tam normal haldır və viza müraciəti üçün problem yaratmır. Əsas məsələ ümumi səfər günlərinin daha çox hissəsinin Almaniyada keçirilməsidir. Bu halda Almaniya səfirliyi və ya TLS Contact vasitəsilə Almaniya Şengen vizasına müraciət etmək mümkün olur.

Almaniyada və digər Avropa ölkələrində şəhərlərarası qatar, avtobus və daxili uçuş biletlərini əvvəlcədən planlaşdırmaq səyahətinizi daha rahat və büdcəyə uyğun təşkil etməyə kömək edir.

Almaniya Vizasına Necə Müraciət Edilir?

Almaniya vizasına müraciət etmək istəyən şəxslər ilk növbədə səyahət məqsədlərinə uyğun viza növünü müəyyən etməlidirlər. Turizm, işgüzar səfər, ailə ziyarəti, təhsil və ya digər məqsədlərlə edilən müraciətlər üçün fərqli sənəd tələbləri tətbiq oluna bilər. Almaniya Şengen vizası üçün müraciətlər hazırda Azərbaycanda əsasən TLS Contact vasitəsilə qəbul edilir və bütün prosedur onlayn qeydiyyatla başlayır. TLS Contact vasitəsi ilə müraciət haqqında ətraflı məlumat üçün buraya klik edə bilərsiniz.

Müraciət prosesinin ilk mərhələsində TLS Contact platformasında şəxsi hesab yaradılır və uyğun viza kateqoriyası seçilir. Daha sonra sistem üzərindən viza görüşü (appointment) götürülür. Görüş tarixini təsdiqlədikdən sonra tələb olunan sənədlər hazırlanmalı və səfirliyin istədiyi qaydada təqdim edilməlidir. Almaniya vizası üçün adətən xarici pasport, şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış, bank hesabından çıxarış, səyahət sığortası, otel və aviabilet rezervasiyaları əsas sənədlər sırasında yer alır.

Viza görüşü günü müraciətçi TLS Contact mərkəzinə yaxınlaşaraq sənədlərini təqdim edir və biometrik məlumatlarını verir. Əgər son 5 il ərzində Şengen vizası üçün barmaq izi təqdim edilməyibsə, biometrik prosedur məcburi hesab olunur. Sənədlər qəbul edildikdən sonra dosye Almaniya səfirliyinə göndərilir və yekun qərar konsulluq tərəfindən verilir.

Almaniya vizası müraciəti zamanı ən vacib məqamlardan biri təqdim edilən məlumatların bir-biri ilə uyğun olmasıdır. İş arayışı, bank hesabındakı maliyyə vəziyyəti, səyahət planı və rezervasiyalar arasında uyğunsuzluq olduğu halda viza rədd riski arta bilər. Bu səbəbdən bütün sənədlərin düzgün və peşəkar şəkildə hazırlanması olduqca önəmlidir.

Adətən Almaniya Şengen vizası üçün müraciətə planlaşdırılan səyahət tarixindən minimum 1 ay əvvəl başlamaq tövsiyə olunur. Yay mövsümü, bayram dövrləri və festival tarixlərində appointment tapmaq çətinləşə bildiyi üçün erkən müraciət etmək daha məqsədəuyğun hesab edilir.

Almaniya Vizası üçün Tələb Olunan Sənədlər

  • Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  • Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  • Şəxsiyyət vəsiqənizin surəti
  • İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  • Elektron hökumət portalından iş yeri ilə bağlı arayış*
  • Adınıza olan bank hesabından arayış* və çıxarış (məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  • Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopiyası
  • Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  • 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  • Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  • Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  • Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  • İngilis dilində doldurulmuş ərizə forması
  • Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  • Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyiniz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır, çünki Almaniya səfirliyi viza görüşü zamanı yalnız ingilis dilində təqdim olunan sənədlər qəbul edilir.

Almaniya Vizası üçün Maliyyə Təminatı və Sponsorluq Şərtləri

Almaniya Şengen vizası üçün sənədlər təqdim edildikdən sonra viza proseduru müddətində səfirlik tərəfindən əlavə yoxlama aparıla bilər. Bu mərhələdə müraciətçiyə zəng edilərək əlavə sənədlər tələb oluna və ya təqdim edilən məlumatların təsdiqlənməsi istənilə bilər. Bəzi hallarda Almaniya səfirliyi müraciətçilərdən rezervasiya etdikləri otellərin ödənişinin tamamlanmasını və bunu təsdiqləyən sənədlərin təqdim edilməsini tələb edə bilir. Bu səbəbdən viza müraciəti zamanı göstərilən məlumatların real və düzgün olması olduqca vacibdir.

Almaniya vizası üçün bank hesabında göstərilməli məbləğ səyahətin müddətinə, otel və aviabilet qiymətlərinə, həmçinin planlaşdırılan gündəlik xərclərə əsasən dəyişir. Ümumilikdə bir həftəlik Almaniya və ya Şengen səfəri üçün bank hesabında minimum 3.000–5.000 AZN aralığında vəsait göstərilməsi tövsiyə olunur. Eyni zamanda avro və ya ABŞ dolları hesabı da qəbul edilir. Maliyyə vəziyyəti hesablanarkən otel və bilet rezervasiyaları ilə yanaşı Şengen zonasında qalacağınız hər gün üçün orta hesabla 70–80 avro gündəlik xərc nəzərə alınmalıdır. Bank hesabındakı məbləğin planlaşdırılan səfəri tam şəkildə qarşılaması viza alma ehtimalını artıran əsas amillərdən biridir.

Sahibkar kimi fəaliyyət göstərən şəxslər Almaniya vizası müraciəti zamanı iş yerindən arayış əvəzinə fərdi sahibkarlıq sənədlərini təqdim edə bilərlər. Buraya VÖEN surəti, Vergilər Xidmətindən dövriyyə haqqında arayış və şirkətin reyestr çıxarışı daxildir. Əgər müraciətçi işləmirsə, tələbədirsə və ya səfər xərcləri sponsor tərəfindən qarşılanırsa, sponsor şəxsin maliyyə sənədləri də dosyaya əlavə edilməlidir.

Sponsorluqla edilən Almaniya vizası müraciətlərində sponsorun şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və bank hesabı sənədləri təqdim olunur. Əgər sponsor sahibkardırsa, əlavə olaraq VÖEN, dövriyyə arayışı və reyestr çıxarışı da tələb edilə bilər. Ailə əlaqəsini təsdiqləyən sənədlər – doğum haqqında şəhadətnamə və digər rəsmi sənədlər də viza müraciətinə əlavə olunmalıdır. Bununla yanaşı sponsorluq məktubu da hazırlanaraq təqdim edilməlidir.

18 yaşdan aşağı şəxslər üçün Almaniya vizası müraciətində əlavə qaydalar tətbiq olunur. Yetkinlik yaşına çatmayan şəxs tək səyahət edirsə, hər iki valideyndən ölkədən çıxış icazəsi tələb edilir. Əgər valideynlərdən biri ilə səyahət edilirsə, digər valideyn tərəfindən notarial qaydada təsdiqlənmiş icazə sənədi təqdim olunmalıdır.

Qeyd etmək lazımdır ki, Almaniya səfirliyinə təqdim olunan sponsorluq məktubu, icazə sənədi, VÖEN, dövriyyə arayışı və reyestr çıxarışı kimi rəsmi sənədlər ingilis dilinə tərcümə edilməlidir. Tərcümələrin düzgün hazırlanması sənədlərin qəbul olunması və viza prosedurunun problemsiz davam etməsi baxımından vacib hesab olunur.

Almaniyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Almaniya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin ingilis dilinə tərcümə olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənədin ingilis dilinə tərcüməsi üçün əlavə rüsum 5 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Almaniya Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 115 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Oxşar yazılar:

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026
Yeni il üçün Şengen vizası: Müraciətə nə vaxt başlamaq lazımdır?

Yeni il üçün Şengen vizası: Müraciətə nə vaxt başlamaq lazımdır?

Yeni ili Avropada keçirmək istəyirsinizsə, Şengen vizası üçün müraciətə səyahət tarixindən ən azı 1–2 ay əvvəl başlamaq məqsədəuyğundur. Yeni il dövründə viza mərkəzlərində sıxlıq yarana bildiyi üçün sənədlərin hazırlanması və görüş tarixinin alınmasını son həftələrə saxlamaq məsləhət görülmür. Yeni il üçün Vyana, Paris, Roma, Amsterdam və ya digər Şengen ölkələrinə səyahət planlaşdırırsınızsa, viza müraciətinin vaxtını […]

Vizam.az 28 sentyabr 2026
Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Bəli, Sinqapur vizası üçün bank çıxarışı maliyyə vəziyyətinizi göstərən dəstəkləyici sənəd kimi tələb oluna bilər. Lakin bank çıxarışı bütün müraciətlər üçün rəsmi şəkildə məcburi əsas sənəd kimi göstərilmir. Sinqapurun İmmiqrasiya və Nəzarət Məntəqələri İdarəsi (ICA) müraciət zamanı əlavə sənədlər tələb edə bilər və Sinqapura səfər edən şəxsin qalma müddəti ərzində özünü təmin etmək üçün kifayət […]

Vizam.az 24 sentyabr 2026
Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

İlk dəfə Şengen sərhədindən keçirsinizsə, pasportunuz, Şengen vizanız, uçuş və yaşayış məlumatlarınız, səfər planınız və lazım olduqda maliyyə imkanınızı göstərən sənədlər hazır olmalıdır. Sərhəd nəzarətində əməkdaş səfərin məqsədi, qalacağınız yer və geri dönüş planınız barədə qısa suallar verə bilər. Etibarlı Şengen vizasının olması girişə avtomatik zəmanət vermir. Xarici sərhəddə səyahətçinin giriş şərtlərinə uyğunluğu ayrıca yoxlanılır. […]

Vizam.az 24 sentyabr 2026
Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcunun olması təkbaşına viza almağa avtomatik maneə deyil. Viza müraciətində əsas məsələ kredit borcunun mövcudluğu deyil, müraciət edən şəxsin ümumi maliyyə vəziyyəti, sabit gəliri, bank hesabındakı vəsaitin mənbəyi və səfərin xərclərini qarşılamaq imkanının inandırıcı şəkildə göstərilməsidir. Məsələn, şəxsin aktiv istehlak krediti və ya ipoteka ödənişi ola bilər. Əgər onun sabit gəliri, normal bank hesabı […]

Vizam.az 23 sentyabr 2026
Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

ABŞ vizasının olması avtomatik olaraq Kanada və Meksikaya giriş hüququ vermir. Kanada və Meksikanın viza və giriş qaydaları bir-birindən fərqlidir. Azərbaycan pasportu ilə səyahət edirsinizsə, Kanadaya getmək üçün ümumiyyətlə Kanada vizası tələb olunur. ABŞ vizasının olması Kanada vizasını avtomatik əvəz etmir. Meksikada isə fərqli qayda tətbiq olunur: etibarlı ABŞ vizası olan şəxslər müəyyən şərtlərlə ayrıca […]

Vizam.az 21 sentyabr 2026
Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Xeyr. Şengen vizası aldığınız ölkədən Şengen zonasına ilk giriş etmək ümumi qayda olaraq məcburi deyil. Məsələn, Fransadan Şengen vizası almısınızsa, müəyyən hallarda Şengen zonasına İtaliya, Almaniya, Niderland və ya başqa Şengen ölkəsindən daxil ola bilərsiniz. Avropa Komissiyasının rəsmi məlumatına görə, bir Şengen ölkəsi tərəfindən verilmiş viza ilə başqa Şengen ölkəsinin xarici sərhədindən də giriş mümkündür. […]

Vizam.az 18 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edərkən ən vacib məsələlərdən biri hansı ölkənin konsulluğuna müraciət etməli olduğunuzu düzgün müəyyən etməkdir. Əgər səfəriniz zamanı yalnız bir Şengen ölkəsinə gedirsinizsə, müraciəti həmin ölkənin səlahiyyətli konsulluğuna təqdim etməlisiniz. Bir neçə Şengen ölkəsinə səfər edirsinizsə, əsas qayda əsas təyinat ölkəsini (main destination) müəyyən etməkdir. Əsas təyinat ölkəsi, ümumiyyətlə, səfər zamanı ən […]

Vizam.az 17 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edən şəxslərin ən çox qarışdırdığı məsələlərdən biri müraciətin hansı ölkəyə edilməli olmasıdır. Bir neçə Şengen ölkəsini əhatə edən səyahət planınız varsa, vizaya istənilən Şengen ölkəsinin konsulluğuna müraciət etmək düzgün deyil. Əsas qayda budur: Şengen vizası üçün müraciət səfərin əsas təyinat ölkəsinə edilməlidir. Əgər səfər zamanı bir neçə ölkədə qalacaqsınızsa, əsas təyinat […]

Vizam.az 15 sentyabr 2026