URUQVAYA SƏYAHƏT VİZASI NECƏ ƏLDƏ EDƏ BİLƏRİK?

Обновлено: 13 июля 2026 1340 просмотр 4 мин. чтения

Cənubi Amerika əsl səyahətsevərlər üçün “turizm cənnəti” hesab oluna biləcək bir qitədir. Şübhəsiz, Uruqvay da öz coğrafiyası, təbiəti, okean sahilləri, paytaxt Mondevideo şəhəri, əyləncəli həyatı, mədəniyyəti və incəsənəti ilə bu “turizm cənnətində” özünəməxsus yer tutan bir ölkədir. Əgər sizin də planlarınızda Uruqvaya səyahət yer alırsa, bu halda sizə lazım olacaq Uruqvay turizm vizası haqqında bütün məlumatları bu məqalədən oxuya bilərsiniz.

Uruqvay Viza Növləri

flag and congress uruguay

Uruqvaya səyahət planlayırsınızsa, Uruqvay səyahət vizası əldə edərək bu planınızı reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər.

Uruqvay Turizm Vizası

visa form close up

Uruqvay vizasının təkgirişli və çoxgirişli növlərinə müraciət edə bilərsiniz. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, Uruqvay vizası əksər hallarda müraciətçinin viza müraciəti əsnasında ərizə formasında və digər sənədlərində göstərdiyi səyahət müddətinə tam uyğun şəkildə verilir.

Uruqvay Vizası Müraciəti üçün Sənədlər Toplusu

visa application form

Uruqvay vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. 2 ədəd 3x4 ölçüdə, ağ fonda şəkliniz
  8. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  9. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  10. İngilis dilində doldurulmuş ərizə forması
  11. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu
azerbaijani passport

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Uruqvayda qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 dollar gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

calendar

Azərbaycan vətəndaşları Uruqvay viza müraciətini Moskvada yerləşən Uruqvay səfirliyində edirlər.

Sənədlərin skan versiyası ilk öncə email vasitəsilə göndərilməlidir. Əgər viza təsdiqlənərsə, müraciətçi pasportu və sənədlərin əsli ilə birlikdə Moskvadakı Uruqvay səfirliyinə getməlidir. Viza rüsumu 42 USD-dir və Moskvada yerləşən bank vasitəsilə ödənilir. Viza nəticəsi, adətən, 15-25 iş gününə bəlli olur. Bəzi xüsusi hallarda öncədən səfirliklə əlaqə saxlanılaraq şəxsi iştirakı ləğv etmək və sənədləri kuryer vasitəsilə göndərmək mümkün ola bilər.

İşgüzar səfər məqsədilə vizaya müraciət etdikdə isə əlavə olaraq rəsmi blankda olan dəvət məktubu da təqdim olunmalıdır. İş yerindən arayış üzərində isə xərcləri kimin qarşılayacağı və səfərin məqsədi qeyd olunmalıdır. 

Uruqvay Vizası Alma Ehtimalı

uruguay embassy

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Uruqvayda da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Uruqvay vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Uruqvay səfirliyi riskli səfirlik hesab olunmur. Təcrübəmizdə ilk vizalarını məhz bu səfirlikdən almış çox sayda müraciətçi olmuşdur. Əlbəttə, bunun üçün sizin digər bütün sənədləriniz qaydasında olmalıdır. Həmçinin, hər bir halda sizin daha öncə vizalarınızın olması Uruqvay vizası alma ehtimalınızı yüksəldən faktorlardan biridir.

Uruqvaya Viza Dəstəyi

plaza indepedencia

Biz Vizam.az şirkəti olaraq sizə Uruqvay vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə sizin adınıza səfirlikdə görüş təyin edilməsi, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması və sistemə yüklənməsi, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Bunlardan əlavə, biz sizə səfirliyin qəbul etdiyi təqdirdə sənədlərinizin Moskvadakı səfirliyə kuryerlə çatdırılması və pasportunuzun geri qaytarılması, həmçinin viza ödənişinin edilməsi ilə bağlı da yardımçı ola bilərik. Bu əlavə xidmətin dəyəri 215 AZN təşkil edir. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ispan dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN olacaq. Ümumi olaraq isə bizim şirkətimizdə Uruqvay vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 180 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Yeniləndi: 22.01.2025

Связанные блоги:

Виза в Германию для граждан Азербайджана

Виза в Германию для граждан Азербайджана

Планируете поездку в Германию, но у вас есть вопросы по поводу визы? Шенгенская виза в Германию позволит вам посетить не только Германию, но и большинство стран Шенгенской зоны. Процедура получения немецкой визы значительно упростилась за последние годы, и при правильном планировании ваша поездка пройдет без проблем. Если вы еще не определились, подумайте: у вас будет […]

Vizam.az 03 февраля 2026
Что такое грин-карта? Как подать заявку?

Что такое грин-карта? Как подать заявку?

Желание переехать в США, работать и жить там становится огромным желанием для людей, живущих во многих странах мира. Получение грин-карты (карты постоянного резидента) — один из самых эффективных способов жить и работать в США долгое время. Получение грин-карты — очень важный шаг для тех, кто хочет построить новую жизнь в США и жить там. Очень […]

Vizam.az 03 сентября 2025
Подготовка к путешествию в Чехию

Подготовка к путешествию в Чехию

Перед путешествием в Чехию необходимо пройти несколько важных подготовительных этапов. Если вы гражданин Азербайджана, для поездки в эту страну необходимо оформить шенгенскую визу. Прежде чем начинать планировать путешествие, в первую очередь следует проверить срок действия вашего заграничного паспорта. Паспорт должен быть действителен не менее 6 месяцев. После этого потребуется собрать определённые документы, например, две биометрические […]

Vizam.az 03 июня 2025
Как я могу получить визу Южного Кипра?

Как я могу получить визу Южного Кипра?

Многие путают Южный и Северный Кипр, поэтому мы хотим подчеркнуть важный момент: для Южного Кипра требуется виза, так как это Республика Кипр, входящая в Европейский союз. Хотя страна не входит в Шенгенскую зону, применяется визовый режим, схожий с шенгенскими правилами. Следовательно, для поездки в Южный Кипр необходимо заранее получить визу. С другой стороны, в Северный […]

Vizam.az 03 июня 2025
Как я могу получить визу в Таиланд?

Как я могу получить визу в Таиланд?

Вы говорите, что это должно быть дешево, иметь вид на море, возможность увидеть новые места и интересную еду, но не слишком дорого? Послушайте, то, о чем вы говорите, называется Таиланд. Поверьте мне, это страна, побывав там однажды, вы обязательно спросите себя: «Почему я не был там раньше?» скажете вы. Таиланд — место, которое немного меняет […]

Vizam.az 23 мая 2025
Что такое шенгенская виза и как ее получить?

Что такое шенгенская виза и как ее получить?

В Мадриде вы сидите в парке в полдень, едите горячую нату, люди загорают, и жизнь течет очень медленно. Вы покупаете пиццу на старой улице Рима и едите ее стоя. Вы сидите в кафе в Париже рано утром: багет, масло и кофе с молоком — простые вещи, но они воспринимаются по-разному. Что бы это ни было, […]

Vizam.az 22 мая 2025
Безвизовый въезд на Северный Кипр

Безвизовый въезд на Северный Кипр

Северный Кипр, расположенный между Европой и Ближним Востоком, с каждым годом становится всё более популярным направлением для туристов из Азербайджана благодаря своей природной красоте и спокойной атмосфере. Этот регион, где встречаются море, солнце и история, особенно привлекателен тем, что для его посещения не требуется виза. В этом блоге мы собрали всю важную информацию для тех, […]

Vizam.az 19 мая 2025
Как будет работать визовый центр VFS Global в 2026 году?

Как будет работать визовый центр VFS Global в 2026 году?

Если вы планируете поездку в европейскую страну и вам необходимо получить визу, ваш путь, скорее всего, будет лежать через VFS Global. VFS Global — один из ведущих мировых поставщиков услуг по упрощению и ускорению процесса подачи заявления на визу. Компания, работающая с 2001 года, предоставляет современные технологии и инновационные услуги, которые сделают жизнь заявителей на […]

Vizam.az 14 мая 2025
1-недельный тур по Италии: виза в Италию

1-недельный тур по Италии: виза в Италию

Вы впервые посещаете Италию? Почему Италия — идеальная страна для путешествий? Потому что в Италии есть всё. История, море, вкусная еда, красивые города — во время путешествия можно не только учиться, но и отдыхать. Также интересно прогуляться по древним городам, таким как Рим, а также покататься на гондоле в Венеции. Это очень удобная страна для […]

Vizam.az 08 мая 2025
Колумбия Безвизовый режим

Колумбия Безвизовый режим

С 2022 года Колумбия ввела безвизовый режим для туристов с азербайджанским паспортом. Это отличная возможность для тех, кто хочет познакомиться с культурой Латинской Америки. Если вы планируете поездку в эту удивительную страну, окружённую Карибским морем, горами и джунглями, этот гид для вас. Безвизовый режим и срок пребывания Граждане Азербайджана могут путешествовать в Колумбию как туристы […]

Vizam.az 07 мая 2025