2026-cı ildə İsveçrə Vizası Necə Almaq Olar?

Yeniləndi: 12 yanvar 2026 704 baxış 9 dəq. oxu

2026-cı ildə İsveçrəyə səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün viza prosesi əvvəlcədən düzgün planlama və dəqiq məlumat tələb edir. İsveçrə Şengen zonasında yer aldığı üçün bu ölkəyə səfər etmək istəyən şəxslər İsveçrə Şengen vizası üçün müraciət etməlidirlər. İstər turizm, istər işgüzar səfər, istərsə də ailə və ya dost ziyarəti məqsədilə müraciət edin, viza alma ehtimalınız təqdim etdiyiniz sənədlərin düzgünlüyündən, maliyyə vəziyyətinizdən və səyahət tarixçənizdən birbaşa asılıdır. Bu yazıda 2026-cı ildə İsveçrə vizası almaq üçün tələb olunan əsas şərtlər, müraciət mərhələləri, sənəd tələbləri və diqqət edilməli vacib nüanslar ətraflı və aydın şəkildə izah ediləcək ki, viza prosesinə tam hazır olasınız və riskləri minimuma endirəsiniz.

İsveçrə Şengen Vizası Növləri və Müraciət Məqsədləri

İsveçrə Şengen zonasında yerləşdiyi üçün bu ölkəyə qısamüddətli səfər planlaşdıran Azərbaycan vətəndaşları İsveçrə Şengen vizası üçün müraciət etməlidirlər. Şengen vizası İsveçrəyə giriş imkanı yaratmaqla yanaşı, eyni zamanda digər Şengen ölkələrinə də səyahət etməyə şərait yaradır. Bu viza əsasən müvəqqəti səfərlər üçün nəzərdə tutulur və ən çox müraciət edilən məqsədlər sırasında turizm, ailə və ya dost ziyarəti, işgüzar görüşlər, beynəlxalq tədbirlər, tibbi müayinə və müalicə, qısamüddətli kurslar, təlimlər və mübadilə proqramları yer alır.

Əgər planlaşdırılan səfər 90 gündən artıq müddəti əhatə edirsə, bu halda artıq İsveçrə milli vizası (uzunmüddətli viza) üçün müraciət olunmalıdır. Xüsusilə son illərdə İsveçrədə ali təhsil almaq istəyən gənclərin sayının artması bu viza növünə marağı daha da yüksəldib. Bakalavr, magistr və doktorantura səviyyəsində təhsil almaq istəyən şəxslər, eləcə də İsveçrədə daimi əsaslarla işləməyi planlaşdıran müraciətçilər müvafiq təhsil müəssisəsindən qəbul məktubu və ya işəgötürən qurumdan rəsmi dəvət təqdim etdikləri halda milli viza üçün müraciət edə bilərlər.

Doğru viza növünün seçilməsi İsveçrə vizası alma ehtimalını birbaşa təsir edən əsas amillərdəndir. Səfərin məqsədi ilə müraciət edilən viza növü arasında uyğunsuzluq olduqda viza imtinası riski yarana bilər. Buna görə də müraciət etməzdən əvvəl səfər məqsədinizin düzgün müəyyən edilməsi və sənədlərin bu məqsədə uyğun hazırlanması xüsusilə vacibdir.

İsveçrə Şengen Vizası və Giriş Qaydaları

İsveçrə Şengen zonasına daxil olan ölkələrdən biri olduğu üçün bu ölkəyə qısamüddətli səyahət planlaşdıran şəxslər İsveçrə Şengen vizası vasitəsilə səfərlərini reallaşdıra bilərlər. Digər Şengen ölkələrində olduğu kimi, İsveçrə Şengen vizası da təkgirişli (single entry)çoxgirişli (multiple entry) formatda təqdim olunur. Müraciətçinin səyahət tarixçəsinə, təqdim etdiyi sənədlərə və ümumi profilinə əsasən viza 3 ay, 6 ay, 1 il, 2 il və hətta 5 il müddətini əhatə edə bilər.

Bu viza növü əldə edildikdən sonra sahibinə Şengen zonasında yerləşən bütün ölkələrə sərbəst hərəkət imkanı yaradır. Lakin praktikada və səfirliklərin tövsiyəsinə əsasən, Şengen ərazisinə ilk girişin viza alınan ölkədən yəni İsveçrədən edilməsi məsləhət görülür. Əgər müraciət zamanı bu hal əvvəlcədən əsaslandırılmayıbsa və İsveçrə vizası ilə Şengen zonasına başqa bir ölkədən giriş cəhdi göstərilərsə, nadir hallarda da olsa, sərhəd nəzarətində suallar yarana və hətta ölkəyə girişə icazə verilməyə bilər. Bu cür hallar az baş versə də, riskdən yayınmaq üçün səyahət planınızı viza müraciətinizə uyğun qurmağınız tövsiyə olunur.

İsveçrə Şengen vizasına müraciət edərkən əsas şərtlərdən biri də ümumi səyahət müddətində ən çox qalınacaq ölkənin İsveçrə olmasıdır. Bir çox müraciətçi səyahət marşrutuna İsveçrə ilə yanaşı İtaliya, Fransa, Almaniya, Avstriya və digər Avropa ölkələrini də daxil edir. Bu tamamilə normaldır və viza baxımından problem yaratmır. Əsas məsələ, təqdim olunan səyahət planında gün sayına görə İsveçrənin əsas istiqamət kimi göstərilməsidir. Bu şərt yerinə yetirildiyi halda İsveçrə səfirliyi və ya səlahiyyətli viza mərkəzi vasitəsilə müraciət etmək mümkündür.

Düzgün planlaşdırılmış marşrut, əsaslandırılmış səyahət məqsədi və real sənədlər İsveçrə Şengen vizası alma ehtimalını əhəmiyyətli dərəcədə artırır.

İsveçrə Şengen Vizası üçün Tələb olunan Sənədlər

İsveçrə Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  14. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

İsveçrə Vizası üçün Maliyyə Şərtləri və Sponsorluq Qaydaları

Viza sənədləriniz rəsmi olaraq qəbul edildikdən sonra proses bununla yekunlaşmır. Təcrübədə tez-tez rast gəlinir ki, İsveçrə Şengen vizası müraciəti zamanı səfirlik və ya konsulluq şöbəsi müraciətçi ilə birbaşa əlaqə saxlayır. Bu əlaqə adətən telefon zəngi vasitəsilə olur və zəng zamanı əlavə sənədlərin təqdim olunması, mövcud sənədlərə izahat verilməsi və ya bəzi məlumatların yenilənməsi tələb edilə bilər. Bu hal tamamilə normaldır və müraciətin mənfi nəticələnəcəyi anlamına gəlmir. Əsas məsələ tələb olunan sənədləri vaxtında və düzgün formada təqdim etməkdir.

İsveçrə vizası üçün ən önəmli meyarlardan biri də bank hesabında göstərilən maliyyə vəziyyətidir. Hesabınızdakı məbləğ səyahət tarixlərinizə, Şengen zonasında qalacağınız gün sayına, uçuş biletlərinin və otel rezervasiyalarının dəyərinə görə dəyişir. Ümumi praktika göstərir ki, bir həftəlik İsveçrə və ya ümumilikdə Şengen səyahəti üçün bank hesabında minimum 3.000–5.000 AZN və ya bu məbləğin avro və ABŞ dolları ekvivalenti göstərilməsi tövsiyə olunur. Bu məbləğ səyahət planınızı tam əhatə etməli və real xərclərlə uyğun olmalıdır.

Maliyyə hesablaması apararkən uçuş bileti və otel bronlarının dəyəri ilə yanaşı, Şengen ərazisində qalacağınız hər gün üçün orta hesabla 70–80 avro gündəlik xərclər də nəzərə alınmalıdır. Əldə etdiyiniz ümumi rəqəmdən bir qədər yüksək məbləğ planlaşdırmaq isə viza baxımından daha müsbət qiymətləndirilir və maliyyə risklərini minimuma endirir.

Əgər siz sahibkar olaraq fəaliyyət göstərirsinizsə, standart iş yerindən arayış təqdim etməyə ehtiyac olmur. Bu halda onu əvəz edən sənədlər – VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyə haqqında rəsmi arayış və şirkətinizin reyestrdən çıxarışı – viza sənədləri paketinə daxil edilə bilər. Bu sənədlər sizin rəsmi gəlir mənbəyinizin və ölkəyə bağlılığınızın sübutu kimi qəbul olunur.

Əgər müraciətçi işləmirsə, tələbədirsə və ya səyahət xərclərini başqa bir şəxsin qarşılamasını göstərirsə, bu zaman sponsorluq mexanizmi tətbiq olunur. Sponsor olaraq göstərilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayışı (sahibkardırsa müvafiq sahibkarlıq sənədləri), bank hesabından arayış və çıxarış təqdim edilməlidir. Bank hesabı həm müraciətçinin, həm də sponsorun adına ola bilər. Əgər sponsorla ailəvi bağ mövcuddursa, bu münasibəti təsdiqləyən sənədlər – məsələn, doğum haqqında şəhadətnamələr – də əlavə edilməlidir. Bundan başqa, sponsorluq haqqında yazılı öhdəlik sənədi də viza faylına daxil edilir.

18 yaşdan aşağı şəxslərin İsveçrəyə səyahəti zamanı isə əlavə hüquqi tələblər mövcuddur. Azyaşlı şəxs tək səyahət edirsə, hər iki valideynin notarial razılığı, valideynlərdən biri ilə səyahət edirsə isə digər valideynin icazə sənədi təqdim olunmalıdır. Bu sənədlər olmadan viza müraciəti qəbul edilmir.

Nəzərə almaq lazımdır ki, VÖEN, vergi arayışları, şirkət sənədləri, sponsorluq və icazə kağızları təqdim edildiyi halda, onların hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunmalıdır. Tərcümə tələblərinə əməl edilməməsi sənədlərin geri qaytarılmasına və prosesin uzanmasına səbəb ola bilər.

İsveçrə Şengen Vizası üçün Müraciət Prosesi və Rəsmi Prosedurlar

İsveçrə Şengen vizasına müraciət etmək istəyən Azərbaycan vətəndaşları müraciətlərini İsveçrənin Azərbaycandakı Səfirliyi vasitəsilə həyata keçirirlər. İsveçrənin digər ölkələr üzərindən fəaliyyət göstərən viza mərkəzlərindən fərqli olaraq, bu ölkə üzrə viza qərarı birbaşa səfirliyin konsulluq şöbəsində konsul tərəfindən verilir. Yəni bütün sənədləriniz və müraciətiniz fərdi şəkildə qiymətləndirilir və yekun qərar yalnız konsulluq səlahiyyətinə aiddir.

İsveçrə vizası üçün sənədlərin təqdim edilməsi yalnız əvvəlcədən onlayn qaydada görüş təyin edildikdən sonra mümkündür. Görüş olmadan səfirlik viza sənədlərini qəbul etmir. Viza görüşü rəsmi onlayn sistem üzərindən götürülür və müraciətçi seçdiyi tarix və saatda səfirlikdə şəxsən iştirak etməlidir. Viza müraciəti səyahət tarixindən ən erkən 6 ay əvvəl, ən gec isə 15 gün qalmış edilə bilər. Daha gec müraciətlər texniki olaraq qəbul edilməyə bilər və riskli hesab olunur.

Sənədlərin təqdimatı zamanı müraciətçinin şəxsi iştirakı məcburidir. Bu tələb biometrik məlumatların yoxlanılması və müraciətçinin şəxsiyyətinin təsdiqi məqsədi daşıyır. Lakin 12 yaşdan aşağı uşaqlar üçün istisna tətbiq edilir onların səfirliyə şəxsən gəlməsinə və ayrıca görüş təyin edilməsinə ehtiyac yoxdur. Bu kateqoriyada olan uşaqların sənədləri valideynləri vasitəsilə təqdim oluna bilər.

İsveçrə Şengen vizası üzrə müraciət prosesi adətən 5–15 kalendar günü ərzində yekunlaşır. Bu müddətə həftəsonları və qeyri-iş günləri də daxildir. Lakin viza nəticəsinin çıxma müddəti müraciətçinin profilinə, sənədlərin tamlığına və səyahətin məqsədinə görə dəyişə bilər.

Praktik təcrübə göstərir ki, təcili biznes səfərləri və rəsmi işgüzar məqsədlərlə bağlı hallarda səfirliyə elektron poçt vasitəsilə müraciət edilərək sistemdə mövcud olan tarixdən daha tez görüş təyin etmək mümkün ola bilər. Bundan əlavə, belə təcili hallarda viza cavabının standart 5–15 gün gözlənilmədən, hətta 3 iş günü ərzində çıxması ehtimalı da mövcuddur. Ancaq qeyd etmək lazımdır ki, bu istisnalar tamamilə konsulun qərarına bağlıdır və hər müraciətçi üçün avtomatik tətbiq edilmir.

İsveçrə Şengen Vizası Alma Ehtimalını Artıran Amillər

İsveçrə Şengen vizasına müraciət edərkən viza nəticəsi birbaşa olaraq müraciətçinin şəxsi və maliyyə profilinin gücündən asılıdır. Digər Şengen ölkələrində olduğu kimi, İsveçrə səfirliyi də hər bir müraciəti fərdi qaydada qiymətləndirir və standart bir “qəbul formulu” tətbiq edilmir. Bu səbəbdən viza alma ehtimalı təqdim etdiyiniz sənədlərin keyfiyyəti və ardıcıllığı ilə sıx bağlıdır.

İş yerinizin rəsmi olması, tutduğunuz vəzifənin stabil və davamlı xarakter daşıması və aylıq gəlirinizin real və sənədlərlə təsdiqlənə bilən səviyyədə olması İsveçrə vizası üçün ən vacib göstəricilərdən biridir. Praktik təcrübədə aylıq 450–600 AZN aralığında gəliri olan şəxslərin İsveçrə Şengen vizası aldığı hallar dəfələrlə müşahidə edilib. Burada əsas məqam gəlirin məbləğindən çox, onun davamlı və rəsmi mənbədən əldə olunmasıdır.

Bank hesabınızda göstərilən vəsait də viza alma ehtimalına birbaşa təsir edir. Hesabınızda olan məbləğ bütün səyahət xərclərinizi uçuş biletləri, otel rezervasiyaları, gündəlik xərclər və digər ehtiyacları tam şəkildə qarşılaya bilməlidir. Səfirlik bank çıxarışını sadəcə rəqəm olaraq deyil, səyahət planınızla uyğunluq baxımından da dəyərləndirir.

İsveçrə səfirliyi üçün xüsusi əhəmiyyət daşıyan digər bir məqam isə müraciətçinin ölkəsinə geri qayıdacağına dair sübutlardır. Adınıza daşınmaz əmlakın olması, ailə üzvlərinizin (xüsusilə həyat yoldaşı və uşaqların) Azərbaycanda qalması, uzunmüddətli iş müqaviləsi kimi faktorlar sizi ölkəyə bağlayan güclü arqumentlər hesab olunur və viza alma şansınızı nəzərəçarpacaq dərəcədə artırır.

Səyahət tarixçəsi İsveçrə Şengen vizası üçün xüsusi çəkisi olan faktorlardan biridir. Əgər daha öncə Şengen vizalarınız və Avropa səfərləriniz varsa, bu, səfirlik üçün müraciətinizin etibarlılığını artıran mühüm göstəricidir. Əksinə, heç bir əvvəlki Şengen vizası olmayan şəxslər üçün İsveçrə səfirliyi nisbətən riskli hesab olunur. Profiliniz digər göstəricilər üzrə çox güclü deyilsə, ilk Şengen viza müraciətini məhz İsveçrə üzərindən etmək tövsiyə edilmir.

Lakin qeyd etmək lazımdır ki, səyahət tarixçəsi olmayan şəxslər üçün də istisna hallar mövcuddur. Əgər maliyyə vəziyyətiniz yüksək səviyyədədirsə, iş yeriniz və sosial bağlarınız güclüdürsə və təqdim etdiyiniz sənədlər ardıcıl şəkildə səyahət məqsədinizi əsaslandırırsa, İsveçrə Şengen vizası almaq mümkündür. Buna baxmayaraq, ümumi təcrübəyə əsasən, ikinci və ya üçüncü Avropa səfəri üçün İsveçrə vizasına müraciət etmək daha təhlükəsiz və məqsədəuyğundur.

Tez-tez Verilən Suallar

2026-cı ildə İsveçrə Vizası Necə Almaq Olar?

2026-cı ildə İsveçrə vizası almaq üçün müraciətçi İsveçrənin Azərbaycandakı səfirliyi vasitəsilə Şengen vizası üçün müraciət etməlidir. Bunun üçün əvvəlcə onlayn viza görüşü təyin olunur, daha sonra tələb olunan sənədlər toplanaraq şəxsən səfirliyə təqdim edilir. Sənədlərə pasport, ərizə forması, uçuş və otel bronları, səyahət sığortası, maliyyə və iş sənədləri daxildir. Prosesin düzgün və risksiz aparılması üçün Vizam.az kimi peşəkar viza dəstəyi xidmətindən istifadə tövsiyə olunur.

İsveçrə Şengen Vizası neçə günə çıxır?

İsveçrə Şengen vizası üçün müraciətlər adətən 5–15 kalendar günü ərzində cavablandırılır. Təcili biznes səfərləri zamanı konsulun qərarına əsasən bu müddət daha qısa ola bilər.

İsveçrə Şengen vizası ilə digər Şengen ölkələrinə getmək mümkündürmü?

Bəli, etibarlı İsveçrə Şengen vizası ilə bütün Şengen ölkələrinə səyahət etmək mümkündür. Lakin tövsiyə olunur ki, ilk giriş İsveçrədən edilsin.

İsveçrə Şengen vizası üçün müraciət nə vaxt edilməlidir?

Viza müraciəti planlaşdırılan səfər tarixindən ən tez 6 ay əvvəl, ən gec isə 15 gün əvvəl edilə bilər. Gecikmə riski olmaması üçün müraciətin daha erkən edilməsi məsləhətdir.

İlk dəfə Şengen vizası alanlar İsveçrəyə müraciət edə bilərmi?

İlk dəfə Şengen vizası alan şəxslər üçün İsveçrə səfirliyi nisbətən riskli hesab olunur. Güclü iş və maliyyə profili, stabil gəlir və ölkəyə bağlılıq göstərən sənədlər bu riski azalda bilər.

İsveçrə Şengen vizası üçün bank hesabında nə qədər vəsait olmalıdır?

Bank hesabında göstərilən məbləğ səyahətin bütün xərclərini əhatə etməlidir. Təcrübədə, günlük xərclərə uyğun real məbləğ göstərilməsi viza nəticəsinə müsbət təsir edir.

İsveçrə Şengen vizası üçün səyahət sığortası məcburidirmi?

Bəli, Şengen vizası üçün minimum 30.000 avro təminatlı səyahət sığortası mütləq tələb olunur və bütün səyahət müddətini əhatə etməlidir.

İsveçrə vizası üçün uşaqların səfirliyə getməsi vacibdirmi?

12 yaşdan aşağı uşaqlar üçün səfirlikdə şəxsi iştirak və ayrıca viza görüşü tələb olunmur.

İsveçrə Şengen vizası neçə illik verilə bilər?

Müraciətçinin profilindən və əvvəlki viza tarixçəsindən asılı olaraq İsveçrə səfirliyi 3 ay, 6 ay, 1 il, 2 il və hətta 5 illik multi-viza verə bilər.

Vizam.az İsveçrə Şengen vizası üçün hansı xidmətləri göstərir?

Vizam.az İsveçrə vizası üçün viza görüşünün alınması, sənədlərin hazırlanması, ərizə forması, uçuş və otel bronları, səyahət planı, sığorta və prosesin tam izlənilməsini əhatə edən peşəkar viza dəstəyi təqdim edir.

İsveçrə Şengen Vizası üçün Peşəkar Viza Dəstəyi

İsveçrəyə səyahət planlayan müraciətçilər üçün Şengen viza proseduru bir çox mərhələdən ibarət ola bilər. Vizam.az olaraq məqsədimiz bu prosesi sizin üçün maksimum dərəcədə asan, sürətli və risksiz etməkdir. İsveçrə Şengen vizasına müraciət zamanı peşəkar dəstək almaq viza nəticənizə birbaşa müsbət təsir göstərə bilər.

Vizam.az vasitəsilə İsveçrə Şengen vizası üçün müraciət etdiyiniz zaman, bütün proses sizin adınızdan sistemli və qaydalara uyğun şəkildə idarə olunur. Xidmət paketimizə İsveçrə səfirliyi üçün viza görüşünün təyin edilməsi, Şengen viza ərizə formasının düzgün doldurulması, sənədlərin konsulluq tələblərinə uyğun şəkildə hazırlanması və prosedurun mərhələli şəkildə izlənməsi daxildir.

Bununla yanaşı, viza müraciətinizi gücləndirmək məqsədilə uçuş biletlərinin rezervasiyası, otel bronlarının təşkili və ya tələbə uyğun alınması, İsveçrə və digər Şengen ölkələrini əhatə edən səyahət planının hazırlanması xidmətləri də təqdim olunur. Həmçinin, Şengen vizası üçün məcburi olan səyahət sığortası da sizin üçün təşkil edilə bilər. Qeyd edək ki, sığorta rüsumu xidmət haqqına daxil deyil və adətən 1 həftəlik sığorta üçün 16–18 AZN aralığında dəyişir. İstəyinizə uyğun olaraq bu sığortanı özünüz də təmin edə bilərsiniz.

Əlavə olaraq, viza üçün təqdim edilən sənədlərin ingilis dilinə notarial tərcüməsi və təsdiqi ilə bağlı da Vizam.az sizə dəstək olur. Hər bir sənəd üzrə notarial tərcümə və təsdiq rüsumu 16 AZN təşkil edir.

Ümumilikdə, İsveçrə Şengen vizası üçün viza dəstəyi xidmət haqqımız bir nəfər üçün cəmi 79 AZN-dir. Bu məbləğə müraciət prosesinin bütün əsas mərhələləri daxildir və siz əlavə vaxt itkisi və texniki çətinliklər yaşamadan viza müraciətinizi edə bilirsiniz.

İsveçrəyə səyahətinizi peşəkar komandanın dəstəyi ilə planlamaq üçün sifarişinizi birbaşa sayt üzərindən yerləşdirə və ya 010 / 050 / 055 300 01 35 nömrələri ilə bizimlə əlaqə saxlaya bilərsiniz.

İsveçrənin füsunkar dağları, gölləri və şəhərləri sizi gözləyir.

Oxşar yazılar:

İngiltərə (Birləşmiş Krallıq) Vizası

İngiltərə (Birləşmiş Krallıq) Vizası

Birləşmiş Krallıq dünyanın ən çox ziyarət edilən ölkələrindən biri olmaqla yanaşı, təhsil, iş və daimi yaşayış imkanları ilə də Azərbaycan vətəndaşları üçün cəlbedici istiqamətlərdən biridir. Xüsusilə London kimi qlobal şəhərləri, nüfuzlu universitetləri və inkişaf etmiş iqtisadiyyatı bu ölkəyə marağı ildən-ilə artırır. İstər turist kimi səyahət etmək, istər ali təhsil almaq, istərsə də işləmək və ya […]

Vizam.az 19 mart 2026
Vizam.az ilə Ispaniya Viza Müraciəti Prosesi

Vizam.az ilə Ispaniya Viza Müraciəti Prosesi

İspaniyaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Şengen vizası əldə etmək bu prosesin ən vacib mərhələsidir. “Vizam.az ilə İspaniya Viza Müraciəti” xidməti isə bu prosesi sizin üçün daha sadə, sürətli və risksiz hala gətirir. Sənədlərin düzgün hazırlanması, müraciət formasının peşəkar şəkildə doldurulması və səfirlik tələblərinə uyğun təqdim olunması viza alma ehtimalını birbaşa artıran əsas amillərdəndir. […]

Vizam.az 17 mart 2026
Yunanıstan Vizası ilə Şengen Bölgəsinə Səyahət

Yunanıstan Vizası ilə Şengen Bölgəsinə Səyahət

Yunanıstan vizası alan şəxslər üçün ən böyük üstünlüklərdən biri bu viza ilə digər Şengen ölkələrinə də səyahət edə bilmələridir. Yunanıstan Şengen zonasına daxil olan ölkələrdən biri olduğu üçün bu ölkədən alınan qısamüddətli turist vizası sizə Şengen bölgəsində yerləşən bir çox Avropa ölkəsinə səfər etmək imkanı yaradır. Bu səbəbdən bir çox səyahətçi Avropaya ilk səfəri üçün […]

Vizam.az 16 mart 2026
Şengen Vizası Rədd Edilərsə Nə Etmək Lazımdır?

Şengen Vizası Rədd Edilərsə Nə Etmək Lazımdır?

Şengen vizası üçün müraciət edən bəzi şəxslər müxtəlif səbəblərə görə viza rəddi ilə qarşılaşa bilirlər. Viza rəddi ilk baxışdan səyahət planlarının pozulması kimi görünsə də, bu vəziyyət gələcəkdə viza almağın mümkün olmadığı anlamına gəlmir. Əksər hallarda rədd qərarı müraciət zamanı təqdim olunan sənədlərin kifayət qədər güclü olmaması, səfər məqsədinin aydın göstərilməməsi və ya maliyyə vəziyyəti […]

Vizam.az 16 mart 2026
Slovakiyaya Səyahət: Slovakiya Viza Müraciəti

Slovakiyaya Səyahət: Slovakiya Viza Müraciəti

Slovakiya səyahətçilər üçün Avropanın gözəl və unikal ölkələrindən biridir. Tarixi şəhərləri, dağ mənzərələri, mədəni irsi və müasir turizm imkanları ilə Slovakiya həm istirahət, həm də işgüzar səfərlər üçün cəlbedici seçimdir. Bratislava, Košitse, və Tatralar kimi məşhur yerlər ölkəyə səfəri planlaşdıran hər kəsin diqqətini çəkir. Slovakiyaya səyahət etməzdən əvvəl ən vacib addımlardan biri vizanın düzgün və […]

Vizam.az 13 mart 2026
Səyahətdə Airbnb və Otel Qalmasının Fərqləri

Səyahətdə Airbnb və Otel Qalmasının Fərqləri

Səyahət planlaşdırarkən ən vacib qərarlardan biri qalacaq yerin seçilməsidir. Bu seçim həm səyahətin rahatlığına, həm də büdcəyə birbaşa təsir edir. Son illərdə səyahətçilər arasında iki əsas qalma seçimi daha çox istifadə olunur: Airbnb və otellər. Hər iki variant fərqli üstünlüklər təqdim edir və səyahətin məqsədinə görə daha uyğun ola bilər. Airbnb platforması daha çox ev […]

Vizam.az 13 mart 2026
Polşa Səfirliyi Viza Üçün Lazım Olan Sənədlər

Polşa Səfirliyi Viza Üçün Lazım Olan Sənədlər

Polşaya səyahət etmək, işləmək və ya təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün Polşa səfirliyi viza müraciət prosesi müəyyən sənədlərin hazırlanmasını tələb edir. Polşa səfirliyi viza üçün sənədlər düzgün və tam təqdim olunmadıqda müraciət gecikə və ya imtina ilə nəticələnə bilər. Buna görə də Polşa səfirliyi viza müraciəti zamanı tələb olunan sənədləri əvvəlcədən bilmək və hazırlamaq […]

Vizam.az 12 mart 2026
İspaniya Viza Müraciəti Prosesi Necə Gedir?

İspaniya Viza Müraciəti Prosesi Necə Gedir?

İspaniyaya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün ilk addımlardan biri İspaniya vizası üçün düzgün və tam şəkildə müraciət etməkdir. Turizm, iş və ya təhsil məqsədilə İspaniyaya viza almaq istəyən şəxslər müəyyən sənədləri hazırlamalı və rəsmi İspaniya viza müraciəti proseduruna uyğun şəkildə müraciət etməlidirlər. Azərbaycan vətəndaşları üçün Spain visa Azerbaijan müraciətləri adətən İspaniya viza mərkəzi vasitəsilə […]

Vizam.az 11 mart 2026
TLS Contact Baku Viza Müraciət Prosesi

TLS Contact Baku Viza Müraciət Prosesi

TLScontact viza müraciət prosesində bir çox ölkənin səfirlikləri ilə əməkdaşlıq edən rəsmi viza müraciət mərkəzlərindən biridir. Azərbaycanda da fəaliyyət göstərən TLSContact Baku mərkəzi vasitəsilə xüsusilə Şengen ölkələrinə viza müraciətləri qəbul edilir və müraciət edən şəxslərə görüş təyini, sənədlərin təqdim edilməsi və biometrik məlumatların toplanması kimi xidmətlər göstərilir. Bu səbəbdən internetdə istifadəçilər tez-tez tlscontact baku, tls […]

Vizam.az 10 mart 2026
Yeni Zelandiya Viza Müraciəti Prosesi

Yeni Zelandiya Viza Müraciəti Prosesi

Yeni Zelandiya Viza Müraciəti Prosesi xaricə səyahət planlaşdıran şəxslər üçün vacib mərhələlərdən biridir. Turizm, təhsil və ya iş məqsədilə Yeni Zelandiyaya getmək istəyən şəxslər əvvəlcədən uyğun viza növünü seçərək müraciət etməlidirlər. Viza müraciəti zamanı sənədlərin düzgün hazırlanması, müraciət formunun tam doldurulması və bütün tələblərin yerinə yetirilməsi müsbət nəticə almaq üçün böyük əhəmiyyət daşıyır. Yeni Zelandiya […]

Vizam.az 06 mart 2026