2026-cı İldə Yeni Zellandiya Vizası Necə Almaq Olar?

Yeniləndi: 05 avqust 2026 1065 baxış 5 dəq. oxu

Yeni Zelandiya təbiəti, təhlükəsizliyi, yüksək həyat səviyyəsi və unikal mədəniyyəti ilə dünyanın ən çox arzulanan ölkələrindən biridir. Yaşıl dağları, sonsuz okean sahilləri, təmiz havası və müasir şəhərləri ilə bu ölkə həm turizm, həm də təhsil və iş məqsədli səyahətlər üçün ideal seçimdir. Azərbaycan vətəndaşları üçün Yeni Zelandiyaya səyahət planlaşdırarkən ilk və ən vacib addım düzgün viza müraciət prosesini başlamaqdır.

Bu bloqda Yeni Zelandiya vizası necə alınır, hansı sənədlər tələb olunur, müraciət prosesi necə gedir və viza alma ehtimalını artıran amillər barədə ətraflı məlumat verəcəyik. Əgər sənin də xəyalın Yeni Zelandiyanın füsunkar təbiətini canlı görməkdirsə, doğru yerdəsən.

Yeni Zelandiya Viza Növləri

Yeni Zelandiyaya səyahət etməyi planlaşdıran şəxslər üçün viza seçimi səyahətin məqsədindən asılı olaraq müəyyən olunur. Ən çox müraciət edilən viza növü Yeni Zelandiya turizm vizasıdır və bu viza qısamüddətli səfərlər üçün nəzərdə tutulur. Turizm vizası ilə Yeni Zelandiyaya səyahət edən şəxslər ölkəni gəzmək, ailə üzvlərini və ya dostlarını ziyarət etmək, işgüzar görüşlərdə iştirak etmək, tibbi müayinə və ya müalicə almaq, qısamüddətli kurslara və təlim proqramlarına qatılmaq imkanına sahib olurlar. Bu viza növü daimi yaşamaq və ya uzunmüddətli işləmək hüququ vermir və əsasən müvəqqəti səfərləri əhatə edir.

Əgər müraciətçi Yeni Zelandiyada daha uzun müddət qalmağı planlaşdırırsa, bu zaman uzunmüddətli viza növlərinə müraciət edilməlidir. Uzunmüddətli vizalar əsasən təhsil və iş məqsədli olur. Yeni Zelandiyada bakalavr, magistr və ya doktorantura təhsili almaq istəyən şəxslər, eləcə də ölkədə yerləşən rəsmi qurumdan iş təklifi alan müraciətçilər müvafiq dəvət və ya qəbul məktubu təqdim etdikdən sonra bu viza növünə müraciət edə bilərlər. Təhsil və iş vizaları müraciətçinin ölkədə qanuni şəkildə yaşamasına, müəyyən hallarda isə ailə üzvlərini də özü ilə aparmasına imkan yaradır.

Yeni Zelandiya viza növlərinin düzgün seçilməsi müraciətin uğurla nəticələnməsi üçün vacib amildir. Səyahətin məqsədinə uyğun viza növünə müraciət etmək həm sənədləşmə prosesini asanlaşdırır, həm də viza alma ehtimalını əhəmiyyətli dərəcədə artırır. Bu səbəbdən müraciət etməzdən əvvəl viza növünün düzgün müəyyən edilməsi və bütün sənədlərin tələblərə uyğun hazırlanması tövsiyə olunur.

Yeni Zelandiya Vizası üçün Tələb Olunan Sənədlər

Yeni Zelandiya vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti) 
  8. 3x4 ölçüdə, ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. İngilis dilində doldurulmuş ərizə forması
  12. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Yeni Zelandiya vizasına müraciət edərkən təqdim olunan sənədlərin dili xüsusi əhəmiyyət daşıyır. Müraciət siyahısında “*” işarəsi ilə qeyd olunan bütün sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər bu sənədlər sizə azərbaycanca verilibsə, onların hər biri notarial qaydada ingilis dilinə tərcümə edilməli və təsdiqlənməlidir. Tərcümə olunmamış və ya təsdiqsiz sənədlər viza müraciətinin qəbul edilməməsinə səbəb ola bilər.

Yeni Zelandiya Vizası üçün Maliyyə Sənədləri

Yeni Zelandiyaya səyahət üçün maliyyə vəziyyətinin sübut edilməsi də əsas tələblərdən biridir. Bank hesabında göstəriləcək məbləğ səyahət tarixləriniz, qalacağınız günlərin sayı, uçuş biletləri və otel bronlarının dəyəri ilə birbaşa əlaqəlidir. Təcrübədə, bir həftəlik səyahət üçün müraciətçilərə bank hesabında minimum 5.000–7.000 AZN (və ya avro / ABŞ dolları ekvivalenti) göstərilməsi tövsiyə olunur. Bu məbləğ bilet və otel xərclərini, eləcə də ölkədə qalacağınız hər gün üçün təxminən 70–80 ABŞ dolları gündəlik xərci tam şəkildə əhatə etməlidir. Hesabda göstərilən vəsaitin real və səyahət planına uyğun olması viza qərarına müsbət təsir göstərir.

Əgər müraciətçi sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, iş yerindən arayış əvəzinə rəsmi fəaliyyətini təsdiqləyən sənədlər təqdim edə bilər. Buraya VÖEN surəti, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış və şirkətin dövlət reyestrindən çıxarışı daxildir. İşləməyən, təhsil alan və ya səyahət xərclərini üçüncü şəxs tərəfindən qarşılanan müraciətçilər sponsorluq sənədləri təqdim etməlidirlər. Bu halda sponsorun şəxsiyyət vəsiqəsinin surəti, iş və ya sahibkarlıq fəaliyyəti haqqında sənədləri, bank hesabından arayış və çıxarış, eləcə də müraciətçi ilə ailəvi bağın mövcudluğunu təsdiq edən sənəd tələb olunur. Sponsorluq məktubu da mütləq şəkildə sənədlər paketinə əlavə edilməlidir.

18 yaşdan kiçik müraciətçilər üçün əlavə qaydalar tətbiq olunur. Azyaşlı şəxs tək səyahət edirsə, hər iki valideynin, valideynlərdən biri ilə səyahət edirsə, digər valideynin ölkədən çıxışına razılıq verdiyini göstərən icazə sənədi təqdim olunmalıdır. Bu sənəd də digər rəsmi sənədlər kimi notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilməlidir.

Qeyd etmək vacibdir ki, VÖEN, vergi arayışları, reyestr sənədləri, sponsorluq məktubu və valideyn icazəsi kimi bütün rəsmi sənədlər yalnız ingilis dilinə notarial tərcümə və təsdiqlə təqdim edildiyi halda viza müraciətində qəbul olunur. Sənədlərin düzgün və tam hazırlanması Yeni Zelandiya vizası alma ehtimalını əhəmiyyətli dərəcədə artırır.

Yeni Zelandiya Vizası üçün Onlayn Müraciət

Yeni Zelandiya vizasına müraciət prosesi əsasən tam onlayn həyata keçirilir və nəticə müsbət olduğu təqdirdə viza elektron formatda verilir. Bu o deməkdir ki, pasporta fiziki viza stikeri yapışdırılmır.

Müraciət prosesi sadə və addım-addımdır. İlk olaraq, müraciətçi onlayn viza portalında şəxsi hesab yaradır. Hesaba daxil olduqdan sonra səyahət məqsədinə uyğun viza növü seçilir və ərizə forması doldurulur. Formada verdiyiniz cavablara əsaslanaraq sistem sizə təqdim etməli olduğunuz sənədlərin tam siyahısını çıxarır. Daha sonra tələb olunan sənədlərin skan edilmiş versiyaları portal vasitəsilə yüklənir.

Azərbaycan vətəndaşları qısamüddətli turizm, işgüzar səfər, tədbirlərdə iştirak, eləcə də ailə və dost ziyarəti üçün Visitor Visa-ya müraciət etməlidirlər. Viza rüsumu hazırda 435 AZN (təqribən 255 USD) təşkil edir. Əgər pasportun əsli yoxlanış üçün tələb olunarsa, VFS Global viza mərkəzinin əlavə xidmət haqqı 1765 RUB (təqribən 18 USD) olaraq ödənilir. Viza rüsumu ərizə forması tamamlandıqdan sonra onlayn şəkildə ödənir, viza mərkəzi rüsumu isə pasportu şəxsən təqdim etdikdə nağd və ya kartla, kuryer vasitəsilə göndərildikdə isə bank transferi ilə həyata keçirilə bilər.

Ümumiyyətlə, viza proseduru 15–40 iş günü ərzində tamamlanır. Elektron viza cavabı isə adətən bir ay ərzində rəsmi qaydada qəbulçunu təsdiqləyir. Uğurlu müraciət üçün müraciətçinin aktiv səyahət tarixçəsi, düzgün hazırlanmış sənədlər və maliyyə sübutları önəm daşıyır.

Yeni Zelandiya Vizası üçün Uğurlu Profil Necə Olmalıdır?

Yeni Zelandiya vizası müraciətində uğur qazanmaq əsasən müraciətçinin şəxsi profilindən asılıdır. İş yeri və vəzifə vəziyyətinizin stabil və etibarlı olması, aylıq gəlirinizin standart maaş səviyyəsindən yüksək olması vizanın müsbət nəticələnməsində əhəmiyyətli rol oynayır. Təcrübədə, aylıq gəliri təxminən 700–800 AZN aralığında olan şəxslərin də vizalarının təsdiqləndiyi hallar qeydə alınıb.

Bank hesabınızda göstərilən məbləğ səyahət müddətiniz boyunca bütün xərclərinizi əhatə etməli, həmçinin ölkəyə geri dönməyinizi təmin edən nüansları, məsələn, adınıza mülkün mövcudluğu, ailə və uşaqlarınızın olması kimi bağlayıcı amilləri dəstəkləməlidir. Bu faktorlar vizanın alınma ehtimalını artırır və müraciətin etibarlılığını gücləndirir.

Əvvəlki səyahət tarixçəsi olmayan şəxslər üçün yəni Şengen, Birləşmiş Krallıq, ABŞ və digər vizaları olmayan müraciətçilər Yeni Zelandiya vizasına müraciət bir qədər riskli hesab olunur. Lakin profilinizdə yuxarıda qeyd olunan göstəricilər yüksək səviyyədədirsə, səyahət tarixçəniz olmasa belə vizanın təsdiqlənmə şansı mövcuddur.

Hər bir halda, yaxşı və aktiv səyahət tarixçəsi vizanın alınmasında önəmli amildir və müraciətin uğurla nəticələnməsinə birbaşa təsir göstərir.

Yeni Zelandiyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Yeni Zelandiya vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, izahat məktubunun yazılması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Əlavə olaraq, biz sizə səfirliyin tələb etdiyi təqdirdə pasportunuzu Moskvadakı viza mərkəzinə çatdırılması və geri qaytarılması ilə bağlı xidmət təklif edə bilərik. Kuryer daşınmasının əlavə rüsumu 135 AZN təşkil edəcək. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Yeni Zelandiya səyahət vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 250 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Oxşar yazılar:

Hindistana Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Hindistana Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Hindistan rəngarəng mədəniyyəti, qədim məbədləri, möhtəşəm sarayları və fərqli mətbəxi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tac Mahaldan Mumbayın canlı küçələrinə, Himalay dağlarından Qoa çimərliklərinə qədər ölkə hər səyahətçiyə fərqli təcrübələr təqdim edir. Hindistana səyahət etməyi planlaşdırırsınızsa, yola çıxmazdan əvvəl bilməli olduğunuz 10 maraqlı faktla tanış olun. Hindistanda 22 rəsmi dil tanınır Hindistan dil […]

Vizam.az 06 noyabr 2026
Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

Honq Konqa səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əvvəlcədən viza almaq tələb olunur. Asiyanın ən məşhur turizm və biznes mərkəzlərindən biri olan Honq Konq müasir memarlığı, möhtəşəm şəhər mənzərələri, alış-veriş imkanları və zəngin mədəniyyəti ilə turistlərin diqqətini cəlb edir. Honq Konq səyahətinizi planlaşdırırsınızsa, viza müraciətinizi son ana saxlamayın. Vizam.az vasitəsilə müraciət prosesində peşəkar dəstək əldə […]

Vizam.az 05 noyabr 2026
Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Hindistan qədim tarixi, rəngarəng mədəniyyəti, möhtəşəm məbədləri və fərqli təbiəti ilə turistlərin maraq göstərdiyi ölkələrdən biridir. Hindistana səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları səfərdən əvvəl viza almalıdırlar. Hindistan vizası ilə bağlı ən çox verilən 10 sualın cavabını aşağıda tapa bilərsiniz. Azərbaycan vətəndaşları Hindistan vizasını onlayn ala bilərmi? Bəli. Azərbaycan vətəndaşları Hindistanın elektron viza (e-Visa) müraciəti üçün […]

Vizam.az 05 noyabr 2026
Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Polşa zəngin tarixi, möhtəşəm memarlığı, qədim şəhərləri və özünəməxsus mədəniyyəti ilə Avropanın maraqlı səyahət istiqamətlərindən biridir. Varşavanın müasir küçələrindən Krakovun tarixi meydanlarına qədər ölkənin hər bölgəsində kəşf etməyə dəyər fərqli məkanlar var. Polşaya səyahət etməyi planlaşdırırsınızsa, yola çıxmazdan əvvəl bilməli olduğunuz 10 maraqlı faktla tanış olun. Polşanın paytaxtı Varşavadır, lakin Krakov da turistlərin sevimli şəhərlərindən […]

Vizam.az 05 noyabr 2026
İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərəyə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza əvvəlcədən alınmalıdır. Turizm, ailə və dost ziyarəti, işgüzar səfər və digər qısamüddətli səfərlər üçün müraciət zamanı uyğun viza növü seçilməli və tələb olunan sənədlər hazırlanmalıdır. İngiltərə vizası ilə bağlı ən çox verilən sualların cavablarını aşağıda tapa bilərsiniz. İngiltərə vizası almaq üçün hansı sənədlər tələb olunur? Əsas sənədlərə […]

Vizam.az 04 noyabr 2026
Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviya Baltikyanı ölkələr arasında yerləşən, tarixi şəhərləri, sakit təbiəti, geniş meşələri və Baltik dənizinin gözəl sahilləri ilə seçilən Avropa ölkəsidir. Xüsusilə paytaxt Riqa özünəməxsus memarlığı, rəngarəng küçələri və tarixi İçərişəhəri ilə turistlərin diqqətini çəkir. Latviyaya səyahət etməyi planlaşdırırsınızsa, ölkənin mədəniyyəti, gündəlik həyat tərzi və turistlər üçün maraqlı xüsusiyyətləri haqqında əvvəlcədən məlumat əldə etmək faydalıdır. Səfərdən […]

Vizam.az 04 noyabr 2026
Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026