2025-ci ildə Kanada Vizası necə Almaq Olar?

Yeniləndi: 14 iyul 2025 2308 baxış 7 dəq. oxu
Vizam.az İlə Kanada Vizası
Vizam.az İlə Kanada Vizası

Kanada səyahət sevənlər üçün son dərəcə uyğun bir ölkədir, çünki burada hər kəsin marağına uyğun təcrübələr tapmaq mümkündür. Dağlar, buzlaqlar, meşələr, minlərlə göl və şəlalələr təbiət və macəra həvəskarları üçün əsl cənnətdir. Hiking, kayak, kamp, balıqçılıq, dağ xizəyi və qar idmanı kimi müxtəlif açıq hava fəaliyyətləri il boyu mümkündür.

Səyahət və turizm həvəskarları üçün isə Kanada turist vizası mövcuddur. Kanada turist vizası ilə siz ölkənin möhtəşəm təbiətini, böyük şəhərlərini və mədəniyyətini kəşf edə bilərsiniz.

Azərbaycan vətəndaşları üçün hazırda Azərbaycanda Kanada səfirliyi birbaşa fəaliyyət göstərməsə də, müraciətlər üçün Türkiyədəki Kanada səfirliyi və ya onlayn sistem istifadə olunur. Azərbaycanda Kanada səfirliyi ilə əlaqə saxlamaq üçün rəsmi vebsaytdan ətraflı məlumat almaq mümkündür.

Uzunmüddətli məqsəd isə Kanada vətəndaşlığı almaq ola bilər. Kanada vətəndaşlığı almaq üçün əvvəlcə daimi yaşayış icazəsi (Permanent Resident) əldə edilməli, müəyyən illər ərzində ölkədə yaşanmalı və digər şərtlər yerinə yetirilməlidir.

Bəzi şəxslər Kanada'ya qaçqın kimi getmək istəyir. Bu proses çox həssasdır və ciddi əsaslandırılmış səbəblər tələb olunur. Kanada'ya qaçqın kimi getmək üçün təhlükəsizlik və insan hüquqları pozuntuları kimi möhkəm sübutlar təqdim edilməlidir.

Səyahətçilər üçün Kanada həm şəhər həyatını, həm də vəhşi təbiət təcrübəsini eyni anda yaşamaq üçün mükəmməl bir yerdir. Gülərüz və qonaqpərvər insanları, sabit və təhlükəsiz mühiti ilə unudulmaz bir təcrübə təklif edir.

Qısacası, Kanada həm şəhər mədəniyyətini, həm də möhtəşəm təbiəti yaşamaq istəyən səyahət sevənlər üçün çox yönlü və unudulmaz bir təyinat nöqtəsidir.

Kanada Vizası Növləri

Azərbaycan vətəndaşları üçün Kanadaya səyahət etmək istəyərkən bir neçə viza növü mövcuddur və hər biri fərqli məqsədlər üçün nəzərdə tutulub. Aşağıda ən çox müraciət edilən viza növlərini və onların məqsədini izah edirəm:

Turist vizası (Visitor Visa / Temporary Resident Visa)
Ən çox müraciət edilən viza növüdür. Səyahət, istirahət, dost və ya qohum ziyarəti məqsədilə Kanadaya getmək istəyən şəxslər bu vizaya müraciət etməlidir. Adətən 6 aya qədər qalmağa icazə verir.

Təhsil vizası (Study Permit)
Kanadada 6 aydan uzun müddət təhsil almaq istəyən tələbələr üçün nəzərdə tutulur. Təhsil vizasına müraciət edən şəxsin qəbul məktubu (admission letter) olmalıdır və əlavə sənədlər (maliyyə sübutu, sağlamlıq yoxlaması və s.) tələb olunur. Təhsil üçün gedənlər isə Kanada təhsil vizası ilə ölkədə yüksək səviyyəli universitetlərdə və kolleclərdə təhsil almaq şansı qazanır. Kanada təhsil vizası həm bakalavr, həm də magistr proqramları üçün uyğundur və tələbələrə təhsil müddətində işləmək imkanı da tanıyır.

İş vizası (Work Permit)
Kanadada müvəqqəti işləmək istəyən şəxslər üçün nəzərdə tutulur. Əksər hallarda iş təklifi (job offer) və işəgötürən tərəfindən alınan iş icazəsi (Labour Market Impact Assessment — LMIA) tələb olunur.

Transit vizası
Əgər Kanada üzərindən başqa ölkəyə gedirsinizsə və hava limanında 48 saatdan az qalacaqsınızsa, transit vizaya ehtiyacınız ola bilər.

Super Visa
Bu viza əsasən Kanadada daimi yaşayan vətəndaşların valideyn və ya nənə-babalarına uzunmüddətli ziyarət imkanı yaradır. Super Visa ilə 2 ilədək fasiləsiz qalmaq mümkündür.

Daimi yaşayış vizası (Permanent Resident Visa)
Kanadaya daimi yaşamaq üçün köçmək istəyənlər (məsələn, Express Entry proqramı ilə) bu vizaya müraciət edirlər. Bu, daha uzun və detallı prosesdir və əsasən iş təcrübəsi, təhsil və dil biliklərinə əsaslanır.

Azərbaycan vətəndaşları üçün əsas müraciət prosesi onlayn şəkildə edilir və biometrik məlumatların təqdim edilməsi vacibdir. Hər bir viza növü üçün zəruri sənədlər, maliyyə sübutları və dəvət məktubları kimi əlavə tələblər var.

Əgər məqsəd sadəcə gəzmək və turistik səfərdirsə, turist vizası, təhsil üçün gedirsinizsə, təhsil vizası, işləmək üçün isə iş vizası almaq lazımdır. Planlaşdırdığınız məqsədinizə uyğun vizanı seçmək vacibdir ki, müraciətiniz təsdiqlənsin. Ümumilikdə, Azərbaycan'dan Kanadaya necə getmək olar sualına cavab olaraq, hər kəs məqsədinə uyğun viza növünü seçməlidir. İş, təhsil, turizm və ya daimi yaşayış — hansı məqsəd olursa olsun, Azərbaycan'dan Kanadaya necə getmək olar deyə düşünənlər üçün ilk addım düzgün viza seçimi və sənədlərin düzgün hazırlanmasıdır.

Kanada Vizası üçün Hansı Sənədlər Tələb Olunur?

Kanada vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 5x4.5 ölçüdə, ağ fonda şəkliniz
  9. Avia bileti bronları
  10. Otel rezervasiyaları
  11. İngilis dilində doldurulmuş ərizə formaları
  12. Viza rüsumunun ödənildiyini təsdiq edən sənəd
  13. İşgüzar səfər üçün vizaya müraciət edilirsə, rəsmi dəvət məktubu
  14. Mədəniyyət bürosunun məktubu (sponsorluq edilsə)

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər Azərbaycanda Kanada səfirliyi tərəfindən yalnız ingilis dilində qəbul edilir. Əgər siz sənədləri ingilis dilində əldə etməmisinizsə, bu halda həmin sənədləri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edərək Azərbaycanda Kanada səfirliyinə təqdim etməlisiniz. Bu qayda həm Kanada iş vizası, həm də Kanada təhsil vizası və Kanada turist vizası üçün keçərlidir.

Bank hesabınızdakı məbləğ sizin Kanadada qalacağınız müddətdən, bron etdiyiniz otel və uçuş biletlərinin qiymətindən asılı olaraq dəyişir. Ümumi qayda olaraq, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 5.000-7.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti də keçərlidir) məbləğ olmalıdır. Bu, Azerbaycandan Kanadaya necə getmək olar deyə düşünən hər kəs üçün vacib göstəricidir. Siz göstərilən məbləği hesablayarkən bilet və otel xərclərinizlə yanaşı, hər gün üçün orta hesabla 70-80 dollar xərci nəzərə almalı və əldə etdiyiniz məbləğdən bir qədər artıq məbləği göstərməlisiniz.

Əgər siz sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayış əvəzinə VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış və şirkətinizin reyestrdən çıxarışını təqdim edə bilərsiniz. Bu sənədlər Kanadaya iş vizası almaq istəyən şəxslər üçün də tələb olunur. Əgər işləmirsinizsə, tələbəsinizsə və ya səyahətinizi başqa bir şəxs maliyyələşdirirsə, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda qeyd edilən sənədlər), bank hesabı arayışı və çıxarışı təqdim edilməlidir.

Əgər sponsor valideyniniz, bacınız və ya qardaşınızdırsa, ailəvi əlaqəni təsdiq edən sənəd məsələn, doğum haqqında şəhadətnamə də təqdim edilməlidir. Sponsorluq edən şəxs üçün sponsorluq məktubu da tələb olunur. Bütün bu sənədlər, o cümlədən sponsorluq haqqında kağız, Kanada təhsil vizası, Kanada turist vizası və Kanadaya iş vizası almaq üçün təqdim edilərkən notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilməlidir.

Əgər müraciət edən şəxs 18 yaşdan kiçikdirsə və tək səyahət edirsə, hər iki valideynindən, valideynlərdən biri ilə səyahət edirsə, digər valideynindən ölkədən çıxmağa icazə məktubu tələb olunur.

Kanada'ya qaçqın kimi getmək istəyən şəxslər üçün daha fərqli və həssas prosedurlar var. Kanada'ya qaçqın kimi getmək üçün ciddi sübutlar və əsaslandırılmış səbəblər təqdim edilməlidir.

Bir çox insan gələcəkdə Kanada vətəndaşlığı almaq məqsədilə müxtəlif vizalara müraciət edir. Kanada vətəndaşlığı almaq üçün əvvəlcə daimi yaşayış statusu əldə etmək, müəyyən müddət ərzində ölkədə yaşamaq və digər şərtləri yerinə yetirmək lazımdır.

Nəhayət, Azerbaycandan Kanadaya necə getmək olar sualına cavab olaraq, bütün bu sənədlərin düzgün və tam şəkildə hazırlanması, həmçinin ingilis dilinə tərcümə və təsdiqi çox önəmlidir. Hansı məqsədlə getmək istəməyinizdən asılı olmayaraq istər Kanada iş vizası, istər Kanada təhsil vizası, istər Kanada turist vizası üçün bütün addımları diqqətlə planlamaq lazımdır.

Kanada Vizasına Necə Müraciət Edilir?

Kanada viza müraciətini etmək üçün iki əsas üsul mövcuddur: onlayn və kağız üzərində müraciət. Hər iki halda da prosedurlar fərqlidir və müraciətçinin rahatlığına uyğun seçim etmək mümkündür.

Onlayn müraciət zamanı müraciətçi əvvəlcə onlayn portalda öz hesabını yaradır. Hesaba daxil olaraq Kanada turist vizası, Kanada iş vizası və ya Kanada təhsil vizası kimi müraciət etmək istədiyi viza növünü seçir və tələb olunan sualları cavablandırır. Sonra isə sistem tərəfindən tələb olunan sənədlərin siyahısı təqdim olunur və həmin sənədlər portalda yüklənir. Sənədlər tamamlandıqdan sonra müraciət təsdiqlənir və ödəniş üçün onlayn səhifəyə yönləndirilir. Ödənişi etdikdən sonra müraciətçi növbəti addımlar barədə bildirişləri öz hesabında alır.

Bildiriş gəldikdən sonra müraciətçi pasportunu və bildirişi çap edərək ən yaxın viza mərkəzinə gedib barmaq izini verməlidir. Barmaq izi verildikdən sonra müraciət prosesi başlayır. Nəticə məlum olduqda müsbət cavab varsa, müraciətçi yenidən bildirişi çap edib pasportu ilə birlikdə viza mərkəzinə yaxınlaşır. Pasport Ankaradakı Azərbaycanda Kanada səfirliyi-nə göndərilir və orada viza etiketi yapışdırılır. Bu prosedur təxminən 6-8 iş günü davam edir.

Digər tərəf isə kağız üzərində müraciətdir. Bu zaman bütün sənədlərin orijinalları, o cümlədən pasport, birbaşa viza müraciət mərkəzinə təqdim edilir. Ərizə formaları elektron şəkildə doldurulur, çap edilərək imzalanır və sənədlərlə birlikdə verilir. Barmaq izi də sənədləri təqdim edərkən götürülür. Viza rüsumu onlayn şəkildə ödənilir və çek çap edilərək sənədlərə əlavə olunur.

Viza müraciəti üçün ödənişlər ümumi olaraq 100 CAD səfirliyin rüsumu, 85 CAD biometrik məlumatların toplanması üçün və 100 AZN viza mərkəzinin rüsumu daxildir. Onlayn ödənişlər 100 CAD və 85 CAD məbləğində həyata keçirilir, viza mərkəzində isə 100 AZN nağd ödəyirsiniz. Kanadaya iş vizası almaq istəyənlər də eyni qaydalarla müraciət etməlidirlər. Kanadaya iş vizası almaq prosesində də sənədlər, ərizə formaları və biometrik məlumatlar tələb olunur.

Kanada'ya qaçqın kimi getmək istəyənlər üçün isə fərqli və daha mürəkkəb prosedurlar mövcuddur və onlar bu standart viza müraciət proseslərindən fərqlidir.

Ümumilikdə, Kanada turist vizası müraciəti 150-210 iş günü ərzində tamamlanır. Nəticə müsbət olduqda pasport viza etiketi ilə geri qaytarılır, əks halda imtina səbəbləri bildirilir və pasport geri verilir.

Azerbaycandan Kanadaya necə getmək olar deyə maraqlananlar üçün qeyd etmək lazımdır ki, viza müraciətini düzgün və vaxtında etmək, sənədləri tam təqdim etmək çox önəmlidir. Həm Kanada təhsil vizası, həm də Kanada iş vizası və Kanada turist vizası üçün bu prosedurlar tətbiq olunur. Gələcəkdə Kanada vətəndaşlığı almaq məqsədiniz varsa, ilk növbədə uyğun viza növü ilə Kanadaya daxil olub, ölkədə qanunlara uyğun yaşamaq və işləmək vacibdir. Beləliklə, Azərbaycanda Kanada səfirliyi və viza müraciət mərkəzləri vasitəsilə bütün bu proseslər həyata keçirilir və siz Azerbaycandan Kanadaya necə getmək olar sualına cavab tapa bilərsiniz.

Kanada Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Kanadada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal və yaxşı olması, aylıq gəlirinizin standart maaş aralığından yüksək olması (təcrübədə 700-800 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı da dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və yaxşı səyahət tarixçənizin olması sizin Kanada vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Kanada vizasına müraciət riskli hesab olunur. Səyahət tarixçənizin yaxşı olması, daha öncə Şengen, ABŞ, Birləşmiş Krallıq kimi ölkələrin vizalarını almış olmağınız sizin Kanada vizasını əldə etməyinizə birbaşa, yüksək təsir göstərən amildir. Həmçinin, təcrübəmiz göstərir ki, Kanada vizasına müraciət edərkən sizin aktiv ABŞ vizanızın olması sizin üçün böyük üstünlük təşkil edir.

Tez-tez Verilən Suallar (FAQ):

Kanadaya viza müraciətini necə edə bilərəm?
Onlayn və ya kağız üzərində müraciət etmək mümkündür. Onlayn müraciət daha sürətli və rahatdır.

Barmaq izi vermək məcburidirmi?
Bəli, bütün müraciətçilər üçün barmaq izi vermək tələb olunur.

Kanadaya iş vizası almaq üçün nə tələb olunur?
Rəsmi iş təklifi və iş icazəsi (LMIA) tələb olunur, əlavə sənədlərlə müraciət edilməlidir.

Turist vizası üçün ən az nə qədər maliyyə vəsaiti göstərməliyəm?
Adətən, bir həftəlik səfər üçün 5.000-7.000 AZN bank hesabında olmalıdır.

Viza müraciəti nə qədər vaxtda baxılır?
Adətən 150-210 iş günü arasında dəyişir.

Kanadaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Kanada vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formalarınızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması və sistemə yüklənilməsi, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Kanada səyahət vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 525 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Kanada sizə uzaq görsənsə də, əslində düzgün addımlarla sizə çox yaxındır!

Xoş səyahətlər!

Oxşar yazılar:

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026
Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstana səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alınması vacib şərtlərdən biridir. Bolqarıstan 1 yanvar 2025-ci ildən etibarən Şengen zonasına tamhüquqlu üzv olduğu üçün ölkəyə turistik, işgüzar və digər qısamüddətli səfərlər üçün Şengen vizası tələb olunur. Bolqarıstan vizası ilə yalnız bu ölkəyə deyil, Şengen zonasına daxil olan digər ölkələrə də səyahət etmək mümkündür. Bunun üçün […]

Vizam.az 28 oktyabr 2026
Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya vizası üçün müraciət edərkən maliyyə vəziyyətinizi təsdiq edən sənədlərdən biri tələb olunur. Azərbaycan vətəndaşları üçün bu məqsədlə bank arayışı təqdim edilməlidir. Bank hesabından çıxarış tələb olunmur. Sənədləri hazırlayarkən bank arayışı ilə bank çıxarışının fərqini bilmək vacibdir. Aşağıda Yaponiya vizası müraciətində bu sənədlə bağlı əsas məqamları izah edirik. Yaponiya Vizası üçün Hansı Bank Sənədi Lazımdır? […]

Vizam.az 27 oktyabr 2026
Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Birləşmiş Ştatlarına səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza müraciəti səfər hazırlığının vacib mərhələsidir. ABŞ-a turizm, ailə və dost ziyarəti və ya işgüzar səfər məqsədilə getməyi planlaşdırırsınızsa, səfər məqsədinizə uyğun viza kateqoriyasını müəyyənləşdirməlisiniz. Vizam.az-da Amerika vizası dəstəyi xidmət haqqı 31 oktyabr 2026-cı il tarixinədək cəmi 100 AZN-dir! Kampaniyadan yararlanaraq viza müraciətiniz üçün dəstək ala […]

Vizam.az 22 oktyabr 2026
Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanadaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Kanada vizası əvvəlcədən hazırlanmalı olan əsas sənədlərdən biridir. Turizm, ailə ziyarəti və ya işgüzar səfər məqsədilə Kanadaya getməyi planlaşdırırsınızsa, viza növünü düzgün seçmək və tələb olunan sənədləri hazırlamaq vacibdir. Bu məqalədə Kanada vizası üçün müraciət qaydası, tələb olunan sənədlər, rüsumlar və müraciət zamanı diqqət edilməli məqamlarla tanış ola […]

Vizam.az 21 oktyabr 2026
Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026