2026-ci ildə Amerika Vizası Necə Ala Bilərəm?

Yeniləndi: 04 fevral 2026 1741 baxış 10 dəq. oxu
Amerika Vizası
Amerika Vizası

Amerika vizası 2026-cı ildə də minlərlə insan üçün sadəcə bir sənəd deyil, “Amerika xəyalı”na açılan əsas qapıdır. ABŞ – Nyu-York, Vaşinqton, Los-Anceles, Mayami, San-Fransisko kimi şəhərləri, Azadlıq Heykəli, Central Park, Ağ Ev, Golden Gate körpüsü, Las Veqas, Böyük Kanyon və saysız-hesabsız görməli yerləri ilə dünyanın ən çox səyahət edilən ölkələrindən biridir. Məhz buna görə Amerika vizası necə alınır, ABŞ vizası üçün hansı sənədlər lazımdır, Amerika vizası alma ehtimalı nədən asılıdır kimi suallar 2026-cı ildə də axtarış sistemlərində ən çox verilən sorğular arasındadır.

Hər bir səyahətçinin xəyalında bir “olmalı ölkələr siyahısı” var və bu siyahının ən yuxarı pilləsində çox zaman Amerika Birləşmiş Ştatları dayanır. Əgər səyahət həvəskarlarının arzuladığı ölkələri dünya xəritəsi üzərində işarələsək, ABŞ demək olar ki, tamamilə diqqət mərkəzində olardı. Turizm, təhsil, işgüzar səfər, mübadilə proqramları və ya ailə ziyarəti məqsədilə ABŞ-a səyahət etmək istəyən hər kəs üçün ilk və ən vacib addım Amerika vizası almaqdır.

2026-cı ildə Amerika vizası alma prosesi müəyyən qaydalara əsaslanır və düzgün planlaşdırıldıqda müsbət nəticə əldə etmək mümkündür. ABŞ vizası müraciəti, DS-160 forması, ABŞ səfirliyində müsahibə, viza növünün düzgün seçilməsi və şəxsi profilin güclü təqdim olunması bu prosesin əsas sütunlarıdır. Unutmayın ki, Amerika çox insanın xəyalıdır və bu xəyalı gerçəkləşdirməyin ilk real addımı ABŞ vizası üçün doğru və peşəkar müraciət etməkdən keçir.

ABŞ Viza Növləri: Miqrant və Qeyri-Miqrant Amerika Vizaları

ABŞ viza növləri müraciət məqsədinə və səyahətin müddətinə görə müxtəlif kateqoriyalara bölünür. 2026-cı ildə Amerika vizası almaq istəyənlər üçün ən vacib məqam viza növünün düzgün seçilməsidir. Ümumilikdə ABŞ vizaları iki əsas qrupa ayrılır: miqrant vizaları və qeyri-miqrant vizaları. Bu bölgü ABŞ-a müvəqqəti səfər və ya daimi yaşayış məqsədini aydın şəkildə müəyyən etməyə kömək edir.

Miqrant (immiqrant) vizaları ABŞ-da daimi yaşamaq, işləmək və gələcəkdə “Green Card” əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulur. ABŞ miqrant vizası adətən ailə birləşməsi, ABŞ vətəndaşı və ya rezidenti ilə qohumluq əlaqələri, daimi iş təklifi və ya xüsusi immiqrasiya proqramları əsasında verilir. Bu viza növü ABŞ-da uzunmüddətli və daimi həyat planlayan şəxslər üçün uyğundur.

Ən çox müraciət edilən kateqoriya isə ABŞ qeyri-miqrant vizalarıdır. Bu vizalar ABŞ-a müvəqqəti səfər məqsədi daşıyan şəxslər üçün nəzərdə tutulur və turizm vizası, biznes vizası, ailə və dost ziyarəti, tibbi müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və digər qeyri-daimi səbəbləri əhatə edir. Qeyri-miqrant vizaları da öz növbəsində məqsəddən asılı olaraq bir neçə alt növə bölünür və hər biri üçün fərqli tələblər mövcuddur.

2026-cı ildə Amerika vizası üçün ən çox müraciət olunan viza növü B1/B2 vizasıdır. B1/B2 ABŞ vizası müvəqqəti biznes səfərləri (işgüzar görüşlər, konfranslar, danışıqlar) və turizm məqsədli səyahətləri (istirahət, ailə və ya dost ziyarəti, tibbi müayinə) əhatə edən ən geniş yayılmış Amerika vizasıdır. Bu məqalənin davamında məhz B1/B2 Amerika vizası nədir, kimlər müraciət edə bilər və necə alınır suallarına ətraflı cavab veriləcək.

Azərbaycan Vətəndaşları üçün Amerika B1/B2 Vizası

B1/B2 vizası Azərbaycan vətəndaşları üçün ən çox müraciət edilən ABŞ turizm və biznes vizası hesab olunur. 2026-cı ildə də ABŞ B1/B2 vizası adətən 1 il müddətinə verilir və bu müddət ərzində ABŞ-a çoxgirişli (multiple entry) səyahət imkanı yaradır. Bu o deməkdir ki, viza qüvvədə olduğu 1 il ərzində ABŞ-a bir neçə dəfə giriş və çıxış edə bilərsiniz.

B1/B2 Amerika vizası ilə ABŞ-da qalma müddəti hər giriş üçün maksimum 6 ay ola bilər. Yəni, viza aldığınız tarixdən etibarən 1 il ərzində ABŞ-a etdiyiniz hər səfərdə ölkə ərazisində ən çox 6 ay qalmaq hüququnuz mövcuddur. Lakin qeyd etmək vacibdir ki, ABŞ-da qalma müddətinin dəqiq sayı ölkəyə daxil olarkən sizi qarşılayan immiqrasiya (CBP) əməkdaşı tərəfindən müəyyən edilir və pasportunuzda qeyd olunur.

Bəzi hallarda, xüsusilə səyahət planı, qalma məqsədi, verilən cavablar və fors-major səbəblər nəzərə alınaraq, ABŞ sərhəd xidməti sizin qalma müddətinizi 6 aydan az təyin edə bilər. Buna görə də ABŞ-a giriş zamanı B1/B2 vizası ilə düzgün və aydın izah vermək mühüm rol oynayır.

Praktiki nümunə olaraq, əgər siz ABŞ B1/B2 vizasını 1 may 2026-cı il tarixində əldə etmisinizsə, bu viza adətən 1 may 2027-ci ilədək (bəzən 1–2 gün daha tez) etibarlı olur. Bu müddət ərzində ABŞ-a istədiyiniz qədər giriş edə bilərsiniz, lakin bir girişdə qalma müddəti 6 ayı keçməməlidir. İllik giriş-çıxış sayı üzrə isə heç bir rəsmi limit tətbiq edilmir.

B1/B2 vizası ilə ABŞ-a səyahət edən şəxslər turizm, ailə və ya dost ziyarəti, işgüzar görüşlər, konfranslar, sərgilər və qısamüddətli biznes fəaliyyəti məqsədlərini rahatlıqla həyata keçirə bilərlər. Bu səbəbdən B1/B2 Amerika vizası nədir və necə istifadə olunur sualı ABŞ-a səyahət planlayan Azərbaycan vətəndaşları üçün ən çox axtarılan mövzulardan biridir.

Amerika Vizasına Müraciəti üçün Tələb Olunan Sənədlər

B1/B2 vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  • Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  • Şəxsiyyət vəsiqənizin surəti
  • İş yerindən arayış və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış)
  • Adınıza olan bank hesabından arayış və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  • Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının və maşınınızın texpasport kopyası
  • Mülki vəziyyətinizin sübutu (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  • 2 ədəd 5x5 ölçüdə və ağ fonda şəkliniz
  • Səyahətiniz üçün etdiyiniz aviabilet və otel bronları
  • Viza ödənişini etdiyinizə dair sizə sistemdən verilmiş ödəniş qəbzinin və üzərində səfirlikdəki görüş tarixiniz qeyd olunmuş instruksiyanın çap versiyası
  • Onlayn DS-160 ərizə formanızın təsdiqi

ABŞ Vizası üçün Maddi Vəsait və Sponsorluq Tələbləri

ABŞ vizası üçün bank hesabında nə qədər pul olmalıdır? sualı 2026-cı ildə Amerika vizasına müraciət edən Azərbaycan vətəndaşlarının ən çox axtardığı mövzulardandır. ABŞ vizası üçün maliyyə təminatı sizin təqdim etdiyiniz səyahət tarixlərindən, ABŞ-da qalma müddətindən, bron etdiyiniz uçuş biletləri və otellərin qiymətlərindən birbaşa asılıdır. Səfirlik üçün əsas məqsəd müraciətçinin ABŞ səfərini maddi baxımdan problemsiz şəkildə qarşılaya bilməsini görməkdir.

Ümumi tövsiyəyə əsasən, 1 həftəlik ABŞ səyahəti üçün bank hesabında minimum 3000–4000 ABŞ dolları göstərilməsi məsləhət görülür. Bu məbləğ ABŞ turizm vizası (B1/B2) üçün real və əsaslandırılmış səyahət planını tam əhatə etməlidir. Məbləği hesablayarkən aviabilet və otel bronlarının dəyəri ilə yanaşı, ABŞ-da qalacağınız hər gün üçün orta hesabla 80–90 ABŞ dolları gündəlik xərclər (yemək, nəqliyyat, gündəlik ehtiyaclar) nəzərə alınmalı və yekun məbləğ bir qədər yüksək göstərilməlidir. Bu yanaşma ABŞ vizası alma şansını artıran əsas faktorlardan biridir.

Əgər siz sahibkar kimi ABŞ vizasına müraciət edirsinizsə, iş yerindən arayış əvəzinə aşağıdakı sənədləri səfirliyə təqdim edə bilərsiniz: VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında arayışşirkətinizin dövlət reyestrindən çıxarışı. Bu sənədlər sizin rəsmi gəlirinizi və maliyyə vəziyyətinizi təsdiqləyir.

Əgər işləmirsinizsə, tələbəsinizsə və ya ABŞ səfərinin xərclərini sponsor vasitəsilə qarşılayırsınızsa, bu halda ABŞ vizası üçün sponsorluq sənədləri təqdim edilməlidir. Sponsor kimi göstərilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (sahibkardırsa, yuxarıda qeyd olunan sahibkarlıq sənədləri), bank hesabından arayış və çıxarış (hesab həm müraciətçiyə, həm də sponsora aid ola bilər) və sponsorluq məktubu viza müraciət paketinə daxil edilməlidir. Əgər sponsorla ailəvi bağ varsa, bunu təsdiq edən sənədlər məsələn, doğum haqqında şəhadətnamə mütləq şəkildə təqdim olunmalıdır.

18 yaşdan aşağı şəxslər üçün ABŞ vizası müraciəti zamanı isə əlavə olaraq valideyn icazəsi tələb olunur. Azyaşlı müraciətçi tək səyahət edirsə, hər iki valideyndən ölkədən çıxış icazəsi, valideynlərdən biri ilə səyahət edirsə isə digər valideynin notarial icazəsinin surəti təqdim edilməlidir.

Qeyd edək ki, ABŞ vizası üçün təqdim olunan sənədlərin ingilis dilinə tərcüməsi tələb olunmur. Bütün maliyyə və şəxsi sənədlər ABŞ səfirliyi tərəfindən azərbaycan dilində qəbul edilir ki, bu da müraciət prosesi zamanı əlavə rahatlıq yaradır.

Amerika Vizası Müraciət Proseduru

ABŞ vizası müraciət proseduru 2026-cı ildə də mərhələli və tam onlayn şəkildə həyata keçirilir. Amerika vizası necə alınır? sualına ən qısa və dəqiq cavab DS-160 forması ilə başlayan rəsmi prosesdir. ABŞ-a viza müraciəti zamanı ilk addım DS-160 onlayn viza ərizə formasını doldurmaqdır. Bu forma ABŞ viza müraciəti üçün əsas sənəd hesab olunur və bütün məlumatlar elektron sistem üzərindən səfirliyə ötürülür.

DS-160 forması tamamilə onlayn doldurulur və onu bir dəfəyə tamamlamaq məcburi deyil. Siz ərizəni doldurarkən istədiyiniz qədər sistemə giriş-çıxış edə, müəyyən hissələri tamamladıqdan sonra saxlayaraq daha sonra qaldığınız yerdən davam edə bilərsiniz. Bunun üçün sistem tərəfindən verilən DS-160 referens nömrəsini (məsələn: AA12345678) mütləq şəkildə yadda saxlamaq vacibdir. ABŞ səfirliyində görüşə getməzdən əvvəl DS-160 forması sistemdə təsdiqlənməlidir, əks halda viza müraciəti qüvvəyə minmir.

Növbəti mərhələ ABŞ-ın Azərbaycandakı səfirliyindən viza görüşü təyin etməkdir. ABŞ vizası üçün görüş pəncərəsinin açılması üçün əvvəlcə viza rüsumu onlayn şəkildə ödənilməlidir. 2026-cı ildə ABŞ vizası ödənişi hər bir müraciətçi üçün 185 ABŞ dolları təşkil edir və bu məbləğ yaşdan asılı olmayaraq hamı üçün eynidir. Ödənişi bank kartı ilə onlayn və ya bank vasitəsilə nağd şəkildə həyata keçirmək mümkündür.

Ödəniş təsdiqləndikdən sonra sistemdə ABŞ səfirliyində mövcud olan görüş tarixləri və saatları açılır və siz özünüzə uyğun olan vaxtı seçirsiniz. Seçdiyiniz tarixdə ABŞ vizası üçün tələb olunan sənədlərlə birlikdə səfirliyə getməlikonsul müsahibəsində (intervyu) iştirak etməlisiniz. Qeyd edək ki, onlayn təsdiqlədiyiniz DS-160 ərizə formasını çap edib səfirliyə aparmağa ehtiyac yoxdur, çünki bütün məlumatlar artıq sistemdə mövcuddur.

Əgər təyin etdiyiniz ABŞ səfirliyi görüşünü ləğv etsəniz, eyni istifadəçi profili üzərindən 1 il ərzində yenidən ödəniş etmədən görüş təyin etmək hüququnuz qalır. Bu da ABŞ vizası müraciət prosesi zamanı müraciətçilərə əlavə rahatlıq yaradır.

Ümumilikdə ABŞ vizası proseduru və baxılma müddəti adətən 3–5 iş günü çəkir. Lakin bu müddət konsulluğun iş yükündən və əlavə yoxlamalardan asılı olaraq dəyişə bilər.

Amerika Vizası İntervyusu

ABŞ vizası intervyusu (konsul müsahibəsi) viza müraciətinin ən həlledici mərhələsidir və adətən 5–15 dəqiqə davam edir. Amerika vizası intervyusu neçə dəqiqə çəkir? sualının cavabı müraciətin mürəkkəbliyindən, təqdim olunan sənədlərdən və ən əsası ABŞ səfirliyindəki konsulun qərarvermə yanaşmasından asılı olaraq dəyişə bilər. Məhz bu qısa vaxt ərzində konsul sizin ABŞ-a səfər məqsədinizi, niyyətinizi və etibarlılığınızı qiymətləndirir.

ABŞ vizası müsahibəsində verilən suallar üçün sabit siyahı və ya ardıcıllıq mövcud deyil. Konsulun sualları əsasən səyahət planınız, ABŞ-da gedəcəyiniz şəhərlər və yerlər, səfər tarixləri, otel və qalma planı, səyahət məqsədi, eləcə də iş yeriniz, gəlir mənbəyiniz, ailə vəziyyətiniz və təqdim etdiyiniz sənədlərlə bağlı olur. Bir sözlə, ABŞ konsulu sizin həyatınız və səyahət niyyətinizlə bağlı istədiyi sualı vermək səlahiyyətinə malikdir.

ABŞ vizası cavabı məhz bu intervyunun sonunda açıqlanır. Konsul müsahibə bitdikdən dərhal sonra sizə ABŞ vizasının təsdiqləndiyini və ya rədd edildiyini bildirir. Əgər viza müsbət qərarla nəticələnərsə, pasportunuz götürülür və adətən 3–5 iş günü ərzində ABŞ vizası vurulduqdan sonra Aramex kuryer xidməti vasitəsilə sizə geri qaytarılır. Viza imtina edildiyi halda isə konsul sizə şablon formada imtina məktubu təqdim edir; bu sənəd fərdi açıqlama deyil, standart məzmun daşıyır.

ABŞ vizası almağın ən vacib yolu intervyudakı performansdan keçir. Konsulu inandırmaq üçün yalnız doğru və real məlumat vermək, qəti şəkildə yalan danışmamaq və suallara aydın, məntiqli və mümkün qədər detallı cavablar təqdim etmək vacibdir. Əgər siz cavablarınızla səyahət məqsədinizin real olduğunu, ABŞ-da qalma müddətindən sonra geri qayıdacağınızı və təqdim etdiyiniz sənədlərin etibarlı olduğunu sübut edə bilsəniz, Amerika vizası alma şansınız əhəmiyyətli dərəcədə yüksəlir.

Qeyd etmək lazımdır ki, ABŞ vizası intervyusunda sualların sayı adətən az olur. Məhz buna görə konsulun verdiyi hər sualı dolğun cavablandırmaq onun zehnində yarana biləcək sual işarələrini aradan qaldırır. Məsələn, konsul “ABŞ-a səfər məqsədiniz nədir?” sualını verərsə, yalnız “turizm” deməklə kifayətlənmək əvəzinə, niyə ABŞ-a getmək istədiyinizi, hansı şəhərləri ziyarət edəcəyinizi və vaxtınızı necə planlaşdırdığınızı qısa, lakin aydın şəkildə izah etmək daha effektivdir.

ABŞ vizası intervyusunun dili isə səfərin məqsədindən asılı olaraq dəyişə bilər. Turizm vizası (B1/B2) müraciətlərində müsahibə əksər hallarda azərbaycanca aparılır. İşgüzar səfər və biznes vizası müraciətlərində isə ingilis dilində intervyu üstünlük təşkil edə bilər.

Amerika Vizası üçün Yenidən Müraciət Proseduru

Daha əvvəl ABŞ vizası olmuş şəxslər üçün Amerika vizasının yenilənməsi prosesi 2026-cı ildə daha sadələşdirilmiş qaydalarla həyata keçirilir. ABŞ vizası yenidən necə alınır? sualının cavabı əsasən əvvəlki vizanın növündən və bitmə tarixindən asılıdır. Əgər müraciətçi əvvəlki ABŞ vizasının bitmə tarixindən etibarən 1 il keçmədən eyni kateqoriyalı vizaya (məsələn, B1/B2 turizm və biznes vizası) yenidən müraciət edirsə, bu halda ABŞ səfirliyində görüş və konsul intervyusu tələb olunmur.

Bu kateqoriyaya daxil olan müraciətçilər ABŞ vizası üçün onlayn ödənişi etdikdən, DS-160 ərizə formasını tamamladıqdan sonra sənədlərini birbaşa Aramex kuryer xidməti vasitəsilə təqdim edə bilərlər. ABŞ vizası görüşsüz müraciət (interview waiver) proseduru məhz bu mərhələdə tətbiq olunur. Görüş götürmə sistemində əvvəlki ABŞ vizanızın mövcud olduğunu, onun bitmə tarixindən 12 ay keçmədiyinieyni viza növünə müraciət etdiyinizi qeyd etdikdə, sistem sizə səfirlikdə görüş tarixləri deyil, Aramex vasitəsilə sənəd təhvil vermə qaydaları barədə məlumat təqdim edir.

Bu prosedurla ABŞ vizası üçün Aramex vasitəsilə təqdim olunan sənədlər adətən aşağıdakılardan ibarət olur: pasportun orijinalı, köhnə ABŞ vizasının surəti, şəxsiyyət vəsiqəsinin surəti, DS-160 forması təsdiqi, viza ödəniş qəbziAramex tərəfindən təqdim olunan təlimat sənədi. Bütün bu sənədlər çap edilərək Aramex ofisinə təqdim edilir.

Əksər hallarda görüşsüz ABŞ vizası müraciəti etdikdən sonra 3–5 iş günü ərzində viza nəticəsi çıxır və pasportunuzu yenidən Aramex vasitəsilə geri ala bilərsiniz. Lakin qeyd etmək vacibdir ki, bu prosedur avtomatik zəmanət demək deyil. ABŞ səfirliyi istənilən mərhələdə müraciətçini əlavə intervyuya dəvət edə bilər. Bu, müraciətdə hər hansı qeyri-müəyyənlik yarandıqda, əlavə sual ortaya çıxdıqda və ya konsulun şəxsi qərarı əsasında baş verə bilər.

Yəni, ABŞ vizası daha əvvəl olmuş şəxslər üçün yenidən müraciət prosesi daha rahat və sürətli olsa da, səfirliyin sizi sonradan intervyuya çağırmaq hüququ hər zaman qüvvədə qalır.

Tez-tez Verilən Suallar (FAQ)

1. ABŞ vizası almaq üçün hansı sənədlər tələb olunur?
ABŞ vizası müraciəti üçün əsas sənədlər: DS-160 onlayn ərizə forması, pasportun orijinalı, şəxsiyyət vəsiqəsi, bank arayışı, iş yerindən arayış və ya sahibkar sənədləri, səyahət planı, otel və uçuş bronları. Əgər sponsor varsa, onun sənədləri də tələb olunur.

2. B1/B2 turizm vizası nə qədər müddətə verilir?
Azərbaycan vətəndaşları üçün B1/B2 vizası adətən 1 il müddətinə verilir. Bu müddət ərzində ABŞ-a hər girişdə maksimum 6 ay qala bilərsiniz.

3. ABŞ vizası intervyusu necə keçirilir?
İntervyu adətən 5–15 dəqiqə davam edir. Konsul suallar verir: səyahət məqsədiniz, gedəcəyiniz şəhərlər, qalacağınız otellər, iş və ailə vəziyyətiniz, sənədləriniz. Cavablarınız düzgün, ətraflı və inandırıcı olmalıdır.

4. ABŞ vizası üçün səyahət tarixçəsi vacibdirmi?
Bəli. Daha əvvəl Şengen və digər ölkələrə səyahət etmiş şəxslər ABŞ səfirliyindən vizanı almaqda üstünlük qazanırlar.

5. Daha əvvəl ABŞ vizası olan şəxslər necə müraciət edə bilər?
Əgər əvvəlki vizanın bitmə tarixindən 1 il keçməyibsə və eyni növdə vizaya müraciət edirsinizsə, yeni intervyuya ehtiyac yoxdur. Sənədləri Aramex vasitəsilə təqdim edə bilərsiniz.

6. ABŞ vizası üçün ödəniş nə qədərdir?
2026-cı ildə B1/B2 vizası üçün rüsum 185 ABŞ dollarıdır. Ödənişi bank kartı və ya nağd şəkildə etmək mümkündür.

7. ABŞ vizası müraciəti nə qədər vaxt aparır?
Ümumilikdə 3–5 iş günü ərzində viza prosesi tamamlanır. Lakin bəzi hallarda əlavə yoxlamalar səbəbindən müddət uzana bilər.

8. ABŞ vizası almaq üçün Vizam.az-dan necə dəstək ala bilərəm?
Vizam.az ABŞ vizası dəstəyi xidmətinə DS-160 forması doldurma, sənədlərin hazırlanması, uçuş və otel bronları, konsultasiya və intervyu hazırlığı daxildir. Xidmət haqqı 510 AZN, xüsusi kampaniyada isə 95 AZN-dir.

Vizam.az ilə Amerika Viza Dəstəyi

ABŞ turizm vizası üçün peşəkar viza dəstəyi axtarırsınızsa, Vizam.az olaraq 2026-cı ildə də Amerika vizası müraciəti prosesində sizə tam və sistemli yardım göstəririk. ABŞ vizası necə alınır?, Amerika turizm vizası üçün hansı sənədlər lazımdır?, ABŞ vizası alma ehtimalı necə artırılır? kimi bütün suallarınıza cavab verən kompleks viza dəstəyi xidməti təqdim edirik.

Vizam.az ABŞ viza dəstəyi xidmətinə aşağıdakı mərhələlər daxildir: ABŞ səfirliyində adınıza görüşün təyin edilməsi, DS-160 onlayn viza ərizə formasının peşəkar şəkildə doldurulması, viza üçün tələb olunan sənədlərin düzgün və qaydalara uyğun hazırlanması, ABŞ səfərinizi əhatə edən uçuş biletləri və otel bronlarının edilməsi və ya istəyə uyğun alınması, şəxsi konsultasiya, eləcə də ABŞ vizası intervyusuna hazırlıq. Bu mərhələlərin hər biri Amerika vizası alma şansınızı artıran əsas faktorlardır.

Biz sizi əvvəlki müraciətçilərimizin ABŞ konsulu ilə intervyuda qarşılaşdığı real suallarla tanış edir, bu suallara necə düzgün, məntiqli və inandırıcı cavab verməli olduğunuzu addım-addım izah edirik. Eyni zamanda, bədən dili, ünsiyyət tərzi, psixoloji davranış və konsul qarşısında özünü təqdim etmə kimi incə, lakin həlledici detallara xüsusi diqqət yetiririk. Bu yanaşma sizi digər ABŞ viza müraciətçilərindən fərqləndirirABŞ turizm vizası (B1/B2) alma ehtimalınızı əhəmiyyətli dərəcədə yüksəldir.

Qeyd edək ki, Vizam.az-da ABŞ turizm vizası dəstəyi xidmət haqqı bir nəfər üçün ABŞ səfirliyinin rəsmi rüsumları daxil olmaqla 510 AZN təşkil edir. Xüsusi kampaniya çərçivəsində isə 20 may 2025 tarixinədək Amerika vizası üçün viza dəstəyi cəmi 95 AZN-dir. Bu fürsət Amerika vizası almaq istəyənlər üçün ideal imkan yaradır.

ABŞ vizası üçün sifariş vermək istəyirsinizsə, müvafiq keçid vasitəsilə müraciətinizi yerləşdirə və ya əlavə məlumat üçün 010 / 50 / 55 – 300 01 35 nömrələri ilə bizimlə əlaqə saxlaya bilərsiniz.

Əgər imkanınız varsa, “Amerikan xəyalınızı” gerçəkləşdirməyin ən doğru zamanı məhz indidir. Vizam.az ilə ABŞ-a doğru ilk addımınızı etibarlı şəkildə atın.

Xoş səyahətlər!

Oxşar yazılar:

Estoniya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Estoniya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Son illərdə Estoniya həm turizm, həm biznes, həm də təhsil məqsədli səfərlər üçün azərbaycanlıların maraq göstərdiyi Avropa ölkələrindən birinə çevrilib. Baltik regionunun ən inkişaf etmiş ölkələrindən biri hesab olunan Estoniya müasir texnologiyaları, rəqəmsal dövlət xidmətləri, tarixi şəhərləri və yüksək həyat keyfiyyəti ilə tanınır. Xüsusilə paytaxt Tallinn öz orta əsr memarlığı, rahat şəhər atmosferi və müasir […]

Vizam.az 05 iyun 2026
Xorvatiya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Xorvatiya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Son illərdə Aralıq dənizi sahillərində istirahət etmək istəyən azərbaycanlı turistlərin ən çox üstünlük verdiyi istiqamətlərdən biri Xorvatiyadır. Təmiz çimərlikləri, tarixi şəhərləri, füsunkar adaları və Avropa standartlarına uyğun turizm infrastrukturu ilə tanınan bu ölkə hər il milyonlarla ziyarətçi qəbul edir. Xüsusilə Dubrovnik, Split və Zaqreb kimi şəhərlər həm yay tətili, həm də mədəni səyahətlər üçün ideal […]

Vizam.az 04 iyun 2026
Krit Adasına Səyahət Üçün Yunanıstan Vizası Necə Alınır?

Krit Adasına Səyahət Üçün Yunanıstan Vizası Necə Alınır?

Yunanıstanın ən böyük və ən məşhur adası olan Krit, hər il milyonlarla turistin istirahət üçün seçdiyi Aralıq dənizi istiqamətlərindən biridir. Mavi bayraqlı çimərlikləri, qədim tarixə malik şəhərləri, zəngin mətbəxi və isti iqlimi ilə Krit adası həm ailəvi istirahət, həm də romantik və ya macəra dolu səyahətlər üçün ideal seçim hesab olunur. Son illərdə Azərbaycandan bu […]

Vizam.az 03 iyun 2026
Viza Müraciətində Sponsorluq Arayışı Nədir və Necə Hazırlanır?

Viza Müraciətində Sponsorluq Arayışı Nədir və Necə Hazırlanır?

Viza müraciət prosesində ən çox sual doğuran sənədlərdən biri sponsorluq arayışıdır. Xüsusilə maliyyə vəziyyəti yetərli olmayan və ya səyahət xərclərini başqa bir şəxs qarşılayan müraciətçilər üçün bu sənəd vacib rol oynayır. Sponsorluq arayışı səfirliyə müraciətçinin bütün xərclərinin üçüncü şəxs tərəfindən qarşılanacağını sübut edən rəsmi sənəddir. Bu yazıda sponsorluq arayışının nə olduğu, kimlər tərəfindən verildiyi və […]

Vizam.az 02 iyun 2026
Kanada Vizası Necə Alınır? 2026-cı İl Üçün Tam Bələdçi

Kanada Vizası Necə Alınır? 2026-cı İl Üçün Tam Bələdçi

Kanada hər il milyonlarla turist, tələbə və işgüzar səyyah qəbul edən ölkələrdən biridir. Təbii gözəllikləri, yüksək həyat səviyyəsi və inkişaf etmiş şəhərləri ilə Kanada azərbaycanlı səyahətçilərin də maraq göstərdiyi istiqamətlər arasındadır. Lakin bu ölkəyə səfər etmək üçün Azərbaycan vətəndaşlarının əvvəlcədən Kanada vizası əldə etməsi tələb olunur. Bu yazıda Kanada turist vizası üçün tələb olunan sənədlər, […]

Vizam.az 02 iyun 2026
Roma Səyahəti üçün İtaliya Vizası Necə Alınır?

Roma Səyahəti üçün İtaliya Vizası Necə Alınır?

Roma Avropanın ən çox ziyarət edilən şəhərlərindən biri olaraq hər il milyonlarla turisti özünə cəlb edir. Kolizey, Vatikan, Trevi Fəvvarəsi və tarixi küçələri ilə məşhur olan bu şəhərə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əsas tələblərdən biri İtaliya Şengen vizasının alınmasıdır. Xüsusilə ilk dəfə Avropaya səyahət etməyi planlaşdıran şəxslər üçün İtaliya vizası prosesi sənədlər, maliyyə […]

Vizam.az 25 may 2026
Almaniya Səfirliyi Viza Görüşü Necə Almaq Olar?

Almaniya Səfirliyi Viza Görüşü Necə Almaq Olar?

Almaniyaya səyahət etmək istəyən şəxslərin ilk qarşılaşdığı mərhələlərdən biri viza görüşünün alınması prosesidir. Son dövrlərdə Azərbaycanda Almaniya vizası üçün müraciət sistemi dəyişdirilib və artıq müraciətlər birbaşa səfirlik üzərindən deyil, rəsmi viza müraciət mərkəzi olan TLS Contact vasitəsilə həyata keçirilir. Bu səbəbdən bir çox insan “Almaniya səfirliyi viza görüşü necə alınır?”, “TLS Contact-da appointment necə götürülür?” […]

Vizam.az 21 may 2026
Niderland üçün vizanız hazırdır?

Niderland üçün vizanız hazırdır?

Niderland Avropanın ən çox ziyarət edilən Şengen ölkələrindən biridir və həm turizm, həm də işgüzar səfərlər üçün böyük maraq doğurur. Amsterdamın kanalları, tarixi şəhərləri və inkişaf etmiş infrastrukturu bu ölkəni səyahət planlarında xüsusi yerə çevirir. Lakin Niderlanda səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əsas şərt Şengen vizasının alınmasıdır. Viza prosesi bəzən mürəkkəb və suallar yaradan […]

Vizam.az 18 may 2026
Litva Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Litva Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Litva Şengen zonasında yerləşən Avropa İttifaqı ölkələrindən biridir və bu ölkəyə səyahət etmək üçün əsasən qısa müddətli C tipi Şengen vizası tələb olunur. Litva vizası turizm, işgüzar səfər, ailə ziyarəti və ya tranzit məqsədləri üçün istifadə edilir və sahibinə təkcə Litvaya deyil, bütün Şengen ölkələrinə sərbəst səyahət imkanı verir. Son illərdə Litva həm biznes imkanları, […]

Vizam.az 18 may 2026
Litvaya Necə Getmək Olar?

Litvaya Necə Getmək Olar?

Son illərdə azərbaycanlı turistlər, tələbələr və iş axtaran şəxslər üçün maraq göstərilən Avropa ölkələrindən birinə çevrilib. Baltik regionunda yerləşən Litva həm münasib yaşayış xərcləri, həm təhlükəsiz şəhər həyatı, həm də Şengen zonasına daxil olması ilə diqqət çəkir. Xüsusilə paytaxt Vilnius tarixi memarlığı, sakit atmosferi və Avropa şəhər həyatını daha rahat büdcə ilə yaşamaq imkanı təqdim […]

Vizam.az 14 may 2026